Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-679/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (təsisçisi) İddiaçı2 və vəkili X1, üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi) Dövlət aktının qismən ləğv edilməsi, həmin Dövlət aktına əsasən verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Xanlar X8 xx.xx.1995-ci il tarixli, 02 nömrəli qərarına əsasən “X11 İstehsalat Müəssisiəsi” MMC-nin ərazisindən “xxxx” Kiçik Müəssisəsinə 50 il müddətinə icarəyə verilmiş 50 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin istifadə hüquqlarının qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair “xxxx” MMC-nin istifadə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar X8 xx.xx.1995-ci il tarixli, 02 nömrəli qərarına əsasən keçmiş “X11 İstehsalat Müəssisiəsi” MMC-nin (xxxx toxumçuluq sovxozu) ərazisindən “xxxx” Kiçik Müəssisəsinə 50 il müddətinə 20 ha örüş və 30 ha dinc sahə olmaqla cəmi 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi icarəyə verilmişdir. Bununla bağlı iddiaçıya “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004688 nömrəli Dövlət aktı verilmişdir. Lakin iddiaçı 2021-ci ilin fevral ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etsə də cavabdehin xx.xx.2021-ci il tarixli, **********12 nömrəli məktubunda “xxxx” Kiçik Müəssisəsinə icarəyə verilmiş 50 ha torpaq sahələri üzərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin istifadə hüquqlarının qeydiyyata alındığı bildirilərək ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Xanlar rayon Aqrar İslahat komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarına əsasən “xxxx” X12 İstehsal Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının iddiaçıya məxsus 50 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsi, qeyd edilən Dövlət aktına əsasən verilmiş xx.xx.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışların ləğv edilməsi, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004688 nömrəli Dövlət aktına əsasən iddiaçıya verilmiş 50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq çıxarışın verilməsinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı2 və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi sahə Aqrar İslahat Komissiyasının qərarı ilə 2001-ci il tarixdə “xxxx” X13 İstehsal Müəssisəsinə verilmişdir. İddiaçıya verilmiş 50 ha sahə “xxxx” X13 İstehsal Müəssisəsinə verilmiş 860,0 ha sahə ilə eynidir, 860,0 ha torpaq sahəsinin konturlarına görə isə ayrı-ayrılıqda 4 ədəd çıxarış verilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X9 məhkəmə iclasında bildirmişdir ki, onda olan məlumata görə iddiaçı mübahisəli sahədən təqribən 15 ildir istifadə edir, ona görə də mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -JN 10xx xxx 50801004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarına əsasən 860,06 ha torpaq sahəsi “xxxx” X12 İstehsal Müəssisəsinin daimi istifadəsinə verilmişdir. -B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon X8 xx.xx.1995-ci il tarixli, 2 nömrəli qərarına əsasən Quşqara kəndi, X2 ərazisindən 20 ha örüş və 30 ha dinc sahə olmaqla cəmi 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi Xanlar rayonu “xxxx” Kiçik Müəssisəsinə verilmişdir. -Göygöl rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 155 nömrəli Arxiv çıxarışının surətindən görünür ki, Xanlar rayon X8 xx.xx.1995-ci il tarixli, 02 nömrəli qərarı ilə Xanlar rayon xxxx sovxozunun torpaq sahəsindən 50 ha ayrılıb “xxxx” Kiçik Müəssisəsinə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı, idarə, anbar, ferma, sex və.s. tikintilərin aparılması ilə əlaqədar olaraq verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2020-ci il tarixli, 02/16- 08-14-829 nömrəli məktunun məzmunundan görünür ki, Xanlar X8 xx.xx.1995-ci il tarixli, 02 nömrəli qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan keçmiş “X11 İstehsalat Müəssisiəsi” MMC-nin (xxxx toxumçuluq sovxozu) ərazisindən “xxxx” Kiçik Müəssisəsinə 50 il müddətinə 20 ha örüş və 30 ha dinc sahə olmaqla, cəmi 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsinin icarəyə verildiyi və həmin müəssisənin istifadəsində olduğu müəyyən edilmiş, mübahisəli məsələyə torpaq qanunvericiliyinin tələbinə uyğun məhkəmə qadyasında baxılması məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2019-cu il tarixli **********, **********, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların surətindən görünür ki, Göygöl rayonu Əlimədədli kəndində yerləşən 3.9131 ha, 0.672 ha, 1.7748 ha və 22.6653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri istifadə hüququ əsasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” MMC-nin adına qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********12 nömrəli məktubundan görünür ki, 50 il müddətinə “xxxx” Kiçik Müəssisəsinə icarəyə verilmiş 50 ha torpaq sahəsi üzərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin istifadə hüquqları qeydiyyata alındığına görə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Xanlar rayon X8 xx.xx.1995-ci il tarixli, 2 nömrəli qərarına əsasən Quşqara kəndi, X2 ərazisindən cəmi 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi “xxxx” Kiçik Müəssisəsinə verilmiş və bu barədə B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Daha sonra Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarına əsasən 860,06 ha torpaq sahəsi “xxxx” X12 İstehsal Müəssisəsinin daimi istifadəsinə verilmiş və bu barədə JN 10xx xxx 50801004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib edilmiş, həmçinin həmin qərar əsasında xx.xx.2019-cu il tarixli **********, **********, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla Göygöl rayonu Əlimədədli kəndində yerləşən 3.9131 ha, 0.672 ha, 1.7748 ha və 22.6653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” MMC-nin daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırki iddia ilə Xanlar rayon Aqrar İslahat komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarına əsasən “xxxx” X12 İstehsal Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktının ona məxsus 50 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilməsini, qeyd edilən Dövlət aktına əsasən verilmiş xx.xx.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışların ləğv edilməsi, “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” B 004688 nömrəli Dövlət aktına əsasən iddiaçıya verilmiş 50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xanlar rayon X8 xx.xx.1995ci il tarixli, 2 nömrəli qərarına əsasən Quşqara kəndi, X2 ərazisindən “xxxx” Kiçik Müəssisəsinə verilmiş 50 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi sonradan JN 10xx xxx 50801004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı ilə “xxxx” X12 İstehsal Müəssisəsinin daimi istifadəsinə verilmiş həmçinin həmin dövlət aktı əsasında xx.xx.2019-cu il tarixli **********, **********, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla Göygöl rayonu Əlimədədli kəndində yerləşən 3.9131 ha, 0.672 ha, 1.7748 ha və 22.6653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X6 və Emal Birliyi” MMC-nin daimi istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hallar cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatı ilə də məhkəmə iclasında öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin sonradan digər subyektə verilməsi, eləcə də müvafiq çıxarışlarla həmin torpaq sahəsi üzərində həmin subyektin istifadə hüquqlarının dövlət qeydiyyatına alınması qanunsuz olmuş və bununla da iddiaçının hüquqları pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə qeyd edir ki, Xanlar rayon Aqrar İslahat komissiyasının xx.xx.2001-ci il tarixli, 17 nömrəli qərarına əsasən “xxxx” X12 İstehsal Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı Xanlar rayon X8 xx.xx.1995-ci il tarixli, 2 nömrəli qərarına əsasən “xxxx” Kiçik Müəssisəsinə verilmiş 50 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilməlidir. Həmçinin tələbin “xx.xx.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışların ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, mübahisələndirilən dövlət aktı iddiaçının istifadəsinə verilmiş 50.0 ha hissədə qismən ləğv edildiyindən həmin dövlət aktı əsasında həmin torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş xx.xx.2019cu il tarixli **********, **********, ********** və ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar da qismən, yəni iddiaçıya məxsus 50,0 ha torpaq sahəsinə aid hissədə ləğv edilməlidir. Bu səbəbdən tələb həmin hissədə qismən təmin edilə bilər. Mövcud qanunvericiliyin tələblərinə əsasən Xanlar rayon X8 xx.xx.1995-ci il tarixli, 2 nömrəli qərarına əsasən iddiaçının istifadəsinə verilmiş 50,0 ha torpaq sahəsi üzərində iddiaçının istifadə hüquqları dövlət qeydiyyatına alına bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 1.3-cü və 2.2-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı və şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. “xxxx” X12 İstehsal Müəssisəsinə 860,06 ha torpaq sahəsinin verilməsinə dair JN 1004, KOD 50801004 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı və həmin Dövlət aktına əsasən verilmiş xx.xx.2019-cu il tarixli, **********, **********, ********** və ********** nömrəli çıxarışlar B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktı əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 50,0 ha torpaq sahəsinə aid hissədə qismən ləğv edilsin. B 004688 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Dövlət aktında qeyd olunmuş 50,0 ha torpaq sahəsi üzərində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-679/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-679/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver