Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-663/2024 09.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə qarşı məhkəm qətnaməsindən irəli gələn hüququnun təmin edilərək uyğun ərazidən torpaq sahəsinin ayrılıq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10-4/2 nömrəli qərarı ilə kommersiya məqsədi ilə İddiaçı 0.0126 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsi barəsində “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2004-cü il tarixli JN- 1092 nömrəli KOD 50904016 nömrəli dövlət aktı tərtib edilmişdir.
2. Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2005-ci il tarixli 2-133/2005 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə, Goranboy rayonu Qızılhacılı icra nümayəndəliyinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinin "xxxx" MMC-yə qarşı 50000000 manat pul tələbinə dair iddiaları təmin edilməmiş, İddiaçı Goranboy-Tərtər magistral yolunun mühafizə zonasında xüsusi mülkiyyətində olan 0.0126 ha torpaq sahəsinin başqa ərazidə uyğun torpaq sahəsi ilə əvəz edilməsi və ya həmin torpaq sahəsinə uyğun bazar qiymətində kompensasiya verilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmək hüququ izah edilmişdir.
3. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli 2(104)-503/09 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2010-cu il tarixli 2(102)-67/10 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
4. Goranboy rayonu Qızılhacılı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 03 nömrəli məktubda bildirilmişdir ki, onun bələdiyyəyə yazdığı xx.xx.2016-cı il tarixli məktubuna bələdiyyə şurasında baxılmış və ərizəsi xx.xx.2016-cı il tarixdə 71 nömrə ilə qeydiyyata alınmış və Goranboy RİH Memarlıq-tikinti və Arxitektura şöbəsinə xx.xx.2017-ci il tarixli 05 nömrəli məktubla müraciət edilərək, ticarət obyekti tikdirmək üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi haqqında rəy verilməsi xahiş olunmuşdur. Onun bələdiyyə sədri kimi icra orqanlarından tələb etmək yox, xahiş etmək hüququ vardır.
5. Goranboy rayonu Qızılhacılı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 65 nömrəli məktubda bildirilmişdir ki, Qızılhacılı bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədi ilə 0.0126 ha torpaq sahəsinin icarəyə verilməsi üçün Qızılhacılı bələdiyyəsi ərazisində yer olmadığından həmin torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmir.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-5062/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan JN-1092 KOD 50904016 saylı dövlət aktının hazırda qüvvədə olub-olmaması (ləğv və ya etibarsız hesab edilibedilməməsi) tərəflərindən araşdırılmış, sözügedən dövlət aktının ləğv və ya etibarsız hesab edilməsi ilə bağlı 7 saylı Bərdə Ərazi İdarəsində hər hansı bir məlumat qeydə alınmamışdır. Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin mülkiyyətində sahibkarlıq məqsədli X12 sahələrinin olub-olmaması barədə məlumatın məhkəməyə göndərilməsi ilə bağlı bildirilir ki, həmin məlumatlar 7 saylı Bərdə Ərazi İdarəsində mövcud deyildir.
7. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəydə göstərilmişdir ki, JN 1092 KOD: 50904016 saylı dövlət aktının ləğv edilib-edilməməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində hər hansı məlumat mövcud deyildir. Bundan əlavə olaraq bildirilir ki, Goranboy rayonu dövlət notariat kontorunun dövlət notariusu X5 iştirakı ilə 4Ə-235 nömrəli alqı-satqı müqaviləsi ilə X2 və xx.xx.2014-cü il tarixli ********** ərizə nömrəsi ilə X6 adına dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra X9 tərəfindən xx.xx.2016-cı ildə alqı-satqı müqaviləsi ilə X1 xx.xx.2016-cı il ********** ərizə nömrəsi ilə X8 adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra Goranboy rayonu notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə xx.xx.2023-cü il tarixli 2V-668 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 adına vərəsəlik hüququ tanınmış və xx.xx.2023-cü il tarixli ********** ərizə nömrəsi ilə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-462-2090/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayonu Qızılhacılı kəndi ərazisində sahibkarlıq məqsədi ilə satılması, icarəyə verilməsi mümkün olan, bələdiyyənin mülkiyyətinə aid olan Ehtiyat fondu torpaq sahəsinin ölçüləri barədə Elektron məlumat bazasında hər hansı bir məlumat olmadığından müvafiq məlumatların tərəflərindən məhkəməyə göndərilməsi mümkün deyildir. Qeyd: əlavə olaraq bildirilir ki, bələdiyyələr tərəfindən satılması və ya icarəyə verilməsi nəzərdə tutulan torpaq sahələrinin koordinatları naturada vurularaq Elektron məlumat bazasında sahibkarlıq məqsdilə verilməsini təyin etmək olar.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-462-4367/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ərazi İdarəsində qeydiyyata alınmış torpaqlar barədə məlumatlar saxlanılır. Qeydiyyata alınmayan torpaqlar barədə məlumatların alınması üçün aidiyyəti üzrə Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Goranboy rayonu Qızılhacılı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsindən irəli gələn hüququnun təmin edilərək uyğun ərazidən torpaq sahəsinin ayrılaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy Rayon Məhkəməsinin 5 mart 2009-cu il tarixli nömrəli 2(045)-35/2009 saylı qətnaməsinin nəticə hissəsində ona izah olunmuşdur ki, Goranboy-Tərtər magistral yolunun mühafizə zonasında xüsusi mülkiyyətində olan 0,0126 hektar torpaq sahəsinin başqa ərazidə uyğun torpaq sahəsi ilə əvəz edilməsi ilə bağlı müvafiq orqanlara müraciət edə bilər. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 yanvar 2010-cu il tarixli 2(102)-67/10 saylı qərarı ilə qüvvədə saxlanmışdır. Bundan sonra iddiaçı dəfələrlə Qızılhacılı bələdiyyəsinə ərizə ilə müraciət edərək qətnamədən irəli gələn tələbin icrasının təmin edilməklə uyğun ərazidən torpaq sahəsinin ayrılıb verilməsini xahiş etmiş, lakin tələbi təmin olunmamış, müraciətinə cavab verilməmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2275/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-538/2023 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2275/2023 nömrəli qərardadı ləğv edilmiş, iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. III.İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
16. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
17. İddiaçı torpaq sahəsinin verilməsi ilə bağlı Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli 65 nömrəli məktubla müraciətdən imtina etmişdir.
18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Goranboy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
19. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
23. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2004-cü il tarixli JN-1092 nömrəli KOD 50904016 nömrəli dövlət aktı; - Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2005-ci il tarixli 2-133/2005 saylı qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2010-cu il tarixli 2(102)-67/10 saylı qərarı; - Goranboy rayonu Qızılhacılı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli 03 nömrəli məktub; - Goranboy rayonu Qızılhacılı bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 65 nömrəli məktub; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-5062/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəy; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-462-2090/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-462-4367/24 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
27. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 10-4/2 nömrəli qərarı ilə kommersiya məqsədi ilə İddiaçı 0.0126 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsi barəsində “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2004-cü il tarixli JN-1092 nömrəli KOD 50904016 nömrəli dövlət aktı tərtib edilmişdir.
28. Goranboy Rayon Məhkəməsinin 09 noyabr 2005-ci il tarixli 2-133/2005 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə, Goranboy rayonu Qızılhacılı icra nümayəndəliyinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» Departamentinin "xxxx" MMC-yə qarşı 50000000 manat pul tələbinə dair iddiaları təmin edilməmiş, İddiaçı Goranboy-Tərtər magistral yolunun mühafizə zonasında xüsusi mülkiyyətində olan 0.0126 ha torpaq sahəsinin başqa ərazidə uyğun torpaq sahəsi ilə əvəz edilməsi və ya həmin torpaq sahəsinə uyğun bazar qiymətində kompensasiya verilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmək hüququ izah edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli 2(104)-503/09 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2010-cu il tarixli 2(102)- 67/10 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
29. İddiaçı torpaq sahəsinin ayrılıb ona verilməsi ilə bağlı cavabdeh Goranboy rayonu Qızılhacılı bələdiyyəsinə müraciət etmiş və bələdiyyənin xx.xx.2023-cü il tarixli 65 nömrəli cavab məktubu ilə müraciətindən imtina edilərək bildirilmişdir ki, Qızılhacılı bələdiyyəsi ərazisindən sahibkarlıq məqsədi ilə 0.0126 ha torpaq sahəsinin icarəyə verilməsi üçün Qızılhacılı bələdiyyəsi ərazisində yer olmadığından həmin torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilmir.
30. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qismən qanuni və əsaslı hesab edir.
31. Belə ki, “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
32. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş rəydə göstərilmişdir ki, JN 1092 KOD: 50904016 saylı dövlət aktının ləğv edilib-edilməməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində hər hansı məlumat mövcud deyildir. Bundan əlavə olaraq bildirilir ki, Goranboy rayonu dövlət notariat kontorunun dövlət notariusu X5 iştirakı ilə 4Ə-235 nömrəli alqı-satqı müqaviləsi ilə X2 və xx.xx.2014-cü il tarixli ********** ərizə nömrəsi ilə X6 adına dövlət reyestrində qeydiyyata alınmış, bundan sonra X9 tərəfindən xx.xx.2016-cı ildə alqı-satqı müqaviləsi ilə X1 xx.xx.2016-cı il ********** ərizə nömrəsi ilə X8 adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra Goranboy rayonu notariat ofisinin xüsusi notariusu X5 iştirakı ilə xx.xx.2023-cü il tarixli 2V-668 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 adına vərəsəlik hüququ tanınmış və xx.xx.2023-cü il tarixli ********** ərizə nömrəsi ilə X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-462-2090/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayonu Qızılhacılı kəndi ərazisində sahibkarlıq məqsədi ilə satılması, icarəyə verilməsi mümkün olan, bələdiyyənin mülkiyyətinə aid olan Ehtiyat fondu torpaq sahəsinin ölçüləri barədə Elektron məlumat bazasında hər hansı bir məlumat olmadığından müvafiq məlumatların tərəflərindən məhkəməyə göndərilməsi mümkün deyildir. Qeyd: əlavə olaraq bildirilir ki, bələdiyyələr tərəfindən satılması və ya icarəyə verilməsi nəzərdə tutulan torpaq sahələrinin koordinatları naturada vurularaq Elektron məlumat bazasında sahibkarlıq məqsdilə verilməsini təyin etmək olar.
34. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin verilib-verilməməsi cavabdeh orqanın diskresion səlahiyyətinə aid olmaqla, bu zaman iddiaçının mənafeyi və maraqları nəzərə alınmalı olduğundan məhkəmənin hazırkı halda iddiaçının tələbinin təmin edilməsi yönündə qərar qəbul etməsi mümkün deyildir.
35. Belə ki, İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə.
36. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının ərizəsi əsasında inzibati icraata başlamalı və həmin icraatı “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq aparmalı olduğu halda, bunu etməmiş və icraatın düzgün aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə müəyyən edilməli olan zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır.
37. Ona görə də, məhkəmənin qərarında ifadə olunan mövqelər nəzərə alınmaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı zəruri araşdırmanın aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
39. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Cavabdeh Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin üzərinə İddiaçı Hüsü oğlunun torpaq sahəsinin ayrılaraq ona verilməsi barədə müraciətinə dair zəruri inzibati icraat aparılaraq qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulsun. Qərardan apellyasiya şikayəti verilə bilməz.
Hakim Gülşən Əliyeva