Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-649/2023 25.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi tələbinə dair inzibati mübahisəyə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ilin yanvar ayından N saylı hərbi hissənin Yanğından mühafizə tağımının yanğından mühafizə manqasının komandiri vəzifəsində həqiqi hərbi xidmət keçmiş, 2013- cü ilin iyun ayında tərxis olunmuşdur. 2014cü ilin iyul ayından etibarən əvvəl 701 saylı, sonradan 190 saylı hərbi hisələrdə müdətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətdə olmuş, xidmət etdiyi dövrdə xx.xx.2015ci ildən xroniki nefritik (böyrək) xəstəliyinə tutulmuşdur. Həmin vaxtdan vaxtaşırı müalicə olunmuş, Hərbi Həkim Komissiyasının 23 may 2017-ci il tarixli rəyinə əsasən xəstəliyinin hərbi xidmət dövründə alınması müəyyən olunmuş və həmin vaxtdan hərbi xidmətdən tərxis olunmuşdur. Tərxis olunandan sonra əlilliyinin müəyyən edilməsi üçün müraciətlər etmiş və hər dəfə ona xəstəxanada müalicə almalı olduğu bildirilmişdir. Müalicə aldıqdan sonra yenidən müraciət etmiş, ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi ilə bağlı 2022-ci ilin sentyabr ayında cavabdehə müraciət etmişdir. Cavabdeh orqan 09 sentyabr 2022-ci il tarixli cavab məktubu ilə ona dövlət icbari şəxsi sığorta ödənişinin verilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırlmışdır ki, onun əlilliyinin müəyyən olunma dövrü üç ildən artıq dövrü əhatə edir. Cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, o, tərxis olunan vaxtdan müraciətlər etmiş, lakin hər dəfə müalicə olunması bildirilmişdir. Beləliklə də onun əlilliyinin müəyyən olunması üzürlü səbələrdən gecikmişdir. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İşdə olan AZEMİS-dən çıxarışdan görünür ki, Əzizov X2 rayonunda doğulmuş, Ağcabədi rayonu, Sarıcalı kəndində qeydiyyatdadır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi X3 işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən iddiaçının yaşadığı Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunə qarşı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi tələbinə dair iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-649/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-649/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver