Məhkəmə qərarları › İş №2-1(114)-684/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-684/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-684/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları İddiaçı xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0346003AATJS nömrəli göndərişinə əsasən “ Ürəyin xroniki işemik xəstəliyi ” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı adına X1 tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə rəyində qeyd edilmişdir...” Halı kafidir. Dəri və görünən selikli qişaları avazımışdır. A\T-140\80mm.c.st. Nəbzi ldəq-də 100 vurğudur. Ürəyin tonları karlaşıb, zirvədə sistolik küy eşidilir. EKQ müayinədə Sinus taxikardiyası. Sol mədəciyin hipertrofıyası, aşağı miokard infarktının çapıq toxuması. Exo- KQ müayinə taxikardiya fonunda aparılıb. Sol mədəciyin hipertrofıyası. Sol mədəciyin sistola-diastola ölçüləri normaldır. Seq-mentar hərəkət qüsuru - aşağı divar hipokinetikdir. LVEF= 48%. Sol qulaqcıq genişlənməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 05 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona göndərişin imzalandığı 06 may 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək sağlamlıq vəziyyəti və həyat yoldaşının onkoloji xəstəliyi ilə əlaqədar iddia müddətini üzrlü səbəbdən buraxdığı üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ilin mart aynda Göygöl Rayon Xəstəxanasında müayinə və müalicə olunmuşdur.Həmin xəstəxanada « Stenokardiya(döş inağı), ürək çatışmamazlığı, insulindən asılı şəkərli diabet, ürəyin xroniki işemik xəstəliyi »diaqnozu qoyulmuşdur. xx.xx.2011-ci il tarixdə tibbi komissiyada müayinədən keçəndən sonra ona 2-ci qrup əlillik verildi və pensiya təyin edildi. 2-ci qrup əlillik pensiyasını 2021-ci ilin mart ayınadək almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Gəncə Şəhər Dəmiryol Xəstəxanasında müalicə almışdır. xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilədək, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Gəncə Şəhər Kardioloji Xəstəxanasında müalicə almışam. Həmin xəstəxanada əsas xəstəlik İ20.0. Ü,İ,X : Gərginlik stenokardiyası fs-1 v.Sakitlik stenokardiyası.İ 25.1..İnfarktdan 2010 sonrakı kardioskleroz » diaqnozu qoyuldu və təkrar müalicə almağı barədə bildirildi. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə xx.xx.2022-ci il tarixdə C.Abdullayev adına X3 müayinədən keçmişdir.Həmin müəssisədə ona ÜÜYX6 gərginlik stenokar İİİb.s i 200 Aretrial Hipertoniya İİ dərəcəli İ 11.0 infarkdan sonrakı kardioskleroz İİİ b.s İ 200 Aretrial Hipertoniya İİ dərəcəli İ 11.0 infarkdan sonrakı kardioskleroz i 25.2 XÜC İ bis. AF= 48% İ 50.0 sinus taxikardiyası R.00.0 » diaqnozu qoyulmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın ona əlillik dərəcəsinin təyin olunmasından imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddət məhkəmənin qərardadı ilə bərpa edilmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlllik vəziyyəti səhiyyə müəssisəsinin göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. ətraflı səbəb: “ixtisaslaşdırlmış əlavə müayinə və müalicəyə ehtiyac var. Səhiyyə müəssisəsinin V00041141MSK nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “əlavə müalicəyə ehtiyacın olması” qərarı düzgün verilmişdir. Əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş ( ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” yə əsasən diaqnoz əlillik təyin etmir qərarına əsas var. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - İddiaçı adma X1 tərtib edilmiş xx.xx.2022-ci il tarixli müayinə rəyi, Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0346003AAVND saylı Forma 088 göndərişi - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0346003AATJS nömrəli göndərişinə əsasən “ Ürəyin xroniki işemik xəstəliyi ” diaqnozu əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun mətni : ÜİK gərginlik stenokardiyası İİİ fs infarktdan sonrakı kardioskleroz hipertoniya xəstəliyi İİ B mər QDÇ İİ şəkərli diabet İİ tip ağır forma insulindən asıllılıq, stenokardiya(döş inağı) ürək çatmamazlığı, insulindən asılı şəkərli diabet, ürəyin xroniki işemik xəstəliyi diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçı XBT 10 kodu İ 25 “ ürəyin xroniki işemik xəstəliyi” diaqnozu ilə xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2018-xx.xx.2018, xx.xx.2017-xx.xx.2017, xx.xx.2022xx.xx.2022, xx.xx.2021-xx.xx.2021, xx.xx.2019-xx.xx.2019 və xx.xx.2010-xx.xx.2010 -cü il tarixlərində xəstəliyə görə stasionar müalicədə, xx.xx.2022,xx.xx.2021,xx.xx.2022,xx.xx.2021,xx.xx.2022,xx.xx.2021,xx.xx.2022,xx.xx.202 1 və xx.xx.2022-ci il tarixlərdə ambulator müalicə almışdır. Hətta cavabdeh orqanın xx.xx.2023-cü il tarixli müayinəsinin nəticəsində də iddiaçının “ürəyin xroniki işemik xəstəliyi” əyani müayinəsi zamanı diaqnozunun mətni “ürəyin xroniki işemik xəstəliyi” qeyd edilmişdir. Eyni zamanda iş materiallarında mövcud olan T169/2024 saylı ekspert rəyində də qeyd edilmişdir ki, İddiaçı Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş 0346003AAVND saylı forma 88 göndərişində qeyd edilmiş diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Məhkəmə qeyd edir ki, xəstəlik tarixçəsindən çıxarışda da iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı “ürəyin xroniki işemik xəstəliyi” diaqnozu nəzərə alınmadan diaqnoz əlillik əlaməti təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2. –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Hətta cavabdeh orqanın əyani müayinə aktında da İddiaçı əyani müayinəsi zamanı diaqnozunun mətni “ürəyin xroniki işemik xəstəliyi, ÜXİX Gərginlik stenokardiyası fs İİİ ( üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz, Aorta və tac damarların aterosklerozu” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı 2011-ci il tarixindən “ ürəyin xroniki işemik xəstəliyi” diaqnozundan əziyyət çəkir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan etiraz məktubunda da İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş ( ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsini qeyd etsədə sonda yenə də qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə” yə əsasən diaqnoz əlillik təyin etmir qərarına əsas var. Göründüyü kimi cavabdeh orqan özü də təqdim etdiyi etiraz ərizəsində İddiaçı ( ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozundan əziyyət çəkdiyi qeyd edilmişdir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır. Belə ki, xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016-cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilən zaman diaqnozun mətni : “ÜİK gərginlik stenokardiyası İİİ fs, ürəyin xroniki işemik xəstəliyi” olmuş, eyni diaqnozla xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2018-xx.xx.2018, xx.xx.2017-xx.xx.2017, xx.xx.2022-xx.xx.2022, xx.xx.2021-xx.xx.2021, xx.xx.2019xx.xx.2019 və xx.xx.2010-xx.xx.2010 -cü il tarixlərində xəstəliyə görə stasionar müalicədə, xx.xx.2022, xx.xx.2021, xx.xx.2022, xx.xx.2021, xx.xx.2022, xx.xx.2021 ,xx.xx.2022, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə ambulator müalicə almışdır. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan etiraz məktubunda da İddiaçı halhazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş ( ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsini qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı “ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ ” diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2 –ci bəndinə istinad edərək, ona müddətli ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının “ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ ” diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona ikinci dərəcə müddətli əlillik təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan etiraz məktubunda da İddiaçı halhazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş ( ürəyin xroniki işemik xəstəliyi, UXİX Gərginlik stenokardiyası fs İİİ (üç) sakitlik stenokardiyası infarktdan sonrakı kardioskleroz ( xx.xx.2010). Aorta və tac damarların aterosklerozu) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsini, eyni diaqnozla cavabdeh orqan tərəfindən xx.xx.2011-ci il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2014-cü il tarixdən etibarən bir il müddətinə ikinci dərəcə, xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcə, xx.xx.2016cı il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin etməsini, eyni diaqnozla ambulator və stasionar müalicədə olması, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2 –ci bəndinə ( ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ ) əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.2.2-ci bəndində əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı göndərişin imzalandığı 06 may 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı göndərişin imzalandığı 06 may 2022-ci il tarixindən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar