Məhkəmə qərarları › İş №2-1(114)-677/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-677/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-677/2024 10.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Hər iki əlin oldu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçı əlillik vəziyyəti xx.xx.2015-ci il tarixdə qiymətləndirilərək “X2 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 – Bilək və əlin travmaları => S68-Bilək və əlin travmatik amputasiyası => S68.2-Əlin iki və d...; Diaqnozun mətni: Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.əlin baş barmağın hissəvi amputasiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ... səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək “X2 XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 – Bilək və əlin travmaları => S68-Bilək və əlin travmatik amputasiyası => S68.2-Əlin iki və d...; Diaqnozun mətni: Əlin iki və daha çox barmağının travmatik (tam) (hissəvi) amputasiyası sağ əlin 2 baş və 3 barmağının 1 falanqadan hissəvi ekstikulsiyası sol əlin 1 və 2 barmağın hissəvi amputasiyası. Xr.böy xəs 2 mər. X.b.c 2 dər. hipertenziv ensefalopatiya.Əlin baş barmağın hissəvi amputasiyası.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 ... səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli arayışında İddiaçı diaqnozu “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” kimi qeyd edilmişdir.

5. İddiaçı əlillik vəziyyəti Gəncə şəhər Birləşmiş Xəstəxanasının 0452003AAJ46 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilərək Beynəlxalq Təsnifatı XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması: sağ əlin İ barmağının proksimal İİ-İİİ barmaqların orta falanqadan yuxarı 1/3 səviyyədə, sol əlin İ barmağın proksimal İİ-İİİ barmağının əsas falanqadan yuxarı 1/3 səviyyədən amputasion qüdül. Hər iki ovucun səthində xırda qəlpələr ağrı sindromu. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

6. İddiaçı əlillik vəziyyəti növbəti dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanasının 0452003AAMLD nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Beynəlxalq Təsnifatı XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36- Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2 – Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası. Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri. Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Meyar: imtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla törənmiş zədələnmələr. Sol əlin İ, İİ, İİİ barmağının, sağ əlin İ, İİİ barmağının dırnaq falanqasının amputasion güdülü. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh orqan iddiaçının həmin qərardan verdiyi şikayətə xx.xx.2022-ci il tarixdə baxaraq, onun əyani müayinəsini həyata keçirmiş və həmin tarixdə Tibbi-Sosial Ekspertiza Komissiyasının diaqnoz əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərar qəbul etmişdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258092/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixdən etibarən 2-ci qrup əlilliyinin dayandırılması barədə qərarının ləğv edilərək həmin 01 yanvar 2023-cü il tarixdən 2-ci qrup əlilliyinin bərpa edilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmət keçərkən hər iki əlinin barmaqları sıradan çıxmışdır. X4 adına Gəncə şəhər Təcili və X3 Xəstəxanasında aldığı xəsarətlərlə bağlı müalicə götürəndən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında iki ay müalicə götürəndən sonra ona xx.xx.1995-ci il tarixli 1093 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bir neçə ay müalicə götürəndən sonra ona xəstəlik haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə göstərilmişdir ki, xəstəliyin hərbi xidmət dövründə alındığı, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız olduğu göstərilmişdir. O, xx.xx.1995-ci il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 3-cü qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 3-cü qrup əlillik pensiyasını xx.xx.2016-cı il tarixədək almışdır. xx.xx.2016-cı il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verilmiş və pensiya təyin edilmişdir. 2-ci qrup əlillik pensiyasını 2021-ci ilin may ayınadək almışdır. Cavabdeh orqanın ona göndərdiyi məktubu 29 avqust 2023-cü ildə almışdır. Həmin məktubu aldıqdan sonra ona aydın olmuşdur ki, cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyi onun iştirakı ilə keçirdiyi yoxlamadan sonra 2-ci qrup əlilliyinin ləğv edilməsinə dair xx.xx.2022-ci ildə qərar etmişdir. 2021-ci ilin may ayından bu günə kimi ona pensiya ödənilmir. O, xəstəliyi ilə əlaqədar heç bir saxta sənəd təqdim etməmişdir. Bildirir ki, işləmir, maddi vəziyyəti aşağı səviyyədədir. Lakin ona pensiyanın verilməməsi onun maddi vəziyyətini çətinləşdirir, səhhətində olan problemləri aradan qaldırılmaq üçün çoxlu sayda tibbi ləvazimatları əldə edə bilmir. O, cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. İmtina onun qanuni hüquqlarını pozur.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Lakin həmin qərarın rəsmi qaydada iddiaçıya təqdim edilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir.

16. Cavabdeh iddiaçıya 29 avqust 2023-cü il tarixli məktubla diaqnozunun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilməsini bildirmişdir.

17. İddiaçı məhkəmə iclası zamanı cavabdeh orqan tərəfindən ona heç bir qərarıb göndərilmədiyini, adına mobil nömrə olmadığı üçün sms də almadığını, yalnız 2023-cü ilin sentyabr ayında müraciət etdikdən sonra ona imtina verildiyini bildirdiklərini bildirmişdir.

18. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırkı işdə iddia qaldırmaq üçün müəyyən edilmiş müddətin ötürülməsi halı müəyyən edilmir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. 28.11.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və həmin tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

25. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hər iki əlində baş barmaq da daxil olmaqla, sol əlində 1 və 2-ci, sağ əlində isə 1, 2 və 3-cü barmaqları amputasiya edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında 1/3 hissədə falanqadan güdülü yazılsa da, əslində, barmaqları hissəvi amputasiya edilmişdir və əsas barmaqlar olmadığından o, heç bir iş görə bilmir, özünə qulluq edə bilmir, yalnız kənar kömək vasitəsilə özünə qulluğu həyata keçirir. İndiyənədək eyni əsasa görə ona 1997-ci ildən 2015-ci ilədək İİİ dərəcə, 2015-ci ildən 2021-ci ilədək isə İİ dərəcə əlillik təyin edilmiş, təyinat zamanı da əmək qabiliyyətinin məhdud olması qeyd edilmişdir. Həm həmin qeydə, həm də barmaqlarının vəziyyətinə görə işləyə bilmir, çünki əlinin tutma və saxlama kimi əsas funksiyalarını demək olar ki itirmişdir. Əlində artıq sümük defekti, eyni zamanda barmaqların hərəkətsizliyindən osteoporoz yaranmışdır. Həmçinin, ovcunun içində qəlpələr hələ də qalmışdır, bütün bunlar isə ona daimi ağrı və sızıltı verir. Cavab orqan isə həmin halların heç birini nəzərə almır.

28. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da 0452003AAJ46 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0452003AAMLD nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********0) Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli 1093 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ əlin baş barmağının əsas falanqadan, ikinci və ücüncü barmaqların orta falanqasının distal başlıqları sol birinci barmağının başlığı, üçüncü barmağın orta sol bilək səviyyəsində olmaması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının dırnaq falanqasının amputasiyası müəyyən olunmuş, əlin tutma funksiyası saxlanılmış, Romberqdə yüngül dayanıqsızlıq, əzələ gücü, tonusu normal, reflekslər canlı çağrılmış, iflic, parez müəyyən olunmamış, meningial mənfi, paravertebral nöqtələr ağrılı, emosional labil olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. AR SN Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/3609 nömrəli arayışında qeyd edilmiş diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

29. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli Xəstəlik haqqında şəhadətnaməsi; - Müayinə olunan şəxs barədə elektron məlumatlar; - Sosial arayış; - “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli arayışı; - Ambulator, stasionar xəstənin tibb kartasından çıxarış; - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-258092/2023 nömrəli cavab məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

30. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından qismən əsaslıdır və qismən təmin edilməlidir.

31. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı "Hər iki əlin oldu silah yaralanmasından sonrakı vəziyyəti, hər iki əlin falanqalanan oynaq, sol əlin 2-ci barmağının orta 1/3 hissəsi, 3-cü barmağın orta falanqanın aşağı 1/3 hissəsi, sağ əlin 3-cü barmağın orta falanqanın orta 1/3 hissəsi amputasiyadan sonrakı vəziyyəti" diaqnozlu travmasının səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifləri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir.

32. İddiaçı üç dəfə - Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması: sağ əlin İ barmağının proksimal İİ-İİİ barmaqların orta falanqadan yuxarı 1/3 səviyyədə, sol əlin İ barmağın proksimal İİ-İİİ barmağının əsas falanqadan yuxarı 1/3 səviyyədən amputasion güdül. Hər iki ovucun səthində xırda qəlpələr ağrı sindromu”, 0452003AAMLD nömrəli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası. Yuxarı ətrafın əzilməsinin və travmatik amputasiyanın nəticələri. Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması” və xx.xx.2022-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla törənmiş zədələnmələr. Sol əlin İ, İİ, İİİ barmağının, sağ əlin İ, İİİ barmağının dırnaq falanqasının amputasion güdülü" diaqnozu qoyulmuşdur.

33. İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Gəncə Birləşmiş xəstəxanasında "Sümük-əzələ sisteminin digər dəqiqləşdirilmiş qazanılma deformasiyaları” diaqnozu ilə, xx.xx.2022-ci il tarixdə isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” diaqnozu ilə stasionar müalicələrdə olmuşdur.

34. Həmçinin, “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-in xx.xx.2022-ci il tarixli arayışında İddiaçı diaqnozu “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” kimi qeyd edilmişdir.

35. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərkən Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmiş və həmin qərardan iddiaçının verdiyi şikayətə baxılarkən onun əyani müayinəsi nəticəsində də xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərarla diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qüvvədə saxlanılmışdır.

36. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında müddətsiz pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir.

37. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

38. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna görə: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

39. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi onun əlilliyinin qiymətləndirildiyi zaman (xx.xx.2022-ci il tarixdə) qüvvədə olmuş “Əlilliyin müəyyən olunması meyarları”na görə üçüncü dərəcə əlilliyin əhatə dairəsinə düşmüşdür.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”na görə: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

41. Həmin Əlavə: Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının müddəti davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması.

13.3.13. hər iki baş barmağın olmaması 40 müddətsiz 13.3.14. baş barmaq daxil olmaqla, iki 40 müddətsiz barmağın olmaması 13.3.15. baş barmaq daxil olmaqla, üç 40 müddətsiz barmağın olmaması 13.3.16. bir əldə ardıcıl üç barmağın 40 müddətsiz olmaması

42. Göründüyü kimi, iddiaçının göndərişdə əks olunmuş “Hər iki əlin odlu silah yaralanmasından sonrakı vəziyyəti, hər ikin əlin falanqalanan oynaq, sol əlin İİ barmağının orta falanqasının orta 1/3 hissəsi, İİİ barmağın orta falanqasının aşağı 1/3 hissəsi səviyyəsindən, sağ əlin İİİ barmağının orta falanqasının orta 1/3-dən amputasiyasından sonrakı güdülləri, güdüllərin kənari sümük defektləri, İV barmağın dırnaq falanqasının kənari köhnə sınığı, sümüklərin yayılmış osteoporozu, sağ əlin İ, İİİ, sol əlin İ, İİ, İİİ barmaqlarının amputasion güdüllərinin kontrakturası, daimi ağrı sindromu, funksiyanın pozulması ilə” xəstəliyinin qiymətləndirməsi iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 31-60 faiz aralığındadır (40%) və bu da iddiaçıya müddətsiz İİİ dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir.

43. Məhkəmə bu zaman iddiaçının xəstəliyinin (zədənin) 1995-ci ildən yaranmasını, xəstəliyin gedişatının xroniki, vəziyyətinin isə orta ağır olması halını, xəstəliyinin ağırlaşmalarını - hərəkətsizliklə bağlı osteoporoz yaranmasını, əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar faəliyyətinin məhdudlaşması, özünə xidmət zamanı köməyə ehtiyacın olmasını da nəzərə alır.

44. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1995-ci il tarixli 423 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı həmin diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən iddiaçının orqanizmin funksiyalarının pozulmasının səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar...

46. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

23. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

47. 35. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələbində müddətsiz İİİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən təyin edilməsini tələb etsə də, onun əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. Ona görə həmin hissədə iddia qismən təmin edilməli, ona əlillik xx.xx.2022-ci il tarixdən təyin edilməlidir.

48. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qismən qanunsuz olmuşdur.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən İİİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar