Məhkəmə qərarları › İş №2-1(114)-670/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-670/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-670/2025 13.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Vİİ-ЖГ 324684 nömrəlimdoğum haqqında şəhadətnamyə əsasən İddiaçı xx xxxxxx 1981-ci ildə anadan olmuşdur, ata qrafasında X12, ana qrafasında X4 qeyd olunmuşdur. 08 fevral 1981-ci il tarixli doğum haqqında akt qeydinə əsasən İddiaçı 25 yanvar 1981-ci il tarixində anadan olmuşdur, ata qrafasında X12, ana qrafasında X4 qeyd olunmuşdur. 13 oktyabr 1951-ci il tarixli doğum haqqında akt qeydinə əsasən Həsrətova Zərəngiz 10 oktyabr 1951-ci ildə anadan olmuşdur, atası X14, anası X5r. АЗ 697603 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X6 10 oktyabr 1951-ci ildə anadan olmuşdur, ata qrafasında X14, ana qrafasında X7 qeyd edilmişdir. АЗ 206679 nömrəli evlənmək haqqında şəhadətnaməyə əsasən X12 ilə X8 16 noyabr 1971-ci ildə nikaha daxil olmuşlar. Vİİ-ЖГ 363783 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.1972-ci ildə anadan olmuşdur, ata qrafasında X12, ana qrafasında X9 qeyd olunmuşdur. AZ-İİ 387102 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İddiaçı(bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-05/2024 nömrəli məktubu ilə təqdim edilmiş doğum haqqında şəhadətnamədə onun anasının soyadı “Həsrətova “ doğum tarixi “xx.xx.1951” kimi, nikah haqqında şəhadətnamədə soyadı “Qocayeva” , doğum tarixi “xx.xx.1953” , onun doğum haqqında akt qeydində anasının doğum tarixi “xx.xx.1953”-cü il kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası”nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Odur ki, kifayət qədər əsaslar olmadığına görə müraciət təmin edilə bilməz. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan xx xxxxxx 1981-ci il tarixli Vİİ-ЖГ 324684 nömrəli doğum haqqında şəhadətnamənin valideynlər olan qrafanın ana qrafasında onun anasının ad, soyad və ata adının X1 deyil, X2 düzəlişin aparılması və bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki o, xx xxxxxx 1981-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində doğulmuş və hal-hazırda Göygöl Rayonu Qızılca kəndində yaşayır, ona doğum haqqında şəhadətnamə verilmişdir, həmin şəhadətnamədə onun adı, soyadı düzgün yazılsada doğum haqqında şəhadətnamənin valideynlər olan qrafasının ana qrafasında anası X3 ata adı Məmməd kimi deyil, texniki səhv olaraq Məhəmməd kimi olaraq, səhv göstərilmişdir. Bu texniki səhvin doğum şəhadətnaməsində göstərilməsi ona bəzi sənədləşmə işlərində problemlər yaradır. Çünki ona qeydiyyat şöbəsindən bildirilmişdir ki, bu çoxdan verilmiş sənəddir, yəni sovet dövründə verildiyinə görə həmin sənədin düzəlişinin aparılması onların səlahiyyətində deyil. O, doğum haqqında olan texniki səhvdə olan düzəlişin aparılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, imtina cavabı verilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli məktub ilə müəyyən edilir ki, təqdim edilən doğum haqqında şəhadətnamədə iddiaçının anasının soyadı “Həsrətova “ doğum tarixi “xx.xx.1951” kimi, nikah haqqında şəhadətnamədə soyadı “Qocayeva” , doğum tarixi “xx.xx.1953” , İddiaçı doğum haqqında akt qeydində ananın doğum tarixi “xx.xx.1953”-cü il kimi qeyd edilmişdir. Kifayət qədər əsaslar olmadığından və sənədlər arasında ziddiyyət olduğundan İddiaçı doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasının atasının adı bəndində “Məhəmməd”dən “Məmməd” ə düzəliş edilməsi barədə müraciətinin icrası Cavabdeh tərəfindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmiş səbəbləri barədə məlumat təqdim etəməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsdir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində ana qrafasında anasının ata adı Məhəmməd kimi qeyd edilsə də, iddiaçının anasına məxsus digər sənədlərdə ata adı Məmməd kimi qeyd edilmişdir. Bu da iddiaçının anasının ata adına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının doğum haqqında şəhadətnaməsində səhvə yol verilmiş, iddiaçısının anasının ata adı barəsində məlumat düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə İddiaçı məxsus olan xx xxxxxx 1981-ci il tarixli Vİİ-ЖГ 324684 nömrəli doğum haqqında şəhadətnamənin valideynlər olan qrafanın ana qrafasında onun anasının ad, soyad və ata adının X1 deyil, X2 düzəlişin aparılması və bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus olan xx xxxxxx 1981-ci il tarixli Vİİ-ЖГ 324684 nömrəli doğum haqqında şəhadətnamənin valideyinlər olan qrafanın ana qrafasında onun anasının ad, soyad və ata adının X1 deyil, X2 düzəlişin aparılması və bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar