Məhkəmə qərarları › İş №2-1(114)-677/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-677/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-677/2025 12.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 50 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə (keçmiş Kirovabad) şəhət Daxili İşlər İdarəsinin nəzdində Müəssisədən kənar mühafizə şöbəsində polis əməkdaşı kimi müxtəlif vəzifələrdə işləmişdir.

2. Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ümumi sahəsi 81 ha torpaq sahəsi ayrılmışdır.

3. Həmin torpaq sahəsində 50 nömrə altında ona 0.05 ha torpaq sahəsində bağ evi tikintisi üçün təsdiq edilmiş plan-layihə verilmişdir.

4. Gəncə şəhər Daxili İşlər İdarəsinin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısında İddiaçı adı 40-cı sırada qeyd edilmişdir.

5. X7 İdarəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışında İddiaçı 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol ilə X7 İdarəsinin “Mehdi Quliyev” bağçılıq cəmiyyətinin 50 nömrəli sahəsində 500 kv.m torpaq sahəsininverildiyi göstərilmişdir.

6. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, həmin 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-3080/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən heç bir texniki sənəd əlavə edilmədiyi, həmçinin torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə aid (bağlar) əraziyə düşdüyü müəyyən edilmişdir.

7. Məhkəmənin sorğusuna Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-xx-xx/1166/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı aid xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışda qeyd olunan (50-ci) sahə mexaniki olaraq səhv olmuş, daxili işlər idarəsi yanında müəssisədənkənar mühafizə şöbəsinin bağbostan sahəsi olan əməkdaşların siyahısında 40-cı sahədə adı qeyd olunmuşdur.

8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 566.0 kv.m təşkil edir. Həmin naturada təqdim olunan 566.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla bağ sahələri kimi göstərilmişdir. 2) İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 566.0 kv.m torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11834/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, X5, X2 və X6 “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 3747/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən inzibati iş üzrə torpaq sahəsinə mütəxəssis tərəfindən keçirilən baxış zamanı iddia olunan torpaq sahəsini İddiaçı təqdim etmişdir. Vətəndaşın məhkəmədən öncə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubblik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti əsasında toplanmış arxiv sənədlərində mövcud olan müayinə aktında, ərizəçi və ya müraciət edən barədə məlumat hissəsində İddiaçı yazılmış və imza edilmişdir. Qeyd edilir ki, Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, Gəncə şəhəri ərazisində üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamış torpaq sahələrinin mülkiyyəti barədə məlumatlar, yalnız torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatları əsasında müəyyən edilir. Odur ki, sərəncamda adları qeyd olunan fiziki şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin qeydiyyata alınmasından öncə, həmin torpaq sahələrinin hansı mülkiyyətə aid olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 50 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

12. Tələb onunla əsaslandırılmışdır ki, o. xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə (keçmiş Kirovabad) şəhər Daxili İşlər Nazirliyinin nəzdində Müəssisədənkənar mühafizə şöbəsində polis əməkdaşı kimi müxtəlif vəzifələrdə işləmişdir. 1988-ci il 26 yanvar tarixli 1 nömrəli protokol qərarı ilə ona Göygöl rayonunun (keçmiş Xanlar rayonu) AZNİİŞ (Azərbaycan Elmi Təhqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistralm yolunun cənub-qərb yolu boyunca "Mehdi Quliyev" bağçılıq yoldaşlıq birliyinə ümumi sahəsi 81 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 50 nömrə altında ona 0.05 ha torpaq sahəsində bağ evi tikintisi üçün təsdiq edilmiş planlayihə verilmişdir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun tərtib olunması üçün 11 mart 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 29 mart 2024-cü il tarixli məktubla onun müraciətinin icrasına imtina verilmişdir. Lakin həmin imtina məktubunda imtinanın əsasları barədə tam açıqlama verilməmişdir. Onu da nəzərə çatdırmaq istəyor ki, təqdim etdiyi "Gəncə şəhər DİN-nin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyası"nda onun adı 40-cı sıradadır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).

23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

24. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 02.07.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarından çıxarış; - Plan-layihə; - Gəncə şəhər Daxili İşlər İdarəsinin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısı; - X7 İdarəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışı; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3080/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusunan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi X7 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-xx-xx/1166/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11834/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 3747/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Ortofotogörüntü. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə (keçmiş Kirovabad) şəhət Daxili İşlər İdarəsinin nəzdində Müəssisədən kənar mühafizə şöbəsində polis əməkdaşı kimi müxtəlif vəzifələrdə işləmişdir. Kirovabad şəhər XDS-nin İKN-nin 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol qərarı ilə Kirovabad şəhər Daxili İşlər İdarəsinin nəzdində müəssisədən kənar mühafizə şöbəsinin işçiləri üçün Göygöl (keçmiş Xanlar) rayonu AZNİİŞ (Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutu) adlanan ərazidə Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ümumi sahəsi 81 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 50 nömrə altında ona 0.05 ha torpaq sahəsində bağ evi tikintisi üçün təsdiq edilmiş plan-layihə verilmişdir. Gəncə şəhər Daxili İşlər İdarəsinin nəzdində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşların siyahısında İddiaçı adı 40-cı sırada qeyd edilmişdir. X7 İdarəsinin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışında İddiaçı 26 yanvar 1988-ci il tarixli 1 nömrəli protokol ilə X7 İdarəsinin “Mehdi Quliyev” bağçılıq cəmiyyətinin 50 nömrəli sahəsində 500 kv.m torpaq sahəsininverildiyi göstərilmişdir.

28. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, həmin 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-3080/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə əlavə edilmiş “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, ərizəyə torpaq sahəsinin yerini və ölçülərini göstərən heç bir texniki sənəd əlavə edilmədiyi, həmçinin torpaq sahəsinin bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətinə aid (bağlar) əraziyə düşdüyü müəyyən edilmişdir.

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

30. Belə ki, cavabdeh inzibati orqan imtinasını faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə məlumatlarına əsasən dövlət mülkiyyətində olan əraziyə düşməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi 566.0 kv.m təşkil edir. Həmin naturada təqdim olunan 566.0 kv.m torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən Dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla bağ sahələri kimi göstərilmişdir. İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan 566.0 kv.m torpaq sahəsi üzərində hər hansısa şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüquqları, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

31. Yəni, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinə ortofotogörüntüsü ilə müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 0,05 ha torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri, üzərində tikili mövcud deyildir.

32. Göründüyü kimi, iddiaçının adına qeydə alınmasını tələb etdiyi 0,05 ha torpaq sahəsi heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür, hazırda kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ sahələri.

33. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-10532/2024 nömrəli vəsatətində bildirilmişdir ki, Ərazi İdarəsinin xidməti istifadəsində olan xəritə materiallarına (TEKUİS və AzCad) istinadən İddiaçı naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin Dövlət mülkiyyətinə aid (bağ sahələri) əraziyə düşdüyü müəyyən olmuşdur.

34. Lakin məhkəmənin icraatında olmuş analoji – 2-1(114)-55/2025 nömrəli iş üzrə məhkəmə tərəfindən mübahisə olunan ərazi yerində müayinə olunmuş və müəyyən edilmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazinin yaxınlığında heç bir dövlət əhəmiyyətli bina, idarə, müəssisə yoxdur. Torpaq sahəsi yaşayış evlərinin ortasında boş sahənin daxilində yerləşir. Torpaq sahəsinin ətrafındakı evlərin əksəriyyəti yarım tikililər olsa da, tam hazır vəziyyətdə olan evlər də mövcuddur.

35. Hansı ki, həmin işdə də cavabdeh orqan tərəfindən “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış X5, X2 və X4 mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşirdi.

36. Həmin torpaq sahəsinin TEKUİS-da Dövlət mülkiyyətinə aid (bağ sahələri) ərazi kimi qeyd edilməsinin hüquqi əsası araşdırılmış və məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-3747/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sözügedən inzibati iş üzrə torpaq sahəsinə mütəxəssis tərəfindən keçirilən baxış zamanı iddia olunan torpaq sahəsini İddiaçı təqdim etmişdir. Vətəndaşın məhkəmədən öncə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubblik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti əsasında toplanmış arxiv sənədlərində mövcud olan müayinə aktında, ərizəçi və ya müraciət edən barədə məlumat hissəsində İddiaçı yazılmış və imza edilmişdir. Qeyd edilir ki, Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, Gəncə şəhəri ərazisində üzərində hüquq müəyyənedici sənəd qeydə alınmamış torpaq sahələrinin mülkiyyəti barədə məlumatlar, yalnız torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatları əsasında müəyyən edilir. Odur ki, sərəncamda adları qeyd olunan fiziki şəxslərin mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin qeydiyyata alınmasından öncə, həmin torpaq sahələrinin hansı mülkiyyətə aid olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır

37. Həmçinin, 2-1(114)-55/2025 nömrəli işdən çıxarılaraq, hazırkı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2005/2025 nömrəli məktubunda da bildirilmişdir ki, sərəncamda qeyd olunan 4 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar (Göygöl) rayonu, Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli, yerquruluşu planında X1 ərazisi olmaqla, kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir. Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, həmin torpaq sahəsinin mülkiyyəti barədə dövlət tərəfindən təsdiq edilmiş xəritə materialı mövcud olmamışdır. Hal-hazırda Gəncə şəhəri ərazisində yerləşən torpaq sahələrinin mülkiyyəti və kateqoriyası Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 saylı fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatları əsaında müəyyən edilir. Həmin 04 (dörd) ədəd torpaq sahəsinin yerləşdiyi ərazi (TEKUİS və AZCAD) məlumatlarında dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazi olaraq göstərilmişdir.

38. Yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin TEKUİS-da Dövlət mülkiyyətinə aid (bağ sahələri) ərazi kimi qeyd edilməsinin hər hansı hüquqi əsasının mövcudluğu müəyyən edilməmişdir. Həmin ərazi Xanlar (Göygöl) rayonu, Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli, yerquruluşu planında X1 ərazisi olmaqla, kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir.

39. Digər tərəfdən, məhkəmə sorğusu əsasında əldə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, X5, X2 və X6 (hansı ki, onlara da “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən Bakı-Tbilisi yolunun sol tərəfindən torpaq sahələri ayrılmışdır və adları Gəncə şəhər DİŞ-nin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşlarının adlı siyahısında qeyd edilmişdir) “Mehdi Quliyev” bağçılıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri üzərində onların mülkiyyət hüquqları məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınmışdır.

40. Cavabdeh orqanın təqdim etdiyi ortofoto görüntü ilə X5, X2 və X4 mülkiyyəti kimi qeydə alınmış torpaq sahələri ilə yanaşı yerləşir.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış.

42. Göründüyü kimi, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarış hüququn qeydə alınması üçün əsas hesab edilir və X3 Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 1 nömrəli protokolu ilə iddiaçıya X7 İdarəsinin nəzində mühafizə şöbəsinin bağ-bostan sahəsi olan əməkdaşı olduğuna görə İddiaçı “Mehdi Quliyev” bağçılıq cəmiyyətinin 50 nömrəli sahədə 0,05 ha torpaq sahəsi verilmişdir. Cavabdeh orqanın hüququn qeydiyyatından imtina etməsi ilə nəticələnən dəlilləri isə əsaslı olmamış və araşdırma ilə təsdiqini tapmamışdır.

43. Belə ki, iddiaçıya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə X7 İdarəsinin nəzində mühafizə şöbəsinin işçisi kimi bağçılıq üçün torpaq sahəsi ayrılmış, həmin qərarda torpaq sahəsinin ölçüləri göstərilmiş, habelə iddiaçının adı kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına daxil edilmişdir.

44. Bu halların mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərə iddiaçı tərəfindən əməl edildiyi nəticəsinə gəlməyə əsas verir.

45. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

46. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.

47. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

48. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 50 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Bakı-Tbilisi cənubi magistral yolunun cənub-qərb yolu boyunca “Mehdi Quliyev” bağçılıq yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsindən 50 nömrə altında 0.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar