Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-655/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Ağdam rayonu Göytəpə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 30 saylı doğum akt qeydində ana haqqında məlumat qrafasına düzəliş edilərək, anasının “Abbasova” kimi qeyd edilmiş soyadının “Məmmədova” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Nikahın bağlanması haqqında AZ-İ № 011814 saylı şəhadətnaməyə əsasən X6 ilə X17 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Mamedova” soyadı verilmişdir.
2. Doğum haqqında xx.xx.2023-cü il tarixli AZ-T 223572 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1961-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1961-ci il tarixdə 030 nömrə ilə qeyd edilmişdir.
3. Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ-İİ 024137 nömrəli şəhadətnaməyə əsasən X7 xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 180 nömrə ilə qeyd edilmişdir.
4. Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 319997 nömrəli şəhadətnaməyə əsasən X14 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd edilmişdir.
5. İddiaçı doğum haqqında akt qeydində anasının soyadının Abbasovadan Məmmədovaya dəyişdirilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin şöbənin xx.xx.2024-cü il tarixli 259-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, xx.xx.1961-ci il tarixdə 30 nömrə ilə Ağdam rayonu Göytəpə İ/N-də doğumu qeydə alınmışdır. Onun doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında anasının soyadı “Abbasova” olaraq qeyd edilmişdir. Anasının soyadının “Abbasova” soyadından “Məmmədova” soyadına dəyişiklik edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi və s) təqdim edə bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq birbaşa səlahiyyətinə aid deyil. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur.
6. Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-3xx/xx-2023 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı XX.XX.1936-cı il tarixdə Ağdam rayonunda doğulmuş və xx.xx.2002-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş (Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixli 180 nömrəli ölüm haqqında akt qeydi qeydə alınmışdır) X2 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıda qeyd olunan məlumatlar aşkar edilmişdir: Arvadı: X18 (XX.XX.1937, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 184 saylı ölüm haqqında akt qeydi qeydə alınmışdır) Oğlu: İddiaçı (xx.xx.1961) Qızı: X4 (xx.xx.1965) Qızı: X5 (xx.xx.1968) Oğlu: X12 (xx.xx.1963, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 993 saylı ölüm haqqında akt qeydi qeydə alınmışdır) Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.
7. Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/148134-23 nömrəli arayışında göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. Atası: X7 (xx.xx.1936) (vəfat edib) Anası: X14 (xx.xx.1937) (vəfat edib) Qardaşı: X12 (xx.xx.1963) (vəfat edib) Bacısı: X4 (xx.xx.1965) Bacısı: X5 (xx.xx.1968).
8. Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-5xx/xx-2023 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1937-ci il tarixdə Ağdam rayonu, Göytəpə kəndində anadan olmuş, xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda vəfat etmiş X8 (Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 184 saylı ölüm haqqında akt qeydi qeydə alınmışdır) barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü il tarixədək aparılmış və yuxarıda qeyd edilən vətəndaşın aşağıdakı məlumatlar aşkar edilmişdir: Qızı: X3 (xx.xx.1965) Oğlu: İddiaçı qızı (xx.xx.1961) Qızı: X5 (xx.xx.1968) Oğlu: X12 (xx.xx.1963) Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13- 2598/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitabllarının saxlanılması qaydası və müddətləri”nin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Bildirilir ki, vətəndaşlıq vəziyyətinə dai akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Göstərilənlərəm əsasən S.Abasovun valideynlərinin doğumu haqqında sənədlərin əldə olunması üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət etməyi tövsiyə olunur. Həmin məktuba əlavə edilmiş: - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 319997 nömrəli akt qeydinə əsasən X14 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 184 nömrə ilə qeyd edilmişdir. - Ölüm haqqında xx.xx.2002-ci il tarixli 180 nömrəli akt qeydinə əsasən X7 xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 180 nömrə ilə qeyd edilmişdir. - Doğum haqqında xx.xx.1961-ci il tarixli 30 nömrəli akt qeydində İddiaçı xx.xx.1961-ci il tarixdə Ağdam rayonu, kəndində anadan olması göstərilmiş, bu barədə doğum haqqında akt qeydləri kitabında 152 nömrə ilə qeyd edimişdir. - Nikahın bağlanması haqqında xx.xx.1956-cı il tarixli 19 nömrəli akt qeydinə əsasən X6 ilə X17 arasında xx.xx.1956-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Mamedova” soyadı verilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-12070/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1936-cı il təvəllüdlü Abbasov (Mamedov) Hökmalı Ələsgər oğlunun və xx.xx.1937-ci il təvəllüdlü Şirinova (Abbasova, Mamedova, Məmmədova) Sima Səməd qızının doğumu haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. Həmçinin, məlumat verilir ki, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənləri nəzərə alaraq müvafiq məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət etməyi tövsiyə olunur.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025ci il tarixli 3-48-DA/2-42/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, 02 dekabr 1937ci il tarixində Ağdam rayonu Göytəpə kəndində doğulmuş X9 Ağdam rayonu Göytəpə icra nümayəndəliyi tərəfindən xx.xx.1937-ci il tarixində tərtib olunmuş 33 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surətini təqdim edirlər. Eyni zamanda bildirilir ki, 1936-cı il Bərdə rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında Abbasov (Mamedov) Hökmalı Ələsgər oğlunun doğumu haqqında məlumat aşkar edilmədi. Həmin məktuba əlavə edilmiş: – Doğum haqqında xx.xx.1937-ci il tarixli 33 nömrəli akt qeydinə əsasən X17 xx.xx.1937-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1937-ci il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X19, X10 qeyd edilmişdir.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025ci il tarixli 3-48-DA/2-153/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, 1936-cı ilə dair Ağdam rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Cavabdeh, Qərvənd, Ağdamkənd, Şelli, Əhmədvar, Xıdırlı, İsmayılbəyli, Məqsudlu, Kəngərli, Şıxavənd, Şıxbabalı, Göytəpə, Əfətli, Papravənd, Üçoğlan,Yeni-Ağdam, Novruzlu, Mərzilli, Qaradağlı, Güllücə, Boyəhmədli, Xındırıstan, Ətyeməzli, Çəmənli icra nümayəndəlikləri) Abbasov (Mamedov) Hökmalı Ələsgər oğlunun təvəllüdü barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmədə icraat
13. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin ana qrafasında anasının soyadının “Abbasova”dan “Məmmədova” kimi qeyd edilərək düzəliş edillməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlüdür, ailəlidir, Ağdam rayon sakinidir. X1, anası isə X11r. X26 xx.xx.2002-ci ildə, anası Sima Məmmədova isə xx.xx.2023-cü ildə ölmüşdür. Valideynlərinin ölümündən sonra problemlərlə üzləşmişdir. Belə ki, onun AZ-T №223572, xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnaməsinin ata qrafasında ata adı X7, ana adı X14 olduğu halda səhvən "X20" kimi qeyd edilmişdir. Bu səbəbdən valideynlərinin miras əmlakı ilə bağlı hər hansı müraciəti olanda problemlərlə üzləşir. Məlumat üçün bildirir ki, xx.xx.1956-cı il tarixli AZ-İ №011814 olan Nikah haqqında şəhadətnamədə, xx.xx.2023-cü il tarixli AZ-İİ №319997 olan ölüm haqqında şəhadətnamədə, arxiv arayışlarında anasının soyadı Məmmədova kimi qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı, yəni doğum haqqında şəhadətnaməsində düzəliş edilməsi üçün Cavabdehnə tərəfindən müraciət edilmiş, bundan imtina edilmiş, ona xx.xx.2024-cü il tarixli, 259-05/15 № məktubla məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd edilənlər şəxsiyyət vəsiqəsində, nikah, ölüm və doğum haqqında şəhadətnamələrdə öz təsdiqini tapmışdır.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdehin yerləşdiyi yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçının iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.
24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə iş həcminin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında təmsil oluna bilməyəcəklərini, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
26. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında AZ-İ № 011814 saylı şəhadətnamə; - Doğum haqqında xx.xx.2023-cü il tarixli AZ-T 223572 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ-İİ 024137 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 319997 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2024-cü il tarixli 259-05/15 nömrəli cavab məktubu; - Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-3xx/xx-2023 nömrəli arayışı; - Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09İS/148134-23 nömrəli arayışı; - Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-5xx/xx-2023 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-2598/2024 nömrəli cavab məktubu; - Ölüm haqqında xx.xx.2023-cü il tarixli AZ-İİ 319997 nömrəli akt qeydi; - Ölüm haqqında xx.xx.2002-ci il tarixli 180 nömrəli akt qeydi; - Doğum haqqında xx.xx.1961-ci il tarixli 30 nömrəli akt qeydi; - Nikahın bağlanması haqqında xx.xx.1956-cı il tarixli 19 nömrəli akt qeydi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-12070/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-DA/2-42/2025 nömrəli cavab məktubu; - Doğum haqqında xx.xx.1937-ci il tarixli 33 nömrəli akt qeydi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-DA/2-153/2025 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. İş materiallarından müəyyən olur ki, İddiaçı ona məxsus xx.xx.2023-cü il tarixli 30 nömrəli doğum haqqında akt qeydində anasının soyadı texniki səhv olaraq Məmmədova əvəzinə Abbasova kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydində adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə xx.xx.2025-ci il tarixli cavab məktubu ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olması bildirilmişdir.
30. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
32. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, idiaçının valideynləri Abbasov (Mamedov) Hökmalı Ələsgər oğlu ilə X17 xx.xx.1956-cı il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 19 nömrə ilə qeyd aparılmışdır. Nikahdan sonra da arvada “Mamedova” soyadı verilmişdir. Buna baxmayaraq, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olduğu zaman isə onun doğum haqqında xx.xx.1961-ci il tarixli akt qeydində ata qrafasında X7, ana qrafasında isə X20 qeyd edilmişdir
33. Həmçinin, iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının anasının soyadı “Mamedova” (Məmmədova) kimi qeyd edilmişdir.
34. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının doğum akt qeydində səhvə yol verilmiş və onun anasının soyadı barəsində məlumat düzgün qeyd edilməmişdir.
35. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Ağdam rayonu Göytəpə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 30 saylı doğum akt qeydində ana haqqında məlumat qrafasına düzəliş edilərək, anasının “Abbasova” kimi qeyd edilmiş soyadının “Məmmədova” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
36. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı barəsində Ağdam rayonu Göytəpə kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1961-ci il tarixdə tərtib edilmiş 30 saylı doğum akt qeydində ana haqqında məlumat qrafasına düzəliş edilərək, anasının “Abbasova” kimi qeyd edilmiş soyadının “Məmmədova” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva