Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-649/2025 21.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi X10 və üçüncü şəxs X16 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X11,X28 və X17) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-154A, KOD 50805037 saylı şəhadətnamə əsasında X6 verilmişdir.
1. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi məqsədilə İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır.
2. 28.10.1998-ci il tarixli aktdan məlum olur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamına əsasən Gəncə qəsəbə sakini İddiaçı fərdi yaşayış evi tikintisi üçün “Şəhriyar” adına sovxozun torpaq sahəsindən 0,08 ha ayrılaraq yerində təhvil verilmişdir.
3. Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-1-234 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X12 tərəfindən X2. Qeyd olunan torpaq sahəsinə dair sonuncunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
4. Göygöl rayon notariat ofisinin xx.xx.2019-cu il tarixli 4Ə-240 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qeyd olunan əmlak X29 tərəfindən X3. Qeyd olunan ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsinə dair sonuncunun adına 11,12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
5. Gəncə Apelyasiya Məhkəməsinin 2-1(104)-204/2022 saylı qərarı əsasında xx.xx.2022-ci il tarixindən başlayaraq Göygöl rayonu, Gəncə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində qadağa qoyulmuşdur.
6. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-316A KOD 50805018 saylı Şəhadətnamə əsasında X30 verilmişdir.
7. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsinə dair X23 adına xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
8. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-2169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0,08 ha olan torpaq sahəsi X34 tərəfindən X1.
9. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarına uyğun olaraq Xanlar rayonu Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-315A KOD 50805018 saylı Şəhadətnamə əsasında X24 verilmişdir.
10. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X21 adma xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
11. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-70 reyestr nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında X8 qalmış arvadı X25 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ əldə etmişdir.
12. Gəncə şəhəri 5 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-69 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X21 vərəsəsi X4 rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır.
13. Göygöl rayonu, Zurnabad kəndində yerləşən 0.12 ha olan torpaq sahəsinə dair X14 adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********56 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
14. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-cil tarixli 360 nömrəli arxiv arayışında bildirilir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında “Şəhriyar” adına sovxozun bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən Çiçəkli, Gəncə və Zurqes qəsəbəsində yaşayan 70 vətəndaşa hər birinə fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin verildiyi və qərara əlavə edilmiş siyahıda İddiaçı adı qeydə alınmaqla veriləcək torpaq sahəsi 0,08 ha göstərilmişdir.
15. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2021-cil tarixli 56 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün verilmiş həyətyanı torpaq sahələrinin yerləşmə yeri, plan və koordinatları müəyyən edən sənədlər rayon Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir.
16. Göygöl rayonu Zurnabad bələdiyyəsinin xx.xx.2021-cil tarixli 07 nömrəli arayışından görünür ki, Göygöl rayon Zurnabad bələdiyyəsində şəhadətnamələrin qeydiyyatı kitabında Gəncə kəndi ərazisində yerləşən vətəndaşların siyahısında JN-019da İddiaçı və arvadı X15 adları var, ancaq torpaq sahəsi mülkiyyətinə verilmədiyi üçün şəhadətnamə işlənməyib.
17. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-860/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi və Göygöl rayonu, Gəncə qəsəbəsi ərazisində ona məxsus olan 0,08 ha həyətyanı torpaq sahəsinin naturada müəyyən edilərək hüquqi sənədlərin onun adına hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-1894/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair aparılmış qeydin ləğvi tələbinə dair iddia mümkün sayılmamışdır.
19. İddiaçı Göygöl Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinin naturada müəyyən edilərək təhvil verilməsi tələbə ilə Gəncə inzibati Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti həmin qərardan apellyasiya şikayəti vermişdir. Gəncə apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-320/2023 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-202/2023 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır.
20. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-3060/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsinin ölçülərək sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
21. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2173/2023 nömrəli məktubu ilə Göygöl (Xanlar) rayonu, Gəncə qəsəbəsi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X7 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə göndərilmişdir. Həmin subyekt siyahısından görünür ki, X6 (ailə tərkibi – 1 nəfər, xəritədə nömrəsi - 154) 0,08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
22. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2772/2023 nömrəli məktubu ilə Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarı məhkəməyə göndərilmişdir.
23. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2847/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
24. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-275/2024 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 2847/2023 saylı qərardadının ləğv edilməsi iş materialları iddianın mümkünlük şərtlərinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.
25. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.
1. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi. Xanlar (indiki Göygöl) rayonu Gəncə kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnaməyə əsasən X5 mülkiyyətinə verilmiş həyətyanı sahə ilə, 143.0 kv.m hissəsi isə bələdiyyə balansında olan sahə ilə üst-üstə düşür. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi, Göygöl rayonu Zumabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin elektron fayl materillarında bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları olaraq göstərilmişdir, iddia olunaraq naturad təqdim olunan 714.0 kv.m torpaq sahəsi, Torpaqlann elektron kadast uçotu informasiya sistemi və AZCAD məlumatlarında, xüsusi mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid həyətyanı sahə olaraq göstərilmiş, sənəd nömrəsi isə X18 adına qeydə alınmış Çıxarış sənədinin seriya nömrəsi (1081443) qeyd edilmişdir. Hal hazırda həmin Çıxarış sənədi, **********0 reyestr nömrəli Çıxarışa əsasən X16 adına qeydə alınmışdır.
2. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 591.0 kv.m hissəsi, elektron kadastr bazası məlumatlarına istinadən, **********0 reyestr nömrəli Çıxarışa əsasən X16 mülkiyyətində olan torpaq sahəsi ilə, 123.0 kv.m hissəsi isə **********05 reyestr nömrəli Çıxarışa əsasən X9 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. 3.İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 0.3 metr kənar məsafəsindən hava məkanı ilə üzəri izole edilmiş elektrik xətti keçir. Torpaq sahəsinin 65.0 metr kənardan çay keçir, Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonalarında yerləşmə halı aşkarlanmamışdır.
4. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin 591.0 kv.m hissəsi, elektron kadastr bazası məlumatlarına istinadən. **********0 reyestr nömrəli Çıxarışa əsasən X16 mülkiyyətində olan torpaq sahəsi ilə, 123.0 kv.m hissəsi isə **********05 reyestr nömrəli Çıxarışa əsasən X9 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür.
5. Faktiki torpaq sahəsinin koordinatları və ölçüsü rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur.
6. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi üzərində, daşınmaz əmlak obyeti olan tikili və qurğu mövcud deyildir.
7. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin, Xanlar (indiki Göygöl) rayonu Gəncə kəndi ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerqunıluşu layihəsinin elektron fayl materialında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaq sahəsi olduğu göstərilmişdir. Lakin həmin layihənin neçənci ildə hazırlandığı barədə layihədə qeyd olunmamışdır.
8. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsi, 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.
9. JN-315A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmaması səbəbindən, sualın araşdırılması mümkün olmamışdır.
10. İddia olunaraq naturada təqdim olunan 714.0 kv.m torpaq sahəsinin, 571.0 kv.m hissəsi JN-154A (KOD ********) saylı Şəhadətnamədə göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. 11.Aparılan araşdırma zamanı, hüquqi və texniki sənədlərə, Xanlar rayonu Gəncə kənd ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialına, Göygöl rayonu Zumabad bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminin elektron fayl materiallarına, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAİ) məlumatlarına istinad olunmuşdur. İddiaçı nümayəndəsi X22 və üçüncü şəxs X28 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X22 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X28 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.
26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
27. İş materiallarından görünür ki, iddiaçı tələbində Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarının ləğv olunmasını xahiş edir.
28. Məhkəmə qeyd edir ki, həmin qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
29. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.
30. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
31. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı inzibati orqanın (Aqrar İslahat Komissiyasının) bundan təxminən 28 il əvvəl qəbul etdiyi qərarın ləğv olunmasını tələb edir.
32. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
33. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
34. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
35. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir.
36. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər.
37. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).
38. Məhkəmə həmçinin qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənmişdir.
39. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
40. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).
41. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır.
42. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
43. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
44. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: - “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu” - “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
45. Göründüyü kimi, iddiaçı sözügedən qərarı - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir və həmin müddəti buraxılmasından 1 ildən çox vaxt keçdiyi üçün müddətin bərpasına dair ərizə verilə bilməz.
46. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi X22 məhkəmə iclası zamanı xx.xx.2023-cü il tarixli,2-1(114)-2847/2023 saylı qərardadı ilə icraata qəbul edilmiş Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə etdiyini qeyd etmişdir.
47. Eyni zamanda məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin üçüncü şəxsə ayrılmış torpaq sahəsi olmasını iddia etsə də, buna dair hər hansı sübutu da məhkəməyə təqdim edə bilmədiyi üçün hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. 46.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. 48.Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə və həmçinin mübahisələndirilən torpaq sahəsinin ona məxsus olan torpaq sahəsi olmasını sübut etməsinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva