Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-664/2025 10.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 054əç nömrəli əmrinin ləğvi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 054əç nömrəli əmri ilə əsgər İddiaçı – N94-cü əlahiddə rabitə taborunun (N nömrəli hərbi hissə) əsas komanda məntəqəsinin rabitə bölüyünün telefon taqımının kabel-xətt manqasının baş xətt nəzarətçisi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. II. Məhkəmədə icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.N4-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N2-ci il tarixli 20 saylı əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2000-ci il tarixdə Şəmkir rayonunun Qaracaəmirli kəndində anadan olmuşdur. Hal-hazırda həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. O, 24 oktyabr 20N8-ci ildə həqiqi hərbi xidmətə getmişdir. N nömrəli hərbi hissədə sərhəd qoşunlarında xidmət edib, N0-ci ilin aprel ayının 29-da hərbi xidmətimi başa vurub, ordudan tərxis olunmuşdur. 20 avqust N0-ci il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Şəmkir Korpusunun N saylı hərbi hissəsinin ehtiyat komanda bölüyünə kabel xətt manqa komandiri kimi işə qəbul olunmuşdur. 44 gün davam edib qələbəylə başa çatan İİ Vətən müharibəsi zamanı ehtiyatda saxlanılmışdır. N2-ci ilin təxminən iyun-iyul aylarında işdən çıxıb Tovuz rayonuna getmişdir. Təxminən saat 22:00 radələrində Tovuz şəhərindəki yeməkxanalardan birində iki nəfər dostu ilə yemək yeyərkən, qonşu stolda oturub yemək yeyən sərxoş oğlan onların stoluna yaxınlaşıb, onalar qarşı hörmətsizlik etmiş, ona irad bildirib sakitləşdirmək istəsələr də xeyri olmamışdır. Həmin sərxoş oğlan ona qarşı yenə də nalayiq hərəkətlər, sözlər deyəndə ona bir şillə vurmuşdur. Sonra onlar onunla barışmışlar. Bu hadisən xəbər tutan həmin ərazinin polis sahə müvəkkili, bu hadisəni sənədləşdirib, Şəmkir Qornizonunun hərbi polisinə göndərmişdir. Bunu əsas tutub, onun hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin Şəmkir korposunun N saylı hərbi hissə komandirinin N iyul N2-ci il tarixli, 20 saylı əmri ilə Hərbi Nizamnamənin N56-cı maddənin "E" bəndi (xidmətə uyğunsuzluq) ilə qanunsuz olaraq işdən azad edilmişdir. O, dəfələrlə komandanlığa bildirdir ki, onun barəsində çinayət işi və yaxud da xidməti işi ilə bağlı barəsində təqsirləndirici material olmadığı halda, onu xidmətə uyğunsuzluqla işdən azad etmələri qaununvericiyin tələbinə görə yolverilməzdir. Göstərilənlərə əsasən işdən çıxarılmağını ədalətsiz və qanunsuz hesab edir. N nömrəli hərbi hissə komandiri onu əsassız olaraq işdən azad etməklə Konstitusiyada təsbit olunmuş hüquqlarını kobud şəkildə pozmuşdur. 2 illik fəaliyyətini nəzərə almadan, vəzifəsi ilə bağlı olmayan, barəsində cinayət işi başlanılmayan xətaya görə, yəni iş vaxtı qurtardıqdan sonrakı hərəkətlərinə görə onu işdən azad etməsi yolverilməzdir. Yuxarıda göstərdiyi əsaslar və səbəblərə görə onun xidmətlərini, 2 il qüsursuz işlədiyini nəzərə almadan Hərbi Nazamnamənin N56-cı maddəsinin "e" bəndi ilə işdən azad edilməyi barədə xx.xx.N2-ci il tarixli 20 saylı əmr qanunsuz və əsassız olduğundan hesab edir ki, həmin əmr ləğv edilməli və öz vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmalıdır.
4. İddiaçı iddia ərizəsi ilə yanaşı müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş və ərizə onunla əsaslandırılmışdır ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun N56-cı maddəsinun "e" bəndi (ximətə uyğunsuzluğa görə) ilə işdən azad edilməyi barədə N iyul N2-ci il tarixli 20 saylı əmrin ləğv edilərək işə bərpa olunması ilə bağlı Gəncə İnzibati məhkəməsində iddia qaldırmışdır. İddia müddətini ötürmüşdür. Onun iddia müddətini ötürməyi, Müdafiə Nazirliyinə etdiyi müraciətlərə müsbət cavab veriləcəyinə inanmağı olmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə şifahi müraciət edib işinə bərpa olunmağını xahiş etmişdir. Ona görə də o, Müdafiə Nazirliyi tərəfindən işə qaytarılacağına inanırdı. Bu səbəbdən də qanunda nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilməmişdir. Hazırda ailədə yeganə qazanc gətirən şəxsdir, hazırda ailədə maddi durumları çox acınacaqlıdır, cavabdehdən proqula görə əvvəlki illərin əmək haqqı tələbi də yoxdur, niyyəti yalnız işə bərpa olunub ailəsini dolandırmaqdır.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
6. İddiaçı xx.xx.N4-cü il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, hazırkı cavabdehin əsl cavabdeh N saylı hərbi hissəsi ilə əvəz edilməsi və N saylı hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 054əç saylı əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İİ. Prosessual məsələlər
7. Məhkəmənin şifahi məhkəmə baxışı iclası xx.xx.N5-ci il tarixə təyin edilmiş və bu barədə lazımi qaydada tərəflərə məlumat verilmişdir.
8. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehin məhkəməyə xx.xx.N4-cü il tarixli etirazı daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı llqar oğlu, N8 iyul N0-ci il tarixdə Şəmkir rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, 30 iyul N0-ci il tarixdə N nömrəli hərbi hissənin ehtiyat komanda məntəqəsinin rabitə bölüyünün telefon taqımının kabel-xətt manqasının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin əsas komanda məntəqəsinin rabitə bölüyünün komandiri baş leytenant Asif Hacıyev xx.xx.N2-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək MAHHXHQ əsgər İddiaçı xx.xx.N2-ci il tarixdə xidməti yerinə gəlmədiyi üçün "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi"ndə dinlənilməsini xahiş etmişdir. Bununla bağlı MAHHXHQ əsgər İddiaçı xx.xx.N2-ci il tarixdə hərbi hissədə "müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi"ndə dinlənilmiş və onun Ordu sıralarından ehtiyata buraxılmasına dair qərar qəbul edilmişdir. MAHHXHQ əsgər İddiaçı xx.xx.N2-ci il tarixdə saat 22 radələrində tanışı XN ilə Tovuz rayonu ərazisində yerləşən "Şam bağı" otelində olan zaman aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq ona "sol gözün üst səthində, burun əsasının qançırları, alt dodağın ön səthində əzilmiş yara, sağ bazunun ön səthinin sıyrıqları" diaqnozu ilə xəsarət yetirmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə məsuliyyətlə yanaşmır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacarmır, İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Hərbi nəzakət və davranış qaydalarını bilmir. MAHHXHQ əsgər İddiaçı xidməti vərəqəsindən görünür Kİ, intizamsızlıq etməsi səbəbindən müxtəlif vaxtlarda hərbi hissə komandanlığı tərəfindən dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissənin ehtiyat komanda məntəqəsinin rabitə bölüyünün telefon taqımının kabel-xətt manqasının komandiri vəzifəsində xidmətdə olarkən intizamsızlıq etdiyindən, ona tutulan iradlardan nəticə çıxarıb xidmətində dönüş yaratmaması səbəblərindən oğlu onun ordu sıralarından ehtiyata buraxılmasına dair raportla yuxarı komandanlığa müraciət etmiş, bağlaşma müddəti başa çatmadığına görə (bağlaşma müddəti xx.xx.N3-cü il tarixdə bitir) o N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul N2ci il tarixli 054 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 054 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N56-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir və həmin əmrin ləğv edilməsi və əvvəlki xidmətə bərpa edilməsinə dair etirazlarını bildirirlər. Bundan başqa, N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 054 əç nömrəli əmri "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunun 4N.0.6 bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mətni uyğundur. İddiada göstərilənlərə etiraz edirlər və iddianı qəbul etmirlər. Belə ki, iddia tələbi mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 054 əç nömrəli əmrin qəbulundan təxminən N il 8 ay vaxt keçdikdən sonra qaldırılmışdır. Halbuki, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir.
Əsaslandırma hissəsi:
12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
13. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd N.N. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd N.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd N.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.N.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.N. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
14. İş materialları ilə müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 054əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda İddiaçı həmin əmri mübahisələndirir və bununla yanaşı həmin tələbdən doğan fakültativ tələb – əvvəlki vəzifəsinə bərpa edilmə tələbini irəli sürür.
15. Məhkəmə qeyd edir ki, həmin əmr “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.
16. «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə görə: Bənd N6N. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Bənd N65. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 38.N. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 62.N. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.N. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
19. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt barədə məlumat, birbaşa elan edildikdə də təqdim olunmuş sayılır. Hazırkı işdə də iddiaçının hərbi qulluqçu olaraq bildiyi (bilməli olduğu) normativ-hüquqi aktın tələblərinə müvafiq olaraq ehtiyata buraxılması barədə əmr ona elan edilmişdir.
20. Digər tərəfdən, Xaric olan xidməti sənədlərin uçotu jurnalından görünür ki, İddiaçı şəxsi işi, təyinat vərəqi xx.xx.N2-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilmişdir.
21. Ən azından, həmin əmrin hüquqi nəticəsidir ki, o, əmrdən sonra bir daha hərbi xidmətə buraxılmamış (hərbi xidmətini dayandırmış) və mülki həyat tərzinə keçmişdir.
22. Göründüyü kimi, iddiaçının sözügedən əmrdən qəbul edildiyi və ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
23. İddiaçı da müddəti ötürdüyünü qəbul edərək, iddia ərizəsinə müddətin bərpasına dair ərizə əlavə etmiş, lakin əmrin qəbul edildiyi xx.xx.N2-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir.
24. Belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi müddətin bərpasına dair ərizəsində müddətin ötürülməsinin üzrlü səbəbini Müdafiə Nazirliyinə və müxtəlif orqanlara qanunsuz ehtiyata buraxılması ilə əlaqədar müraciətlər etdiyini, onların müsbət nəticələnəcəyini gözlədiyini, ona görə də vaxtında məhkəməyə müraciət etmədiyi ilə əlaqələndirmişdir.
25. Məhkəmə iddiaçının həmin dəlillərini müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyət yaratmış olsun.
26. Hazırkı işdə isə iddiaçının hər iki ərizəsində gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.N. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından N il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 73.N. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.
30. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.
31. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.
32. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın N6 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
34. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
35. Göründüyü kimi, iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.
36. Məhkəmə onu da qeyd edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin tələbdən asılı olan, digər tələb üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.
37. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı əmrin ləğvi və əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan N0 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva