Məhkəmə qərarları › İş №2-1(114)-660/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-660/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-660/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının Cavabdehnə qarşı doğum akt qeydlərinə düzəliş edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçıların vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının Cavabdehnə qarşı doğum akt qeydlərinə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1959-cu il tarixli 278 nömrəli Doğum qeydlərinin bərpa aktına və Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИЕ 724398 nömrəli şəhadətnaməyə əsasən X28 xx.xx.1938-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 278 nömrə ilə qeyd aparılmışdır.

2. Evlənmə haqqında xx.xx.1964-cü il tarixli 3 nömrəli akt qeydinə və Cavabdeh xx.xx.2012-ci il tarixli arayışına əsasən X20 (1922-ci il) ilə X29 (1938-ci il) xx.xx.1964-cü il tarixdə Göygöl rayonu Tülallar kənd icra nümayəndəliyində nikah bağlamışlar, nikahdan sonra ərə “Məmmədov, arvada “Məmmədova” soyadı verilmişdir.

3. Doğum haqqında xx.xx.1969-cu il tarixli 15 nömrəli akt qeydindən və xx.xx.1969cu il tarixli AЗ ******* nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il tarixdə doğulmuş İddiaçı1 ana qrafasında “X30” kimi qeyd edilmiş, daha sonra Cavabdeh xx.xx.2012-ci il tarixli rəyinə əsasən ana adı “Ruqiyə” adına dəyişdirilmiş və Rütbə adının üstündən xətt çəkilərək Ruqiyə yazılmışdır.

4. Doğum haqqında xx.xx.1974-cü il tarixli 3 nömrəli akt qeydinə və xx.xx.1974-cü il tarixli И-ЖГ 355084 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1974-cü il tarixdə doğulmuş X3 ana qrafasında “X30” qeyd edilmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli 790 nömrəli arayışına əsasən X14 ilə X4 nikahı haqqında xx.xx.1993-cü il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. Göygöl RQŞ-nin xx.xx.2019cu il tarixli 3 saylı adın, soyadın və ata adının dəyişməsi haqqında akt qeydinə əsasən X14 ad, soyad və ata adını “X5”na dəyişdirmişdir.

6. Doğum haqqında xx.xx.1968-ci il tarixli 10 nömrəli akt qeydinə və xx.xx.1968-ci il tarixli AЗ ******* nömrəli şəhadətnaməyə əsasən xx.xx.1968-ci il tarixdə doğulmuş X6 ana qrafasında “X30” qeyd edilmişdir.

7. Nikahın bağlanması haqqında İV-JQ 302880 nömrəli şəhadətnaməyə əsasən X15 ilə X9 arasında xx.xx.1987-ci il tarixdə 5 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir.

8. Torpağa mülkiyyət hüququna dair JN-0041 KOD 50800048 nömrəli dövlət aktından məlum olur ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 nömrəli qərarı ilə X22 və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 5.87 hektar torpaq sahəsi verilmişdir.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlardan görünür ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.0669 ha və 5.8077 ha torpaq sahələri üzərində İddiaçı1, X16, X10, X7, X23 və X11 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Ölüm haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 172472 nömrəli şəhadətnaməyə əsasən X24 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.

11. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-19/3-2-49/2023 nömrəli arayışından məlum olur ki, İddiaçı1 mərhum anası X22 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir və ölən günə kimi Göygöl rayonunun Tüallar kəndində qeydiyyatda olmaqla yaşamışdır. Onun ölümündən sonra aşağıda adları göstərilən ailə üzvləri qalmışdır: - Oğlu – İddiaçı1 - xx.xx.1969; - Qızı – Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı - xx.xx.1968; - Qızı – Qurbanova (Məmmədova) Dursun Heydar qızı - xx.xx.1974. Mərhum ölən günədək İddiaçı1 ilə birgə yaşamışdır. Mərhumun valideynlərindən sağ qalanı yoxdur. X12 vəfatından sonra Tülallar kəndində yerləşən torpaq sahəsinə Tülallar kəndində yaşayan İddiaçı1 varislik edərək faktiki idarə etmişdir.

12. İddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının doğum haqqında akt qeydlərində ana adına düzəliş edilməsi ilə bağlı Cavabdehnə etdikləri müraciətə həmin orqanın xx.xx.2023-cü il tarixli 3- 16-5/8-Q-1-80/2023 nömrəli, 3-16-5/8-B-1-81/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-16- 5/8-82/2023 nömrəli imtina məktubları ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciətləri təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunur.

13. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-708/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Musayeva (Məmmədova) Urquya Baba qızının xx.xx.1959-cu ildə Cavabdehndə qeydə alınmış doğum haqqında akt qeydində adı “Urquya” kimi qeyd edilmişdir. Həmin şəxsə aid digər (ölümü, nikahı və doğum haqqında) akt qeydlərində isə müvafiq olaraq şəxsin adı “Rütbə” “Urqiyə”, “Ruqiyə” “Rtubə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığından iddiaçılar İddiaçı1, İddiaçı3 Heydar qızı və İddiaçı2 doğum haqqında akt qeydləridə ana adının müvafiq olaraq “Rütbə”dən “Urqiyə”yə ,”Ruqiyə”dən “Urqiyə”yə düzəliş edilməsi barədə müraciətinin icrası Cavabdeh tərəfindən mümkün olmamışdır.

14. Məhkəmənin sorğusuna Göygöl rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 77/2-2741/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1938-ci il təvəllüdlü X17 məxsus fərdi uçot kartoçkası Göygöl RPŞ-nin QŞVQ-nun arxivində aşkar olunmadı.

15. İddiaçıların vəkil olan nümayəndəsi Cavabdehnə İddiaçı1 doğum akt qeydində yazılmış “X25”nın “X26”na, X2 doğum akt qeydində yazılmış “X31”nın “X26”na, X4 doğum akt qeydində yazılmış “X32”nın “X26”na düzəliş edilməsi barədə ərizə ilə müraciət etmiş və həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-14/2-274/2023 nömrəli məktubu ilə əvvəlki məzmunda imtina verilmişdir. II. Məhkəmədə icraat

16. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı1 məxsus A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin valideynlər qrafasında yazılmış "Məmmədova Ruqiyə (Rütbə) Baba qızının" X18, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızına məxsus A3 ******* nömrəli və Qurbanova (Məmmədova) Dursun Heydər qızına məxsus İİ-ЖГ 355084 nömrəli doğum haqqında şəhadətnamələrin valideynlər qrafasında yazılmış "X19” X18 düzəliş edilərək yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anaları X8 Göygöl rayon Tülallar kəndində miras olaraq torpaq sahəsi və yaşayış evi qalmışdır. X36 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra qeyd olunan mirası qəbul etmək üçün notariat orqanına müraciət etmişlər, lakin doğum haqqında şəhadətnamələrində mərhum anaları Urqiyənin adı səhv olaraq "Rütbə" və "Ruqiyə" kimi yazılmışdır, ona görə də notariat orqanı vərəsəlik açmaqdan imtina etmişdir. Onlar qeyd olunan yanlışlığın aradan qaldırılması üçün Cavabdehnə müraciət etmişlər. Cavabdeh orqan yanlışlığın düzəldilməsindən imtina etmişdir. Hazırda onlar qeyd olunan yanlışlığa görə vərəsəlik hüquqlarını həyata keçirə bilmirlər.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

19. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı1 doğum akt qeydində yazılmış “Məmmədova Ruqiyə (Rütbə) Baba qızının” X18, X9 və X4 doğum akt qeydində yazılmış "X19” X18 düzəliş edilərək yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçıların vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixli ərizəsinin nəzərə alınmamasını xahiş etməklə yanaşı, yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı1 doğum akt qeydində yazılmış “X25”nın “X26”na, X2 doğum akt qeydində yazılmış “X31”nın “X26”na, X4 doğum akt qeydində yazılmış “X32”nın “X26”na düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

21. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

22. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

23. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

24. Cavabdehin yerləşdiyi yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

25. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

26. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

28. Cavabdeh orqanın hüquqi ünvanına və iddiaçıların iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

29. İddiaçıların vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

30. İddiaçıların vəkil olan nümayəndəsi Vəkil şifahi məhkəmə baxış iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

31. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

32. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

33. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1959-cu il tarixli 278 nömrəli Doğum qeydlərinin bərpa aktı və Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИЕ 724398 nömrəli şəhadətnamə; - Evlənmə haqqında xx.xx.1964-cü il tarixli 3 nömrəli akt qeydi və Cavabdeh xx.xx.2012-ci il tarixli arayışı; - Doğum haqqında xx.xx.1969-cu il tarixli 15 nömrəli akt qeydi və xx.xx.1969-cu il tarixli AЗ ******* nömrəli şəhadətnamə; - Doğum haqqında xx.xx.1974-cü il tarixli 3 nömrəli akt qeydi və xx.xx.1974-cü il tarixli И-ЖГ 355084 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.2023-cü il tarixli 790 nömrəli arayışı; - Doğum haqqında xx.xx.1968-ci il tarixli 10 nömrəli akt qeydi və xx.xx.1968-ci il tarixli AЗ ******* nömrəli şəhadətnamə; - Nikahın bağlanması haqqında xx.xx.1987-ci il tarixli İV-ЖГ 302880 nömrəli şəhadətnamə; - Torpağa mülkiyyət hüququna dair JN-0041 KOD 50800048 nömrəli dövlət aktı; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlar; - Ölüm haqqında xx.xx.2007-ci il tarixli AZ-İ 172472 nömrəli şəhadətnamə; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-47-19/3-2-49/2023 nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-Q-1-80/2023 nömrəli, 3-16-5/8-B-1- 81/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-16-5/8-82/2023 nömrəli və xx.xx.2024-cü il tarixli 3-16-5/8-14/2-274/2023 nömrəli imtina məktubları; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-708/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 77/2-2741/24 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

34. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

35. İş materiallarından müəyyən olur ki, iddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızı onlara məxsus xx.xx.1969-cu il tarixli 15 nömrəli, xx.xx.1974-cü il tarixli 3 nömrəli və xx.xx.1968-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydlərində ana adının texniki səhv olaraq Urquya əvəzinə “Ruqiyə”, “Rtubə” və “Rütbə” kimi qeyd olunduğunu əsas gətirməklə, akt qeydlərində ana adına düzəliş edilməsini Cavabdehndən xahiş etmiş, cavabdeh orqan isə çoxsaylı imtina məktubları ilə buna kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir.

36. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur.

37. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...

39. İş materiallarında olan iddiaçıların mərhum analarına məxsus xx.xx.1959-cu il tarixli 278 nömrəli Doğum qeydlərinin bərpa aktından və Doğum haqqında xx.xx.1959-cu il tarixli İ-ИЕ 724398 nömrəli şəhadətnamədən görünür ki, X28 xx.xx.1938-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 278 nömrə ilə qeyd aparılmışdır.

40. Yəni, iddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızına məxsus xx.xx.1969-cu il tarixli 15 nömrəli, xx.xx.1974-cü il tarixli 3 nömrəli və xx.xx.1968-ci il tarixli 10 nömrəli doğum haqqında akt qeydlərində ana adı “Ruqiyə”, “Rtubə” və “Rütbə” kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçılarıın analarının adı Urquya kimi (X26) qeyd edilmişdir.

41. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıların doğum akt qeydlərində səhvə yol verilmiş və onların ana adı barəsində məlumat düzgün qeyd edilməmişdir.

42. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçılar İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının subyektiv hüquqları pozulmuşdur.

43. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının doğum akt qeydlərinə düzəliş edilərək, ana adının Urquya kimi (X26) qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır.

44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı1, Bağırova (Məmmədova) Zəkiyyə Heydar qızı və Qurbanova (Məmmədova) Dursun Heydər qızının doğum akt qeydlərinə düzəliş edilərək, ana adının Urquya kimi (X26) qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar