Məhkəmə qərarları › İş №2-1(114)-654/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-654/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-654/2022 05.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı “xx.xx.N0N1-ci il tarixli 076əç nömrəli əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 57 nömrəli əmri ilə İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdeh komandirinin N sentyabr N0N1-ci il tarixli 067əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatan vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şuşa rayonu) gəlmiş hesab edilmiş, 14 oktyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulsun və vəzifəsinin icrasına başlamışdır. Əmrin verilməsin əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 5880 nömrəli təyinat vərəqəsi olmuşdur. Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli, 076əç nömrəli əmrinə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.N0N1-ci il tarixdə N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi keçirilmiş və “N nömrəli hərbi hissənin 3-cü taborunun 7ci bölüyünün N-ci taqımının N-ci qrupun kəşfiyyatçı-qumbaraatanı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, vəzifələrinin öhdəsindən zəif gələn bir hərbi qulluqçu kimi göstərməsi, silahlı qüvvələrin nizamnamələrinin tələblərini düzgün yerinə yetirməyi bacarmaması N nömrəli hərbi hissənin poliqonunda keçirilən "KOMANDO" kursunu özbaşına tərk etməsi” məsələsinə baxılmışdır. Şərəf Məhkəməsinin xx.xx.N0N1-ci il tarixli, 5 nömrəli qərarı ilə "həqiqi hərbi xidmətdən ehtiyata buraxılması" elan edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 89 nömrəli əmri ilə iddiaçı Cavabdeh komandirinin N noyabr N0N1-ci il tarixli 076əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndində (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx.xx.N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas Cavabdeh komandirinin N noyabr N0N1-ci il tarixli 076əç nömrəli əmr olmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 076 ƏÇ nömrəli əmrinin ləğv edilməsi və onun hərbi xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.N0NN-ci il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı ərizə təqdim edərək cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.N0NN-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehsi (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N0N0-ci ildən N saylı hərbi hissədə Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlamış, 44 günlük müharibədə ön cəbhədə vuruşmuşdur. Fizuli və Qubadlı rayonlarının, Şuşa şəhərinin işğaldan azad olunması uğrunda vuruşmuş, "Cəsur döyüşçü", "Fizulinin işğaldan azad olunması", "Qubadlınını işğaldan azad olunması" və "Şuşanın işğaldan azad olunması" medalları ilə təltif olunmuşdur. xx.xx.N0N0-ci ildə Şuşada Daşaltı əməliyyatı zamanı yaralanmışdır. xx.xx.N0N1-ci ildən etibarən yenidən xidmətə qayıtmış və 6 ay ərzində Şuşada Xankəndi istiqamətində postlarda olmuşdur. N0N1-ci ilin okrtyabr ayında N18 saylı hərbi hissənin "Komando" briqadasina kurlara cəlb olunmuş, 4 həftə ərzində kurs keçmişdir. xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixədək Zəfər Günü münasibətilə ona hərbi hissənin daxilində istirahət verilmişdir. İstirahət günləri ərzində 3-cü taborun komandiri bütün taborun əsgərlərinə və şəxsən ona qarşı haqsızlıqlar etdiyinə görə, o və başqa 5 əsgər onun hərəkətlərinə qarşı etiraz əlaməti olaraq kursa qayıtmayacıqlarını bildirmişdir. Bu səbəbdən Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 076 əç nömrəli əmrlə iddiaçı xidmətdən azad edilmişdir. Qeyd edilən əmri qanunsuz və əsassız hesab edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi Zəfər Günü münasibətilə mən xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N1-ci il tarixə kimi rəsmi əmrlə istirahətdə olmuşdur. istirahət müddətində onun xidmətdən azad edilməsi barədə əmr verilə bilməzdi. İkincisi, onu 156-cı maddə ilə, yəni xidmətə uyğunsuzluqla xidmətdən azad edilmişdir. Bununla da razılaşmır. Belə ki, o, müharibədə iştirak etmiş, medallarla təltif olunmuş, 6 ay ərzində strateji postlarda xidmət etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, ona xidmətdən azad olunduğu elan edildikdən sonra şərəf məhkəməsi keçirilmişdir. Şərəf məhkəməsi keçirilən zaman o, onun xidmətdən azad edilməsi barədə əmr verildiyini bilmiş, təyinat vərəqəsi də təqdim edilmişdi. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsi). İş materiallarına mübahisələndirilən inzibati icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.N-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə gəldikdə isə məhkəmənin xx.xx.N0NN-ci il tarixli qərardadı ilə iddianın qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.N0N1-ci il tarixdən N18 saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuş hesab edilmişdir. xx.xx.N0N1-ci il tarixdə. Cavabdeh komandirinin əmri ilə (əmrin məhkəməyə təqdim edilməsi üçün dəfələrlə sorğu göndərilsə də, məhkəmə sorğusu cavablandırılmamışdır) iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmr əsasında N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 89 nömrəli əmri ilə iddiaçı xx.xx.N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı həmin əmri və onun yaratdığı hüquqi nəticələri mübahisələndirir. Bu səbəbdən də inzibati aktın maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılmalı, mübahisələndirilən əmrin əsasları ilə bağlı araşdırma aparılmalı, həmin əsaslara hüquqi qiymət verilməlidir. Ehtiyata buraxılmanın əsasları və qaydası isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: -155-ci bəndində göstərilir ki, Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -16N-ci bəndində qeyd olunur ki, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -163-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Yuxarıda qeyd olunan normaların məzmununa görə ehtiyata buraxılmalı olan hərbi qulluqçu barəsində bilavasitə rəis tərəfindən raport təqdimat hazırlanır, bu zaman hərbi qulluqçu ilə birinci söhbət aparılır, daha sonra buraxılma haqqında təqdimat (raport) göndərilən zaman ikinci söhbət aparılır və bu barədə söhbət vərəqəsi tərtib edilir. Həmçinin, buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əsasnamənin 161 və 16N-ci maddələrinin tələbləri cavabdeh tərəfindən təmin olunmamışdır. Belə ki, şərəf məhkəməsində iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün əsaslar xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, vəzifələrinin öhdəsindən zəif gələn bir hərbi qulluqçu kimi göstərməsi, silahlı qüvvələrin nizamnamələrinin tələblərini düzgün yerinə yetirməyi bacarmaması N nömrəli hərbi hissənin poliqonunda keçirilən "KOMANDO" kursunu özbaşına tərk etməsi olmuşdur. Lakin qeyd olunan əsaslar barəsində təqdimat və raport tərtib edilməmiş, ümumiyyətlə şərəf məhkəməsinin kimin vəsatəti ilə keçirilməsi müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən dəfələrlə inzibati icraat materialları tələb olunsa da, yalnız şərəf məhkəməsinin iclas protokolu, qərarı və N nömrəli hərbi hissə komandirinin əmrlərindən çıxarışlar təqdim edimişdir. Həmin N nömrəli hərbi hissə komandirinin əmrinin verilməsinə əsas isə hazırda mübahisələndirilən əmr olmuşdur ki, həmin əmr hərbi qulluqçuların şərəf məhkəməsinin iclasından bir gün əvvəl qəbul olunmuşdur. Bu isə, “İnzibati icraat haqqında” Qanunun N4cü maddəsinin müddəalarının tələblərinin təmin olunmamasının aşkar göstəricisidir. Beləliklə, iddiaçı barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin xx.xx.N0N1-ci il tarixli 076əç nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh 3-cü taborun 7-ci bölüyünün N-ci taqımının N-ci qrupunun kəşfiyyatçı-qumbaraatan vəzifəsinə bərpa edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar