Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-650/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 26 avqust 2022-ci il tarixli **********971400 saylı, 06 yanvar 2023-cü il tarixli **********212600 saylı, 06 yanvar 2023cü il tarixli **********213300 saylı, 06 yanvar 2023-cü il tarixli **********214000 saylı, 06 yanvar 2023-cü il tarixli **********219500 saylı, 06 yanvar 2023-cü il tarixli **********215700 saylı və 06 yanvar 2023-cü il tarixli **********217100 saylı qərarlarının ləğv edilməsi dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Fiziki şəxs haqqında məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmışdır və əsas fəaliyyət növü “təzə meyvə, tərəvəzin topdan satışı”ndan ibarətdir.
2. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən idxal olunmuş kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirildiyi və 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə onlayn kassa aparatının məlumatlarına əsasən təqdim edilmiş kənd təsərrüfat məhsullarının satışına ƏDV tətbiq edilməsinə baxmayaraq təqdim edilmiş ƏDV bəyannamələrində verginin ticarət əlavəsindən hesablaması kənarlaşmaların yaranmasına səbəb olmuşdur.
3. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********865700 nömrəli, xx.xx.2022-ci il tarixli **********422600 və xx.xx.2022-cİ il tarixli **********130100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********131200 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin fevral ayı üzrə 77.01 manat əlavə dəyər vergisi hesablanmışdır.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********787500 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin mart ayı üzrə 48.704,68 manat əlavə dəyər vergisi hesablanmışdır.
6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********971400 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin mart ayı üzrə 15.459,10 manat əlavə dəyər vergisi hesablanmışdır.
7. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********972100 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin aprel ayı üzrə 24.304,73 manat əlavə dəyər vergisi hesablanmışdır.
8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********973800 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin may ayı üzrə 16.742,59 manat əlavə dəyər vergisi hesablanmışdır.
9. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********974500 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin iyun ayı üzrə 50.736,72 manat əlavə dəyər vergisi hesablanmışdır.
10. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********902900 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin iyul ayı üzrə 35.584,37 manat əlavə dəyər vergisi hesablanmışdır.
11. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********905000 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin avqust ayı üzrə 24.581,94 manat əlavə dəyər vergisi hesablanmışdır.
12. Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********215800 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli **********971400 nöməli qərarın dəyişdirilmədən saxlanılması, xx.xx.2022-ci il tarixli **********920200 nömrəli qərarın 8.06 hissədə azaldılması, 60.89 hissədə dəyişdirilmədən qüvvədə saxlanılmsı, xx.xx.2022-ci il tarixli **********904300 nömrəli qərarın 2544,57 manat hissədə azaldılması, 19215,59 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********973800 nömrəli qərarın 1752,85 manat hissədə azaldılması, 13236,89 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********974500 nömrəli qərarın 9939,24 manat hissədə azaldılması, 30858,24 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********902900 nömrəli qərarın 2993,69 manat hissədə azaldılması, 29596,99 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması və xx.xx.2022-ci il tarixli **********905000 nömrəli qərarın 2849,38 manat hissədə azaldılması, 18883,18 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
13. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********212600 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin fevral ayı üzrə əvvəlki qərarla hesablanmış verginin məbləği 8,06 manat məbləğində azaldılaraq, 77,01 manat məbləğində müəyyən edilmişdir.
14. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********213300 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin aprel ayı üzrə əvvəlki qərarla hesablanmış verginin məbləği 2.544,57 manat məbləğində azaldılaraq, 21.760,16 manat məbləğində müəyyən edilmişdir.
15. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********214000 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin may ayı üzrə əvvəlki qərarla hesablanmış verginin məbləği 1.752,85 manat məbləğində azaldılaraq, 14.989,74 manat məbləğində müəyyən edilmişdir.
16. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********215700 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin iyun ayı üzrə əvvəlki qərarla müəyyən edilmiş verginin məbləği 9.939,24 manat məbləğində azaldılaraq, 50.736,72 manat məbləğində müəyyən edilmişdir.
17. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********217100 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin iyul ayı üzrə əvvəlki qərarla hesablanmış verginin məbləği 2.993,69 manat məbləğində azaldılaraq, 32.590,68 manat məbləğində müəyyən edilmişdir.
18. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********219500 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin avqust ayı üzrə əvvəlki qərarla hesablanmış verginin məbləği 2.849,38 manat məbləğində azaldılaraq, 21.732,56 manat məbləğində müəyyən edilmişdir.
19. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********371400 nömrəli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 175.12-ci maddəsinin tələblərinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndəsatışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Vergi Məcəlləsinin 175.13-cü maddəsinə əsasən isə bu Məcəllənin 175.2ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmişkənd təsərrüfatı məhsullarının torpdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər.
20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə təqdim olunmuş iş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən İddiaçı fəaliyyəti üzr dövlət büdcəsinə ödənilməli olan vergi borcu 221.381,51 manat məbləğində müəyyən edilmişdir.
21. 20.08.2022-ci il tarixli 2402, 2404, 2408 və 2410 nömrəli satış çeklərində ünvan 1yaçılar küçəsinin kəsişməsində yerləşən obyektin adı “Anbar” kimi qeyd edilmişdir. II. Məhkəmədə icraat
22. İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 26 avqust 2022-ci il tarixli **********971400 saylı, 06 yanvar 2023-cü il tarixli **********212600 saylı, 06 yanvar 2023-cü il tarixli **********213300 saylı, 06 yanvar 2023-cü il tarixli **********214000 saylı, 06 yanvar 2023-cü il tarixli **********219500 saylı, 06 yanvar 2023-cü il tarixli **********215700 saylı və 06 yanvar 2023-cü il tarixli **********217100 saylı qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir
23. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 29 avqust 2022-ci il arixli **********920200 saylı «Vergilərin hesablanması barədə» qərarına əsasən İddiaçı 77,01 manat məbləğində, 12 oktyabr 2022-cі il tarixli **********904300 saylı qərarına əsasən 24304,73 manat məbləğində, 29 avqust 2022-ci il tarixli, 2**********973800 saylı qərarına əsasən 16742,59 manat məbləğində, 07 iyun 2022-ci il tarixli **********971400 saylı qərarına əsasən 17506,22 manat məbləğində, 12 oktyabr 2022-ci il tarixli **********905000 saylı qərarına əsasən 24581,94 manat məbləğində, 29 avqust 2022-ci il tarixli **********974500 saylı qərarina əsasən 50736,72 manat məbləğində və 12 oktyabr 2022-ci il tarixli **********902900 saylı qərarına əsasən 35584,37 manat məbləğində vergi hesablanmışdır. Həmin qərarlardan İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verilmiş və şikayət qismən təmin edilərək 29 avqust 2022-ci il tarixli **********920200 saylı qərarla hesablanmış 77.01 manat 68.95 manata azaldılmış, 12 oktyabr 2022-ci il tarixli **********904300 saylı qərarla hesablanmış 24304.73 manat 21760.16 manata azaldılmış, 29 avqust 2022-ci il tarixli, **********973800 saylı qərarla hesablanmış 16742.59 manat 14989.74 manata azaldılmış, 07 iyun 2022-ci il tarixli **********971400 saylı qərarla hesablanmış 17506.22 manat dəyişdirilmədən qüvvədə saxlanılmış, 12 oktyabr 2022-ci il tarixli **********905000 saylı qərarla hesablanmış 24581.94 manat 21732.56 manata azaldılmış, 29 avqust 2022-ci il tarixli **********974500 saylı qərarla hesablanmış 50736.72 manat 40797.48 manata azaldılmış və 12 oktyabr 2022-ci il tarixli **********902900 saylı qərarla 35584.37 manat 32590.68 manata azaldılmışdır. Hesab edirəm ki, vergi orqanı qanunsuz və əsassız olaraq İddiaçı qeyd olunan məbləğdə vergi hesablamışdır. Belə ki, Kameral qaydada hesablanan verginin məbləği vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinə uyğun olmayaraq ümumi dövriyyədən sablanmışdır. Halbuki ticarət əlavəsindən hesablanmalı idi. Qeyd olunan aylar üzrə göndərilən ƏDV bəyannamələrində idxal olunan malları üzrə alış qiymətini texniki olaraq qeyd etmək mümkün olmadığından iddiaçı tərəfindən satışların ümumi dövriyyəsi yanlışlıqla ƏDV-yə cəlb edilən dövriyyə kimi təqdim edilmişdir. Hazırki qüvvədə olan vergi qanunvericiliyinə əsasən ƏDV marjadan hesablanmalı idi. Qeyd edir ki, satdığı kənd təsərrüfatı malları üçün ticarət əlavəsi ortalama 7-13% təşkil edir. Yeni nəsil kassa apparatları ticarət əlavəsini əks etdirmir, tam dövriyyəni götürür onun üçündə bu qədər məbləğ kameral hesablama yaranıb.
24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2757/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-672/2023 saylı (sədrlik edən və məruzəçi hakim R.Mamedov, hakimlər A.İsgəndərova və A.Hüseynzadə) qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2757/2023 saylı qərardadının ləğv edilməsi, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
26. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4233/2023 saylı qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
27. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sərdlik edən və məruzəçi hakim A.Bayramov, hakimlər A.İsgəndərova və R.Mamedov) xx.xx.2024-cü il tarixli 2-1(104)-182/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4233/2023 saylı qərardadının ləğv edilməsi, işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. III. İddianın növü və mümkünlüyü
28. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
29. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
30. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
31. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.
32. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.
33. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-182/2024 nömrəli qərardadında iddianın müddətlə bağlı mümkünlük şərtlərinə cavab verdiyi və tələbə mahiyyəti üzrə baxılmalı olduğu qeyd edilmişdir. Ona görə də məhkəmə hazırki işdə iddia müddətinin ötürülmədiyini hesab edir.
34. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
35. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
36. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
37. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə iddiaçının vəkil olan nümayəndəsi Vəkil mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti rədd edilmişdir.
38. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
39. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
40. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “təzə meyvə, tərəvəzin topdan satışı" olduğu, aktiv təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən idxal olunmuş kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirildiyi və 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə onlayn kassa aparatının məlumatlarına əsasən təqdim edilmiş kənd təsərrüfat məhsullarının satışına ƏDV tətbiq edilməsinə baxmayaraq təqdim edilmiş ƏDV bəyannamələrində verginin ticarət əlavəsindən hesablaması kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********865700 nömrəli, xx.xx.2022-ci il tarixli **********422600 və xx.xx.2022-cİ il tarixli **********130100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üçün ƏDV bəyannamələri üzrə müvafiq olaraq 68,95 manat, 15459,1 manat, 21760,16 manat, 14989,74 manat, 40797,48 manat, 32590,68 manat və 21732,56 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********920200, **********971400, **********973800, **********974500 nömrəli, xx.xx.2022ci il tarixli **********904300, **********902900, **********905000 nömrəli Qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci ilin dekabr ayında 8952,0 manat (ƏDV-siz, rüsum və vergilər daxil) invoys dəyərində və 2022-ci ilin yanvar ayında 20896,53 manat (ƏDV, rüsum və vergilər daxil), fevral ayında 254973,94 manat (ƏDV, rüsum və vergilər daxil), mart ayında 319796,23 manat (ƏDV, rüsum və vergilər daxil), aprel ayında 147905,11 manat (ƏDV, rüsum və vergilər daxil), may ayında 330487,57 manat (ƏDV, rüsum və vergilər daxil), iyul ayında 27737,1 manat (ƏDV, rüsum və vergilər daxil) və sentyabr ayında 22097,54 manat (ƏDV, rüsum və vergilər daxil) gömrük dəyərində, ümumilikdə 2022- ci ildə 1123894,02 manat (ƏDV, rüsum və vergilər daxil) gömrük dəyərində kənd təsərrüfatı məhsulları olan kartof, balqabaq, qarpız, yemiş, kələm və alma idxal edildiyi, elektron qaimə fakturalar əsasında 2021-ci ildə 40,0 manat (ƏDV daxil) və 2022-ci ildə 2714,4 manat dəyərində xidmətlərin əldə edildiyi, elektron qaimə fakturalar əsasında mallar təqdim edilmədiyi, ünvan 1yaçılar küçəsinin kəsişməsi ünvanında yerləşən **********-23002 obyekt kodlu, sahəsi 36,0 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2021-ci il tarixdə vergi orqanında qeydiyyata alındığı, xx.xx.2022-ci il tarixdə SUNMİ V1S markalı, VS43217S50191 zavod nömrəli nəzarət kassa aparatının quraşdırıldığı, xx.xx.2022-ci il tarixdə fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi ilə müraciət edərək fəaliyyətini xx.xx.2022-ci il tarixdək dayandırdığı, ƏDV depozit hesabına və bank hesablarına pul vəsaitinin mədaxil olunmadığı müəyyən edilmişdir. Fərdi sahibkara məxsus nəzarət kassa aparatının aylıq göstəricilərinin araşdırılması zamanı 2022-ci ilin fevral ayında 452,0 manat (68,95 manat ƏDV), mart ayında 114763,0 manat (17506,21 manat ƏDV), aprel ayında 142650,0 manat (21760,16 manat ƏDV), may ayında 98266,0 manat (14989,74 manat ƏDV), iyun ayında 267450,0 manat (40797,48 manat ƏDV), iyul ayında 213650,0 manat (32590,68 manat ƏDV) və avqust ayında 142469,0 manat (21732,55 manat ƏDV) məbləğində dövriyyəsinin olduğu müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı 2022-ci ilin fevral-avqust ayları ərzində nəzarət-kassa aparatlarının 2406 sayda nəzarət-kassa çeki üzrə 979700,0 manat (ƏDV daxil) məbləğində pul vəsaitinin mədaxil olunduğu, 1 nəzarət-kassa çeki üzrə orta hesabla 407,12 manat pul vəsaitinin mədaxil olunduğu müəyyən edilmişdir. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Fərdi sahibkarın əsas fəaliyyəti təzə meyvə, tərəvəzin topdan satışıdır. Vergi Məcəlləsinin 174.4-cü maddəsi ƏDV-nin ticarət əlavəsindən hesablanması üçün həm topdan satış, həm də pərakəndə satış üçün alış sənədləri ilə bağlı eyni əsasları müəyyənləşdirsə də, satış sənədləri ilə bağlı vergi ödəyicisinin faəliyyətinin topdan və pərakəndə olmasını fərqləndirir. Belə ki, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə sübut olunursa, satışı isə topdan satış üçün elektron qaimə faktura, pərakəndə satış üçün isə nəzarət kassa-aparatının çeki ilə sübut olunur. Yuxarıda da qeyd olunduğu kimi vergi ödəyicisinin fəaliyyətinin təzə meyvə, tərəvəzin topdan satışı olduğunu nəzərə alsaq müəyyənləşdirərik ki, ona ticarət əlavəsindən ƏDV-nin hesablanması üçün tələb olunan sənəd elektron qaimə-fakturadır. Lakin vergi ödəyicisi nəzarət kassa- aparatının çekini təqdim etmişdir. VM-nin 174.4-cü maddəsinin 2-ci cümləsinə əsasən Kənd təsərrüfatı məhsullarının alışı elektron qaiməfaktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaiməfaktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDVdən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Göründüyü kimi vergi ödəyicisi tərəfindən satışın anbardan edilməsi və bir çek üzrə iri partiyalarla malların təqdim edilməsi, topdan qaydada satılmalı olan malların pərakəndə satış qaydasında təqdim edilərək nəzarət kassa aparatının çeki ilə rəsmiləşdirilməklə təqdim edilməsi, Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən ƏDV-nin ümumi dövriyyədən hesablanmasına əsas verir. Həmçinin, aparılmış araşdırma nəticəsində müəyyənləşdirilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2022-ci ilin fevral ayının bəyannaməsində topdan qaydada təqdim olunmuş kənd təsərrüfatı məhsullarına görə 45112,49 manat, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2022-ci ilin mart ayının bəyannaməsində topdan qaydada təqdim olunmuş kənd təsərrüfatı məhsullarına görə 48704,68 manat ƏDV məbləğinin əvəzləşdirildiyi aşkar olunmuşdur. Lakin Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Beləliklə, fərdi sahibkara məxsus nəzarət kassa aparatının aylıq göstəricilərinin araşdırılması zamanı 2022-ci ilin fevral ayında 452,0 manat (68,95 manat ƏDV), mart ayında 114763,0 manat (17506,21 manat ƏDV), aprel ayında 142650,0 manat (21760,16 manat ƏDV), may ayında 98266,0 manat (14989,74 manat ƏDV), iyun ayında 267450,0 manat (40797,48 manat ƏDV), iyul ayında 213650,0 manat (32590,68 manat ƏDV) və avqust ayında 142469,0 manat (21732,55 manat ƏDV) məbləğində dövriyyəsinin olduğunu, 2022-ci ilin fevral-avqust ayları ərzində nəzarət-kassa aparatlarının 2406 sayda nəzarət-kassa çeki üzrə 979700,0 manat (ƏDV daxil) məbləğində pul vəsaiti mədaxil olmuş, bir nəzarət-kassa çeki üzrə orta hesabla 407,12 manat pul vəsaiti mədaxil olmuş, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas vermiş, bununla da Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələblərini pozduğuna görə ƏDV ümumi dövriyyədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı əsas fəaliyyət növü “təzə meyvə, tərəvəzin topdan satışı" olmasına baxmayaraq, fəaliyyətini pərakəndə satış kimi sənədləşdirmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən vergi ödəyicisinin pərakəndə satış kimi rəsmiləşdirdiyi əqd əhəmiyyətsiz olmaqla birlikdə, ona topdan satışla bağlı qaydalar tətbiq edilməlidir. Həmçinin iddiaçı iddia ərizəsində yeni nəsil kassa aparatlarının ticarət əlavəsini əks etdirmədiyini qeyd etmişdir. Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4 təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi; 50.8.8‘ nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); 50.8.9. malın sürətli məlumat kodu (X4); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Normadan da göründüyü kimi, nəzarət kassa-aparatlarında pərakəndə satışla bağlı qeyd yoxdur.
41. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
42. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Fiziki şəxs haqqında məlumat; - 20.08.2022-ci il tarixli 2402, 2404, 2408 və 2410 nömrəli satış çekləri; - "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********865700 nömrəli, xx.xx.2022-ci il tarixli **********422600 və xx.xx.2022-cİ il tarixli **********130100 nömrəli məktublar; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********131200 nömrəli, xx.xx.2022-ci il tarixli **********787500 nömrəli, xx.xx.2022-ci il tarixli **********971400 nömrəli, xx.xx.2022-ci il tarixli **********972100 nömrəli, xx.xx.2022-ci il tarixli **********973800 nömrəli, xx.xx.2022-ci il tarixli **********974500 nömrəli, xx.xx.2022-ci il tarixli **********902900 nömrəli və xx.xx.2022-ci il tarixli **********905000 nömrəli qərarlar; - Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********215800 nömrəli qərarı; - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********212600 nömrəli, xx.xx.2023-cü il tarixli **********213300 nömrəli, xx.xx.2023-cü il tarixli **********214000 nömrəli, xx.xx.2023-cü il tarixli **********215700 nömrəli, xx.xx.2023-cü il tarixli **********217100 nömrəli və xx.xx.2023-cü il tarixli **********219500 nömrəli qərarlar; - Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********371400 nömrəli cavab məktubu; - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
43. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
44. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən idxal olunmuş kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirildiyi və 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üzrə onlayn kassa aparatının məlumatlarına əsasən təqdim edilmiş kənd təsərrüfat məhsullarının satışına ƏDV tətbiq edilməsinə baxmayaraq təqdim edilmiş ƏDV bəyannamələrində verginin ticarət əlavəsindən hesablaması kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********865700 nömrəli, xx.xx.2022-ci il tarixli **********422600 və xx.xx.2022-cİ il tarixli **********130100 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin müvafiq bəyannamə, uyğunsuzluq barədə əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin fevral, mart, aprel, may, iyun, iyul və avqust ayları üçün ƏDV bəyannamələri üzrə müvafiq olaraq 68,95 manat, 15459,1 manat, 21760,16 manat, 14989,74 manat, 40797,48 manat, 32590,68 manat və 21732,56 manat vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********920200, **********971400, **********973800, **********974500 nömrəli, xx.xx.2022cİ il tarixli **********904300, **********902900, **********905000 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
45. Bundan sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********215800 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli **********971400 nöməli qərarın dəyişdirilmədən saxlanılması, xx.xx.2022-ci il tarixli **********920200 nömrəli qərarın 8.06 hissədə azaldılması, 60.89 hissədə dəyişdirilmədən qüvvədə saxlanılmsı, xx.xx.2022-ci il tarixli **********904300 nömrəli qərarın 2544,57 manat hissədə azaldılması, 19215,59 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********973800 nömrəli qərarın 1752,85 manat hissədə azaldılması, 13236,89 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********974500 nömrəli qərarın 9939,24 manat hissədə azaldılması, 30858,24 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması, xx.xx.2022-ci il tarixli **********902900 nömrəli qərarın 2993,69 manat hissədə azaldılması, 29596,99 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması və xx.xx.2022-ci il tarixli **********905000 nömrəli qərarın 2849,38 manat hissədə azaldılması, 18883,18 manat hissədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
46. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********212600 nömrəli qərara əsasən İddiaçı 2022-ci ilin fevral ayı üzrə verginin məbləği 8,06 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********213300 nömrəli qərara əsasən 2022-ci ilin aprel ayı üzrə verginin məbləği 2.544,57 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********214000 nömrəli qərara əsasən 2022-ci ilin may ayı üzrə verginin məbləği 1.752,85 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********215700 nömrəli qərara 2022-ci ilin iyun ayı üzrə verginin məbləği 9.939,24 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********217100 nömrəli qərara əsasən 2022-ci ilin iyul ayı üzrə verginin məbləği 2.993,69 manat məbləğində və xx.xx.2023-cü il tarixli **********219500 nömrəli qərara əsasən 2022-ci ilin avqust ayı üzrə verginin məbləği 2.849,38 manat məbləğində azaldılmışdır.
47. İddiaçı hazırkı iddia tələbində Vergi Məcəlləsinin 159.1-ci maddəsinə istinad edərək, vergi orqanının kameral qaydada hesablanan verginin məbləğini ümumi dövriyyədən deyil, ticarət əlavəsindən hesablanmalı olduğunu qeyd etmişdir.
48. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir.
49. Azərbaycan Respublikası Vergi Məcəlləsinə: Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Maddə 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: - 50.8.1. vergi ödəyicisinin adı; - 50.8.2. VÖEN; - 50.8.3. çekin vurulmasının tarixi və saatı; - 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; - 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); - 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; - 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. - 50.8.8. nəzarətkassa aparatının fiskal rejiminin nişanı (əlaməti). - 50.8.9. malın sürətli məlumat kodu (X4); - 50.8.10. ödənilmiş məbləğ; - 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; - 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); - 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); - 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); - 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); - 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; - 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); - 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); - 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. Maddə 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 94.0.2. Vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: - 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; - 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; - 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; - 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; - 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt.
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”na görə: 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.2. İstifadəçinin hüquqları: 8.2.1. vergi orqanlarında müəyyən edilmiş qaydada uçota alınması üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək; 8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək; 8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək. 8.3. İstifadəçinin vəzifələri: 8.3.1. NKA-nın uçotu və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ərizə ilə Nazirliyə müraciət etmək; 8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək; 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.4. NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhv edilməsini təşkil edir və bunun üçün ayrıca məsul şəxs təyin etmək; 8.3.5. öz əməkdaşının NKA ilə işləməsinin öyrədilməsini təmin etmək; 8.3.6. NKA-nın vergi orqanlarında uçota alınmasını və uçotdan çıxarılmasını təmin etmək; 8.3.7. dövlət reyestrinə daxil edilmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.8. NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; 8.3.9. NKA-nın işə salınmasında və işə salınma aktının tərtib edilməsində iştirak etmək; 8.3.10. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək; 8.3.11. Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; 8.3.12. vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; 8.3.13. vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; 8.3.14. Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 8.3.16-1. təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək; 8.3.17. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
51. İş materialları ilə müəyyən edilmişdir ki, uçot-baza məlumatlarının araşdırılması zamanı 2021-ci ilin dekabr ayında 8952,0 manat (ƏDV-siz, rüsum və vergilər daxil) invoys dəyərində və 2022-ci ilin yanvar ayında 20896,53 manat (ƏDV, rüsum və vergilər daxil), fevral ayında 254973,94 manat (ƏDV, rüsum və vergilər daxil), mart ayında 319796,23 manat (ƏDV, rüsum və vergilər daxil), aprel ayında 147905,11 manat (ƏDV, rüsum və vergilər daxil), may ayında 330487,57 manat (ƏDV, rüsum və vergilər daxil), iyul ayında 27737,1 manat (ƏDV, rüsum və vergilər daxil) və sentyabr ayında 22097,54 manat (ƏDV, rüsum və vergilər daxil) gömrük dəyərində, ümumilikdə 2022- ci ildə 1123894,02 manat (ƏDV, rüsum və vergilər daxil) gömrük dəyərində kənd təsərrüfatı məhsulları olan kartof, balqabaq, qarpız, yemiş, kələm və alma idxal edildiyi, elektron qaimə fakturalar əsasında 2021-ci ildə 40,0 manat (ƏDV daxil) və 2022-ci ildə 2714,4 manat dəyərində xidmətlərin əldə edildiyi, elektron qaimə fakturalar əsasında mallar təqdim edilmədiyi, ünvan 1yaçılar küçəsinin kəsişməsi m ünvanında yerləşən **********-23002 obyekt kodlu, sahəsi 36,0 m2 olan “Anbar” adlı təsərrüfat subyektinin xx.xx.2021-ci il tarixdə vergi orqanında qeydiyyata alındığı, xx.xx.2022-ci il tarixdə SUNMİ V1S markalı, VS43217S50191 zavod nömrəli nəzarət kassa aparatının quraşdırıldığı, xx.xx.2022-ci il tarixdə fiziki şəxsin fəaliyyətinin dayandırılması ərizəsi ilə müraciət edərək fəaliyyətini xx.xx.2022-ci il tarixdək dayandırdığı, ƏDV depozit hesabına və bank hesablarına pul vəsaitinin mədaxil olunmadığı müəyyən edilmişdir.
52. Fərdi sahibkara məxsus nəzarət kassa aparatının aylıq göstəricilərinin araşdırılması zamanı 2022-ci ilin fevral ayında 452,0 manat (68,95 manat ƏDV), mart ayında 114763,0 manat (17506,21 manat ƏDV), aprel ayında 142650,0 manat (21760,16 manat ƏDV), may ayında 98266,0 manat (14989,74 manat ƏDV), iyun ayında 267450,0 manat (40797,48 manat ƏDV), iyul ayında 213650,0 manat (32590,68 manat ƏDV) və avqust ayında 142469,0 manat (21732,55 manat ƏDV) məbləğində dövriyyəsinin olduğu müəyyən edilmişdir.
53. Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir.
54. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2022-ci ilin fevral ayının bəyannaməsində topdan qaydada təqdim olunmuş kənd təsərrüfatı məhsullarına görə 45112,49 manat, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 2022-ci ilin mart ayının bəyannaməsində topdan qaydada təqdim olunmuş kənd təsərrüfatı məhsullarına görə 48704,68 manat ƏDV məbləğinin əvəzləşdirildiyi aşkar olunmuşdur.
55. Lakin Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
56. Beləliklə, fərdi sahibkara məxsus nəzarət kassa aparatının aylıq göstəricilərinin araşdırılması zamanı 2022-ci ilin fevral ayında 452,0 manat (68,95 manat ƏDV), mart ayında 114763,0 manat (17506,21 manat ƏDV), aprel ayında 142650,0 manat (21760,16 manat ƏDV), may ayında 98266,0 manat (14989,74 manat ƏDV), iyun ayında 267450,0 manat (40797,48 manat ƏDV), iyul ayında 213650,0 manat (32590,68 manat ƏDV) və avqust ayında 142469,0 manat (21732,55 manat ƏDV) məbləğində dövriyyəsinin olduğunu, 2022-ci ilin fevral-avqust ayları ərzində nəzarət-kassa aparatlarının 2406 sayda nəzarət-kassa çeki üzrə 979700,0 manat (ƏDV daxil) məbləğində pul vəsaiti mədaxil olmuş, bir nəzarət-kassa çeki üzrə orta hesabla 407,12 manat pul vəsaiti mədaxil olmuş, bu da faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsas vermiş, bununla da Vergi Məcəlləsinin 174.4-cü maddəsinin tələblərini pozduğuna görə ƏDV ümumi dövriyyədən hesablanmışdır.
57. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən (50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği) müştəriyə təqdim etdiyi NKA çekində təqdim etdiyi mala görə müştəridən aldığı ƏDV məbləğini göstərməli və müştəridən aldığı ƏDV-ni (əvəzləşdirmək hüququ olduqda əvəzləşdirilən hissə istisna olmaqla) büdcəyə ödəməlidir.
58. Həmin Məcəllənin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.
59. Azərbaycan Respublikasının Prezidentininin 3 dekabr 2021-ci il tarixli, 406-VİQD nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) Keçid müddəalarının 2.5-ci bəndinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvar ayının 1dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən, digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvar ayının 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır.
60. Belə olan halda vergi ödəyicisi NKA-da malın ƏDV-dən azad olunan dəyərini (əsas məbləği) və tətbiq etdiyi ticarət əlavəsini göstərməlidir. Hazırkı iş üzrə iddiaçı NKAda bu məbləğləri ayrılıqda göstərməmiş və ƏDV-ni ümumi məbləğə tətbiq edərək hesablamış, istehlakçıdan hesabladığı ƏDV-nin məbləğini almışdır.
61. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ məhdudlaşdırılsa belə həmin məbləği istehlakçıdan tam şəkildə aldığı üçün vergi ödəyicisinə əlavə öhdəlik yaranmamış olur.
62. Məhkəmə qeyd edir ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 və 8.3.16-1-ci maddələrinə əsasən, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların (VM-nin 50.8-ci maddəsində qeyd edilən məlumatlar) əks etdirilməsini təmin etmək və təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək istifadəçinin vəzifəsinə aid edilmişdir.
63. Həmçin iş materiallarına əlavə edilmiş iddiaçı ilə operator xidməti arasında bağlanmış müqavilənin şərtlərinə əsasən istifadəçi proqram təminatı gələcəkdə hər hansı bir dəyişiklik və ya yenilənmə nəzərdə tutulduğu halda bu barədə 2 (iki) ay əvvəlcədən operatora yazılı xəbərdarlıq etməyi öz öhdəsinə götürmüşdür.
64. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilməklə hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
65. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər.
66. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh vergi orqanı tərəfindən 26 avqust 2022-ci il tarixli, **********971400 saylı, 06 yanvar 2023-cü il tarixli, **********212600 saylı, 06 yanvar 2023-cü il tarixli, **********213300 saylı, 06 yanvar 2023cü il tarixli, **********214000 saylı, 06 yanvar 2023-cü il tarixli, **********219500 saylı, 06 yanvar 2023-cü il tarixli, **********215700 saylı və 06 yanvar 2023-cü il tarixli, **********217100 saylı qərarlar qəbul edilərkən yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əməl edildiyindən, İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
67. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
68. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva