Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-66/2024 23.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qanunsuz söküntüyə görə dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (oğlu) X2, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X10) qarşı cavabdeh tərəfindən icra zamanı hasar və darvazanın sökülməsinə görə dəymiş 5000 manat zərərin ödənilməsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.0679 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 131 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Həmin evlə bağlı xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda hasar və darvazanın yeri (müvafiq olaraq İİ və İİİ) öz əksini tapmış, lakin tikildiyi il qeyd edilməmişdir.
3. Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X6 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-883/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4378/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-883/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə icra işindən görünür ki, - Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinə xx.xx.2020-ci il tarixdə icra vərəqəsi verilərək, icra edilməsi üçün Cavabdehnə göndərilmiş, şöbənin 08 oktyabr 2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılaraq, borclular X6 və İddiaçı tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və könüllü icra üçün 10 (on) gün müddət verilmişdir. - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X6 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuşdur. - Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)- 941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icra olunduğundan icra işi üzrə icraata xitam verilmişdir. - X10 Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, icra işinə xitam verdikdən sonra cavabdehlərin həmin yola darvaza qoyduqlarını və onların gediş-gəlişinə maneçilik törətdiklərini bildirmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. - İddiaçı və X6 icra sənədinin icrasını təmin etmədiyindən barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə görə xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib olunmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(062)-477/2021 nömrəli qərardadları ilə X6 10 gün müddətinə inzibati həbs edilmiş, İddiaçı isə 500 manat cərimə edilmişdir. - 22.06.2021-ci il tarixli aktdan görünür ki, X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X6 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuşdur. - Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********663 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2018-ci il tarixli 446 nömrəli arxiv arayışında 0.25 ha torpaq sahəsi və 1970-ci ildə daşdan tikilmiş fərdi yaşayış evinin olması qeyd edilmişdir. Həmin fərdi yaşayış evi X1 adına Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 856 nömrəli arayışı və keçmiş DTİ və MHQİ-si tərəfindən tərtib edilmiş xx.xx.1988-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportun əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində Tovuz rayonu, Əlibəyli kəndində fərdi yaşayış evi qeydiyyata alınmışdır, lakin həmin fərdi yaşayış evi Qazax rayon DNK-nın 2V-39 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********62 nömrəli məktubunda bildirilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(62)-941/2018 saylı qətnaməsi 15 saylı Tovuz Ərazi İdarəsinə daxil olmamışdır. Habelə, Tovuz Rayon Məhkəməsinin sözügedən qətnaməsinin icrası barədə Cavabdeh tərəfindən 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunmamışdır.
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınaraq, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(062)-941/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar sökülmüş darvaza və hasarın X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolunda tikilib-tikilməməsi, yəni qətnamənin icrası zamanı zəbtdən azad edilmiş ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinin icrası ilə əlaqədar sökülmüş darvaza və hasarın X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolunda tikilib-tikilməməsi, yəni qətnamənin icrası zamanı zəbtdən azad edilmiş ərazidə yerləşib-yerləşməməsinin müəyyən edilməsi ilə bağlı qərardadda qoyulmuş suala cavab olaraq bildirilir ki, yol kimi iddia olunan ərazidə darvaza və hasar mövcud deyildir. II. Məhkəmədə icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin cavabdeh hesabına tikilərək bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 ona və ailə üzvlərinə məxsus Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə iddiaçının və həmin iş üzrə digər cavabdeh X6 tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər tərəfindən açılmasına və onların qanunsuz müdaxiləsinə son qoyulmasına dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmiş, daha sonra qətnamənin icrası üçün Tovuz icra və probasiya şöbəsinə xx.xx.2018-ci il tarixli icra vərəqəsi göndərilmişdir. Bundan sonra Tovuz icra və probasiya şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə həyətdə yerləşən darvaza sökülərək gediş-gəliş yolu açılmış, lakin Cavabdeh qətnamənin icrasından kənara çıxmışdır. Belə ki, məhkəmə qətnaməsində zəbt olunmuş ərazinin boşaldılması qeyd olunmuşdur. Eləcə də onun evinə dair verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan və xx.xx.2019-cu il tarixli texniki pasportdan da görünür ki, qətnamənin icrası məqsədi ilə sökülmüş tikili onun əmlakı ilə bağlı verilmiş çıxarış və texniki pasportda göstərilən yerdə tikilmişdir. O, cavabdehə qanunsuz olaraq sökülmüş tikilinin bərpası barədə müraciət etsə də sonuncu bu müraciəti cavablandırmamışdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1711/2022 nömrəli qərarı ilə (hakim Fikrət Hüseynov) iddia təmin edilməmişdir.
14. Gəncə Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(104)-576/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-1711/2022 nömrəli qərarı ləğv edilmiş, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən qanunsuz sökülmüş tikilinin cavabdehin hesabına bərpa edilməsi tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
15. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında məhkəmənin hüquqi yardımından sonra iddiaçının nümayəndəsi (oğlu) X6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən icra zamanı hasar və darvazanın sökülməsinə görə dəymiş 5000 manat zərərin ödənilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş ziyana görə kompensasiya barədə iddia növünə aiddir. İPM-in: - 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.
18. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək müraciəti cavablandırılmamışdır.
19. Cavabdehin yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın kompensasiya tələbinə dair iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. İddiaçının nümayəndəsi Hüseynov Fərrux oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. O, sədrlik edənin suallarını cavablandıraraq bildirmişdir ki, məhkəmənin qətnaməsi ilə İddiaçı və X6 tərəfindən açılması qət edilmiş 9 metr enində gediş-gəliş yolu İddiaçı adına tərtib olunmuş texniki pasportda hasar və darvaza qoyulmuş yeri də əhatə edir. İcra və probasiya şöbəsinin icra məmurunun vəzifəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən ibarətdir. İcra zamanı heç bir hasar sökülməmişdir. Darvaza isə həmin yola qoyulduğu üçün o, icra sənədini icra edən icra məmuru kimi darvazanı çərçivəsindən çıxarmış və borcluların özünə təhvil vermişdir.
28. Üçüncü şəxs X10 iclas zamanı bildirmişdir ki, onun evinə gediş-gəliş yoluna iddiaçı darvaza qoyaraq, maneçilik törətdiyindən məhkəmə qətnaməsi iə yolun açılması qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunan zaman darvaza oradan götürülmüşdür. Hazırda isə o, evinə başqa yol çəkmişdir və iddiaçı öz darvazasını yerinə qoymuşdur. Qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-883/2019 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4378/2020 nömrəli qərarı; - Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra işi ; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********663 nömrəli və xx.xx.2021-ci il tarixli **********62 nömrəli məktubları; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
30. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
31. İş materialları ilə müəyyən edilir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsi ilə iddiaçı X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X6 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Cavabdeh tərəfindən icra hərəkətləri xx.xx.2020-ci il tarixdə həyata keçirilərək, X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinə gedən 9 metr enində gediş-gəliş yolu açılmış və bu əsasla Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-941/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi icraata xitam verilmişdir. X5 Cavabdeh xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, icra işinə xitam verildikdən sonra cavabdehlərin həmin yola darvaza qoyduqlarını və onların gediş-gəlişinə maneçilik törətdiklərini bildirmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Cavabdeh icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilmişdir.
32. Hətta İddiaçı və X6 icra sənədinin icrasını təmin etmədiyindən barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmələrinə görə xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib olunmuş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(062)-477/2021 nömrəli qərardadları ilə X6 10 gün müddətinə inzibati həbs edilmiş, İddiaçı isə 500 manat cərimə edilmişdir.
33. 22.06.2021-ci il tarixdə X7 və ailə üzvlərinin istifadəsində olan Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinə gedən və cavabdehlər tərəfindən zəbt edilmiş 9 metr enində gediş-gəliş yolunun cavabdehlər X6 və İddiaçı tərəfindən açılması, həmin yoldan iddiaçının və ailə üzvlərinin istifadə etməsinə cavabdehlərin qanunsuz müdaxiləsinə son qoyulmuş və bundan sonra tələbkar ərizə ilə Cavabdehnə müraciət edərək, icra sənədinin icraatına xitam verilməsini xahiş etmiş və Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.
34. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsini icra edən zaman icradan kənara çıxdığını və ona məxsus hasar və darvazanın qanunsuz söküldüyünü əsas gətirərək, hasar və darvazanın sökülməsinə görə dəymiş 5000 manat zərərin ödənilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsi üzrə icra işinin materialları, o cümlədən icranı həyata keçirmiş icra məmurunun izahatı ilə müəyyən edilir ki, Cavabdeh Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-941/2018 nömrəli qətnaməsini icra edən icra məmuru həmin icra sənədinin icrasından kənara çıxan hərəkətlərə yol verməmişdir.
36. Məhkəmə onu da qeyd edir ki, İddiaçı adına qeydə alınmış Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.0679 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 131 kv.m olan fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş texniki pasportda hasar və darvazanın yeri (müvafiq olaraq İİ və İİİ) öz əksini tapsa da, əvvəla, tikildiyi il qeyd edilməmişdir. İkincisi isə, həmin texniki pasport tərtib edilməzdən əvvəl artıq gediş-gəliş yolunun açılması barədə məhkəmə qətnaməsi qəbul edilmişdi və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.
37. Azərbaycan Respublikası Konstitusiyasına görə: Maddə 129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
38. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 10.2. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur.
39. Göründüyü kimi, iddiaçı cavabdeh orqanın əməkdaşları tərəfindən ona məxsus daravaz və hasarın söküldüyünü iddia etsə də, Cavabdeh icra məmurları icra qanunvericiliyinin tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başladıqdan sonra tələbin könüllü şəkildə icrası üçün borcluya müvafiq bildiriş göndərmiş, lakin borclu tərəfindən tələb könüllü şəkildə icra edilmədiyindən icra tədbirlərinin həyata keçirilməsi üçün icra məmuru tərəfindən müvafiq vaxt təyin edilmiş, lakin könüllü icra baş tutmadığından icra məmuru qətnamənin icrasını özü həyata keçirmiş, heç bir hasar sökülməmiş, lakin borclular (hazırkı iş üzr iddiaçı və nümayəndəsi) açılması qət olunan gediş-gəliş yoluna darvaza qoyduqları üçün həmin icra sənədinin tam icrasını təmin etmək məqsədilə darvaza çərçivəsindən çıxarılaraq borcluların özünə təhvil verilmişdir.
40. Beləliklə, müəyyən edilmişdir ki, icra məmuru icraatına daxil olmuş icra sənədi üzrə qanuni icra hərəkətlərini yerinə yetirərək, icra sənədini təmin etmiş və icradan kənara çıxan hər hansı hərəkətlərə yol verməmişdir.
41. Ona görə də iddia təmin edilməməlidir.
42. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva