Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-671/2025 27.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə sosial müavinətin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdeh orqanın 09 fevral 2024-cü il tarixli 1-İMTK-2024/004618 saylı qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.N8-ci il tarixdən təyin edilmiş sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilərək xx.xx.2025-ci il tarixədək sosial müavinət ödənişlərinin ödənilməsi, artıq ödəmə kimi müəyyən olunmuş 10242 manat vəsaitin tutulmasının qanunsuz hesab olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
2. İddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən xx.xx.N8-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir.
3. Daha sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olması səbəbindən xx.xx.2024-cü il tarixdən ona təyin edilmiş sosial müavinət dayandırılmışdır.
4. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-48706/2024 nömrəli qərarı ilə xx.xx.N8-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Qərarın “qeyd” hissəsində göstərilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2. maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pənsiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçı aktiv əmək müqaviləsi olduğu üçün, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən sosial müavinət hüququnu itirib. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa 29 noyabr N9-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən xx.xx.2020-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi nəzərdə tutulmamışdır. Vətəndaşa rəsmi məlumat verilsin”.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 1-İMTK-2024/004618 nömrəli qərarı ilə təkrarən xx.xx.N8-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Qərarın “qeyd” hissəsində göstərilmişdir ki, “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 7.0.2. maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İddiaçı "Əmək və Məşğulluq" altsistemində olan məlumata əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olub. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa 29 noyabr N9-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsaşən xx.xx.2020-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən vətəndaş 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara görə müavinət almaq hüququnu itirib və müavinət işi xx.xx.2024-cü il tarixindən dayandırılsın. 233804 nömrəli ərizədə xx.xx.N8xx.xx.2024-cü il tarixədək olan dövr üzrə artıq ödəmə müəyyən edilmişdir. Vətəndaşa rəsmi malumat verilsin”.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - "Fond") Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli Qərarına əsasən xx.xx.N8-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üçün ona yaşa görə sosial müavinət (iş № 774360, Gəncə şəhəri, Kəpəz rayonu) üzrə 10272,00 (on min iki yüz yetmiş iki) manat vəsaitin artıq ödənildiyi aşkar edildiyindən həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Bu baxımdan 10272,00 manat məbləğində artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığı ilə Prezident təqaüdündən hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST" Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməyini və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməyini xahiş edirlər. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə tərəflərindən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.
7. İddiaçı sosial müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-61852/2024 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu halda (işəgötürən: "xxxx" ASC) Qanunun 7.0.2-ci -ci maddəsinin tələbləri pozularaq ona xx.xx.N8-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir. Bu səbəbdən müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.N8-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Sözügedən Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr N9-cu il tarixli 1703-VQD nömrəli Qanununa əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu üçün, eyni zamanda sözügedən müavinət növü üzrə təyinat aparılmadığından Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinətin ödənişinin bərpa olunması mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
8. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-5-3/2-12/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” X4 təmir sexində alət üzrə çilingər, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Texniki Xidmət və Təmir Departamentinin Metal X1 Təmiri və Tökmə sexində alət üzrə çilingər peşəsində işləmişdir. Daha sonra, M.Süleymanov dünya maliyyə-iqtisadi böhranı nəticəsində müəssisənin boşdayanması səbəbindən xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur və bu müddət ərzində İddiaçı müəssisədən əmək haqqı almamışdır. İddiaçı ərizəsi əsasında xx.xx.2020-ci il tarixində ödənişsiz məzuniyyətdən geri çağırılıb və əmək müqaviləsinə xitam verilmişdir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75909/2025 nörəli cavab məktubunda bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu halda (işəgötürən: "xxxx" ASC) Qanunun 7.0.2-ci -ci maddəsinin tələbləri pozularaq ona xx.xx.N8-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir. Bu səbəbdən müavinətin ödənişi Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.N8-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə artıqödəmə müəyyən edilmişdir. Bu barədə vətəndaşa Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-61852/2024 nömrəli məktubu ilə məlumat verilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 119516/2025 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı onun təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1989- cu il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri və xx.xx.N9-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etdiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından hər hansı tutulma aparılmamışdır.
11. Həmin qərara əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-İ-49881/2025 nömrəli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixdən yaşa görə müddətsiz 320,00 manat əmək pensiyası təyin edilmişdir. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N8-ci il tarixdən ona təyin edilmiş sosial müavinətin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistanın Tumanyan rayonunda anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanda yaşayır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun tələbinə görə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara sosial müavinət təyin edilir. Ona görə də 57 yaşı tamam olduğu xx.xx.N8-ci il tarixdən 3 uşağı doğub 8 yaşınadək tərbiyə etdiyinə görə ona sosial müavinət təyin edilmişdir. Qeyd etmək istəyir ki, o, xx.xx.1989-cu ildən, 2009-cu ilin aprel ayına kimi X7 alətçi çilingər işləmişdir. 2009-cu ilin arel ayında, Gəncə Aliminium zavodunun fəaliyyəti dayandırıldığından onu başqa işçilər kimi öz hesabına məzuniyyətə buraxmışlar. N1-N2-ci illərdə iki il Gəncə şəhərindəki N nömrəli hərbi hissədə xadimə işləmişdir. N2-ci ildə oğlu Rəşad ağır yol-nəqliyyat nəticəsində ağır xəsarətlər aldığından öz xahişi ilə N2-ci ildə işdən azad olunub övladına baxmışdır. X7n əmək kitabçasını 2020-ci ildə təhvil almışdır. N2-ci ildən hal hazıra kimi o, heç bir yerdə işləməmiş, nə də sosial sığortaya ödənişlər etməmiş, eləcə də heç bir müəssisə ona əmək haqqı verməyib, nə də sosial sığortaya bir manat da olsun ödəniş etməyibdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 3 uşaq anası kimi aldığı 220 manat sosial müavinətini heç bir qanuni əsas və səbəb olmadan xx.xx.2024-cü il tarixdən dayandırmışdır. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edib, sosial müavinətinin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsini xahış etməyinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona 14 mart 2024-cü il tarixdə, 3-17-1/2-l-61852/2024 saylı imtina cavabı vermişdir. Həmin imtina cavabında göstərilir ki, xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ""Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən xx.xx.1989-cu il tarixdən, xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olduğu halda (işəgötürən: Azərbaycan Alüminiumu" ASC) Qanunun 7.0.2-ci maddəsinin tələblərini pozaraq ona xx.xx.N8-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir. Bu səbəbdən müavinətinin ödənişi xx.xx.2024-cü il tarixuindən dayandırılmış və xx.xx.N8-ci il tarixindən, xx.xx.2024-cü il tarixindək artıqödəmə müəyyən edilmişdir. Sözügedən Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr N9-cu il trixli 1703-VQD nömrəli Qanunun 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.1989-cu il tarixindən, xx.xx.2020ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu üçün, eyni zamanda sözügedən müavinət növü üzrə təyinat aparılmadığından Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən 3 və dajha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinətinin ödənişinin bərpa olunması mümkün hesab edilmir. Onun 3 uşaq doğub 8 yaşınadək tərbiyə etdiyinə görə 57 yaşı tamam olduğu xx.xx.N8-ci il tarixindən təyin olunmuş sosial müavinətin xx.xx.N8-ci il tarixindən xx.xx.2024-cü il tarixindək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmasını Konstitusiyaya, Qanunlara riayət edilməməsi, insan haqlarının kobud şəkildə pozulması hesab edir. Cavabdeh orqan N2-ci idən heç bir yerdə işləmədiyi, əmək haqqı almadığı halda sosial müavinətinin dayandırılması yolverilməzdir. Belə ki, hal-hazırdakı qanunvericiliyin tələbinə görə 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş analara sosial müavinət verilməsi nəzərdə tutulmasa da, ona köhnə qanunun vaxtında sosial müavinət təyin edildiyindən cavabdəh orqanın bu imtinası Konstitusioyanın 149-cu maddəsinin yeddinci bəndinbə tamamilə ziddir. Orada birbaşa qeyd edilir ki, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı qanunun geriyə qüvvəsi vardır. Digər hüquqlarla bağlı qanunun geriyə qüvvəsi yoxdur. Onu da nəzərə çatdırır ki, cavabdeh orqan ona N8-ci il də xəbərdarlıq etməli idi ki, get Aliminium zavoddan əmək kitabçanı götür. Bunu etməyib. O da sübutdur ki, o, N1-N2-ci illərdə N saylı hərbi hissədə xadimə işləmiyi özü sübut edir ki, ona sosial pensiya təyin edilərkən fakti olaraq işsiz olmuşdur. Odur ki, onun sosial müavinətinin dayandırıldığı xx.xx.2024-cü il tarixdən bərpa edilməsi üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın 09 fevral 2024-cü il tarixli 1-İMTK-2024/004618 saylı qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.N8-ci il tarixdən təyin edilmiş sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilərək xx.xx.2025-ci il tarixədək sosial müavinət ödənişlərinin ödənilməsi, artıq ödəmə kimi müəyyən olunmuş 10242 manat vəsaitin tutulmasının qanunsuz hesab olunması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi barədə ərizə ilə cavab orqana xx.xx.2024-cü il tarixdə müraciət etmiş və xx.xx.2024-cü il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina qərarının cavabdehə çatdırılması üçün olan müddət də nəzərə alınmaqla, iddiaçı tərəfindən hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilərkən müddətin ötürülmədiyi müəyyən edilir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (bu qərarın 7-ci bəndi).
26. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-İ-48706/2024 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 1-İMTK-2024/004618 nömrəli qərarı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktub; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-61852/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-5-3/2-12/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 75909/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 119516/2025 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/1-İ-49881/2025 nömrəli qərarı; - Məhkəmənin sorğusu əsasında cavabdeh orqandan əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.
29. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə əsasən xx.xx.N8-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir. Daha sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv əmək müqaviləsi olması səbəbindən xx.xx.2024-cü il tarixdən ona təyin edilmiş sosial müavinət dayandırılmışdır. Nəticədə, xx.xx.N8-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir.
30. İddiaçı sosial müavinətin bərpa edilməsi üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-61852/2024 nömrəli imtina cavabı verilərək, bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti araşdırma nəticəsində məlum olmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu halda (işəgötürən: "xxxx" ASC) Qanunun 7.0.2-ci -ci maddəsinin tələbləri pozularaq ona xx.xx.N8-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinət təyin edilmişdir. Bu səbəbdən müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.N8-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, Qanunun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Sözügedən Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr N9-cu il tarixli 1703-VQD nömrəli Qanununa əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğu üçün, eyni zamanda sözügedən müavinət növü üzrə təyinat aparılmadığından Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinətin ödənişinin bərpa olunması mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
31. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.
32. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
33. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: - 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.2. yaşa görə müavinət; Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
34. Cavabdehin qənaətinə görə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində olan məlumatlara əsasən xx.xx.1989-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv əmək müqaviləsi olduğundan, iddiaçının yaşa görə sosial müavinət hüququ yaranmamışdır.
35. Halbuki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildən, 2009-cu ilin aprel ayına kimi X7 alətçi çilingər işləmişdir. 2009-cu ilin arel ayında, Gəncə Aliminium zavodunun fəaliyyəti dayandırıldığından onu başqa işçilər kimi öz hesabına məzuniyyətə buraxmışlar. N1-N2-ci illərdə iki il Gəncə şəhərindəki N nömrəli hərbi hissədə xadimə işləmişdir. N2-ci ildə oğlu Rəşad ağır yol-nəqliyyat nəticəsində ağır xəsarətlər aldığından öz xahişi ilə N2-ci ildə işdən azad olunub övladına baxmışdır. X7n əmək kitabçasını 2020-ci ildə təhvil almışdır. Onun N2-ci ildən hal hazıra kimi əmək fəaliyyəti ilə məşğul olması iş materialları ilə müəyyən edilməmişdir.
36. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 13-5-3/2-12/2025 nömrəli cavab məktubunda da bildirilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006cı il tarixədək "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” X4 təmir sexində alət üzrə çilingər, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Texniki Xidmət və Təmir Departamentinin Metal X1 Təmiri və Tökmə sexində alət üzrə çilingər peşəsində işləmişdir. Daha sonra, M.Süleymanov dünya maliyyə-iqtisadi böhranı nəticəsində müəssisənin boşdayanması səbəbindən xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur və bu müddət ərzində İddiaçı müəssisədən əmək haqqı almamışdır. İddiaçı ərizəsi əsasında xx.xx.2020-ci il tarixində ödənişsiz məzuniyyətdən geri çağırılıb və əmək müqaviləsinə xitam verilmişdir.
37. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qərarın qanunauyğunluğu yenidən yoxlanılarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və inzibati icraatı düzgün həyata keçirməmiş, icraatla bağlı hüquq pozuntularına yol vermişdir.
38. Belə ki, əvvəla, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, cavabdeh inzibati orqan olaraq əvvəllər qəbul etdiyi qərarın qanunauyğunluğunu yenidən yoxlayarkən inzibati icraat başlamalı və həmin icraatın yekun nəticəsi olaraq qərar qəbul etməli idi. Habelə, inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
39. Yəni inzibati orqan şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
41. Göründüyü kimi, iddiaçıya yaşa görə təyin edilmiş sosial müavinətin ləğv edilməsi barədə cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur.
42. Məhkəmə iddia tələbinin artıq ödəmə kimi müəyyən olunmuş 10242 manat vəsaitin tutulmasının qanunsuz hesab olunması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıdan hər hansı tutulma aparılmadığından, həmin hissədə iddia təmin edilməməlidir.
43. Belə ki, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2- 119516/2025 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı onun təqdim etdiyi əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1989- cu il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri və xx.xx.N9-cu il tarixindən xx.xx.2025-ci il tarixinədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etdiyi müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilir ki, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasından hər hansı tutulma aparılmamışdır.
44. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 1-İMTK-2024/004618 nömrəli qərarı ləğv edilsin. İddiaçı xx.xx.N8-ci il tarixdən təyin edilmiş sosial müavinətin dayandırıldığı tarixdən bərpa edilərək xx.xx.2025-ci il tarixədək sosial müavinət ödənişlərinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia artıq ödəmə kimi müəyyən olunmuş 10242 manat vəsaitin tutulmasının qanunsuz hesab olunması hissəsində rədd edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva