Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-649/2022 21.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 16.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum anaları X1 miras qalmış Gədəbəy rayonu Böyük Qaramurad İƏD üzrə nümayəndəsinin Topular kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 21.0 kv.m olan fərdi yaşayış evinə dair X5 adına verilmiş 12.10.2012-ci il tarixli ******* nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum atası X11 ilə mərhum anası X4 29 iyun 1936-cı İl tarixdə 11 №-li akt qeydi ilə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan İddiaçı1, İddiaçı2 və İddiaçı3 anadan olmuşlar. Ataları 18.04.1977-ci il tarixdə, anaları isə 03.02.2003-cü il tarixdə vəfat etmişdir. Gədəbəy rayonu Böyük Qaramurad İƏD-nin Topular kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 21.0 kv.m olan fərdi yaşayış evi mərhum X1 miras qalmışdır. İddiaçıların qardaşı X8 analarından miras qalmış Gədəbəy rayonu Böyük Qaramurad İƏD-nin Topular kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 21.0 kv.m olan fərdi yaşayış evini qanunsuz olaraq 12.10.2012-ci il tarixli ******* nömrəli çıxarış ilə öz adına keçirmişdir. İddiaçılar vərəsə olaraq öz paylarından rəsmi olaraq heç bir notarial sənədlə imtina etmədikləri üçün qardaşları X5 adına olan çıxarışı qanunsuz hesab edirlər. Qeyd olunur ki, X2 rayonu Böyük Qaramurad İƏD üzrə nümayəndəliyindən aldığı saxta arayışla analarından miras qalmış miras mülkü guya mərhum X3 yeganə vərəsi kimi qeyri-qanuni olaraq öz adına rəsimləşdirmişdir. Buna görə də Gədəbəy rayonu Böyük Qaramurad İƏD-nin Topular kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş ümumi sahəsi 21.0 kv.m olan fərdi yaşayış evi mərhum X1 miras qalmış, hazırda vərəsə olaraq onların mülkiyyətinə verilməli və qardaşları X5 mülkiyyətindən çıxarılmalıdır. İddiaçılar qeyd olunan çıxarışın ləğvi ilə bağlı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh bundan imtina etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2012-ci ildə Zahidə etibarnamə vermiş, səbəb o olmuşdur ki, həmin vaxt o Rusiyada işləyirmiş, düşünmüşdür ki, başına hadisə gəlsə torpaq sahəsinin sənədləşməsini vərəsələrinə çatdırsın, lakin qardaşı Zahid həmin etibarnamədən sui-istifadə edərək torpağı öz adına keçirmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Üçüncü şəxs X8 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, o, 1990-cı ildən hal-hazıradək Gəncə şəhərində yaşayır, Gədəbəy rayonundan ona həyətyanı və pay torpaq sahəsi ayrılmamışdır. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 24.02.2022-ci il tarixli, **********72 nömrəli etirazda qeyd edilmişdir ki, 11 saylı Şəmkir Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən məlum olmuşdur ki, Gədəbəy rayon DNK-nın 27.09.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsə tanınmış və onun adına qeyd olunan 0.25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 12.10.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də hesab olunur ki, iddiaçıların tələbi təmin edilməməlidir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: -“Qanun üzrə vərəsəlik hüququ haqqında” 27.09.2012-ci il tarixli şəhadətnamədən görünür ki, 02.02.2003-cü il tarixdə vəfat edən X3 vərəsəsi X6r və şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən 14.08.2012-ci il tarixli, **********84 nömrəli arayışa əsasən miras qoyana məxsus Gədəbəy rayonu Topular kəndində yerləşən ümumi sahəsi 21.1 kv.m olan fərdi yaşayış evindən və həmin fərdi yaşayış evinin mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsindən ibarətdir. -********** qeydiyyat nömrəli, 12.10.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Toplar kəndində 0.25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X5 adına qeydiyyata alınmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən ********** qeydiyyat nömrəli, 12.10.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olmuş hüquqi sənəd “Qanun üzrə vərəsəlik hüququ haqqında” 27.09.2012-ci il tarixli şəhadətnamədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə görə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20.02.2020-ci il tarixli qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Qeyd olunan dəyişikliyə əsasən qərarın 17-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: -“Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. -Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. -Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İstinad olunan normanın məzmununda qeyd olunan halların hazırki işə tətbiqi ilə bağlı qeyd edilir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas vərəsəlik şəhadətnaməsidir, bu halda isə hazırki iddiaya inzibati icraat qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göstərilən hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçılar hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-649/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-649/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver