Məhkəmə qərarları › İş №2-1(114)-65/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-65/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-65/2024 21.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin N saylı, N saylı və N saylı hərbi hissələrinə qarşı əmrlərin ləğv edilməsi, ehtiyata buraxılma barədə əmrin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin N saylı, N saylı və N saylı hərbi hissələrinə qarşı iddia ərizəsi ilə xx.xx.NNN-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissə komandirinin ona məzuniyyət verilməsinə dair N3 fevral NNN-ci il tarixli əmrinin, N3 fevral NNN-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin onun xidmət yerinin dəyişdirilməsinə dair N mart NNN-ci il tarixli, 0N4 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixli, 94 nömrəli əmrinin ona aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixdən N9 iyul NNN-ci il tarixədək ona aid əmrlərinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun NN fevral NNN-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.NNN-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Xətai RHK tərəfindən könüllü olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbı xidmətə çağırılmaqla, N6 ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Sonuncu vəzıfəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağstafa rayonunda yerləşən N nömrəli hərbi hissədə maddi-texniki təminat bölməsinin avtomobil xidmətinin rəisı olmuşdur. Həqiqi hərbi xidmətdə olduğu müddət ərzində N14-cü ildən başlayaraq, xidmətdən buraxılanadək hər iki gözünün zəif və bulanıq görməsi və digər xəstəliklərlə əlaqədar xx.xx.NNN-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalının(bundan sonra - MN-in BKH) müxtəlif profilli bölmələrində müayinə və müalicə olunmuş, hər dəfə də xəstəliyinin diaqnozları qoyulmuşdur. xx.xx.NN1-ci il tarixdə "Sol gözün uveal kataraktasına" görə üzərində FAKO+1OLıimplantasıyası yerınə yetirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.NN1-ci tarixli əmri ilə kapitan rütbəsində Kəlbəcər rayonunda yeləşən N nömrəli hərbi hissədə maddi-texnıkı təmınat bölməsının avtomobıl xıdmətı rəisi vəzifəsinə təyin edilmiş və sonuncu dəfə həmin hərbı hıssə komandirinin xx.xx.NNN-ci il tarixli 41 nömrəli Göndərişinə əsasən hərbi xidmətə yararllıq dərəcəsinin təyini üçün xx.xx.NNN-ci tarixdən xx.xx.NNN-ci il tarixədək MN-in BKHa Cərrahiyyə profillı hospıtalının hərbi-həkim komissiyası tərəfindən müayinə və müalicə olunaraq, xx.xx.NNNci il tarixli 493 nömrəli "Xəstəlik haqqında şəhadətnamə" ilə şəhadətləndirilmışdir. MN-in BKH Cərrahiyyə profilli hospitalının ştatlı hərbi-həkim komissiyası xx.xx.NNN-ciil tarixli 493 nömrəli "Xəstəlik haqqında şəhadətnamə"də diaqnoz və xəsarətin xətəliyinını səbəbli əlaqəsi ilə bağlı qərara almışdır ki, yuxarıda sadaladığım xəstəlikləri hərbi xidmət dövründə alınmışdır. Ona görə MN-in ştatlı hərbi-həkim komissiyasının hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında xx.xx.NNN-ci il tarixli qərarı ilə "Xəstəliklər cədvəlı nin 30a,35a maddəsinin üçüncü qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabınetının N08-ci il N9 favral tarıxlı 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbı-həkım ekspertızası haqqında (Əsasnamə yə qoşma) əsasən həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. MN-in ştatlı hərbi-həkim komissiyasının xx.xx.NNN-ci il tarixli 493 nömrəli qərarı ilə həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldığına görə bununla bağlı həmin şəhadətnamənin surətini əlavə etməklə, xəstəliyi ilə əlaqədar Azərbaycan Ordusundan istefaya buraxılmağı barədə xidmət etdiyi Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissənin komandirinə xx.xx.NNN-ci il tarixli raportla müraciət etmiş, hərbi hissə komandiri raportla tanış olub, raportun yuxarı sol hissəsində: "KBR icra edin. P-k/İn-t və imza" məzmunlu dərkənar qoyaraq, hərbı hissəyə icraya vermişdir. Hərbi xidmətdən xx.xx.NNN-ci il tarixdə istefaya buraxılmağı barədə əmrin veriləcəyini gözlədiyi halda, sonrakı gün, yəni xx.xx.NNN-ci il tarixdə ona 45 gün müddətinə məzuniyyətə göndərilməyinə dair xx.xx.NNN-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti" təqdim edilmişdir. Məzuniyyətdə olduğu NNN-ci il fevralın N3-dən aprelin 08-dək müddət ərzində N1 nömrəli hərbi hissə komandirinin N mart NNN-ci il tarixli 0N4 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəmi təhvil vermiş hesab edilərək, N aprel NNN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, xidmətini davam etdirmək üçün Ağstafa rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməyi əmr edilmişdir. Həmçının Kəlbəcər rayonunda xidmət etdiyi N nömrəli hərbi hissə işğaldan azad edılmiş ərazidə və yüksək dağ şəraitində yerləşdiyinə görə iddiaçının maaşına əlavələr edilmiş və güzəştlər nəzərdə tutulmuşdur. Qanunsuz olaraq xidmət yerinin işğaldan azad edilmış ərazidə və yüksək dağ şəraitində yerləşdiyi N nömrəli hərbi hissədən Ağstafa rayonunda yerləşən N nömrəlı hərbi hissəyə dəyişdirilməsi nəticəsində aylıq vəzifə maaşına edilən Azərbaycan RespublikasıPrezidentinin əlavəsini və yülsək dağ şəraitində xidmətə görə əlavənı almaq hüququndan məhrum edilmişdir. İddiaçının müvafiq ərizələrinə əsasən məhkəmənin xx.xx.NN3-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “N saylı hərbi hissə komandirinin ona məzuniyyət verilməsinə dair N3 fevral NNN-ci il tarixli əmrinin, N3 fevral NNN-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin onun xidmət yerinin dəyişdirilməsinə dair N mart NNN-ci il tarixli, 0N4 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixli, 94 nömrəli əmrinin ona aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixdən N9 iyul NNN-ci il tarixədək ona aid əmrlərinin və Azərbaycan Republikası Müdafiə Nazirinin N7 may NNN-ci il tarixli, 0415 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun NN fevral NNN-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.NN3-cü il tarixli və xx.xx.NN3-cü il tarixli qərardadları ilə mübahisələndirilən əmrlərdən şikayət verilməsi ilə bağlı prosessual müddətlər bərpa edilmişdir. Məhkəmənin N1 fevral NN4-cü il tarixli qərardadı ilə iddia N3 fevral NNN-ci il tarixli 8N nömrəli "Məzuniyyət bileti"nin, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixli, 94 nömrəli əmrinin iddiaçıya aid hissədə, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixli, 101 nömrəli əmrinin və N saylı hərbi hissə komandirinin N iyun NNN-ci il tarixli, 175 nömrəli (iddiaçının ehtiyata buraxılması hissəsində) əmrinin ləğv edilməsi hissəsində hissəsində mümkünsüz sayılmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. İddiaçının Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı xx.xx.NNN-ci il tarixdən hərbi xidmətə yararsız hesab edildiyi halda onun xidmət yrtinin dəyişdirilərək N sayl hərbi hissəyə göndərilməsi qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərinə görə iddiaçı həmin vaxt N saylı hərbi hissədən ehtiyata buraxılmalı idi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X3 iddianı qəbul etmərək bildirmişdir ki, iddiaçının şəhadətləndirilməsi barədə sənəd hərbi hissəyə gec daxil olmuş, iddiaçı özü də həmin sənədi hərbi hissənin rəhbərliyinə təqdim etməmişdir. Ona görə də onun N saylı hərbi hissəyə yerinin dəyişdirilməsi zamanı hərbi hissə onun xəstəliyi barədə məlumatsız olmuşdur. Bundan əlavə, iddiaçı özü raport yazaraq məzuniyyət tələb etmişdir. Cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı oglu N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzıtəsındə, kapitan hərbi rütbəsində xidmətdə olarkən, xx.xx.NNN-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Ordusundan istefaya buraxılması barədə raportla hərbi hissə komandirınə müracıət etmış, müraciət əsasında N nömrəli hərbi hissə komandiri tərəfindən təqdimat tərtib edilmiş və baxılması üçün yuxarı komandanlığa göndərılmışdır. Həmin təqdimat əsasında İddiaçı Azərbaycan Respublıkasının Müdafiə nazirinin N7 may NNN-ci il tarixli 0415 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında Əsanamə"nin 157-cı maddəsının "b bəndınə (xəstəlıyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmış, N iyun NNN-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N iyun NNN-ci il tarixli 175 nömrəli əmri ilə elan edilmiş və M.l.Həkimi N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılaraq hərbi uçota durması üçün SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinə göndərilmiş, lakin N8 oktyabr NNN-ci il tarixədək İddiaçı bu barədə müraciəti daxil olmamışdır. İddiaçı onun 049 nomrəlı hərbı hissədən "Hərbi xidmətkeçmə haqqında Əsanamənin157-ci maddəsinin "b bəndınə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə inzibati orqanın aktı barədə xx.xx.NNN-ci il tarixdən etibarən ona məlum olmuş və bu barədə ona məlumat verilmışdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd etmışdır ki, N nömrəli hərbi hissədə xidmət edərkən Müdafiə Nazirliyinin ştatlı hərbi həkim komissiyasınınxx.xx.NNN-ci il tarixli 493 nömrəli qərarı ilə "həm dinc dövrdə, həmdə müharıbə dovründə hərbi xidmətə yararsız" hesab edildiyinə görə xx.xx.NNN-ci il tarixdə xəstəliyi ilə əlaqədar Azərbaycan Ordusundan istefaya buraxılması barədə raportla müraciət etmiş, lakin o, N nömrəli hərbi hissədən deyil N nömrəli hərbi hissədən ehtiyata buraxılmış, xx.xx.NNN-ci il tarixdə istefaya buraxılması əmrini gözlədiyi halda xx.xx.NNN-ci il tarixdə məzuniyyətə göndərilmişdir. Halbuki iddiaçı Müdafiə nazirinin Birinci Müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.NN1-ci il tarixli 0N15 nömrəli əmri ilə N nömrəli hərbi hissənin maddi texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edildiyinə görə xx.xx.NN1-ci il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə gələrək şəxsi heyətin siyahısına daxil ólmyş, bundan sonra hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsini təhvil alması barədə hərbi hissə komandiri əmr vermiş, lakin iddiaçı səhhətində olan xəstəlikləri bəhanə gətirərək təyin oldunduğu avtomobil xidməti rəisi vəzifəsini təhvil almamışdır. Bundan sonra iddiaçı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli 41 nömrəli göndərişı ilə xx.xx.NNN-ci il tarixdə hərbi xidmətə yararlılıq dərəcəsinin təyin olunması məqsədilə Hərbı Həkim Komissiyasına göndərilmiş, sonuncu xx.xx.NNN-ci tarixdən xx.xx.NNN-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə və müayınədə olmuş və xx.xx.NNN-ci il tarixdə xidməti yerinə (N nömrəli hərbi hissəyə) qayıtmışdır. M..Həkimi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə ve müayinədə olarkən xx.xx.NNN-ci il tarixdə N nömrəli hərbi hissə komandiri onun Kəlbəcər rayonu ərazisində xidmət etməkdə çətinlik çəkməsini nəzərə alaraq "Hərbi xidmət keçmə haqqında Əsasnamə"nın 78-ci maddəsinə əsasən başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə təqdımat vermiş, həmin təqdimat əsasında X4 - XN xx.xx.NNN-ci il tarixli 0N4 nömrəli əmrli ilə həmin əsasnamənin 78-ci maddəsinin "b bəndinə (bərabər vəzifələrə - xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlıəvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etməküçün) əsasən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin avtomobil xidməti rəisi vəzifəsinə təyin edilmişdir. M.l.Həkimi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə və müayinədə olduqdan sonra xx.xx.NNN-ci il tarixdə xidməti yerinə (17N nomrəll nərbı nıssəyə) qayıtmış, xx.xx.NNN-ci il tarixdə xəstəliyi ilə əlaqədar olaraq Azərbaycan Ordusundan istefaya buraxılması barədə raportla hərbi hissə komandirinə müraciət etmiş, lakin İddiaçı xx.xx.NNN-ci il tarixdən başqa hərbi hissədə müvafiq vəzifəyə təyin olunması barədə icraatda təqdimatı olduğuna görə xəstəliyi ilə əlaqədar istefaya buraxılması barədə etdiyi müraciət müvəqqəti saxlanılmışdır. Həmçinin İddiaçı xx.xx.NNN-ci il tarixdə xəstəliyi ilə əlaqədar istefaya buraxılması barədə müraciət edərkən hərbi hissəyə təqdim etdiyi xəstəlik haggında şəhadətnamədə sonuncunun "həm dinc dövrdə, həmdə müharibə dövründə hərbi xidmətə yararsız hesab olunması barədə qeydlər olmamış, "hərbi xidmətə yararlılıq dərəcəsinin təyini uçun Hərbi Həkim Komissiyasına göndərilib" qeydləri İddiaçının muracıətı müvəqqəti saxlanılmışdır. Bundan əlavə iddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən NN1 ci ilin növbəti məzuniyyəti hesabından 45 gün müddətinə növbəti məzuniyyətə buraxılması barədə xx.xx.NNN-ci il tarixli N34 nömrəli raportla hərbi hissə komandirinə müraciət etmış, N nömrəli hərbi hissə komandiri tərəfindən sonuncunun müraciəti təmin edilərək xx.xx.NNN-ci itarixdə 45 gün müddətinə növbəti məzuniyyətə buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 56 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının həmin tarixli raportuna əsasən onun 45 günlük məzniyyətə buraxılması ilə bağlıdır. -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 10N nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının xx.xx.NNN-ci il tarixli raportuna əsasən onun 8 günlük məzuniyyətə buraxılması ilə bağlıdır. -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 110 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır. -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 157 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır. -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 160 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının müayinə və müalicəyə göndərilməsi ilə bağlıdır. -surəti işə əlavə edilmiş N saylı hərbi hissə komandirinin xx.xx.NNN-ci il tarixli, 175 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmr iddiaçının məzuniyyətdən qayıtması və vəzifəsinin icrasına başalaması ilə bağlıdır -surəti işə əlavə edilmiş Müdafiə Nazirinin X1 (N saylı hərbi hissə) xx.xx.NNN-ci il tarixli, 0N4 saylı əmrinin məzmunundan görünür ki, həmin əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin « b » bəndinə (bərabər vəzifəyə) əsasən iddiaçının tutduğu vəzifədən azad edilməsi və N saylı hərbi hissəyə xidmət yerinə təyin edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilm Azərbaycan Respublıkasının Müdafiə nazirinin N7 may NNNci il tarixli 0415 nömrəli əmrinin məzmunundan görünür ki, həmin əmrlə iddiaçı "Hərbi xidmətkeçmə haqqında Əsanamə"nin 157-cı maddəsının "b bəndınə (xəstəlıyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. -surəti işə əlavə edilmiş xx.xx.NNN-ci il tarixli, 493 nömrəli « Xəstəlik haqqında şəhadətnamə »dən görünür ki, iddiaçı həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 3N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iddia ərizəsinin məzmunu və işə əlavə edilmiş sübutlarla ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmətə yararsız hesab edilməsi barədə rəsmi sənəd təqdim edilməsinə baxmayaraq, ehtiyata buraxılmalı olduğu halda dəfələrlə məzuniyyətə göndərilməsi və xidmət yerinin dəhyişdirilməsi hallarını hüquqlarının pozulması kimi qiymətləndirmiş və həmin halların baş verməsinə zəmin yaratmış inzibati aktların ləğv edilməli olduğunu, həmçinin xıdmətə yararsız hesab edildiyi zaman xidmət etdiyi hərbi hissədən (N saylı) ehtiyata buraxılması barədə əmr verilməli olduğunu iddia edir. Cavabdeh isə iddiaçının özünün xəstəliyi ilə bağlı müvafiq sənədi xidmət etdiyi hərbi hissəyə geç təqdim etməsini, həmçinin iddiaçının məzuniyyətə buraxılmasının onun öz arzusu ilə həyata keçirildiyini əsas gətirərək iddianın əsassız olmasına istinad edir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti N saylı hərbi hissə komandirinin N3 fevral NNN-ci il tarixli, 56 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N mart NNN-ci il tarixli, 0N4 nömrəli əmrinin, N saylı hərbi hissə komandirinin N aprel NNN-ci il tarixdən N9 iyul NNN-ci il tarixədək ona aid əmrlərinin və Azərbaycan Republikası Müdafiə Nazirinin N7 may NNN-ci il tarixli, 0415 nömrəli əmrinin qanuniliyinin yoxlanılması, habelə iddiaçının NN fevral NNN-ci il tarixdən N saylı hərbi hissədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılması barədə əmrin verilməsi vəzifəsinin Azərbaycan Republikası Müdafiə Nazirliyinin üzərinə qoyulması ilə hüquqi əsasların olub-olmamasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. -N-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. -78-ci maddəsinin "b" yarımbəndində hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi qaydası müəyyən edilmişdir. Həmın normaya görə bərabər vəzifələrə xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edılmış yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün hərbi qulluqçuların xidmət yerinin dəyişilməsı həyata keçirilir. -16N-ci bəndinə əsasən hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 18-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. -41.0 və 41.0.3-cü maddələrində müəyyən edilmişdir ki, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbı qulluqçular xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda, həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Yenə həmin Qanunun 4N.0 və 4N.0.N-cı maddələrində isə müəyyən edılmışdır kı, hərbı qulluqçular xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həm dinc dovrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda, həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. İşin hallarına və mübahisəyə tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə hərbi xidmətə yararsız hesab edilmiş hərbi qulluqçunun 1 ay müddətində ehtiyata buraxılması təsbit edilsə də, hazırki halda iddiaçının müvafiq şəhadətnamə verildikdən sonra məzuniyyətə buraxılması onun özünün təqdim etdiyi raportlarla həyata keçirilmiş, eyni zamanda iddiaçı qanunla müəyyən edilmiş müddətdə ehtiyata buraxılmasına maneələr yaradıldığını iddia etsə də həmin zaman kəsiyində bu məsələni hüquq müstəvisində, yəni müvafiq məhkəmədə mübahisələndirməmişdir. Odur ki, iddiaçının məzuniyyətə buraxılması və məzuniyyətdən qayıtması ilə bağlı mübahisələndirilən əmrlərin ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Həmçinin iddiaçının xəstəliyi ilə bağlı yüksəklik ərazidə (N saylı h/h) xidmətinin məqsədəuyğun hesab edilməməsi onun xidmət yerinin dəyişdirilməsi ilə nəticələnmişdir ki, bu hal müvafiq qanunla tənzimlənir və hərbi xidmət qulluqçusunun mənafeyinə zidd hesab edilə bilməz. Tələbin iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi hissəsi ilə bağlı ayrıca qeyd olunur ki, əvvala iddiaçı müvafiq şəhadətnamə verildikdən sonra həmin məsələ ilə bağlı yuxarıda qeyd olunduğu kimi hüquq müstəvisində hərəkət etməmişdir. Eyni zamanda iddiaçının xidmətdən ehtiyata buraxılmasından uzun müddət sonra yaranmış hazırki hüquqi niyyəti onun sonuncu xidmət yerinin yüksəklik ərazidə olması ilə bağlı müvafiq ödənclərin həcminin artmasına zəmin yaradacağı ilə bağlıdır. Xüsusilə qeyd olunur ki, iddiaçının N saylı hərbi hissədən ehtiyata buraxılması barədə yeni tarixlə əmr veriləcəyi təqdirdə onun N saylı hərbi hissədə xidmət müddətinin taleyi baxımından qəbul ediləcək qərarın icrası, habelə iddiaçının ümumilikdə xidmət müddəti ilə bağlı gələcəkdə ziddiyətli halların yaranmasına səbəb ola bilər. Odur ki, məhkəmə iddianı ümumilikdə əsaslı hesab etmir və təmin edilməsi üçün hüquqi əsasın olmadığı qənaətinə gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N, 3N, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin N saylı, N saylı və N saylı hərbi hissələrinə qarşı əmrlərin ləğv edilməsi, ehtiyata buraxılma barədə əmrin verilməsi vəzifəsinin cavadehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar