Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6646/2025 27.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Mən, hakim Əliyeva Leyla Kamil qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə filialına qarşı qeyri-yaşayış obyetinə mülkiyyət sənədlərinin alınmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmə binasında baxaraq müəyyən etdim: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux rayonu Ziyadlı kəndində yerləşən ********** nömrəli xx.xx.2025-ci il tarixli çıxarışla ona məxsus olan 0.16 ha torpaq sahəsində inşa edilən qeyri yaşayış obyetinə mülkiyyət sənədlərinin alınmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə inzibati aktm qəbul edilməsi dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun anası X1 rayonu, Ziyadlı kəndi ərazisində 0.16 ha torpaq sahəsi alaraq yaşayış və qeyri yaşayış obyekti tikdirmişdir. Həmin torpaq sahəsinə dair anasının adına fərdi yaşayış evinə dair ********** nömrəli xx.xx.2016-cı il tarixli çıxarış mövcud olmuş və həmin əmlakı 2025-ci ildə mənə bağışlamışdır. Hal-hazırda həmin əmlak onun adına olmaqla ********** nömrəli xx.xx.2025ci il tarixli çıxarış mövcuddur. Onlar həmin fərdi yaşayış evi ilə eyni vaxta qeyri yaşayış obyekti inşa edib, inşasını 2018-ci ildə başa çatdırmasına baxmayaraq həmin qeyri yaşayış evinə mülkiyyət sənədlərinin alınmasında AAzərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə filialı qanunsuz və əsası maneələr yardır. Belə ki, o, həmin agetliyə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış obyektinin təqribən 1,5 metr məsafəsindən "110/35/10 kV-luq "Samux" yarımsıtansiyasından çıxan 10 kV-luq "Gülçülük" HEVX keçdiyi üçün imtina edilmişdir. Həmçinin həmin imtina məktubunda göstərilmişdir ki, 2022-ci ildə 10 kV-luq Gülçülük "HEVX sözügedən ərazidən çıxarılaraq yeni trasa verlişi xətti ilə sifarişçinin vəsaiti hesabına çəkilmişdir. Həmin məktubdan görünür ki, işıq dirəkləri onun qeyri-yaşayış obyektinin yaxınlığında əmlak tikilib başa çatandan 4 il sonra yəni 2022-ci ildə çəkilmişdir. Həmçinin qeyri yaşayış obyekti tikilib başa çatdıqdan sonra çəkdiyi şəkillər mövcuddur və həmin şəkillərdə işıq dirəklərinin mövcud olmadığı aydm şəkildə görünür. Bundan başaq işıq dirəkləri yolun qarşı tərəfindən bir cərgə düzülməsinə baxmayaraq onun əmlakının yanma çatdıqda yolun digər tərəfinə yəni onun əmlakın ola tərəfə keçmiş əmlakını keçəndən sonra yenidən yolun digər tərəfinə qaytarılmışdır. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırkı tələbi Samux rayonu Ziyadlı kəndində yerləşən ********** nömrəli xx.xx.2025-ci il tarixli çıxarışla ona məxsus olan 0.16 ha torpaq sahəsində inşa edilən qeyri yaşayış obyetinə mülkiyyət sənədlərinin alınmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasından ibarətdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının ərizəsinin məzmunundanda müəyyən edilir ki, iddiaçının tələbi olan maneənin aradan qaldırılması onun mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi qeyri-yaşayış obyektinin təqribən 1,5 metr məsafəsindən "110/35/10 kVluq "Samux" yarımsıtansiyasından çıxan 10 kV-luq "Gülçülük" HEVX keçməsidir . “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. AAzərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarın da məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən AAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, AAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (AAzərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Adıçəkilən qərarın 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24- 26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə tərəflər arasında olan mübahisə üzrə mülki hüquq münasibətləri mövcuddur. Başqa sözlə hazırki tələb cavabdeh orqanın inzibati fəaliyyəti ilə bağlı deyildir. Belə olan halda hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. AAzərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə filialına qarşı Samux rayonu Ziyadlı kəndində yerləşən ********** nömrəli xx.xx.2025-ci il tarixli çıxarışla ona məxsus olan 0.16 ha torpaq sahəsində inşa edilən qeyri-yaşayış obyetinə mülkiyyət sənədlərinin alınmasına cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-6646/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-6646/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver