Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-6592/2025 22.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X5 və X8 ünvan 4ı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1940-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. ünvan 2a yerləşən **********31-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə iddiaçıya 138 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmış RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayış əsasında xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.1992-ci il təvəllüdlü X2 onun mülkiyyətində olan ünvan 4da qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan evdən üçüncü şəxs – X11 və X2 ünvan 4ından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-V-34719/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 və X8 ünvan 4ı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinə RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydada təsdiq edilmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayış, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-V-34719/2025 nömrəli imtinası, AZ-İİ seriyalı 031961 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surəti, AZ-İİ seriyalı, 284559 nömrəli nikah haqqında şəhadətnamənin surəti, Gəncə şəhəri, Nizami rayonu 55 nömrəli Evlər üçlüyünün xx.xx.2025-ci il tarixli arayışı əlavə edilmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4ında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə üçüncü şəxs X5 iddiaçının keçmiş gəlini olmuşdur. O, iddiaçının oğlu X14 ilə 2014-cü ilin avqust ayında ailə qurmuş, birgə nikahlarından 22 iyun 2015-ci il tarixində X11 dünyaya gəlmişdir. Lakin sonradan onların şəxsi münasibətlərinin pozulması səbəbindən nikahları faktiki olaraq pozulmuş, oğlu Rusiya Federasiyasına getmiş, X5 isə övladı X10 da götürərək ata evinə-Bakı şəhərinə getmişdir və 2017-ci ildən Bakı şəhərində öz valideynlərinin yanında yaşayır. İddiaçının oğlu X14 isə xx.xx.2019-cu il tarixdə Moskva şəhərində vəfat etmişdir. Üçüncü şəxslər iddiaçıya məxsus olan mənzildə yaşamamasına baxmayaraq, bu günə kimi pasport qeydiyyatından çıxmamışlar. Bununla bağlı dəfələrlə X1 xahiş etsəm də, onlar həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Onların iddiaçıya məxsus mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərə səbəb olur. Həmçinin, onların mənzildə qeydiyyatda qalmaları mənzil üzərində sərəncam hüquqlarımı məhdudlaşdırır. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli, 57/2- 38077/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-13-57/2-37675/2025 nömrəli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X5 və X11 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, məhdud fəaliyyət qabiliyyətli X8 valideyni – X5 ilə təmsil olunması qərara alınmışdır. Üçüncü şəxs X6 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər Bakı şəhəri, Səlyan yolu, 54,11 ünvanda qeydiyyatda olmuş, xx.xx.2014-cü il tarixdən ünvan 4da qeydiyyatdadır. X6 ilə X14 xx.xx.2014-cü il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahlarını bağlamış, bu barədə 519 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Verdiyev, arvada Verdiyeva soyadı verilmişdir. İddiaçının övladı, eyni zamanda üçüncü şəxsin əri X14 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmiş, bu barədə Gəncə “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 1248 nömrəli qeyd aparılmışdır. Bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixdə AZ- İİ seriyalı 031961 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Digər üçüncü şəxs X11 xx.xx.2015-ci il tarixdə Moskva şəhərində anadan olmuş, xx.xx.2017-ci il tarixdən ünvan 4da qeydiyyatdadır. xx.xx.2023-cü il tarixdə ünvan 5əşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanda yerləşən əmlak X3 bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2026-cı il tarixli, 3-21-3-02/2- 262/2026 nömrəli məktubunda qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, X2 adına Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 54, mənzil 11 qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-1-2/2-81/2025 nömrəli məktubuna əsasən X5 və X11 ünvan 4ında yaşamırlar. Bundan başqa, yuxarıda göstərilən ünvanda hal-hazırda İddiaçı və X9 yaşayırlar. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 5-19/2-2234/2025 nömrəli məktubuna əsasən sorğu əsasında Səbail rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil Kommunal İstismar Sahəsindən əldə olunan məlumata əsasən bildiririk ki, vətəndaş Nigar Verdiyeva hal-hazırda sözügedən ünvanda yaşamır. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 280 nömrəli məktubunda bildirmişdir ki, X2 atası X4 verdiyi məlumata görə üçüncü şəxs Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanda yaşamır. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər” Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda əks edilmiş mövqeyini rəhbər tutaraq məhkəmə bildirir ki, yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması ilə bağlı mübahisəli hüquq münasibətinin həlli üçün iki hal - şəxsin həmin yaşayış evində yaşamaması və həmin evə dair əmlak hüquqlarının mövcud olmaması müəyyən edilməlidir. Üçüncü şəxslərin həmin yaşayış evində yaşaması ilə bağlı qeyd edilməlidir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilən məlumata əsasən mübahisə predmeti olan ünvanda yalnız iddiaçı və onun həyat yoldaşı yaşayır. Üçüncü şəxslərə münasibətdə təhlil edilməli olan digər məsələ həmin şəxslərin evə dair əmlak hüququnun mövcud olub-olmaması ilə bağlıdır. İşin hallarından görünür ki, üçüncü şəxslərdən X5 iddiaçının gəlini, X11 isə nəvəsidir. X5 iddiaçının oğlu X14 ilə 2014-cü il tarixdə nikahlarını rəsmiləşdirilmiş, bu münasibətlərdən xx.xx.2015-ci il tarixdə X11 dünyaya gəlmişdir. X14 2019-cu il vəfat etmiş, bununla da onlar arasındakı nikah münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. Üçüncü şəxslər isə qeydiyyatda olduğu mülkiyyətçisinin keçmiş gəlini olmaqla, Mənzil Məcəlləsinin yuxarıda istinad olunan 30.1-ci maddəsinə əsasən o, həmin evin mülkiyyətçisinin ailə üzvləri sırasına aid edilmir. Beləliklə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğu halda, o, həmin əmlakda qeydiyyatda olan, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya əmlaka münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxs(lər)in qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, M.B.Qənbərlinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə 2- 1(102)-145/2018 nömrəli, 23 yanvar 2018-ci il tarixli, S.N.Kərimovun Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə 2- 1(102)- 2444/2019 nömrəli, 24 sentyabr 2019-cu il tarixli, Y.A.Rizayevanın Şəki şəhər (rayon) Polis Şöbəsinə qarşı iş üzrə 2-1(102)-737/2022 nömrəli, 06 may 2022-ci il tarixli, R.P.Səmədovun Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-1849/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli, A.M.İbrahimovun Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-338/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli, V.M.Aşimovanın Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-2263/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qərarlarda və LR.Ağayevanın cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iş üzrə 2-1(102)-1448/2024 nömrəli, 5 aprel 2024-cü il tarixli qərardadında) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən mübahisəli mənzil iddiaçının tam mülkiyyətində olduğu halda, o, həmin əmlakda qeydiyyatda olan, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya əmlaka münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxs(lər)in qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-1448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına müvafiq olaraq formalaşmış hüquqi mövqeyə malik qərardadı mövcuddur. Həmin qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mülkiyyətçi kimi ona məxsus olan mənzildən yaşayış sahəsinə köçmək üçün hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Mülki Məcəllənin 157.4-cü maddəsindən irəli gəlir. Həmin maddəyə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ünvan 4ında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun, faktiki olaraq orada yaşamadığı müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırkı tələblə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1008/2019 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı X5 və onun azyaşlı qızı xx.xx.2015-ci ildə anadan olmuş X7 mülkiyyətində olan ünvan 4ında yerləşən evdə pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi, hazırkı iddia üzrə iddiaçının ziyanına olan olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bununla bağlı məhkəmə qeyd edir ki, “res judicata” prinsipi yalnız o halda tətbiq edilir ki, tərəflər tam eyni olsun. Yəni iddianın predmeti dəyişməsin və ən əsası, iddianın əsası (yəni hüquqi və faktiki baza) tam eyni olsun. Əgər bu elementlərdən hər hansı biri dəyişmişsə, məsələn, yeni hüquqi əsas, yeni fakt, yeni sənəd və ya məhkəmə təcrübəsində dəyişiklik yaranmışsa, bu halda iddia eyni əsas üzrə hesab edilmir. Məhkəmə nəzərə çatdırır ki, əvvəllər bu cür mübahisələrə baxılarkən keçmiş ailə üzvünün əmlaka dair istifadə hüququnun olub-olmaması barədə rayon (şəhər) məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələri təqdim edildikdə təmin edilirdisə, artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən üçüncü şəxs mülkiyyətçinin artıq ailə üzvü hesab edilmədiyi və həmin ünvanda yaşamadığı hallarda iddialar təmin edilməyə başlamışdır. Beləliklə, üçüncü şəxs X5 yuxarıda qeyd olunan qərardan sonra Bakı şəhərində yaşayış sahəsi əldə etmiş, hazırda da həmin əmlak onun xüsusi mülkiyyətindədir, eyni zamanda Nigar Verdiyeva ünvan 8 ünvanda fəaliyyət göstərən "xxxx" MMC-də direktor vəzifəsində işləyir, həmçinin məhkəmə təcrübəsi dəyişmişdir. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X11 xx.xx.2015-ci il təvəllüdlü olmaqla məhdud fəaliyyət qabiliyyətli şəxslərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4- cü bəndlərində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrininmüvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qanunverici on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. X8 valideyni (anası) X5 hazırkı iş üzrə üçüncü şəxslərdəndir və onun özünün də, mübahisəli fərdi yaşayış evində hər hansı əmlak hüququ yoxdur və faktiki olaraq həmin ünvanda yaşamır. Üçüncü şəxs iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından və həmin ünvanda əmlak hüquqları olmadığından azyaşlının sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur. Belə olan halda, azyaşlının valideyninin həmin evdən qeydiyyatdan çıxarılması nəzərə alınaraq onun da qeydiyyatdan çıxarılması məqsədəmüvafiqdir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 və X8 ünvan 4ı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-6592/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-6592/2025
22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver