Məhkəmə qərarları › İş №2-1(114)-67/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-67/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-67/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddaçının nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X23) qarşı (üçüncü şəxs Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu) çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X16rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu Üçtəpə kəndində yerləşən və çıxarışla X12 məxsus 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsini xx xxxx 2015-ci il tarixdə notarial qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında satın almışdır. Lakin həmin vaxt maddi imkanı olmadığından torpaq sahəsinə çıxarış almamışdır. Hazırda həmin torpaq sahəsinə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 3 saylı X21 müraciət etmiş, lakin inzibati orqan xx.xx.2019-cu il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi ilə bundan imtina etmişdir. Cavabdeh təşkilat verdiyi imtinanı onunla əsalandırmışdır ki, guya arxiv məlumatlarına əsasən həmin torpaq sahəsi X2 qaytarılmışdır. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, torpaq sahəsini alarkən həmin torpaq sahəsi X9 mülkiyətində olmuş və ona bununla bağlı müvafiq çıxarış verilmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsi ilə bağlı X14 İnstitutu məhkəmədə X12 qarşı iddia qaldıraraq həmin torpaq sahəsini zəbtdən azad edilməsini xahiş etsə də, iddia rədd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-67/2020 nömrəli qərardadı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçınümayəndəsi (vəkili) X13 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərəkGöygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X23 və üçüncü şəxs Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X19 etibarnamə üzrə nümayəndəsi X7 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı satılmış 0,04 ha torpaq sahəsinin də daxil olduğu 1098,70 ha torpaq sahəsinin Azərbaycan Elmi X4 istifadəsinə qaytarıldığı müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı ərizəçiyə bildiriş göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Elmi X4 nümayəndəsi X10 iddia tələbinə münasibətdə bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Elmi X4 istifadəsindədir. Lakin Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, X9 mülkiyətində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsinin İddiaçı satılması barədə məlumatı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 xx.xx.2019-cu il tarixli, **********01 nömrəli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş ; xx.xx.2015-ci il tarixli torpaq sahəsinin alqı-satql müqaviləsinin təsdiq edilmiş surəti ; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(104)-11/2012 nömrəli və xx.xx.2014-cü il tarixli, 2(104)-275/2014 nömrəli qətnamələri ; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(102)-204/12 nömrəli qərarı ; Torpaqdan istifadə hüququna dair B seriyalı 001624 nömrəli dövlət aktının təsdiq edilmiş surəti ; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı 0140044, ******* və ******* nömrəli çıxarışların təsdiq edilmiş surətləri ; AN-İ seriyalı, ******* nömrəli xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti ; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə xx.xx.2011-ci il tarixli iclasının 19 nömrəli protokolunun təsdiq edilmiş surəti ; xx.xx.2011-ci il tarixli, 0001 nömrəli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti ; Göygöl rayon Üçtəpə bələdiyyəsinin xx.xx.2010-cu il tarixli ümumi iclasının 14 saylı protokolunun qərarından çıxarış ; A seriyalı, 297509 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surəti ; Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 26 nömrəli sərəncamının təsdiq edilmiş surəti ; Obyektin qəbul komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli istismara qəbul edilməsi aktının təsdiq edilmiş surəti ; İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ; Məhkəmənin sorğusu əsasında Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qxx-xx/2020 nömrəli məktubu ; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 iddia tələbinə dair xx.xx.2019-cu il tarixli, **********13 nömrəli etirazı. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X11 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı Göygöl rayonu Üçtəpə kəndində yerləşən və çıxarışla X12 məxsus 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsini xx xxxx 2015-ci il tarixdə notarial qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında satın almışdır. Lakin həmin vaxt maddi imkanı olmadığından torpaq sahəsinə çıxarış almamışdır. Hazırda həmin torpaq sahəsinə dair onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 3 saylı X21 müraciət etmiş, lakin inzibati orqan xx.xx.2019-cu il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi ilə bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,04 ha torpaq sahəsi X9 adına qeydə alınmışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən xx.xx.2015ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən, **********08-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən X9 tam mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi onun tərəfindən İddiaçı satılmışdır. İnzibati orqan AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X23 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,02 ha torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini torpaq sahəsinin məhkəmə qərarlarına əsasən X1 istifadəsinə qaytarılması kimi əsaslandırmışdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, qxx-xx/2020 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X20 adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnustutu tərəfindən cavabdeh X12 qarşı xx.xx.2013-cu ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən MA seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsinə, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnustutuna məxsus 0,04 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsinin icraatında olan 2(066)-846/2013 nömrəli mülki iş xx xxxxxx 2013- cü il tarixdə yekunlaşaraq iddiaçının iddia tələbi təmin edilməmişdir. X20 adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnustutu xx.xx.2013-cü ildə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixili, 2(104)-275/2014 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin olunmamış və Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X20 adına Azərbaycan Elmi Tədqiqat X8 Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(104)-275/2014 nömrəli qətnaməsindən kassasiva şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda məhkəmə aktı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,02 ha torpaq sahəsinə dair İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət retestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan,0 onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar