Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-685/2024 09.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2022-ci il tarixli 224 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
2. XX.10.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 1-ci dərəcə əl ilə yol fəhləsi, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 4-cü dərəcə ilə ekskovator maşinist, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 6 dərəcə ilə ekskovator maşinist, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək X2 3-cü dərəcə ilə ZİL-130 sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək X2 3-cü dərəcə ilə Belaz sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatı X2 Belaz-548 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək həmin Sexdə Belaz-75191 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X8 Maz-500 sürücüsü, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı X1 şöbəsində fəhlə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də Gəncə şəhəri ərazisində təmizləmə işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X14” MMC-də sürücü vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən “X14” MMCdə Belaz sürücüsü işləyir.
3. Daşkəsən rayon Dövlət Arxivinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışından görünür ki, İddiaçı Daşkəsən "xxxx" ASC-də işlədiyi vəzifə üzrə sığorta stajı xx.xx.1982-xx.xx.1986, xx.xx.1986-xx.xx.1987, xx.xx.1988-xx.xx.2001-ci illər təşkil edir. İşlədiyi vəzifə ekskovator, Belaz-samosval sürücüsü, MAZ-500 sürücüsündən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən güzəştli sayılır.
4. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-B-140- 1/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 1-ci dərəcə əl ilə yol fəhləsi, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 4-cü dərəcə ilə ekskovator maşinist, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 6 dərəcə ilə ekskovator maşinist, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək X2 3-cü dərəcə ilə ZİL-130 sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək X2 3-cü dərəcə ilə Belaz sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatı X2 Belaz-548 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək həmin Sexdə Belaz-75191 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X8 Maz-500 sürücüsü vəzifəsində işlmişdir.
5. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-B-143- 1/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi X4 Sexində MAZ-500 markalı benzin daşıyan sisterna maşınında (benzinavoz) sürücü işləmiş və əmək haqqı almışdır.
6. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-203016/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pənsiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə kəçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və maik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
7. Məhkəmənin sorğusu əsasında Daşkəsən rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Daşkəsən "xxxx" ASC-nin İddiaçı barəsində qəbul edilmiş əmrlərdən çıxarışlardan görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək "xxxx" ASC-nin Şimal- Qərb mədənində 1-ci dərəcə əl ilə yol fəhləsi, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 4-cü dərəcə ilə ekskovator maşinist, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 6 dərəcə ilə ekskovator maşinist, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək X2 3cü dərəcə ilə ZİL-130 sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək X2 3-cü dərəcə ilə Belaz sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatı X2 Belaz-548 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək həmin Sexdə Belaz-75191 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X8 Maz-500 sürücüsü vəzifəsində işlmişdir.
8. Məhkəmənin sorğusuna Daşkəsən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli DDF- XO-0369/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 sentyabr tarixli 2245 nömrəli Sərəncamı ilə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi- texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilmişdir. Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə 08 dekabr 2020-ci il tarixində paylarının 100%-i "xxxx" QSC-yə məxsus dövlət müəssisəsi olan "X13" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Cəmiyyət") təsis edilmişdir. Eyni sərəncamla "xxxx" ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, Cəmiyyət ləğv edilmiş "xxxx" ASC-nin hüquqi varisi deyildir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Sərəncamına müvafiq olaraq işlərin yerinə yetirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir. Qeyd olunan işlərin icrası çərçivəsində X13i yataqlarında hasil olunan dəmir filizi konsentratından əldə olunması nəzərdə tutulan əlavə dəyər qazanmış məhsulun istehsalı məqsədi üç mərhələli istehsal zəncirinin qurulması, dəmir filizi konsentratı, pəllət və isti briketlənmiş dəmir istehsalı (HBİ) üçün zavodların tikintisi və bununla da ixracyönümlü məhsulun istehsalı nəzərdə tutulur. Belə ki, qeyd olunan layihə üzrə hazırda layihələndirmə və ilkin proseslərin icrası həyata keçirildiyindən, sahə üzrə aidiyyəti vəzifələr (peşələr) üçün işçilərin cəlbinə hələ ki zərurət yaranmamışdır. Məlumat üçün bildirilir ki, sərəncamda qeyd olunan vəzifələr Cəmiyyətdə mövcud olmadığından həmin vəzifələr üzrə iş fəaliyyətinin nədən ibarət olmasının müəyyən edilməsi və bu səbəbdən də həmin iş fəaliyyətlərinin zərərli iş hesab edilib-edilməməsi barədə məlumatın təqdim edilməsi mümkün deyildir.
9. “X14” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Cənub Şərq mədənində dəmir filiz kütləsinin daşınmasında Belaz sürücüsü (İşə qəbul əmr nömrəsi N 81/K xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) kimi işləyir. İşlədiyi vəzifə üzrə sosial siğorta (əmək) stajı 1(bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün təşkil edir. İş yerinin attestasiyasının nəticəsi əsasında əmək şəraiti ağır və zərərli olmasına görə işçiyə tarif (vəzifə) maaşına 4 faiz (21,60 manat) əlavə müəyyən edilir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2010100a -11442 vəzifə koduna uyğundur. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun həqiqətən işlədiyi dövrlərdə ağır tonlajdı maşınlarda xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilə kimi Ekskovatorda, BELAZ somasvalt maşınında və o cümlədən də MAZ-500 markalı benzin daşıyan sisterna (benzinavozda) sürücü işləməyinə, yəni əmək kitabçasında qeyd olunan stajın tanınmasına və pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Daşkəsən şəhərində doğulmuşdur. O, uzun illər istehsalatda çalışmışdır. Yəni, xx.xx.1979-cu ildən hal-hazıra kimi müxtəlif müəssisələrdə sürücü kimi işləmişdir. Əsasən də ağır tonajlı yük maşınlarında işləmişdir. Bu onun əmək kitabçasında öz əksini tapıb. O, hal-hazırda "X15" MMC-də BELAZ sürücüsü işləyir. Bundan əlavə, ekskovator sürücüsü də işləmişdir. İşlədiyi müddətdə "xxxx" ASC-yə məxsus təhlükəli maşını olan, MAZ-500 markalı benzin daşıyan sisterna maşınında (benzinavoz) sürücü xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilə kimi işləmiş və cədvəl üzrə əmək haqqı almışdır. O, bununla bağlı özünə pensiya təyin olunmasını istəyir. Buna görə də Sosial Müdafiə Fonduna rəsmi qaydada müraciət edərək, işlədiyi müddətdə ağır iş şəraitini nəzərə alaraq ona pensiya təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalından xx.xx.2023cü ildə 3-17-1/2-B-203016/2023-cü il tarixli məktubla verilmiş cavabdan ona belə məlum olmuşdur ki, güzəştli iş stajı ilə ona pensiya verilməsindən bəhanələr gətirilərək, bundan imtina olunur. Belə ki, guya bu onlara göndərdiyi "iş yerinin" arayışında dəqiq göstərilməməsi üzündən bu əməliyyatı aparmaq mümkün olmamışdır. Buna görə də ona pensiya verilməsindən imtina olunur. O, bu məsələ ilə bağlı əziyyət çəkir. Maddi vəziyyəti ağırdır. Yaşlı olduğundan getdikcə işləmə qabliyyəti zəifləyir. Yaşayış səviyyəsi aşağıdır, pensiya ilə təmin edilməyinə çox ehtiyacı var. Hazırda çıxılmaz vəziyyətdə qalmışdır. Əlində olan sənədlərdən başqa, həmin yerdə işləməyini təsdiq edən şahidləri də var. Məhkəmə zamanı gətirilmələrini təşkil edə bilər. Buna görə də o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
13. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hüququ yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
21. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
23. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
24. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.
25. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin xx.xx.2022-ci il tarixli 224 nömrəli arayışı; - XX.10.1979-cu il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Daşkəsən rayon Dövlət Arxivinin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2022-ci il tarixli 120 nömrəli arayışı; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-B-140- 1/2023 nömrəli arxiv arayışı; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-13RA/2-B-143- 1/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-203016/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında Daşkəsən rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Daşkəsən "xxxx" ASC-nin İddiaçı barəsində qəbul edilmiş əmrlərdən çıxarışları; - Məhkəmənin sorğusuna Daşkəsən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli DDF- XO-0369/23 nömrəli cavab məktubu; - “X14” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
29. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:
1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri yükləyici maşınların maşinistləri
31. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
33. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur.
34. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.
35. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan imtina məktubunda bunu mübahisələndirsə də, iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.
36. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 1-ci dərəcə əl ilə yol fəhləsi, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 4-cü dərəcə ilə ekskovator maşinist, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" ASC-nin Şimal-Qərb mədənində 6 dərəcə ilə ekskovator maşinist, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək X2 3-cü dərəcə ilə ZİL-130 sürücüsü, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək X2 3-cü dərəcə ilə Belaz sürücüsü, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Dağmədən Filiz Saflaşdırma Kombinatı X2 Belaz-548 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək həmin Sexdə Belaz-75191 sürücüsü, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X8 Maz-500 sürücüsü işlədiyi vəzifələrin güzəştli iş stajına aid olmaması barədədir.
37. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Dağmədən X5 avtonəqliyyat sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 1-ci dərəcə əl ilə yol fəhləsi; - xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək 4-cü dərəcə ilə ekskovator maşinist; - xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək 6 dərəcə ilə ekskovator maşinist, - xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək 3-cü dərəcə ilə ZİL-130 sürücüsü; - xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək 3-cü dərəcə ilə Belaz sürücüsü; - xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Belaz-548 sürücüsü; - xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Belaz-75191 sürücüsü.
38. İddiaçının Azərbaycan Dağmədən X5 X8 zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Maz-500 sürücüsü.
39. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, mübahisə iddiaçının "xxxx" ASC X2 və X4 Sexində əl ilə yol fəhləsi və sürücü işlədiyi dövrdəki peşələrlə bağlıdır.
40. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
41. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
42. Məhkəmənin icraatında olan digər analoji işlə bağlı verilmiş sorğulara cavablarla müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21- 3/2-6632/2023 nömrəli məktubu).
43. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən "xxxx" QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamı ilə X13i yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərin yerinə yetirilməsi əlavə edilmişdir. Sözügedən Sərəncamların icrasının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən törəmə təsərrüfat cəmiyyəti olan “X13” Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin nizamnaməsinə əsasən MMC-nin əsas məqsədləri qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Daşkəsən rayonu ərazisində həm Cəmiyyət, həm də onun törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC fəaliyyət göstərməkdədir ("xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-10/2-651/2023 nömrəli məktubu).
44. “X14” MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı "Əmək pensiyalan haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən Cənub Şərq mədənində dəmir filiz kütləsinin daşınmasında Belaz sürücüsü (İşə qəbul əmr nömrəsi N 81/K xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) kimi işləyir. İşlədiyi vəzifə üzrə sosial siğorta (əmək) stajı 1(bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün təşkil edir. İş yerinin attestasiyasının nəticəsi əsasında əmək şəraiti ağır və zərərli olmasına görə işçiyə tarif (vəzifə) maaşına 4 faiz (21,60 manat) əlavə müəyyən edilir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2010100a -11442 vəzifə koduna uyğundur.
45. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələrdən, əl ilə yol fəhləsi, ekskovator maşinist, avtomobil sürücüləri (özüboşaldanların) peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur.
46. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
47. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
48. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.
49. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
50. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
51. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
52. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
53. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva