Məhkəmə qərarları › İş №2-1(114)-653/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-653/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-653/2022 12.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12, X15, X11) şəhadətnamədə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-054 KOD 61022038 olan Şəhadətnamədə düzəliş edilməsi, yəni onun adının İddiaçı kimi qeyd edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xaiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayon Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 saylı qərarına əsasən X10, İddiaçı, X13, X9 Bərdə rayon Qazaxlar Kəndində 0,20 ha. həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-054A KOD-61022038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də almışlar. Həmin torpaq onun sahibliyində və istifadəsində olsa da müİkiyyətləri üzərində sərəncam hüquqularını həyata Keçirə bilmirlər. Belə ki, onun soyadı Zeynalova olduğu halda səhvən ”Haşımova" kimi qeyd edilmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********68 nömrəli, 14.12.2021 ci il tarixli məktubundan görünür ki, iddiaçıya və onun ailə üzvlərinə məxsus Bərdə rayon Qazaxlar kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-054A saylı şəhadətnamədə hansı səbəbdən İddiaçı əvəzinə X1 yazılması onlara məlum eyildir, həmçinin həmin sənədin vətəndaşlara məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvlərin düzəldilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir. -surəti işə əlavə olunmuş JN-054A, KOD 61022038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı adı şəhadətnamədə Haşımova Mehriban Allahverən qızı kimi qeyd olunmuşdur. -Kadastr və Yerquruluşu Layihə-X14 Məsuliyyətli Cəmiyyəti sorğuya cavab olaraq məhkəməyə göndərdiyi 07.04.2022-ci il tarixli **********85 məktubuna əlavə edilmiş Bərdə rayon Aqrar İslahatı Komissiyasının Bərdə rayonu Qazaxlar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X4 torpaq payı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 saylı qərarı ilə X4 Bərdə rayonu Qazaxlar kəndində 0.20 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-054A, KOD 61022038 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə tərtib edilmişdir. İddiaçı sözügedən şəhadətnamədə adı qeyd olunan X3 özü olduğunu bildirir, lakin soyadın yazılışında səhvə yol verildiyini bildirərək cavabdehə müraciət edərək müvafiq düzəlişin edilməsini tələb etmiş, cavabdeh isə həmin yol verilmiş səhvin düzəldilməsinin onun səlahiyyətləri aid olmadığını bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçının şəhadətnamədə müvafiq düzəliş edilməsindəki hüquqi marağı Bərdə rayon Aqrar İslahat Komissiyasının 31.08.1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasıdır. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Bərdə rayonun Qazaxlar kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə olan torpaqdan pay alacaq subyektlərin siyahısında adı qeyd olunan şəxsin hazırki iş üzrə iddiaçının olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxsin iddia olunan şəxs olması öz təsdiqini tapdığı halda belə şəhadətnamədə qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan şəhadətnamədə düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar