Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-658/2025 17.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. X3 xx.xx.1960-cı il təvəllüdlüdür.
2. 27.05.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Qasım İsmayılov rayonu Gənc Təbiətçilər stansiyasında dərnək rəhbəsi, xx.xx.1981-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Rəhimli kənd orta məktəbində dərnək rəhbəri və biologiya müəllimi, xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək Goran 4 yol ərazisində yerləşən mebel mağazasında satıcı işləmişdir.
3. Goranboy rayon Rəhimli kənd orta məktəbin xx.xx.2013-cü il tarixli 100 nömrəli əmrindən çıxarışa əsasən, xx.xx.2013-cü il tarixdə məktəbin biologiya müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
4. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M- 202/1/2023 nömrəli arxiv arayışına əsasən Goranboy rayon Təhsil şöbəsinin rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarında (1986-cı il) xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı (01 sentyabr 1986, əmr № 500) – Ali təhsilli biologiya müəllimi iş üçün növbədə olduğu nəzərə alınaraq Rəhimli kənd orta məktəbinə müəllim təyin edilməsi və ona 0,5 stavka qrup tərbiyəçiliyinin verilməsi qeyd olunmuşdur. Qeyd: Rayon Təhsil Şöbəsinin 2013-cü ilə dair əmr kitabları mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.
5. Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M- 202/1/1/2023 nömrəli arxiv arayışına əsasən Goranboy rayon Təhsil şöbəsinin (keçmiş Qasım İsmayılov rayonu) Goranboy rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəllərində xx.xx.1960-cı ildə anadan olmuş İddiaçı 1991-2000-ci illərdə Goranboy rayon Rəhimli kənd orta məktəbində Biologiya müəlliməsi işləməklə aylar üzrə əmək haqqı alması əlavə cədvəldə göstərildiyi kimi qeyd olunub.
6. Goranboy rayon Təhsil şöbəsinin Rəhimli kənd orta məktəbinin Biologiya müəlliməsi İddiaçı 1991-2000-ci illər üzrə əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, İddiaçı 1991-2000-ci illərdə 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 9 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə 11 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 9 ay, 1998-ci il üzrə 8 ay, 1999-cu il üzrə 7 ay, 2000-ci il üzrə 3 ay əmək haqqı almışdır.
7. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-01/2-M-37397/2024 nömrəli imtina məktubu ilə ona imtina cavabı verilərək bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil clmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) "Pensiya" altsistemində olan məlumatlara əsasən əsasən ümumi sığorta stajı (1991-2000-ci illər üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 21 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 20 il 4 ay 26 gün sığorta stajına uyğun olaraq 18898,53 manat, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 993,13 manat olmaqla ümumilikdə 19891,66 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MElS-in "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmədıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 280816/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M-202/1/1/2023 nömrəli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1996-ci il tarixinədək, xx.xx.1996-ci il tarixindən xx.xx.1997- ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla xx.xx.2006- cı il tarixinə kimi 20 il 4 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 1 ay daxil olmaqla ümumilikdə 21 il 5 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. Həmçinin, MEİS-in "Pensiya" altsistemində olan məlumata əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilir ki, sözügedən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MEİS-in "Pensiya" altsistemində olan məlumatlara əsasən onun xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
9. Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Rəhimli kənd Tam Orta Məktəbin xx.xx.2024-cü il tarixli 58 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 01 sentyabr 1986-cı ildən 16 sentyabr 2013-cü ilə qədər Goranboy rayon Rəhimli kənd tam orta məktəbində müəllim işləyib (məktəbin əmr kitablarına əsasən). Belə ki, əmr kitablarında 16 may 1987-ci il 24 nömrəli əmrdə onun analıq məzuniyyətinə çıxması barədə, 03 sentyabr 1987-ci il 51 nömrəli əmrdə məktəbdə fəaliyyət göstərən qruplara tərbiyəçi təyin edilməsi barədə, 26 oktyabr 1987-ci il 57 nömrəli əmrdə analıq məzuniyyətində olduğu üçün onun dərslərinin digər müəllim tərəfindən əvəz edilməsi barədə, 06 sentyabr 1988-ci il 46 nömrəli əmrin 2-ci bəndinə əsasən məktəbin müəllimi xəstə olduğu üçün onun dərslərini əvəz etməsi barədə, 18 sentyabr 1989-cu il 9 nömrəli əmrdə əvəzçiliklə dərs deməsi barədə, 02 sentyabr 1992-ci il 116 nömrəli əmrin 1-ci bəndində qrup tərbiyəçisi təyin olunması barədə, 02 iyun 1993-cü il 148 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 29 iyun 1993-cü il 152 nömrəli əmrdə yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 27 iyul 1995-ci il 39 nömrəli əmrdə məzuniyyət müddəti qurtardığı üçün isdə hesab edilməsi barədə 01 sentyabr 1995ci il 44 nömrəli əmrin 2-ci bəndində dərs yükü barədə, 01 mart 1996-cı il 63 nömrəli əmrdə dərs əvəz etməsi barədə, 28 iyul 1997-ci il yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 04 fevral 1998-ci il 119 nömrəli əmrdə xəstə olması barədə, 01 iyun 1999-cu il 151 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 30 iyun 2002-ci ildə 18 nömrəli əmrdə növbəti əmək məzuniyyəti barədə, 26 avqust 2002-ci ildə yay məzuniyyətindən qayıdıb işdə hesab olunması barədə, 01 iyul 2003-cü il 71 nömrəli əmrdə yay məzuniyyətinə buraxılması barədə, 26 avqust 2003-cü il 75 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 27 iyul 2004-cü il 115 nömrəli əmrdə işə qaytarılması barədə,11 avqust 2005-ci il 139 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 15 sentyabr 2007-ci il 57 nömrəli əmrin 4-cü bəndində işdə hesab olunması barədə, 01 iyul 2009-cu il tarixli 117 nömrəli əmrin 1-ci bəndində əmək məzuniyyətinə buraxılması barədə, 26 avqust 2009-cu ildə 18 nömrəli əmrdə yenidən işdə hesab olunması barədə əmrlər öz əksini tapmışdır (əmrlərin surətləri arayışa əlavə olunur).
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 38252/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli 3-17-1/3-1- 11606/2025 nömrəli müraciətə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) baxılmışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının müraciətinə əlavə etdiyi Məmmədovaya aid əmək kitabçası və Goranboy rayon Rəhimli kənd orta məktəbi tərəfindən verilmiş arayışda onun xx.xx.1986-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olması barədə qeyd olunmasına baxmayaraq, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) "Sığorta" (Hesabat) altsistemində Goranboy Rayon Təhsil Şöbəsinin (SUN: **********2) (bundan sonra-Təhsil Şöbəsi) 2006-2013-cü illər üçün təqdim etdiyi məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarında İddiaçı dair məlumatların geyd olunmadığı müəyyən edilmişdir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. İşin məhkəmə icraatında olduğunu nəzərə alaraq, MEİS-in "Sığorta" (Hesabat) altsistemində Təhsil Şöbəsinin sözügedən illər üçün təqdim etdiyi hesabatlarda İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması müəyyənləşdirilərək, sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesabına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan sənədlərin ((hər hansı sənəd təqdim edilmədikdə əsaslandırılmış izahat qeyd edilməklə) (Məlumat və Forma 1 cədvəlləri əlavə olunur)) mümkün qısa müddət ərzində Filiala təqdim edilməsi ilə bağlı tədbirlərin görülməsi xahiş olunur. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16 fevral 1950-cı ildə Goranboy rayonunun Rəhimli kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda, Goranboy rayonunun Rəhimli kəndində yaşayır. Diqqətə çatdırmaq istəyir ki, ona xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Bu da onunla əsaslandırılmışdır ki, guya ki, onun ümumi sığorta stajı qanunla nəzərdə tutulduğundan 25 (iyirmi beş) ildən azdır. Bu barədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 17 fevral 2024-cü il tarixli 3-17-1/2-M-32397/2024-cü il saylı məktubunu ərizəsinə əlavə edir. O, bunu düzgün hesab etmir, hesab edir ki, onun pensiya hüquqları pozulur. Çünki təqdim etdiyi əmək kitabçasında və arixiv arayışlarında onun həqiqətən də sosial sığorta stajının nəzərdə tutulduğundan yəni 25 ildən çox olduğu aydın görsənir. Belə ki, ona sosial müavinat təyin olunarkən xx.xx.2006-cı il tarixdən xx.xx-2013-cü il tarixədək Goranboy rayonun Rəhimli kənd orta məktəbində biologiya müəllimi işlədiyi illər onun iş stajına daxil edilmir. Onun əmək kitabçası və Goranboy rayon Dövlət Arxivi tərəfindən ona işlədiyi illərə dair arayışlar versə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Tətinatı üzrə Mərkəzi Filialı həmin arayışı qəbul etməyərək bildirmişdir ki, onun ancaq 21 il 5 ay 26 gün sığorta stajı var. Bu barədə olan əmək kitabçasını və Goranboy rayon Dövlət Arxivinin 23 sentyabr 2023-cü il tarixli, 3-48-15-RA/2-M-202/1/2023-il arayışları, əmək haqqı cədvəlindən çıxarış, Goranboy rayon Gənc Təbiətçilər stansiyasının əmr kitabından çıxarışların surətlərini məhkəməyə təqdim edir. İndi tələbi ondan ibarətdir ki, onun xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixə kimi Goranboy rayonunun Rəhimli kənd orta məktəbində müəllim işlədiyi, müvafiq əmək haqqı almağı məhkəmə qaydasında müəyyən edilsin. Həmin faktın müəyyən edilməsi ona əmək pensiyasının müəyyən olunması üçün lazımdır. Onun yuxarıda qeyd etdiyi məktəbdə müəllim işləməyini və əmək haqqı almağını məhkəməyə gətirəcəyi şahidlər təsdiq edə bilərlər.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1991ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilənlərlə əsaslandırılmışdır.
26. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 27.05.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Goranboy rayon Rəhimli kənd orta məktəbin xx.xx.2013-cü il tarixli 100 nömrəli əmrindən çıxarış; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M- 202/1/2023 nömrəli arxiv arayışı; - Goranboy rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M- 202/1/1/2023 nömrəli arxiv arayışı; - Goranboy rayon Təhsil şöbəsinin Rəhimli kənd orta məktəbinin Biologiya müəlliməsi İddiaçı 1991-2000-ci illər üzrə əmək haqqı cədvəllərindən çıxarış; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-01/2-M-37397/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 280816/2024 nömrəli cavab məktubu; - Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Rəhimli kənd Tam Orta Məktəbin xx.xx.2024-cü il tarixli 58 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 38252/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş İddiaçı pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2024-cü il tarixli 3-17-01/2-M-37397/2024 nömrəli məktubla ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra- MEİS) "Pensiya" altsistemində olan məlumatlara əsasən əsasən ümumi sığorta stajı (1991-2000-ci illər üzrə adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla) 21 il 5 ay 26 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr olduğu və MElS-in "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövr üzrə sığorta stajını təsdiq edəcək sənədləri (əməkhaqqı cədvəllərini və əmrlərdən çıxarışı) təqdim etdikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.
30. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
31. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
34. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
35. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
37. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
38. İddiaçının xx.xx.1960-cı il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 63 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
39. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.
40. Belə ki, cavabdeh tərəfindən İddiaçı təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-15-RA/2-M-202/1/1/2023 nömrəli arxiv arayışında qeyd olunan məlumatlara əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.1996-ci il tarixinədək, xx.xx.1996-ci il tarixindən xx.xx.1997- ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla xx.xx.2006- cı il tarixinə kimi 20 il 4 ay 26 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2022-ci il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 1 il 1 ay daxil olmaqla ümumilikdə 21 il 5 ay 26 gün sığorta stajı müəyyən edilmişdir.
41. Cavabdeh orqan tərəfindən mübahisə olunan və iddiaçının sosial sığorta stajı kimi qəbul edilməyən dövr onun əmək kitabçasında öz əksini tapmış xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi əmək fəaliyyəti dövrüdür.
42. Cavabdehin həmin dövrləri qəbul etməməsinin əsası kimi istinad etdiyi hal ondan ibarətdir ki, xx.xx.2000-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək Goranboy rayon Rəhimli kənd orta məktəbində olan dövrün mötəbərliyinə şübhələr var və iddiaçının həmin dövrlərdə əməkhaqqı alması barədə məlumat aşkar edilməmişdir.
43. Belə ki, Goranboy rayon Təhsil şöbəsinin Rəhimli kənd orta məktəbinin Biologiya müəlliməsi İddiaçı 1991-2000-ci illər üzrə əmək haqqı cədvəllərindən çıxarışdan görünür ki, İddiaçı 1991-2000-ci illərdə 1991-ci il üzrə 12 ay, 1992-ci il üzrə 9 ay, 1993-cü il üzrə 10 ay, 1994-cü il üzrə 11 ay, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 10 ay, 1997-ci il üzrə 9 ay, 1998-ci il üzrə 8 ay, 1999-cu il üzrə 7 ay, 2000-ci il üzrə 3 ay əmək haqqı almışdır.
44. Məhkəmə həmin dəlilləri ona görə əsaslı hesab etmir ki, əvvəla, həm SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə, həm də 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.
45. Sözügedən əmək fəaliyyəti dövrləri də iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır.
46. Cavabdeh tərəfindən isə iddiaçının həmin əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyini şübhə altına alan hər hansı əsaslar təqdim edilməmiş, habelə mötəbərsizliklə bağlı hər hansı hala istinad edilməmişdir.
47. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
49. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
50. Məhkəmə habelə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
51. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
52. Digər tərəfdən, iddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın.
53. Yəni, adıçəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur.
54. Göründüyü kimi, iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərlə bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış, yəni həmin qeydlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.
55. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.
56. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir, 3.6-cı bəndinə görə isə, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
57. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minənədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçası əsasında müəyyən olunduğunu təsbit etmişdir.
58. Digər tərəfdən isə, Goranboy-Naftalan Rayonları üzrə Təhsil Sektoru Rəhimli kənd Tam Orta Məktəbin xx.xx.2024-cü il tarixli 58 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən 01 sentyabr 1986-cı ildən 16 sentyabr 2013-cü ilə qədər Goranboy rayon Rəhimli kənd tam orta məktəbində müəllim işləyib (məktəbin əmr kitablarına əsasən). Belə ki, əmr kitablarında 16 may 1987-ci il 24 nömrəli əmrdə onun analıq məzuniyyətinə çıxması barədə, 03 sentyabr 1987-ci il 51 nömrəli əmrdə məktəbdə fəaliyyət göstərən qruplara tərbiyəçi təyin edilməsi barədə, 26 oktyabr 1987-ci il 57 nömrəli əmrdə analıq məzuniyyətində olduğu üçün onun dərslərinin digər müəllim tərəfindən əvəz edilməsi barədə, 06 sentyabr 1988-ci il 46 nömrəli əmrin 2-ci bəndinə əsasən məktəbin müəllimi xəstə olduğu üçün onun dərslərini əvəz etməsi barədə, 18 sentyabr 1989-cu il 9 nömrəli əmrdə əvəzçiliklə dərs deməsi barədə, 02 sentyabr 1992-ci il 116 nömrəli əmrin 1-ci bəndində qrup tərbiyəçisi təyin olunması barədə, 02 iyun 1993-cü il 148 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 29 iyun 1993-cü il 152 nömrəli əmrdə yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 27 iyul 1995-ci il 39 nömrəli əmrdə məzuniyyət müddəti qurtardığı üçün isdə hesab edilməsi barədə 01 sentyabr 1995ci il 44 nömrəli əmrin 2-ci bəndində dərs yükü barədə, 01 mart 1996-cı il 63 nömrəli əmrdə dərs əvəz etməsi barədə, 28 iyul 1997-ci il yay məzuniyyəti qurtardığı üçün işdə hesab edilməsi barədə, 04 fevral 1998-ci il 119 nömrəli əmrdə xəstə olması barədə, 01 iyun 1999cu il 151 nömrəli əmrdə əmək məzuniyyətinə buraxılması barədə, 30 iyun 2002-ci ildə 18 nömrəli əmrdə növbəti əmək məzuniyyəti barədə, 26 avqust 2002-ci ildə yay məzuniyyətindən qayıdıb işdə hesab olunması barədə, 01 iyul 2003-cü il 71 nömrəli əmrdə yay məzuniyyətinə buraxılması barədə, 26 avqust 2003-cü il 75 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 27 iyul 2004-cü il 115 nömrəli əmrdə işə qaytarılması barədə,11 avqust 2005-ci il 139 nömrəli əmrdə məzuniyyətdən geri qayıtması barədə, 15 sentyabr 2007-ci il 57 nömrəli əmrin 4-cü bəndində işdə hesab olunması barədə, 01 iyul 2009-cu il tarixli 117 nömrəli əmrin 1-ci bəndində əmək məzuniyyətinə buraxılması barədə, 26 avqust 2009-cu ildə 18 nömrəli əmrdə yenidən işdə hesab olunması barədə əmrlər öz əksini tapmışdır.
59. Həmin arayışda adıçəkilən əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir və əmrlərlə müəyyən edilir ki, iddiaçı müəllimə olaraq tədris ilinin sonunda yay məzuniyyətinə buraxılmış və yeni tədris ilinin əvvəlində işdə hesab edilmişdir ki, bu da onun həmin məktəbdə 1992-2006-cı illərdə işləməsini təsdiq edir. Şəxsin əmək haqqı almadan işləməsi istər iddiaçının maddi təminatının ödənilməsi, istər işəgötürənin bu hala yol verməməsi baxımından ağlabatan deyildir.
60. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
61. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.
62. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını (21 il 5 ay 26 gün mübahisələndirilməyən iş stajı, 7 il 4 ay mübahisələndirilən iş stajı daxil olmaqla, ümumilikdə 28 il 9 ay 26 gün) toplamışdır.
63. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və 25 il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
64. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
65. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Goranboy rayonu Rəhimli kənd orta məktəbində işlədiyi əmək fəaliyyəti dövrü ərzində əmək haqqı almadığı 1992-ci il üzrə 3 ay, 1993-cü il üzrə 2 ay, 1994-cü il üzrə 1 ay, 1995-ci il üzrə 1 ay, 1996-cı il üzrə 2 ay, 1997-ci il üzrə 3 ay, 1998-ci il üzrə 4 ay, 1999-cu il üzrə 5 ay, 2000-ci il üzrə 9 ay və həmin məktəbdə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva