Məhkəmə qərarları › İş №2-1(114)-663/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-663/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-663/2025 28.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı şəhid statusunun bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X4 verilmiş şəhid statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, oğlu xx.xx.1975-ci il təvəllüdlü X8 xx.xx.1993-cü ildən N saylı hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və N mart 1997-ci ildə hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirərkən güllə yarasından şəhid olmuşdur. Sonradan oğluna şəhid statusu verilmiş, ailəyə şəhid ailələrinə verilən aylıq təqaüd 1997-ci ilin aprel ayından 2019-cu ilədək ödənilmişdir. Şəhid statusunun bərpa edilməsi barədə müxtəlif orqanlara müraciətlər etsə də, müsbət həllini tapmamışdır. X4 verilmiş şəhid statusunun bərpa edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun müracitindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2424/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZ İİ 409784 nömrəli Ölüm haqqında Şəhadətnamədə iddiaçının oğlu X3 “hərbi xidmətdə güllə yarası” səbəbindən ölməsi qeyd edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, iddiaçının oğlu 1975-ci il təvəllüdlü X8 xx.xx.1993cü il tarixdən N saylı hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissədə hərbi xidmətdə olduğu zaman xx.xx.1997-ci il tarixdə əsgər yoldaşı tərəfindən açılan güllə yarasından vəfat etmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-3-060/2-015260/2024 nömrəli məktubdan görünür ki, Ağdam Hərbi Prokurorluğundan daxil olmuş 29 aprel 2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq çavuşu X3 ölməsi faktına dair Qarabağ Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 31.03 1997-ci il tarixdə xx.xx.2000-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 100-cü maddəsinin 1-ci hissəsi ilə başlanmış 14/19096 nömrəli cinayət işi üzrə X9 və X14 xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 238-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində olan cinayət işi xx.xx.1997-ci il tarixdə baxılması üçün Ağdam Hərbi Tribunalına göndərilmiş və xx.xx.1997-ci il tarixdə həmin cinayət işindən M.İ.İlyasovun ölməsi faktı ilə bağlı 14/19224 nömrəli cinayət işi ayrılmışdır Ayrılmış olan 14/19224 nömrəli cinayət işi üzrə X12 xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 95 və 221-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və cinayət işi baxılması üçün 05.09 1997-ci il tarixdə Ağdam Hərbi Tribunalına göndərilmişdır. Həmçinin nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin çavuşu Müslüm İlyasovun ölməsi faktına görə Qarabağ Qarnizonu Hərbi Prokurorluğu tərəfindən istintaq olunmuş 14/19224 nömrəli cinayət işinin nəzarət icraatının saxlanma müddəti keçdiyindən xx.xx.2005-ci il tarixli aktla təhvil verilmişdir. - işə əlavə edilmiş edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli, 3-43-9/2-748/2024 nömrəli imtina məktubundan görünür ki, Qarabağ qarnizonu Hərbi Prokurorluğunda N saylı hərbi hissənin çavuşu X3 ölüm faktı üzrə 14-19096 saylı cinayət işinin istintaqı aparılmış və mərhum X3 əsgər yoldaşı tərəfindən öldürülməsi sübuta yetirildiyindən mərhumun şəhid statusunun bərpası mümkün olmamışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-43-9/2-1001/2 nömrəli sorğuya cavabdan görünür ki, 1975-ci il təvəllüdlü X8 xx.xx.1997-ci il tarixdə N saylı hərbi hissənin tərkibində xidmət keçərkən aldığı güllə yarasından vəfat etmişdir. Şəhid statusuna görə təyin olunan müavinəti ailəsi 1997-ci ildən 2019-cu ilədək almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bərdə rayon şöbəsi xx.xx.2018-ci il tarixli 29\2370 nömrəli məktubla X3 şəhid statusunun olub-olmaması barədə SHXÇDXnin Bərdə rayon şöbəsinə sorğu ünvanlamışdır. SHXÇDX-nin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 1176 nömrəli məktubla sorğu cavablandırılmışdır. - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-43-9/2-1001/2 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bərdə rayon şöbəsi xx.xx.2018-ci il tarixli 29\2370 nömrəli məktubla X3 şəhid statusunun olub-olmaması barədə SHXÇDX-nin Bərdə rayon şöbəsinə sorğu ünvanlamış Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 1176 nömrəli məktubla X3 «şəhid » kimi qeydiyyatdan keçmədiyi bildirilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-43-9/2-1001/2 nömrəli sorğuya cavabdan görünür ki, Qarabağ qarnizonu Hərbi Prokurorluğunda N saylı hərbi hissənin çavuşu X3 ölüm faktı üzrə 14- 19096 saylı cinayət işinin istintaqı aparılmış və mərhum X3 əsgər yoldaşı tərəfindən öldürülməsi sübuta yetirilmişdir. ƏƏSMN yanında DSMF-nun Bərdə rayon şöbəsindən xx.xx.2018-ci il tarixdə mərhum X3 şəhid statusu olub olmaması barədə SHXÇDX-nin Bərdə rayon şöbəsinə sorğu daxil olmuşdur, sorğuya tərəfimizdən xx.xx.2018-ci il tarixli 1176 nömrəli məktubla cavab verilmişdir. Məktubda mərhum X3 əsgər yoldaşı tərəfindən öldürülməsi faktına görə “şəhid" kimi Bərdə rayon şöbəsində qeydiyyatdan keçmədiyi bildirilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 214259/2024 nömrəli məktubda qeyd olunur ki, Nazirliyin "Sosial ödənişlər" altsisteminin məlumat bazasında İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. - işə əlavə edilmiş X16 filialının xx.xx.2024-cü il tarixli, 49 nömrəli məktubdan görünür ki, Filialda mühafizə olunan Ağdam rayon Hərbi Məhkəməsinin 1997-1998-ci illəri əhatə edən cinayyət işləri yoxlanıldı. Yoxlama zamanı müəyyən olundu ki, X10 barəsində olan 1- 325 № li 1997-ci il tarixli və 1-7 № li 1998-ci il tarixli cinayyət işi Ağdam rayon Hərbi Məhkəmə tərəfindən adiyyəti üzrə Qazax rayon Hərbi Məhkəməsinə göndərilmişdir. - işə əlavə edilmiş Qazax Qarnizonu Hərbi Məhkəməsinin 10 iyun 1998-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, N saylı hərbi hissənin çavuşu X1 Cavid İnqilab oğlu tərəfindən öldürülmüş, X10 Azərbaycan Respublikası CM-in 95-ci maddəsinə əsasən, 9 (doqquz) il müddətində azadlıqdan məhrum olmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-27784/2025 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1963-cü il tarixindən xx.xx.1966-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla mərhum X6 xx.xx.2006-cı il tarixinədək 35 il 8 ay 26 gün sığorta stajı, xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 2011,78 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında ailə başçısını itirməyə görə əmək iddiaçının pensiyası məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən (xx.xx.2025ci il tarixli müraciətindən 3 il əvvəl) 314,40 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 331,06 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 379,73 manata, xx.xx.2024-cü il tarixindən 422,26 manata, xx.xx.2025-ci il tarixindən 456,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2022-ci il tarixindən) ödənilməyən fərq məbləği aylıq pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödəniləcəkdir. Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən şəhid ailəsi üzvü kimi pensiyanın sığorta hissəsinə 93,5 manat məbləğində əlavə ödənilir. X3 şəhid statusu ləğv edildiyi halda şəhid ailə üzvü kimi iddiaçının pensiyasının sığorta hissəsinə əlavə ödənilmişdir. Bu səbəbdən iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək artıq ödəmə müəyyən edilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-İ-87027/2025 nömrəli məktubda qeyd edilmişdir ki, Qanunun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.1-ci maddəsinə əsasən iddiaçıya şəhid ailəsi üzvü kimi pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın 4.1-ci bəndinə əsasən şəhid ailəsi statusssu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli № 151 saylı məktubuna əsasən mərhum X8 döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar vəfat etmədiyindən (əsgər yoldaşı tərəfindən öldürüldüyündən) ona "şəhid" adı verilməmişdir. Qeyd olunanlara əsasən məlum olmuşdur ki, mərhum Müslüm İlyasovun şəhid statusu ləğv edildiyi halda şəhid ailə üzvü kimi iddiaçının pensiyasına sığorta hissəsinə əlavə ödənilmişdir. Əlavə olaraq bildiririk ki, şəhid ailəsi üzvü kimi iddiaçının pensiyasının sığorta hissəsinə əlavə xx.xx.2003-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək ödənilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxan minlərlə soydaşımız mərdlik göstərərək canlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışdır. Həmin şəxslərin xatirəsi xalqımız və dövlətimiz tərəfindən həmişə böyük hörmət və məhəbbətlə yad edilir. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin mənəvi və maddi ehtiyaclarının ödənilməsi üçün müntəzəm olaraq tədbirlər həyata keçirilir. Şübhəsiz ki, “Şəhid” adının yaşadılmasının xalqımız, xüsusilə onun ailə üzvləri üçün böyük mənəvi dəyəri və əhəmiyyəti var. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanunu: Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: Bənd 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İddiaçının mərhum oğlu X8 hərbi xidmətdə olarkən əsgər yoldaşı tərəfindən öldürülməsi sübuta yetirilmişdir. Bu hal isə qərarın yuxarıda qeyd edilən qanunvericilikdə nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələbləri ödəmir. Nəzərə almaq lazımdır ki, həmin normalara əsasən şəxsin şəhid hesab olunması üçün, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olması (itkin düşməsi ya məhkəmə qaydasında ölmüş elan edilməsi), yaxud Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması müəyyən edilmiş olmalıdır. Məhkəmə qeyd edir ki, şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar yuxarıda istinad olunan müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin yerinə yetirildiyi yoxlanılmalıdır. Qanunla müəyyən olunmuş və yuxarıda qeyd edilən dispozisiya şərtlərinə cavab verməyən şəraitdə ölmüş şəxslərə, o cümlədən hərbi qulluqçulara, hətta onlar hərbi xidmət zamanı ölmüş olsalar belə, şəhid statusunun verilməsindən imtina qanunsuz sayıla bilməz. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsi yalnız yuxarıda istinad olunan müvafiq hüquq normalarında təsbit edilmiş müvafiq şərtlərin ödənildiyi təqdirdə mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş üzrə materiallara əlavə edilmiş AZ İİ 409784 nömrəli Ölüm haqqında Şəhadətnamədə iddiaçının oğlu X3 “hərbi xidmətdə güllə yarası” səbəbindən ölməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli, 3-3-060/2-015260/2024 nömrəli məktubdan görünür ki, Ağdam Hərbi Prokurorluğundan daxil olmuş 29 aprel 2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq çavuşu X3 ölməsi faktına dair Qarabağ Qarnizonu Hərbi Prokurorluğu tərəfindən 31.03 1997-ci il tarixdə xx.xx.2000-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 100-cü maddəsinin 1-ci hissəsi ilə başlanmış 14/19096 nömrəli cinayət işi üzrə X9 və X14 xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 238-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində olan cinayət işi xx.xx.1997-ci il tarixdə baxılması üçün Ağdam Hərbi Tribunalına göndərilmiş və xx.xx.1997-ci il tarixdə həmin cinayət işindən M.İ.İlyasovun ölməsi faktı ilə bağlı 14/19224 nömrəli cinayət işi ayrılmışdır Ayrılmış olan 14/19224 nömrəli cinayət işi üzrə X12 xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-in 95 və 221-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və cinayət işi baxılması üçün 05.09 1997-ci il tarixdə Ağdam Hərbi Tribunalina göndərilmişdır. Həmçinin nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin çavuşu Müslüm İlyasovun ölməsi faktına görə Qarabağ Qarnizonu Hərbi Prokurorluğu tərəfindən istintaq olunmuş 14/19224 nömrəli cinayət işinin nəzarət icraatının saxlanma müddəti keçdiyindən xx.xx.2005-ci il tarixli aktla təhvil verilmişdir. Həmçinin Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 78 nömrəli arayışdan görünür ki, iddiaçının oğlu 1975-ci il təvəllüdlü X8 xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissədə hərbi xidmətdə olduğu zaman xx.xx.1997-ci il tarixdə əsgər yoldaşı tərəfindən açılan güllə yarasından vəfat etmişdir. İş materiallarının tədqiqindən göründüyü kimi mərhum X8 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı deyil, əsgər yoldaşı tərəfindən avtomat silahından açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə mərhum X4 münasibətdə yuxarıda qeyd edilən qanunvericiliklə nəzərdə tutulmuş normaların dispozisiya şərtləri ilə bağlı tələblərin ödənilmədiyi, yəni onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar xidməti vəzifəsinin icrası zamanı həlak olduğu, o cümlədən onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcud olmadığı iş üzrə toplanmış sübutlarla müəyyən olunur. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən mərhum X3 hərbi xidmət dövründə həlak olması şəhid adının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı şəhid statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı şəhid statusunun bərpa edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar