Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-662/2025 28.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı «maddi ziyan» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, İddiaçı MMC barəsində «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə» xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilərək İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın ödənilməsi tələbinə dair iş İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə» xx.xx.2023-cü il tarixli **********193400 saylı qərarının ləğv edilməsi tələbinə dair işdən ayrıca icraata ayrılmışdır. Bundan sonra İddiaçı MMC tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh orqanın rəisinin qanunsuz hərəkətləri üzrə Cəmiyyətə dəymiş 4.000.000 manat məbləğdə maddi ziyanın əvəzinin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzinati orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ********* nömrəli iş üzrə axtarış istintaq hərəkətləri zamanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş və 14 saylı Ərazi Vergilər İdarəsinə təhvil verilmiş 2 ədəd “Apple” markalı, 2 ədəd “Lenovo” markalı olmaqla, ümumilikdə 4 ədəd kompyuter, 2 ədəd “Lenovo” markalı, 1 ədəd “Dell” markalı olmaqla, ümumilikdə 3 ədəd notebook, 1 ədəd prosessor, 3 ədəd klavyatura, 2 qutuda yerləşməklə 29 ədəd qovluqda sənədlər, 5 ədəd adapterdən 25 aprel 2023-cü il tarixdə 2 qutuda yerləşməklə 26 ədəd qovluqda sənədlər Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir -Tikinti sahəsinin audit şöbəsinə, digər sənədlər və avadanlıqlar isə İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı 4.000.000,00 manat maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə əsaslı bir dəlil təqdim etməmiş, yalnız ümumi sözlərlə ifadə etmişdir. Buda onu deməyə əsas verir ki, iddiaçının iddiası əsassızdır. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, Cəmiyyətin maddi ziyana uğramasının kökündə komputer avadanlıqlarının götürülməsi dayanır. Çünki, şirkətin iş fəaliyyəti həmin avadanlıqlar olmadan mümkün deyil. Hesab edirlər ki, avadanlıqlar Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən götürülsə də, buna səbəb hazırki cavabdeh orqanın hərəkətləri olmuşdur. Çünki əsassız vergi yoxlaması başlatmışlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etirazın dəlillərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, hazırda təmsil etdiyi qurum iddia tələbinə cavab verməli deyil. Çünki, iddiaçı Cəmiyyətə məxsus bütün avadanlıqlar Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən istintaq hərəkəti üzrə götürülmüşdür. Hazırda da həmin orqanda saxlanılır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, iddiaçının cavabdeh inzibati orqandan 4.000.000 manat məbləğdə maddi ziyanın ödənilməsini tələb etməsinin əsası Cəmiyyətə məxsus olan komputer avadanlıqlarının istintaq hərəkəti üzrə götürülməsindən ibarətdir. Bununla iddiaçı Cəmiyyət iddia edir ki, Cəmiyyətin bütün iş fəaliyyəti iflic olmuşdur. Çünki, görüləcək işlərin nədən ibarət olması ilə bağlı bütün dosyelər komputerlərlərdə saxlanılər və onların vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə göstərir ki, iddiaçının bu yanaşması ağlabatandır. Lakin hazırki tələb üzrə hazırki orqan cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi ola bilməz. Belə ki, cavabdeh inzibati orqanın təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən ********* nömrəli iş üzrə axtarış istintaq hərəkətləri zamanı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə /VÖEN **********/ məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş və 14 saylı Ərazi Vergilər İdarəsinə təhvil verilmiş 2 ədəd “Apple” markalı, 2 ədəd “Lenovo” markalı olmaqla, ümumilikdə 4 ədəd kompyuter, 2 ədəd “Lenovo” markalı, 1 ədəd “Dell” markalı olmaqla, ümumilikdə 3 ədəd notebook, 1 ədəd prosessor, 3 ədəd klavyatura, 2 qutuda yerləşməklə 29 ədəd qovluqda sənədlər, 5 ədəd adapterdən 25 aprel 2023-cü il tarixdə 2 qutuda yerləşməklə 26 ədəd qovluqda sənədlər Dövlət Vergi Xidməti yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin Təmir -Tikinti sahəsinin audit şöbəsinə, digər sənədlər və avadanlıqlar isə İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinə təhvil verilmişdir. Habelə, məhkəmə sorğusuna əsasən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-nin (VÖEN: **********) fəaliyyəti üzrə ümumilikdə, xüsusi ilə külli miqdar təşkil edən, 4049315,99 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılması faktı üzrə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsilə başlanılmış ********* nömrəli iş üzrə cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüş sənəd və əşyalar cinayət işi materiallarına əlavə edilmişdir və iş üzrə istintaq yekunlaşmadığından cəmiyyətə təhvil verilməmişdir. Göründüyü kimi maddi ziyanın tələb edilməsinin əsası kimi göstərilən komputer avadanlıqları cəmiyyətə məxsus kompleksin ərazisindəki inzibati binada axtarış və götürmə istintaq hərəkəti nəticəsində götürülmüşdür. Avadanlıqları götürən orqan isə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır ki, hazırda da maddi ziyan tələbi ona qarşı yönəlmiş olsun. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bütün bu halları sistemli təhlil edən məhkəmə hesab edir ki, tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı «maddi ziyan» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-662/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-662/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver