Məhkəmə qərarları › İş №2-1(114)-669/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-669/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-669/2024 02.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı məxsus xx.xx.N988-ci il tarixli NZ № ******* hərbi biletdə onun xx.xx.N-ci il tarixdən xx.xx.N-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyi, habelə xx.xx.N-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyi qeyd olunmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-252 nömrəli arxiv arayışından görünür ki, Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli əmrinə əsasən N970-ci il təvəllüdlü istehkamçı sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısına daxil olması barədə məlumat aşkar olunmamışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-7N2N nömrəli arxiv arayışından görünür ki, İddiaçı RHKdən 3 (üç) aylıq müddətinə toplanışa cəlb olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N88 №-li əmrilə (əsas: bənd-N0, sıra-5) xx.xx.N-ci il tarixdən 2-ci batalyonun şəxsi heyəti sıralarına qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 40№-li əmrilə 3-cü motoatıcı taborun sıravi əsgəri İddiaçı Bakı maliyyə-kredit texnikomunda laboratoriya imtahan sessiyasında iştirak etmək üçün əmək haqqı ödənilməklə əlavə məzuniyyət verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 247№-li əmrilə İddiaçı 3-cü motoatıcı tabordan 5-ci motoatıcı taborun tərkibinə keçirilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N970-ci il təvəllüdlü, sıravi İbrahimov XN azad olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 №-li əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHK-nın sərəncamına göndərilmiş və xx.xx.N996-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiyinə görə məvacibi üç qat ödənilmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 363 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərindən İddiaçı xidməti barədə məlumat aşlar olunmamışdır. Qeyd olunur ki, N №-li hərbi hissə komandirinin N-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

5. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli 2/2-8308 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022ci il tarixli 4/2-7N2N nömrəli və xx.xx.2023-cü il tarixli 363 nömrəli arayışlarına, hərbi biletində olan qeydlərə əsasən hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N78N nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

7. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N88 nömrəli əmrindən çıxarışdan görünür ki, ARHK tərəfindən 3 ay müddətinə toplanışa cəlb olunmuş hərbi vəzifəli İddiaçı 09.N2.92-ci il tarixdən 2-ci batalyonun şəxsi heyəti sıralarına qəbul edilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 40 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü motoatıcı taborun sıravi əsgəri İddiaçı N5.03.93-cü il tarixdən 27.02.93-cü il tarixə kimi Bakı maliyyə-kredit texnikumunda labaratoriya imtahan sessiyasında iştirak etmək üçün əmək haqqı ödənilməklə əlavə məzuniyyət verilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 247 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü taborun ləğv edilməsi ilə əlaqədar olaraq İddiaçı 5-ci taborun şəxsi heyətin siyahısına daxil edilməsi və bütün növ təchizatla təmin edilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdən etibarən AZ.Resp.MN-nin 26 saylı 24.0N.96-cı il tarixli əmrinə əsasən sıravi istehkamçı İddiaçı göstərilən taborların və əlahiddə bölüklərin şəxsi heyət siyahısından çıxarılması, bütün növ təminatların dayandırılması, ordu sıralarından azad edilməsi, qeydiyyata düşmək üçün rayon hərbi komissarlıqların sərəncamına göndərilməsi, 08.02.96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiklərinə görə həmin tarixə kimi məvaciblərinin üç qat ödənilməsi əmr edilmişdir.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2097 nömrəli cavab məktubuna əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından səfərbərliyə çağırılmış 25 yaşdan yuxarı və iki ildən artıq xidmət etmiş hərbi qulluqçuların, matrosların, və çavuşların ehtiyata buraxılması haqqında xx.xx.N996-cı il tarixli 26 saylı əmri ilə əmr edilmişdir:

1. N996-cı ilin fevralın N0-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından 25 yaş və yuxarı və iki ildən artıq xidmət etmiş əsgərlər, matroslar və çavuşlar ehtiyata buraxılsınlar.

2. Hərbi hissəni özbaşına tərk etmiş 25 yaş və yuxarı və iki ildən artıq xidmət etmiş əsgərlər, matroslar və çavuşlar hər hissənin şəxsi heyətinin siyahılarından çıxarılsınlar; siyahı və hərbi sənədləri çağırış yerləri üzrə hərbi hərbi komissarlıqlara göndərilsin; onların xidmət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət müddətinə sayılmasın.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 225N nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN380/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N və N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 583 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin hərbi hissənin hansı ərazilərdə döyüşlərdə iştirak etməsi barədə məlumat qeyd olunmadığından bu barədə məlumat verə bilmirlər.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Rasi oğlunun Azərbaycan Respublikası ərazisində cinayət tətbiqi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur.

13. Məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 692 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 №-li əmrində İddiaçı Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli 26 №-li əmrinin N-ci yoxsa 2-ci bəndinə müvafiq olaraq ordudan azad edilməsi barədə məlumat qeyd olunmamışdır. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N-cü il, yanvar-mart, may-oktyabr, dekabr N995-ci il, yanvar N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.

14. Həmin məktuba əlavə edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N nömrəli əmrindən çıxarışa əsasən 5-ci MAT-un əsgəri İddiaçı təlim mərkəzində nümunəvi xidmətinə görə təltif olunması (təşəkkür elan olunması) əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 325 nömrəli əmrindən çıxarışa əsasən sıravi İddiaçı hərbi hissəni özbaşına tərk edib qayıtdığı üçün bütün növ təminatların bərpa edilməsi əmr edilmişdir. I.Məhkəmədə icraat

15. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N-ci ilin noyabr ayında RHK tərəfindən 3 (üç) ay müddətinə toplanışa cəlb edilmiş, N nömrəli hərbi hissə komandirinin N0 dekabr N-ci il tarixli N88 №li əmrilə xx.xx.N-ci il tarixdən 2-ci batalyonun şəxsi heyəti sıralarına qəbul edilmişdir. N993-cü ilin yanvar ayında N saylı hərbi hissə dağıldığına görə o, N saylı hərbi hissəyə keçirilmiş və xx.xx.N996-cı ilədək həmin hərbi hissədə xidmət etmişdir. Müdafiə nazirinin xx.xx.N996-ci il tarixli əmrinə əsasən o, hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 39 №li əmrilə ordu sıralarından tərxis olunmuşdur. Bütün bunlar Müdafiə Nazirliyinin xx.xx.20N8-ci il tarixli xx.xx.2022-ci il tarixli arxiv arayışları və hərbi bileti ilə də təsdiq olunur. 2023-cü ilin avqust ayında ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2-7N2N nömrəli və xx.xx.2023-cü il tarixli 363 nömrəli arayışlarına və hərbi biletində olan qeydlərə əsasən onun hərbi hissəni özbaşına tərk etmə faktı var. O, cavabdeh orqanın imtinası ilə razı deyil. Belə ki, əvvəla xx.xx.2022-ci il tarixli (imtinada məktubun tarixi səhvən xx.xx.2022-ci il kimi göstərilmişdir) 4/2-7N2N nömrəli və xx.xx.2023-cü il tarixli 363 nömrəli arayışlarında onun hərbi hissəni özbaşına tərk etməyi barədə hər hansı qeyd yoxdur. Onun hərbi hissəni özbaşına tərk etməyi onun yalnız hərbi biletində qeyd edilib. Həmin qeydin hansı səbəbdən hərbi biletdə qeyd edilməsi ona məlum deyil. Belə ki, o, hərbi biletini ordudan tərxis olunandan təxminən N il sonra almışdır. Hərbi hissədən tərxis olunan zaman ona yalnız arayış verilmişdi. Həmin arayışdada bu barədə hər hansı qeyd olmamışdır. Buna görə o, hərbi biletini aldıqdan sonra həmin yazıya fikir verməmişdir. Əgər onun hərbi hissəni özbaşına tərk etmə faktı olsaydı barəsində cinayət işi başlanılardı və bu barədə hərbi prokurorluqda məlumat olardı. Bundan başqa o, hərbi hissəni özbaşına tərk etmişdisə və buna görə şəxsi heyətin tərkibindən çıxarılmışdısa onda N996-cı ilin fevral ayınadək N saylı hərbi hissənin tərkibində necə xidmətini davam etdirə bilərdi. Hesab edir ki, onun hərbi biletini komandir başqa şəxsin hərbi bileti ilə səhv salıb və bu qeydləri yazıb. Belə ki, xidmət barədə əmrləri vermək hərbi hissənin komandirinin vəzifəsidir. Hərbi hissənin komandiri öz vəzifələrini yalnış yerinə yetirdiyinə görə onun hüquqları tapdalana bilməz. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər

24. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

25. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

26. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

28. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.N988-ci il tarixli NZ № ******* hərbi bilet; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-252 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-7N2N nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 363 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 2/2-8308 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 583 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli N78N nömrəli cavab məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N88 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 40 nömrəli, xx.xx.N993cü il tarixli 247 nömrəli və xx.xx.N996-cı il tarixli 39 nömrəli əmrindən çıxarışlar; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 225N nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN380/23 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 692 nömrəli cavab məktubu;. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N nömrəli və xx.xx.N995-ci il tarixli 325 nömrəli əmrindən çıxarışlar.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

31. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7N2N nömrəli və xx.xx.2023-cü il tarixli 363 nömrəli arayışlarına, hərbi biletində olan qeydlərə əsasən hərbi hissəni özbaşına tərk etmə faktı olduğuna görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

32. Məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız saymaqla, hesab edir ki, iddiaçı tələbində haqlıdır.

33. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, İddiaçı N-ci ilin noyabr ayında Ağdam RHK-dan həqiqi hərbi xidmətə çağırılmış və N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli N88 №-li əmrilə xx.xx.N-ci il tarixdən 2-ci batalyonun şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və "sıravi" hərbi rütbəsi verilmişdir. N993-cü ilin yanvar ayında N nömrəli hərbi hissə dağıldığına görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 247 nömrəli əmrilə 3-cü motoatıcı tabordan 5-ci motoatıcı taborun tərkibinə keçirilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən İbrahimov XN azad olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHK-nın sərəncamına göndərilmiş və xx.xx.N996-cı il tarixədək döyüş bölgəsində xidmət etdiyinə görə məvacibi üç qat ödənilmişdir.

34. Həmçinin, iddiaçıya məxsus xx.xx.N988-ci il tarixli NZ № ******* hərbi biletdə onun xx.xx.N-ci il tarixdən xx.xx.N-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir.

35. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

36. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

39. Cavabdeh orqan İddiaçı hərbi hissəni özbaşına tərk etmə faktının olmasını əsas gətirərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir.

40. Halbuki, məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-N2/2-30-NN380/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N-ci il tarixdən xx.xx.N996-cı il tarixədək N və N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

41. İddiaçı Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən ordu sıralarından azad olunduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHK-nın sərəncamına göndərilmişdir.

42. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir ki, hazırkı işdə tələb olunan bütün şərtlər ödənilir.

43. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi (döyüşməsi) həm onun hərbi biletindəki qeydlərlə, həm arxiv arayışı ilə təsdiq olunur.

44. Cavabdeh orqanın imtinasının yeganə əsası onun hərbi hissəni özbaşına tərk etmə faktıdır ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 325 nömrəli əmrindən çıxarışdan məlum olur ki, sıravi İddiaçı hərbi hissəni özbaşına tərk edib qayıtdığı üçün bütün növ təminatların bərpa edilməsi əmr edilmişdir.

45. Yəni, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş olsaydı belə, N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 325 nömrəli əmri ilə onun bütün növ təminatların bərpa edilməsi əmr edilmiş və iddiaçı xidmətini davam etdirərək, Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından səfərbərliyə çağırılmış 25 yaşdan yuxarı və iki ildən artıq xidmət etmiş hərbi qulluqçuların, matrosların, və çavuşların ehtiyata buraxılması haqqında xx.xx.N996-cı il tarixli 26 saylı əmri əsasında N №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 39 №-li əmri ilə ehtiyata buraxılmışdır. Həmin əmrdə həm də iddiaçıya 08.02.96-cı il tarixə kimi döyüş bölgəsində xidmət etdiklərinə görə həmin tarixə kimi məvaciblərinin üç qat ödənilməsi əmr edilmişdir.

46. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar