Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-645/2022 25.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Göygöl Rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm haqqında akt qeydində düzəliş edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 22.10.1967-ci il tarixdə vəfat etməyi ilə bağlı, Göygöl Rayon Qızılca Kənd İcra Nümayəndəliyi tərfindən 26.10.1967-ci il tarixdə verilmiş ll-ИЕ 244544 nömrəli ölüm haqqında akt qeydinin ona məxsus olmamasının qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 14.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 26.10.1967-ci il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydində İddiaçı X1 düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul elmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və əkiz qardaşı Taleh xx.xx.1966-cı ildə Göygöl rayonunun Danayer kəndində anadan olmuşlar. 22.10.1967-ci il tarixdə əkiz qardaşı X10 vəfat etmişdir. O, Gəncə-Asan Xidmətindən 23.05.2017-ci il tarixdə şəxsiyyət vəsiqəsi də almışdır. 1992-1999-cu illərdə Göygöl rayon Mühafizə Bölməsində, 1999- 2006-cı illərdə isə Gəncə şəhər Mühafizə şöbəsində polis nəfəri işləmiş, 2006-cı ildə ixtisara düşmüşdür. 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsində iştirak etmişdir. 1998-ci ildən Qarabağ müharibəsi veteranıdır. Son illər 80 manat təqaüd almış, altı ay əvvəl veteran təqaüdü dayandırılmışdır. Səbəbini öyrəndikdə ona bildirilmişdir ki, ümumi bazada adı ölü kimi qeyd edilib, ona görə də təqaüd dayandırılmışdır. Qardaşı Talehin ölüm şəhadətnaməsinə baxanda məlum olmuşdur ki, Talehin əvəzinə həqiqətən də onun 22.10.1967-ci ildə öldüyü qeyd olunmuşdur. Göygöl rayon İHB-nm Qızılca kənd İnzibati Ərazi Üzrə Nümayəndəsi tərəfindən ona verilmiş 13.12.2021-ci il tarixli, 360 nömrəli arayışında da qeyd olunmuşdur ki, İddiaçı Göygöl rayonunun Danayer kəndində yaşayır. Göygöl rayon Qeydiyyat şöbəsinə müraciət edərək İddiaçı 22.10.1967-ci ildə vəfat etməsi ilə bağlı, 26 oktyabr 1967-ci il tarixli, ll-ИЕ 244544 nömrəli ölüm haqqında akt qeydinin ona məxsus olmamasının təsdiq edilməsini xahiş etmiş, Göygöl rayon Qeydiyyat şöbəsi ona 03.09.2021-ci il tarixli 1060 nömrəli imtina məktubu vermişdir. Sözügedən məktubda qeyd edilmişdir ki, onun barəsində şöbənin arxivində yoxlama aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1966-cı ildə Göygöl rayonu Danayer kəndində anadan olmuş və bu barədə Göygöl rayon Qıqılca kənd icra nümayəndəliyi tərəfindən 14.09.1966cı il tarixdə 45 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən aşkar edilmişdir ki, İddiaçı 22.10.1967-ci il tarixdə vəfat etmiş və bu barədə 26.10.1967-ci ildə Göygöl rayon Oızıca kənd icra nümayəndəliyində 08 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş imtina məktubunu qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdeh orqanın imtinası ilə onun hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 25.02.2022-ci il tarixli, 35 nömrəli məktubla məhkəmə prosesinin onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 03.09.2021-ci il tarixli, 1060 nömrəli imtina məktubu, iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi, Qızılca kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 372 nömrəli arayış, iddiaçıya məxsus ll-ИЕ 244544 nömrəli ölüm haqqında şəhadətnamə, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 26.01.2022-ci il tarixli, 07 nömrəli məktub, Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli çıxarışlar, İddiaçı 24.09.1966-cı il 45 nömrəli doğum haqqında, 26.10.1967-ci il tarixli, 08 nömrəli ölüm haqqında akt qeydlərinin və qardaşı X4 24.09.1966-cı il tarixli, 44 nömrəli doğum haqqında akt qeydinin surəti, cavabdehin 25.02.2022-ci il tarixli, 35 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. iddiaçıya məxsus ll-ИЕ 244544 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 22.10.1967-ci ildə bir yaş iki aylıqkən vəfat etmişdir. Bu barədə ölüm haqqındakı vətəndaşlıq vəziyyəti aktları kitabında 1967-ci ilin oktyabr ayının 26-da lazımi qeyd aparılmışdır. İddiaçıya məxsus 24.0.1966-cı il tarixli, 45 nömrəli doğum aktı qeydinin uşaq haqqında məlumat qrafasında İddiaçı 23 avqust 1966-cı il tarixdə Danayer kəndində doğulduğu, atasının X7, anasının X8 olduğu göstərilmişdir. İddiaçının qardaşına məxsus məxsus 24.09.1966-cı il 44 nömrəli doğum aktı qeydinin uşaq haqqında məlumat qrafasında X4 23 avqust 1966-cı il Danayer kəndində anadan olması, atasının X7, anasının X8 olduğu göstərilmişdir. İddiaçıya aid 26.10.1967-ci il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı 22.10.1967-ci il tarixdə Danayer kəndində “anidən gələn ürək qüsuru” səbəbi ilə vəfat etmişdir. İddiaçıya məxsus, 23.05.2017-ci il tarixdə Asan-Gəncə tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Xanlar rayonu, Danayer kəndində anadan olmuşdur. Qızılca kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 372 nömrəli arayışdan görünür ki, İddiaçı Göygöl rayon Danayer kəndində qeydiyyatdadır və hal-hazırda orada yaşayır. İş materiallarına əlavə olunmuş, Göygöl Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.11.2021-ci il tarixli çıxarışlardan məlum olur ki, İddiaçı xx.xx.1966-cı il tarixdə X2 və X3 birgə nikahından anadan olmuşdur. Göygöl rayon Qızılca İN-nin 08.07.1995-ci il tarixli kitabının 11-ci səhifəsində qeydə görə İddiaçı X5 ilə nikah bağlamış, həmin nikahdan 27.08.1995-ci il tarixdə X9, 20.06.1997-ci il tarixdə isə X11 doğulmuşdur. Məhkəmə yuxarıda sadalanan sənədləri tədqiq edərək aşağıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, iddiaçının 26.10.1967-ci il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydində ad qrafasında qüsura yol verilmişdir. Belə ki, mübahisələndirilən ölüm akt qeydində ad səhvən “Taleh” əvəzinə “Valeh” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının: - 1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsi : Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının 26.10.1967-ci il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydində İddiaçı X1 düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının ölüm haqqında akt qeydində İddiaçı X1 düzəliş edilməsi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimassələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 26.10.1967-ci il tarixli, 8 nömrəli ölüm haqqında akt qeydində İddiaçı X1 düzəliş edilməsi vəzifəsi cavabdeh Göygöl Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-645/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-645/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver