Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-676/2022 14.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanı üzrə əvvəlki mülkiyyətçi X2 mülkiyyət hüquqlarının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanı üzrə əvvəlki mülkiyyətçi X2 mülkiyyət hüquqlarının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas niyyəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1977/2021 nömrəli qərardadı ilə X1 adına qeydiyyatın aparılmasına əsas olmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-816 nömrəli qətnaməsi ləğv olunaraq iş üzrə icraata xitam verildiyi üçün Gəncə şəhəri, Mahrasa bağı, bina 9a ünvanda yerləşən 21 nömrəli mənzil üzərində mərhum əri X2 mülkiyyət hüquqlarının bərpa edilməsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən mübahisəli mənzil Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-816 nömrəli qətnaməsi və icra vərəqəsi əsasında X1 adına qeydiyyata alınaraq çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1977/2021 nömrəli qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2-816 nömrəli mülki iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən aparılmış icrada dönüş edilməsi qərara alınmış, Gəncə şəhəri, Mahrasa bağı, 9a saylı binanın 21 saylı mənzili barəsində DƏDRX-də X1 adına aparılmış qeydiyyat ləğv edilmiş, mənzil barəsində DƏDRX-də əvvəlki mülkiyyətçi – mərhum X2 adına olan qeydiyyat bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan məsələ Mülki Prosessual Məcəllədə nəzərdə tutulan icrada dönüş edilməsinə yönələn hərəkətlərlə bağlı olduğundan inzibati hüquq sahəsinə aid deyildir, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, iddiaçının tələb etdiyi mənzil üzərində X2 adına olan qeydiyyat Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-1977/2021 nömrəli qərardadı ilə icrada dönüş qaydasında bərpa edildiyi üçün hazırkı mübahisə öz əhəmiyyətini itirmiş, buna zərurət qalmamaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesinin aparılması da lüzumsuz olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanı üzrə əvvəlki mülkiyyətçi X2 mülkiyyət hüquqlarının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-676/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-676/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver