Məhkəmə qərarları › İş №2-1(114)-646/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-646/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-646/2025 05.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Göygöl rayonu Yeni Zod bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Xanlar rayon Yeni Zod bələdiyyəsi başçısının 22 aprel 2005-ci il tarixli, 06 saylı qərarına əsasən Xanlar rayonu Yeni Zod bələdiyyəsinin alqı satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0,10 ha torpaq sahəsinin Maraqlı şəxs satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2005-ci il tarixdə Xanlar rayon torpaq şöbəsində 318 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli 175 nömrəli rəyə əsasən Maraqlı şəxs satılması nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla Yeni Zod bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predimetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Maraqlı şəxs Xanlar rayon Yeni Zod bələdiyyəsi başçısının 22 aprel 2005-ci il tarixli, 06 saylı qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsinə dair JN 398 KOD ********* nömrəli Dövlət aktı tərtib edilmişdir. AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, Xanlar rayonu Yeni Zod kəndində yerləşən 0,10 ha torpaq sahəsi Maraqlı şəxs İddiaçı satılmışdır. İddiaçı Xanlar rayon Yeni Zod bələdiyyəsi başçısının 22 aprel 2005-ci il tarixli, 06 saylı qərarına əsasən satılmış 0,10 ha torpaq sahəsinə dair JN 398 KOD ********* nömrəli Dövlət aktı tərtib edilmişdir. İddiaçı Göygöl rayonu Yeni Zod kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə İdarənin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-2262/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, ərizənizə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0417 saylı dövlət aktında göstərilən torpaq sahəsinin Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü, həmçinin faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü müəyyən olunduğundan imtina cavabı verilmişdir . İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Yeni Zod kəndində yerləşən İddiaçı məxsus olan torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, ərizənizə əlavə edilmiş "Torpağa mülkiyyət hüququna dair" JN-0417 saylı dövlət aktında göstərilən torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə (**********50 reyestr nömrəli çıxarış- X4 və **********66 reyestr nömrəli çıxarış- X3) məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü, həmçinin faktiki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. İddia olunaraq naturada təqdim olunan 0.10 ha torpaq sahəsi, Yeni Zod bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2007-ci il tarixli yerquruluşu sxeminə (KOD ********) istinadən bələdiyyə mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, örüş sahəsində yerləşir. Torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 0.088 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, örüş sahəsində, 0.012 ha hissəsi isə İddiaçı sahibkarlıq məqsədilə satılmış torpaq sahəsinə dair qeydə alınmış JN- 0417 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsində yerləşir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS), naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 0.0659 ha hissəsi, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, örüş sahəsi, 0.0341 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, xüsusi mülkiyyətdə olan torpaq sahəsi olaraq göstərilmişdir. Elektron kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 177.0 kv.m hissəsi, xx.xx.2024- cü il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə, 17.6 kv.m hissəsi isə, xx.xx.2021-ci il qeydiyyat tarixli **********66 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə üst-üstə düşür.Naturada təqdim olunan torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətti müşahidə olunmadı. Elektron baza materiallarına istinadən sözügedən torpaq sahəsinin, mühafizə zonaları və qorunma zolaqlarında yerləşmə halı aşkarlanmadı. Torpaq sahəsi, ərazidən keçən avtomobil yolu ilə həmsərhəddir.Elektron kadastr bazası materiallarına istinadən, naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 177.0 kv.m hissəsi, xx.xx.2024-cü il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə, 17.6 kv.m hissəsi isə, xx.xx.2021-ci il qeydiyyat tarixli **********66 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə üst-üstə düşür.Naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş cizgi planda əks olunmuşdur.Rəy hazırlanarkən, Yeni Zod bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2007-ci il tarixli yerquruluşu seminə (KOD ********), Torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, hüquqmüəyyəedici sənədlər barədə məlumatların qeyd olunduğu elektron kadastr bazasına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) istinad olunmuşdur. İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi olan vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayonu, Yeni Zod kəndində yerləşən İddiaçı məxsus olan torpaq sahəsinin 0,08054 ha hissəsinin dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Xanlar rayon Yeni Zod bələdiyyəsi başçısının 22 aprel 2005-ci il tarixli, 06 saylı qərarı əsasında bələdiyyə torpağından 0,10 ha torpaq sahəsi Maraqlı şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı bələdiyyənin hesabına ödəniş edilmiş, eləcə də alqı-satqı aktı keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsində xx.xx.2005 -ci il tarixdə 318 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsi Maraqlı şəxs İddiaçı satılmışdır. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşməsi və faktki torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşdüyü istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, örüş sahəsində yerləşdiyi, 0.10 ha torpaq sahəsinin 0.088 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, örüş sahəsində, 0.012 ha hissəsi isə İddiaçı sahibkarlıq məqsədilə satılmış torpaq sahəsinə dair qeydə alınmış JN- 0417 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsində yerləşməsi, naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 177.0 kv.m hissəsi, xx.xx.2024-cü il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə, 17.6 kv.m hissəsi isə, xx.xx.2021-ci il qeydiyyat tarixli **********66 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə üst-üstə düşdüyü, torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətti müşahidə olunmamış, torpaq sahəsinin, mühafizə zonaları və qorunma zolaqlarında yerləşmə halı aşkarlanmamış, rəy tətib edilərkən Yeni Zod bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2007-ci il tarixli yerquruluşu seminə (KOD ********), Torpaq islahatına dair tərtib olunmuş 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə, hüquqmüəyyəedici sənədlər barədə məlumatların qeyd olunduğu elektron kadastr bazasına və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) istinad olunmuşdur. Məhkəmə torpaq sahəsinin naturada təqdim olunan 0.10 ha torpaq sahəsinin 177.0 kv.m hissəsi, xx.xx.2024-cü il qeydiyyat tarixli **********50 reyestr nömrəli Çıxarışa əsasən X2 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə, 17.6 kv.m hissəsi isə, xx.xx.2021-ci il qeydiyyat tarixli **********66 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı qeyd edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən İddiaçı məxsus olan torpaq sahəsinin 0,08054 ha hissəsinin dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin etmək öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Göygöl rayonu, Yeni Zod kəndində yerləşən İddiaçı məxsus olan torpaq sahəsinin 0,08054 ha hissəsinin dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnun tanınması və torpaq sahəsinin plan və ölçüsü ilə təmin edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar