Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-679/2025 11.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 401 nömrəli qərarı əsasında ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılması qərara alınmışdır.
2. xx.xx.2011-ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.
3. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir.
4. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840.00 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2011-ci il tarixdə 61 nömrə ilə qeydiyyata alınmışdır.
5. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2011-ci il tarixli A 352324 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X11 kitabında 1976 nömrə ilə uçota alınmışdır.
6. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-0050-8/2024 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələbləri uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Göygöl bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarına istinadən, ehtiyyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, X3 X8 (TEKUİS) və AZCAD məlumatlarında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan həyətyanı sahə olaraq göstərilmişdir. 2) A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 197.0 kv.m hissəsi, İddiaçı faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin 197.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 403.2 kv.m hissəsi isə, ayrı-ayrılıqda digər 3 (üç) qonşu torpaq istifadəçisinin faktiki istifadə sahələri ilə üst-üstə düşür (Bax plan 1 və 2). 3) A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 14.4. kv.m hissəsi **********20 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə, 36.0 kv.m hissəsi isə **********15 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı faktiki istifadəsində olan 600.0 kv.m torpq sahəsi üzərində elektron kadastr bazası materiallarına istinadən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış sənədi qeydə alınmadığı aşkarlandı. 4) A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçmədiyi müşahidə olundu. Elektron kadastr bazası materiallarına istinadən sözügedən torpaq sahəsinin mühafizə zolağı və qorunma zonasına düşmə halı aşkarlanmadı.
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11915/2024 nömrəli cavab məktubuna əlavə edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli A 000349 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində X5 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli A 346016 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-0050- 8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvandan yerləşən 0,06 ha torpaq sahəsinin və üzərində inşa edilmiş evin mülkiyyət hüququ ilə reyestr qeydiyyatına alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli 02 saylı qərarı 28 nəfər vətəndaşa Göygöl bələdiyyəsinin prespektiv inkişaf fond torpağından 1.68 hektar ayrılıb hər birinə 0.06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi alqı-satqı yolu ilə satılması qərara alınmışdır. Göygöl bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən 0.06 ha torpaq sahəsi onun adına ayrılmışdır. Həmin torpaq sahəsinə dair 08 aprel 2011-ci il tarixdə Göygöl bələdiyyəsinin bank hesabına 840 manat pul köçürmüşdür. 08 aprel 2011-ci il tarixdə Torpaqların alqısatqısına dair Göygöl bələdiyyəsi ilə onun adına akt tərtib edilmişdir. Bundan sonra Göygöl bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli 02 saylı qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 600 kv.m torpaq sahəsinə dair onun adına xx.xx.2011-ci il tarixli 1976 nömrə ilə uçota alınan A №352324 saylı Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 10 noyabr 2011-ci il tarixli 401 nömrəli sərəncamı ilə ünvan 7 ünvanda yaşayan vətəndaş İddiaçı məxsus 22-ci küçə 04 saylı ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılmasına icazə verilmişdir. Sərəncam verildikdən sonra tikintiyə dair lahiyə-eskiz tərtib etdirərək həmin baş plan əsasında ev inşa etdirmişdir. Yuxarıda göstərdiyi sənədləri ərizəsi ilə birlikdə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə təqdim edib daşınmaz əmlakda dair çıxarışın verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli imtina məktubu ilə 3 saylı Gəncə Ərazi İdarəsi ona bildirmişdir ki, "ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli "Torpaqların alqı-satqısına dair" aktın xx.xx.2007-ci il tarixdən sonra tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin imtinasını aşağıda göstərilənlərə əsasən əsassız və qanunsuz hesab edir. 1962-ci il tarixdən hal-hazıra kimi ünvan 8 ünvanda qeydiyyatdadır və hal-hazırda da ünvan 9da oğlu ilə birlikdə yaşayır. Məhkəməyə təqdim etdiyi arayışdan da görünür ki, 5 ildən artıq müddətdir ki, Göygöl şəhərində yaşamışdır və hal-hazırda da Göygöl şəhərində yaşayır. Ona görə də cavabdeh 2008-ci ildə qəbul olunmuş dəyişikliyə əsasən 2007-ci ildə qəbul edilmiş Qanuna istinad edərək imtinası əsassız və qanunsuzdur.
12. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
16. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 və X10 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər, daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin şəxslərin üçüncü şəxs qismində iştiraklarına xitam verilmişdir.
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
23. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin oluinması barədə qərar çıxarılmasını xahiş etmişlər.
24. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir:
26. Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 401 nömrəli qərarı;
27. xx.xx.2011-ci il tarixdə tərtib edilmiş akt;
28. DT və XK-nin Göygöl rayon şöbəsinin rəyi;
29. xx.xx.2011-ci il tarixdə 61 nömrəli Torpaqların alqı-satqısına dair akt;
30. xx.xx.2011-ci il tarixli A 352324 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi;
31. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-0050-8/2024 nömrəli imtina məktubu; - Mütəxəssis rəyi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2- 11915/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-0050- 8/2024 nömrəli cavab məktubu; - Ortofotogörüntülər.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 401 nömrəli qərarı əsasında ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. xx.xx.2011-ci il tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 0.06 həyətyanı torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər. Eyni zamanda DT və XK-nin Göygöl rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir. Bələdiyyə ilə vətəndaş arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 840.00 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2011-ci il tarixdə 61 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair iddiaçının adına xx.xx.2011-ci il tarixli A 352324 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş (hansı ki, orada torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları və yerləşmə yeri əks olunmuşdur) və X11 kitabında 1976 nömrə ilə uçota alınmışdır.
34. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-M-0050-8/2024 nömrəli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə olunmuş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələbləri uyğun olmadığı, belə ki, Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın xx.xx.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir.
35. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Torpaq sahəsinin planı və ölçüsü sənədi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
37. Mübahisəli torpaq sahəsi iddiaçıya Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 401 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli 61 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Göygöl bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
38. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, həmin torpaq sahəsi Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 02 nömrəli qərarı və xx.xx.2011-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktın əsasında satılmışdır.
39. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
40. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
41. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
42. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
43. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
44. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
45. Digər tərəfdən məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunur ki, Göygöl bələdiyyəsinin 07 aprel 2011-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün satılmış torpaq sahəsinə dair tərtib olunmuş A- 352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi, 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materiallarına istinadən, ehtiyyat fond torpaqları kateqoriyasına aid, yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, X3 X8 (TEKUİS) və AZCAD məlumatlarında, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan həyətyanı sahə olaraq göstərilmişdir. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 197.0 kv.m hissəsi, İddiaçı faktiki istifadəsində olan 600.0 kv.m torpaq sahəsinin 197.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 403.2 kv.m hissəsi isə, ayrı-ayrılıqda digər 3 (üç) qonşu torpaq istifadəçisinin faktiki istifadə sahələri ilə üst-üstə düşür (Bax plan 1 və 2). A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsinin 14.4. kv.m hissəsi **********20 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan torpaq sahəsi ilə, 36.0 kv.m hissəsi isə **********15 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı faktiki istifadəsində olan 600.0 kv.m torpq sahəsi üzərində elektron kadastr bazası materiallarına istinadən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən çıxarış sənədi qeydə alınmadığı aşkarlandı. A-352324 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 600.0 kv.m torpaq sahəsi və İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti keçmədiyi müşahidə olundu. Elektron kadastr bazası materiallarına istinadən sözügedən torpaq sahəsinin mühafizə zolağı və qorunma zonasına düşmə halı aşkarlanmadı.
46. Yəni, verilmiş rəylə də bir daha öz təsdiqini tapır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər hansı digər topaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır. Üst-üstə düşmə halları bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən (torpaqayırma zamanı) tərtib edilmiş A 352324 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrədir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları həmin sənəddə əks olunmuş koordinatlarla eynilik təşkil etmir.
47. İddiaçının vəkili öz izahatında torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən ayrıldığı vaxtdan bugünədək hazırkı sahə və konfiqurasiya üzrə istifadə etdiyini, qonşu torpaq sahələri ilə naturada heç bir mübahisələrinin olmadığını, hərənin özünə məxsus torpaq sahəsindən mübahisəsiz istifadə etdiyini bildirmişdir.
48. Həmçinin, ortofoto görüntü ilə müəyyən edilir ki, iddiaçının faktiki olaraq naturada istifadə etdiyi torpaq sahəsinin digər subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən çıxarış sənədlərində göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir.
49. Əksi olduğu təqdirdə, yəni, iddiaçıya ayrılmış torpaq sahəsinin A 352324 nömrəli plan-ölçü sənədində əks olunmuş koordinatlar üzrə olması və bununla da həmin koordinatlarda yerləşən torpaq sahəsinin qonşu sahələrlə (hazırkı halda **********20 reyestr nömrəli və **********15 reyestr nömrəli torpaq sahələri) üst-üstə düşməsi barədə dəlillərin doğruluğu qəbul ediləcəyi halda, bu zaman cavabdeh orqan həmin torpaq sahələrinin sahiblərinə də eyni əsasla (iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üst düşmə əsası ilə) imtina verilməli və hüquqlarının qeydiyyatı aparılmamalı idi.
50. Lakin məhkəmə tərəfindən həmin torpaq sahələrinə çıxarış verilməsinə əsas olmuş bütün hüquqmüəyyənedici və texniki sənədlər əldə edilərək, öyrənilmiş və məlum olmuşdur ki, həmin torpaq sahələrindən biri - X6 da Göygöl bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 02 nömrəli qərarı ilə ayrılmışdır.
51. Yəni, göründüyü kimi, iddiaçı və X6 eyni torpaq sahəsinin ayrılması və bu əsasla da üst-üstə düşməsi mümkün deyil, ona görə ki, eyni iclasda qəbul edilmiş eyni tarixli və eyni nömrəli bələdiyyə qərarı ilə həm iddiaçı, həm də həmin şəxsə 0.06 ha torpaq sahəsi ayrılmışdır.
52. Cavabdeh orqan tərəfindən X6 çıxarış verilərkən xx.xx.2015-ci il tarixdə akt tərtib edilərək, qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən X6 məxsus torpaq sahəsinin kadastr planının koordinatları faktiki vəziyyətlə qismən uyğunsuzluq təşkil edir. Odur ki, faktiki torpaq sahəsində heç bir mübahisə olmadığından kadastr planın koordinatlarını faktiki vəziyyətə uyğunlaşdırmaq məqsədə uyğundur.
53. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş plan-ölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.
54. İddiaçının hazırki tələbi də ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarla üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
55. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alınmışdır ki:
1. “Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.4. X3 X8nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin;...
56. Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına görə: Bənd 6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: Bənd 6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr nömrəsi;...
57. Göründüyü kimi, X3 X8 (TEKUİS) hazırlanaraq istifadəyə verilməsində məqsəd Azərbaycan Respublikasında torpaqların elektron uçotunun aparılması, torpaq balansının əldə edilməsi, torpaq və geobotaniki tədqiqatın aparılması, inzibati ərazi vahidlərinin, dairələrinin və bələdiyyələrin sərhədlərinin formalaşdırılması, torpaqlardan istifadə və onların mühafizəsi, yerquruluşu və müxtəlif tip xəritələrin (rayon, şəhər, bələdiyyə və s.) hazırlanması və s. işlərin icrasının təmin edilməsi olmuşdur.
58. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarla üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
59. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.
60. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
61. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki istifadəyə uyğun koordinatlarla üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva