Məhkəmə qərarları › İş №2-1(114)-670/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-670/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-670/2024 10.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin şəxsi hesab vərəqindən görünür ki, cəmiyyətin xx.xx.2023-cü il tarixə vergi borcu belədir: vergi borcu - 6357,97 manat; faiz borcu - 2935,66 manat. Göründüyü kimi cəmiyyətin xx.xx.2023-cü il tarixə ödənilməmiş vergi borcu 9293,63 manat təşkil edir. Qeyd olunan 18906,59 manat vergi borcu kameral vergi yoxlaması nəticəsində 2017-ci il üzrə hesablanmış 2091,44 manat, 2018-ci il üzrə hesablanmış 2091,44 manat, 2019-cu il üzrə hesablanmış 2091,44 manat, 2021-ci il üzrə hesablanmış 2091,44 manat, 2022-ci il üzrə hesablanmış 2091,44 manat, 2023-cü il üzrə hesablanmış 8364,74 manat torpaq vergisi məbləğinin ödənilməmiş hissəsidir. Şəxsi hesab vərəqəsində mövcud olan 18906,59 manat vergi borcu əsassızdır. Belə ki, onlar "xxxx" ASC-nin balansında, mülkiyyətində və istifadəsində heç bir torpaq sahəsi yoxdur. Onlar ASC-nin mülkiyyətində və istifadəsində hər-hansı torpaq sahəsinin olub-olmamasını müəyyən etmək üçün DƏDKR-nin 7 saylı Bərdə Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və xx.xx.2023-cü il tarixli cavab almışlar. Qeyd olunan məktubda ASC-nin balansında, mülkiyyətində və istifadəsində heç bir torpaq sahəsinin olmadığı qeyd edilmişdir. Buna görə də, onlar hesablanmış vergi borcunun silinməsi məqsədilə cavabdeh orqana müraciət etmişlər, lakin cavabdeh orqan onların müraciətinə müsbət cavab verməmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması" barədə xx.xx.2017-ci il tarixli **********030800 saylı, xx.xx.2018-ci il tarixli **********759300 saylı, xx.xx.2013-cü il tarixli **********284000 saylı, xx.xx.2021-ci il tarixli **********430400 saylı, xx.xx.2023-cü il tarixli **********2864 saylı və xx.xx.2023-cü il tarixli **********291600 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia qaldərəlması üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı hüquqi şəxsin əvvəlki qanuni təmsilçisi və əsas səhmdarı X4 xx.xx.2016-cı il tarixdə vəfat etmiş və həmin dövrdən ASC-nin səhmlərinin X1 tərəfindən əldə edilənə kimi vergi ödəyicisinin heç bir fəaliyyəti olmamışdır. Yalnız ASC-nin yeni səhmdarının təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdə Ümumi Yığıncaq çağırılaraq yeni idarəetmə orqanları formalaşdırılmış və indiki qanuni təmsilçi X2 baş direktor təyin edilmişdir. Məhz iddiaçının yeni icra qurumu fəaliyyətə başladığı gündən ASC-nin üçüncü şəxslər qarşısında debitor və kreditor öhdəliklərinin müəyyən edilməsi üçün ardıcıl işlər görülmüş, o cümlədən hazırki iddianın əsasını təşkil edən uyğunsuzluq aşkar edilərək aidiyyəti üzrə cavabdehə və digər inzibati orqanlara müraciət edilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı cavabdeh orqanın qərarlarından şikayət vermə müddətini üzrlü səbəblərdən ötürmüşdür. Cavabdeh orqanın iddia ərizəsinə etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli **********430400 nömrəli qərar xx.xx.2021-ci ildə ödəyicinin elektron kabinetinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə oxunmaqla qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********284000 nömrəli, xx.xx.2023-cü il tarixli **********286400 nömrəli, xx.xx.2023-cü il tarixli **********291600 nömrəli qərarlar isə xx.xx.2023-cü il tarixdə ödəyicinin elektron kabinetinə göndərilmiş, onun tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmaqla qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərkən 18906.56 manat borcun silinməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi qaldırmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən yalnız xx.xx.2021-ci il tarixli **********430400 nömrəli qərar mövcud olmuş, digər qərarlar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki o, həmin qərarlarla xx.xx.2023-cü ildə tanış olmuşdur. Həmin qərarlarla tanış olmasından 5 aya yaxın bir vaxt keçdikdən sonra o, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Daha əvvəl qəbul edilmiş digər iki qərarın isə elektron oxunması barədə məlumat aşkar olunmamasına baxmayaraq, daha sonra elektron kabinetə göndərilən qərarlarla tanış olunması onu deməyə əsas verir ki, ödəyici həmin qərarlarla da tanış olmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən digər iki qərar - xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barəsidə həmçinin "Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********759100 nömrəli qərar qəbul olunmuş və o, icra hərəkətlərinin həyata keçirilməsi üçün xx.xx.2020-ci il tarixdə Goranboy rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Goranboy rayon İcra və probasiya şöbəsinə xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci iİ tarixli **********759300 nömrəli qərarlarla iddiaçının tanış olub-olmama barədə xx.xx.2024-cü il tarixdə sorğu göndərilmişdir. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubuna əsasən icra sənədi xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir. İcra şöbəsinin qeyd olunan məktubundan da göründüyü kimi, xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi xx.xx.2017-ci il tarixli **********030800 nömrəli, xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlarla tanış olmuşdur. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 10 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, tərəfindən verilmiş buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 iddia qəbul etməyərək, etirazla eyni məzmunda izahat verərək iddiaçı tərəfindən verilmiş prosessul müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarlar xx.xx.2017, xx.xx.2018, xx.xx.2023, xx.xx.2021-ci il tarixlərdə cavabdeh orqan tərəfindən iddiaçının elektron kabinetinə göndərilmişdir. Həmin qərarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, 3 iş günü müddətində iddiaçıya lazımi qaydada çatdırılmış sayılır və iddiaçı həmin qərarların mübahisələndirilməsi üçün prosessual müddəti ötürmüşdür. İddiaçı tərəf buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək, ərizəni onunla əsaslandırmışdır ki, qərarın mövcudluğu barədə onların məlumatı olmadığına görə qərardan şikayət vermə müddətini ötürmüşlər. İş materiallarına əlavə edilmiş Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, iddiaçı hazırda mübahisələndirilən qərarlar barədə məlumatlı olmuş, yəni mübahisələndirilmiş qərarlar onun elektron kabinetinə yüklənmiş, iddiaçı tərəf isə həmin qərarlarla tanış olmuşdur. Həmçinin, sözügedən hesabatdan görünür ki, xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarların oxunma tarixi qrafalarında həmin qərarların iddiaçı tərəf tərəfindən oxunması tarixinə dair heç bir qeyd yoxdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarları ilə iddiaçıya hesablanmış borc məbləğlərinə dair Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərar qəbul edilmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlar barədə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli Qərar qəbul edildikdən sonra iddiaçı tərəfin həmin qərarlarla tanış olub-olmamasının müəyyən edilməsi ilə bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinə sorğu verilmiş, həmin sorğuya xx.xx.2024-cü il tarixli R.Q.37068/2020 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli icra sənədinin könüllü icra edilməsi haqqında qərarla icraata başlanılmış, həmin tarixdə borclu tərəfə “Bildiriş” göndərilmiş və məhkəmə qərarı üzrə məsuliyyət izah edilmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********030800 nömrəli və xx.xx.2018-ci il tarixli **********759300 nömrəli qərarlarla tanış olmuşdur. Beləliklə, məhkəmə iddiaçı tərəfin ərizədə qeyd etdiyi əsasları müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul etmir və qeyd edir ki, müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu şəxsin iradəsindən asılı olmasın, onların yaranması və dəf edilməsi şəxsin imkanı xaricində olsun və bu səbəblər şəxsin müddəti ötürmədən iddia qaldırmasına maneə törətsin və ya məhdudiyyətlər yaratmış olsun. Lakin hazırki işdə iddiaçı tərəfin gətirdiyi arqumentlər sadalanan üzrlülük meyarlarına cavab vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə, şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə- iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Həmin iddia növünə münasibətdə xüsusi mümkünlük şərtlərindən biri də iddia müddətlərinə əməl edilib-edilməməsinin yoxlanılmasıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə iddia veriməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfin ərizəsi təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar