Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-685/2022 16.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 13.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu, Nizami küçəsi, bina 40B, 24 saylı mənzilin mülkiyyət hüququ əsasında ona məxsus olması barədə daşınmaz əmlakın reyestrində müvafiq qeydlərin aparılması çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildən DİO-da 37 il xidmət etmiş, hazırda təqaüddədir, həmçinin müharibə veteranıdır. 1989-cu ildən Tərtər rayon XDSicrayə komitəsində mənzil nöbəsidə qeydiyyata durmuş, 1992-ci ildən Tərtər rayon Nizami küçəsi bina 40 mənzil 24-də ailəsilə birlikdə yaşayır. 10.12.1996-cı ildə RİH-nə müraciət etmiş, RİH-onun müraciətinin qanunauyğunluğunun yoxlanması və öz rəyini bildirməsi üçün RİH-nin mənzil komissiyasına həvalə etmiş, mənzil komisiyası onun həmin mənzildə uzun müddət yaşamağını, xeyli təmir işləri apardığını, kommunal xərcləri öz adından ödədiyini və başqa yerdə evi və torpaq sahəsi olmağını, RİH-in mənzil növbəsində birinci adam olmağını və təqdim etdiyi sənədlərin mövcud qanunvericiliyə uyğun olmasın nəzərə alaraq 18.12.1996-cı il tarixli rəyi ilə həmin mənzili növbəlilik əsasında daimi yaşamaq ucun ona verilməsini məqsədə müvafiq bilmiş və komisiyanın rəyinin təsdiq edilməsini RİH-dən xahiş etmişdir və RİH-də 28.12.1996-cı il tarixli 434 sayılı sərəncamı ilə həmin mənzili iddiaçıya növbəlilik əsasinda ailəsilə birlikdə daimi yaşamaq üçün vermiş, lakin həmin mənzili sənədləşməsin özündən asılı olmayan səbəblərdən sənədləşdirə bilməmişdir. Mənzilə dair çıxarış olmadığı üçün mənzilə qeydiyyata düşə bilməmişdir. Ona görədə Tərtər RPŞ-nə qeydiyyat üçün müraciət etmiş, lakin müraciəti mənzilin çıxarışı olmadığı üçün təmin olunmamışdır. Gəncə İnzibati Məhkəməsinin qərarı ilə həmin mənzilə qeydiyyata düşmüşdür. Həmin mənzilə dair çıxarışın və texniki pasportun alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmənin 25.04.2022-ci il tarixli qərardadı ilə Tərtər Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı X2 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin binada bütün mənzillər özəlləşdirilmiş yalnız, o yaşadığı mənzil qalmışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya həmin mənzilə dair order verilmədiyinə görə müvafiq qeydiyyat aparılması mümkün deyil. Üçüncü şəxsin nümayəndələri X4 və X2 məhkəmə iclasında hər ikisi ayrı-ayrılıqda sözügedən mənzilin iddiaçının mülkiyyətinə verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 18.12.1996-cı il tarxili Tərtər Rayon İcra Hakimiyyətinin mənzil məsələrinə baxan komissiyası tərəfindən verilmiş rəydən görünür ki, tərtər şəhəri Nizami küçəsindəki 40b nömrəli binanın 24 nömrəli mənzilinin iddiaçının adına sənədləşdirilməsi məqsədə müvafiq bilinmişdir. -surəti işə əlavə edilmiş 28.12.1996-cı il tarixli, 434 nömrəli Tərtər Rayon İcra Hakimiyyətinin başcısının sərəncamından görünür ki, Tərtər şəhəri, Nizami küçəsindəki 40b, nömrəli binanın 24 nömrəli mənzili iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. -23.12.2021-ci il tarixli, **********976 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubundan görünür ki, iddiaçı tərəfindən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatı üçün sənəd-əsaslar təqdim olunmadığına görə sözügedən mənzilin özəlləşdirilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı bildirilərək iddiaçının müraciətinə imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı ona məxsus Tərtər rayonu, Nizami küçəsi, bina 24B, mənzil 24 üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi iddiaçı tərəfindən sözügedən mənzilin özəlləşdirilməsi üçün ərizə ilə müraciət edilərkən mənzil sahəsinin orderinin ərizəyə əlavə edilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Tərtər Rayon İcra Hakimiyyətinin mənzil məsələlərinə baxan komissiyasının 18.12.1996-ci oil tarixli rəyi əsasında Tərtər Rayon İcra Hakimiyyəti başcısının 28.12.1996-cı il tarixli, 434 nömrəli sərəncamı ilə Tərtər rayonu, Nizami küçəsi, 40B nömrəli evin 24 nömrəli məzilinin İddiaçı verilməsinə dair qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, sözügedən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair orderin olmaması, həmin mənzilin Tərtər Rayon İcra Hakimiyyəti başcısının 28.12.1996-cı il tarixli, 434 nömrəli sərəncamı ilə iddiaçının adına sənədləşdirilməsi faktını aradan qaldırmır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı həmin mənzili müvafiq orqanının qərarı əsasında, yəni qanuni əsaslarla əldə etmişdir və həmin sərəncam hal-hazırda da qüvvədədir. Əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mənzilə dair orderin olmaması iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Beləliklə göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əsasən qanuni əsaslarla əldə edilmiş mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tərtər şəhəri, Nizami küçəsi, 40B nömrəli evin 24 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-685/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-685/2022
16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver