Məhkəmə qərarları › İş №2-1(114)-672/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-672/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-672/2024 27.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qismən ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının qismən – qərarların ardıcıllığına müvafiq olaraq 76227 manat 89 qəpik, 73760 manat 36 qəpik və 73760 manat 36 qəpik hissədə ləğv edilməsi, həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1.İşin halları İddiaçı tərəf iddia tələbini onunla əsaslandırmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC-nə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmış, iddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 6689 (altı min altı yüz səksən doqquz) manat 78 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 76227 (yetmiş altı min iki yüz iyirmi yeddi) manat 89 qəpik əlavə vergi hesablanmışdır. Həmin idarənin xx.xx.2023-cü il tarixli **********300400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMCnə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 9157 (doqquz min yüz əlli yeddi) manat 31 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik əlavə vergi hesablanmışdır. Həmin idarənin xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC-nə 82917 (səksən iki min doqquz yüz on yeddi) manat 67 qəpik mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən həmin dövr üzrə təqdim edilmiş bəyannamədə 9157 (doqquz min yüz əlli yeddi) manat 31 qəpik mənfəət vergisi hesablanmışdır. Həmin qərarla vergi orqanı tərəfindən əlavə olaraq 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik əlavə vergi hesablanmışdır. Qərarların qismən - əlavə hesablanmış müvafiq olaraq 76227 (yetmiş altı min iki yüz iyirmi yeddi) manat 89 qəpik, 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik və 73760 (yetmiş üç min yeddi yüz altmış) manat 36 qəpik hissəsində ləğv edilməsini və verginin azaldılmasını zəruri hesab edir. Belə ki, vergi orqanının əlavə vergilərin hesablanması ilə bağlı mövqeyi onunla bağlıdır ki, 2021-ci il mənfəət vergisi bəyannaməsində yanacaq xərcləri nəzərə alınmamışdır. Vergi orqanının mövqeyinə görə, iddiaçının balansında avtomobil olmaması yanacaq xərclərinin nəzərə alınmaması üçün əsasdır. Lakin, iddiaçı tərəfindən icarəyə və xidmətə avtomobillər götürülmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X4 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X16 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X16 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X6 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş, X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqaviləsindən görünür ki, X11 iddiaçıya yükdaşıma və digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Göstərilən nəqliyyat xidmətləri, iddiaçı tərəfindən dəyəri ödənilmiş yanacaqdan istifadə etməklə həyata keçirilmişdir. Bu səbəbdən, X2, X16, X6 və X7 ödənilmiş yanacağın dəyəri, iddiaçı tərəfindən hesabat dövrü üzrə xərclərə daxil edilmişdir. AR Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklən vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən bilavasitə fəaliyyəti ilə bağlı olan xərclər dövriyyədən çıxılmaqla, vergi hesablanmışdır. AR Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Cavabdeh tərəfindən, iddiaçının hesablamalarının səhv olduğunu təsdiq edən əsaslı sübutlar təqdim edilməmiş, kameral vergi yoxlamasının nəticələrinə dair qərar, cavabdehin formal mülahizələrinə əsaslanmışdır. İş materiallarına əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********300400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 9157,31 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 73760,36 manat), xx.xx.2023-cü il tarixli **********481900 saylı qərardan görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 6689,78 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 76227,89 manat), xx.xx.2023-cü il tarixli **********083500 saylı qərardan isə görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 9157,31 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 73760,36 manat) təşkil edir. İddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə vergi orqanı tərəfindən qəbul edilmiş qərarların ardıcıllığına müvafiq olaraq 76227 manat 89 qəpik, 73760 manat 36 qəpik, 73760 manat 36 qəpik hissədə ləğv edilməsi və həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsinə nail olmaq istəmişlər. Belə ki, iddiaçı tərəf hesab edir ki, vergi orqanı tərəfindən sözügedən qərarlarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğləri artıq hesablanmışdır. Vergi orqanının əlavə vergilərin hesablanması ilə bağlı mövqeyi onunla bağlıdır ki, 2021-ci il mənfəət vergisi bəyannaməsində yanacaq xərcləri nəzərə alınmamışdır. Vergi orqanının mövqeyinə görə, iddiaçının balansında avtomobilin olmaması yanacaq xərclərinin nəzərə alınmaması üçün əsasdır. Lakin, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 02 nömrəli, xx.xx.2021-ci il tarixli 03 nömrəli, xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 04 nömrəli nəqliyyat xidməti müqavilələrindən görünür ki, İddiaçı MMC müvafiq olaraq X2, X8, X16 və X11 İddiaçı MMC-yə yükdaşıma və digər xidmətləri göstərməyi öhdələrinə götürmüşlər. Göstərilən nəqliyyat xidmətləri, iddiaçı tərəfindən dəyəri ödənilmiş yanacaqdan istifadə etməklə həyata keçirilmişdir. Bu səbəbdən, X2, X16, X6 və X7 ödənilmiş yanacağın dəyəri, iddiaçı tərəfindən hesabat dövrü üzrə xərclərə daxil edilmişdir. İddiaçı tərəf hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən bilavasitə fəaliyyəti ilə bağlı olan xərclər (ödənilmiş yanacağın dəyəri) dövriyyədən çıxılmaqla vergi hesablanmalıdır. Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəliklən vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. Bununla yanaşı, Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etmiş, iddiaçı isə məhkəməyə ərizə təqdim edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, **********387800 nömrəli etirazda qeyd edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) tərəfindən 2021-ci il üzrə illik Mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, bəyannamənin müvafiq xərclər bölməsi, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin Xərclər hissəsində 352432,24 manat yanacaq xərci, 27639,85 manat digər xərclərə cari təmir xərci (Akkumulyator və motor yağı) qeyd edilməsinə baxmayaraq 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlər (nəqliyyat vasitələri-maşın və avadanlıqlar) müəyyən edilməmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə "Rövşən-İstehsal Kommersiya” MMC (VÖEN:**********) ilə 01 №-li “Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi" bağlanmışdır. Müqaviləyə icarəyə verilən avadanlıqların siyahısı əlavə edilmişdir. Belə ki, Göygöl rayonu, Qırıxlı kəndi ərazisində icarəyə götürülən avadanlıqların siyahısı: transformator 400 kva-1 ədəd, bunker-1 ədəd, transportyor-7 ədəd, ələk-2 ədəd, balta 109-1 ədəd, ələk üçün bunker-2 ədəd, ekskavator 33/22-3 ədəd, avtoyükləyici-1 ədəd, avtomaşın kraz-2 ədəd. Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində icarəyə götürülən avadanlıqların siyahısı: bunker-1 ədəd, transportyor-7 ədəd, ələk-2 ədəd, balta- 2 ədəd, ələk üçün bunker-2 ədəd, ekskavator 33/22-2 ədəd, avtomaşın kraz-1 ədəd. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin direktoru X5 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi izahatında həm “X10" MMC-nin, həm də "xxxx" MMC-nin eyni ərazidə işlədiklərini, “VİNT CONSTRUCTİON" MMC-nin iş vaxtından sonra və işləmədiyi günlərdə torpaq sahəsində "xxxx" MMC-nin işlədiyini qeyd etmişdir. İzahatda fəaliyyətlə bağlı istifadə olunan nəqliyyat vasitələrinin siyahısı: Avtosamasval kraz-2 ədəd: ekskavator-3 ədəd, avtoyükləyici 1 ədəd olaraq göstərilmişdir. Həmçinin nəqliyyat vasitələrinin təmir xərclərinin də "xxxx" MMC tərəfindən çəkildiyi qeyd edilmişdir. Aparılmış əlaqəli təhlil nəticəsində bəyannamə məlumatlarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 2021-ci il üçün əsas vəsaitlərinin dəyəri 197520 manatdır. Ödəyicinin izahatında da qeyd edildiyi kimi, o nəqliyyat vasitələrini icarəyə versə də, onlar həmin ərazidə birlikdə fəaliyyət göstərmişlər. Həmçinin "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə məxsus yenidən qiymətləndirilmiş əsas vəsaitlərin (avadanlıq, qurğu, maşın, mexanizmlərin) siyahısı və auditor aktı vergi xidmətinə təqdim edilmişdir. Auditor aktına əsasən Göygöl rayonu, Qırıxlı kəndi ərazisində olan avadanlıq, qurğu, maşın, mexanizmlərin bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: transformator 1 ədəddəyəri 7600 manat, bunker-1 ədəd-dəyəri 10500 manat, transportyor ədədi 1537 manat olmaqla 7 ədədi-10760 manat, ələk ədədi 5880 manat olmaqla 2 ədəd cəmi dəyəri 11760 manat, balta “109”-1 ədəd 18700 manat, ələk üçün bunker ədədi 2900 manat olmaqla 2 ədədi 5800 manat ekskavator 1 ədəd dəyəri 12500 manat, ekskavator ədədi 7225 manat olmaqla 2 ədəd cəmi dəyəri 14450 manat, avtoyükləyici 1 ədəd 7500 manat, avtomaşın kraz ədədi 6700 manat olmaqla 2 ədədi 13400 manat olmaqla cəmi bazar dəyəri 112970 manat təşkil edir. Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində olan avadanlıq, qurğu, maşın, mexanizmlərin bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: bunker-1 ədəd dəyəri 7400 manat, transportyor ədədi 1421 manat olmaqla 7 ədədi-9950 manat, ələk ədədi 5300 manat olmaqla 2 ədədi cəmi dəyəri 10600 manat, palta ədədi 12300 manat olmaqla 2 ədədi cəmi dəyəri 24600 manat, ələk üçün bunker ədədi 2900 manat olmaqla 2 ədədi cəmi dəyəri 5800 manat, ekskavator ədədi 9200 manat olmaqla 2 ədəd cəmi dəyəri 18400 manat, avtomaşın “Kraz” 1 ədəd 7800 manat olmaqla, cəmi bazar dəyəri 84550 manat məbləğində təşkil etmişdir. Vergi Məcəlləsinin 115.3-cü maddəsinə əsasən icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 - 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir. Vergi Məcəlləsinin 115.4-cü maddəsinə əsasən icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Göründüyü kimi icarəyə götürülən maşın və avadanlıqlar üçün 5 faizlik təmir xərclərinin gəlirdən çıxılmasına yol verilir. "xxxx" MMC-nin (VÖEN:**********) 2021-ci il üçün əsas vəsaitlərinin dəyəri 197520 manat olmuşdur və müqavilədən aydın görmək mümkündür ki, o bütün əsas vəsaitlərini icarəyə vermişdir, sadə riyazi hesablama ilə müəyyənləşdirmək mümkündür ki, "xxxx" MMC-nin 2021-ci il üçün 27639,85 manat təmir xərci mövcud deyil. Həmçinin, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə "Rövşən-İstehsal Kommersiya” MMC (VÖEN:**********) ilə 01 №-li “Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi”ndə öz hesabına cari təmir xərclərini aparmaq və həmçinin avadanlıq və maşın mexanizmlərinə qulluq edilməsi, sürtgü yağları və yanacaqla əlaqədar bütün xərcləri çəkmək icarədarın öhdəliyi kimi göstərilsə də avadanlıq və maşın mexanizmlərinin təmirinə çəkilən xərclərlə bağlı da hər hansısa bir sənəd təqdim edilməmişdir. E-qaimə məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi müxtəlif markalarda sürtgü yağları almışdır. Lakin alınan sürtgü yağlarının icarəyə götürdüyü texnikalarda istifadəsi mümkün deyildir. Belə ki, həmin sürtgü yağları minik avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan sürtgü yağlarıdır. Həmçinin 1 il müddətinə icarəyə götürülmüş nəqliyyat vasitələri üçün 310 litr sürtgü yağının istifadə edilməsi reallığı əks etdirmir. Qaimə məlumatlarından da göründüyü kimi, vergi ödəyicisi tərəfindən 534820,5442 lit dizel yanacağı alınmışdır. Lakin nəzərə alsaq ki, texnikalar xx.xx.2021-ci il tarixli müqavilə əsasında icarəyə götürülmüş və vergi ödəyicisi o tarixdən sonra fəaliyyətinə başlamışdır, təxmini 535 ton dizel yanacağının sərfiyyatı mümkün deyildir. Həmçinin bəyannamə məlumatlarına əsasən vergi ödəyicisinin 111720,29 manat nəqliyyat xərci reallığı əks etdirmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci və 24.2-ci maddələrinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. AR İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. AR İPM-nin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları; - xx.xx.2021-ci il tarixli 02 nömrəli, xx.xx.2021-ci il tarixli 03 nömrəli, xx.xx.2021-ci il tarixli 01 nömrəli, xx.xx.2021-ci il tarixli 04 nömrəli nəqliyyat xidməti müqavilələrin surətləri; - 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, **********324400 nömrəli məktub və ona əlavə edilmiş İddiaçı MMCyə 2021-ci ilin mənfəət vergisi üzrə hesablanmış vergi məbləği barədə zəruri sənədlərin təsdiq edilmiş surətləri; - 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, **********387800 nömrəli və xx.xx.2024-cü il tarixli etirazlar; - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (2021-MV) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktubun təsdiq edilmiş surəti ; - "xxxx" MMC-yə məxsus yenidən qiymətləndirilmiş əsas vəsaitlərin Siyahısı ; - xx.xx.2021-ci il tarixli Auditor xidməti göstərilməsi barədə SAN 03/2021 nömrəli müqavilə ; - xx.xx.2021-ci il tarixli müstəqil auditorun rəyinin təsdiq edilmiş surəti ; - xx.xx.2021-ci il tarixli auditor aktının təsdiq edilmiş surəti; - xx.xx.2021-ci il tarixli, ZK/01 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsi ; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1710 saylı Ekspert Rəyi ; - iş materiallarına əlavə edilmiş Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Çünki iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması və ya dəyişdirilməsi) dair iddia (mübahisələndirmə haqqında iddia) qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli **********300400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 9157,31 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 73760,36 manat), xx.xx.2023-cü il tarixli **********481900 saylı qərar ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 6689,78 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 76227,89 manat), xx.xx.2023-cü il tarixli **********083500 saylı qərarı ilə isə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 82917,67 manat (iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 9157,31 manat; əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 73760,36 manat) müəyyən edilmişdir. İddia tələbindən görünür ki, iddiaçı tərəf vergi orqanı tərəfindən qəbul edilmiş müvafiq qərarlarla hesablanmış vergilərin məbləğləri ilə razılaşmayaraq vergi orqanı tərəfindən sözügedən qərarlarla hesablanmış vergi haqqı və ya sığorta haqqı məbləğlərinin artıq hesablandığını hesab edərək, sözügedən qərarların ardıcıllığına müvafiq olaraq 76227 manat 89 qəpik, 73760 manat 36 qəpik, 73760 manat 36 qəpik hissədə ləğv edilməsi və həmin məbləğdə hesablanmış vergilərin iddiaçının şəxsi vərəqəsindən silinməsinə nail olmaq istəmişdir. Məhkəmə tərəfindən hazırki mübahisə ilə bağı məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-672/2024 nömrəli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: -İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X16 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələri üzrə İddiaçı MMC tərəfindən ödənilmiş xərclər nəzərə alınmaqla, İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/1710 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vergi orqanı vergi ödəyicisinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlərin (nəqliyyat vasitələri, maşın və avadanlıqlar) müəyyən edilmədiyini əsas gətirərək yanacaqla bağlı xərclərini nəzərə almamışdır. Lakin, iş materiallarından da göründüyü kimi, vergi ödəyicisi nəqliyyat vasitələrini, maşın və avadanlıqları müqavilə əsasında digər şəxslərdən icarə əsasında əldə etmişdir. Ekspert qarşısında qoyulmuş sualın cavablandırılması üçün iş üzrə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim olunması barədə xx.xx.2024-cü il tarixdə vəsatət göndərilmiş, vəsatətə cavab olaraq məhkəmənin məktubu ilə müəssisənin gəlir və xərc sənədləri xx.xx.2024-cü il tarixində Mərkəzə təqdim olunmuşdur. Təqdim olunmuş iş materialları üzrə tədqiqat aparılarkən müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən İddiaçınə 2021-ci ilin mənfəət vergisi üzrə əlavə hesablama aparılarkən digər şəxslərlə bağlanmış icarə müqavilələri nəzərə alınmadan, yalnızca vergi odəyicisi ilə "xxxx" MMC arasında xx.xx.2021-ci İl tarixdə bağlanmış “Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi” əsas götürülməklə hesablama aparılmışdır. Həmin hesablama nəticəsində vergi orqanı vergi ödəyicisinin bəyan etdiyi xərc göstəricilərinin “Rövşən-İstehsal Kommersiya" MMCdən icarəyə götürülmüş 2021-ci il üçün əsas vəsaitlər ilə uyğunluq təşkil etmədiyi qənaətinə gələrək əlavə vergilər hesablamışdır. Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş sualda göstərilən, eləcə də təqdim edilmiş iş materiallarında öz əksini tapmış İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X16 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələrdən də göründüyü kimi, müqavilələrin icraçıları sifarişçinin sifarişinə əsasən yüklərin daşınmasını və tərəflərin razılığı ilə digər əməliyyatların aparılmasını yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatların müqabilində icraçılara muzd ödəməyi öhdəsinə götürmüşdür. Yəni, göründüyü kimi, vergi ödəyicisinin xidmət müqavilələri sadəcə "xxxx" MMC ilə olmamış, bir neçə müqavilələrdən ibarət olmuşdur ki, həmin müqavilələr də iş materiallarında mövcuddur. Bundan başqa, qeyd olunan müqavilələrin ödəniş şərtləri bölməsinin 2.7. maddəsində göstərilənlərdən də göründüyü kimi, sifarişçi göstərilən xidmətlər zamanı nəqliyyat vasitəsində yaranmış texniki nasazlıqların aradan qaldırılmasını və sərf edilmiş yanacaq üçün ödənişi öz üzərinə götürmüşdür. Belə ki, vergi orqanının etirazında nəzərə alınmayan, vergi ödəyicisinə əlavə hesablanmış vergilərə səbəb olan 342121,55 manat (CƏDVƏL №1) yanacaq xərclərinin və 27639,85 manat (CƏDVƏL №2) digər xərc sənədlərinin İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X16 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələri üzrə İddiaçı MMC tərəfindən ödənilmiş xərclərlərdən ibarət olması, eyni zamanda da tədqiqata təqdim edilmiş, aşağıdakı seriya, nömrələri və məbləğləri (ƏDV-siz) qeyd olunmuş elektron qaimə fakturalar ilə həmin xərclərin təsdiq olunması müəyyən edilmişdir. O cümlədən: CƏDVƏL № 1 342121,55 manat yanacaq xərcləri üzrə Qaimənin nömrəsi Qaimənin tarixi Məbləğ (ƏDV-siz) 916555 xx.xx.2021 4358,44 828221 xx.xx.2021 27101,69 848534 xx.xx.2021 27894,92 805661 xx.xx.2021 15071,19 633916 xx.xx.2021 15005,08 377310 xx.xx.2021 16393,22 718269 xx.xx.2021 9386,44 812663 xx.xx.2021 8411,44 810818 xx.xx.2021 4858,47 654037 xx.xx.2021 5998,73 128469 xx.xx.2021 27118,64 129453 xx.xx.2021 13559,32 160839 xx.xx.2021 13074,58 632835 xx.xx.2021 17219,49 571828 xx.xx.2021 16214,75 510140 xx.xx.2021 15520,68 377417 xx.xx.2021 5309,95 967315 xx.xx.2021 3080,34 112824 xx.xx.2021 30967,99 389563 xx.xx.2021 14748,74 389669 xx.xx.2021 28551,18 015379 xx.xx.2021 8262,71 940202 xx.xx.2021 14013,56 CƏMİ 342121,55 CƏDVƏL № 2 27639,85 manat digər xərclər üzrə Qaimənin nömrəsi Qaimənin tarixi Məbləğ (ƏDV-siz) 811538 xx.xx.2021 8695,56 385448 xx.xx.2021 6106,8 572504 xx.xx.2021 5737,58 096268 xx.xx.2021 7099,91 CƏMİ 27639,85 Beləliklə, ekspert qarşısında qoyulmuş suala cavab olaraq bildirilmişdir ki, tədqiqata təqdim edilmiş əlavə sənədlər, həmçinin İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X16 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələri üzrə İddiaçı MMC tərəfindən ödənilmiş xərclər nəzərə alınmaqla, İddiaçı MMC-nə 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 9157,31 manat mənfəət vergisindən əlavə hesablanmalı vergi məbləği müəyyən edilməmişdir. Cavabdeh orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1710 nömrəli rəyinə dair məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1710 nönrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X16 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı, X6 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı və X11 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 02 saylı nəqliyyat xidməti müqavilələri üzrə İddiaçı MMC-yə 2021-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 9157,31 manat mənfəət vergisindən əlavə hesablanmalı vergi məbləği müəyyən edilməmişdir. Qeyd olunan fərdi sahibkarlarla bağlanmış nəqliyyat xidməti müqavilələri üzrə daşımalar sentyabr-dekabr 2021-ci ili əhatə etmişdir. Qeyd olunan qaimələr üzrə yanacaq xərcinin sırf 2021-ci il üzrə əldə edilən gəlir üçün xərclənilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Doğrudur, şəxslər arasında nəqliyyat xidmətinin göstərilməsi ilə əlaqədar razılıq əldə olunsa da, 4 ay ərzində həyata keçirilən daşımaların nə qədər olması, hansı nəqliyyat vasitələri ilə daşımaların həyata keçirilməsi ekspert rəyində göstərilməmişdir. İddiaçının özünün də istinad etdiyi “nəqliyyat xidməti müqavilələri”ndə daşınmanın hansı nəqliyyat vasitəsindən istifadə edilərək həyata keçirilməsi haqqında hər hansı razılaşma əks olunmamışdır. Müqavilələrin 1.2-ci bəndinə əsasən daşınılacaq yükün növü, miqdarı, müddəti və daşıma istiqaməti müqavilə əlavələri ilə müəyyən olunur. Lakin əlavələr iş materiallarında mövcud deyil. Ekspertiza zamanı qeyd edilən xüsusat araşdırmadan kənarda qalmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti T.Cəfərli iddiaçı cəmiyyətin dörd ayrı-ayrı şəxslərlə bağladığı müqavilələrə istinad edərək 342121.55 manat dəyərində xərcin İddiaçı MMC tərəfindən çəkildiyi qənaətinə gəlmişdir. Lakin müqavilədə əks olunmuş bütün müddəalar ekspert tərəfindən ətraflı araşdırılmamış və nəticədə qeyri-dəqiq ekspert rəyinin verilməsi ilə bağlı yekun qənaətə gəlmişdir. Belə ki, müqavilələrin 2-ci bəndində əks olunmuş “Ödəmə şərtləri” adlanan bölməyə görə sifarişçi göstərilən xidmətlər üçün ödənişi, icraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir (2.1-ci bənd). Müqavilə üzrə göstərilən xidmətin dəyəri və ödəniş qaydası müqavilənin əlavələri ilə müəyyən olunur. Həmçinin müqavilələrin 3.1.3-cü bəndində icraçı daşıma xidməti göstərdikdə, yük göndərildikdən 1 (bir) iş günü ərzində sifarişçiyə yük qaiməsini (konosament, CMR, RVVB, AVVB, BL), spesifikasiya, sertifikat, yük-gömrük bəyannaməsinin surəti və yükün göndərilməsi ilə əlaqəli digər sənədləri göndərmək vəzifəsi təsbit olunmuşdur. Lakin, ekspert rəyində qeyd olunan sənədlərin hər hansı birinə istinad yoxdur, müqavilə şərtlərinə uyğun olaraq icraçı tərəfindən verilmiş hesab faktura iş materiallarında mövcud deyil. Eləcə də, müqavilələrin 3.2.8-ci bəndinin tələblərinə görə malların yüklənmə tarixi, təyinat stansiyası, yük alanın adı, göndərmə stansiyası, yük göndərənin adı, xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda, yükün BMT kodunu və belə hallarda qəbuledilməli əlavə tədbirlər haqqında məlumatlar da ekspertə təqdim edilməmişdir. Belə olduğu halda göstərilən sənədlər, məlumatlar olmadığı vəziyyətdə, ekspertin sadəcə olaraq “Nəqliyyat xidməti müqavilələrini” sübut kimi qəbul edərək həqiqətən də 342121.56 manat dəyərində İddiaçı MMC-nin yanacaq xərcinin olması qənaətinə gəlməsi başa düşülən deyil. Ekspert, eləcə də iddiaçı cəmiyyətin nümayəndəsi müqavilələr əsasında xərc çəkildiyini göstərməyə çalışsalar da, amma müqavilənin şərtlərinə uyğun olaraq daşıma ilə bağlı rəsmiləşdirmə işləri aparılmamışdır. Bu hal onu deməyə əsas verir ki, VİNT CONSTRUCTİON” MMC yanacaq əldə edilməsi ilə bağlı 342121.56 manat dəyərində xərc çəkməmiş, istinad edilən müqavilələr xərc çəkilməsi görüntüsü yaratmaq məqsədi ilə tərtib edilmişdir. Həmçinin e-qaimə məlumatlarına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi müxtəlif markalarda sürtgü yağları almışdır. Lakin alınan sürtgü yağlarının icarəyə götürdüyü texnikalarda istifadəsi mümkün deyildir. Belə ki, həmin sürtgü yağları minik avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan sürtgü yağlarıdır. Həmçinin 1 il müddətinə icarəyə götürülmüş nəqliyyat vasitələri üçün 310 litr sürtgü yağının istifadə edilməsi reallığı əks etdirmir. Bütün bunlar onu göstərir ki, ekspert tərəfindən araşdırma düzgün aparılmamış, iş materialları düzgün tədqiq edilməmiş, sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan yalnış və əsassız rəy tərtib edilmişdir. Göründüyü kimi, ekspert tərəfindən tam, obyektiv və hərtərəfli araşdırma aparılmamış (və ya qərəzli aparılmış), işdə mövcud olan nüanslara səthi yanaşılaraq qeyri-dəqiq rəy verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. - 24.1.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. - 24.1.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 94-cü maddəsinə əsasən, verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının, vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. - 104.1-ci maddəsinə əsasən, Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 104.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir. - 115.3-cü maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 - 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir. - 115.4-cü maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlərin təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin bu Məcəllənin 115.1-ci maddəsi ilə müəyyən edilən faiz həddi ilə məhdudlaşdırılır. - 115.1-cü maddəsinə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin (yük avtomobilləri istisna olmaqla) kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, yük avtomobillərinin ilin sonuna qalıq dəyərinin 8 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunun: - 24.1-ci maddəsinə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur”. - 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. - 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.40-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın qismən təmin edilməsi qətanətinə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, vergi ödəyicisi sözügedən nəqliyyat vasitələrini, maşın və avadanlıqları müqavilə əsasında digər şəxslərdən icarə əsasında əldə etmişdir. Lakin, vergi orqanı vergi ödəyicisinin 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində əsas vəsaitlərin (nəqliyyat vasitələri, maşın və avadanlıqlar) müəyyən edilmədiyini əsas gətirərək, yanacaqla bağlı xərclərini nəzərə almamışdır. Bundan başqa, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, vergi orqanı tərəfindən İddiaçınə 2021-ci ilin mənfəət vergisi üzrə əlavə hesablama aparılarkən yalnız "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Avadanlıq və maşın mexanizmlərin icarə müqaviləsi” əsas götürülməklə hesablama aparılmış, lakin digər şəxslərlə bağlanmış icarə müqavilələri nəzərə alınmamışdır. Belə olan halda cavabdeh inzibati orqan həmin hesablama nəticəsində vergi orqanı vergi ödəyicisinin bəyan etdiyi xərc göstəricilərinin “Rövşən-İstehsal Kommersiya" MMC-dən icarəyə götürülmüş 2021-ci il üçün əsas vəsaitlər ilə uyğunluq təşkil etmədiyi qənaətinə gələrək əlavə vergilər hesablamışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat xidməti müqavilələrdən göründüyü kimi, müqavilələrin icraçıları sifarişçinin sifarişinə əsasən yüklərin daşınmasını və tərəflərin razılığı ilə digər əməliyyatların aparılmasını yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatların müqabilində icraçılara muzd ödəməyi öhdəsinə götürmüşdür. Yəni, göründüyü kimi, vergi ödəyicisinin xidmət müqavilələri sadəcə "xxxx" MMC ilə olmamış, bir neçə müqavilələrdən ibarət olmuşdur ki, həmin müqavilələr də iş materiallarında mövcuddur. Bundan başqa, qeyd olunan müqavilələrlə sifarişçi göstərilən xidmətlər zamanı nəqliyyat vasitəsində yaranmış texniki nasazlıqların aradan qaldırılmasını və sərf edilmiş yanacaq üçün ödənişi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutları sistemli şəkildə təhlil edib, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qismən ləğv edilməli, 9157,31 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********481900 saylı, xx.xx.2023-cü il tarixli **********300400 saylı və xx.xx.2023-cü il tarixli **********083500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qismən ləğv edilsin, 9157,31 manat mənfəət vergisi İddiaçı MMC-nin üzərində saxlanılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat ekspertiza xərci cavabdehdən alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X3, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar