Məhkəmə qərarları › İş №2-1(114)-69/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-69/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-69/2020 28.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 (üçüncü şəxs X14) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 xx.xx.2019-cu il tarixli, **********79 nömrəli məktubu ilə Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-507A nömrəli şəhadətnamə X5 və digər 3 ailə üzvünün adlarına işləndiyindən ərizənin icrasının mümkün olmadığı bildirilmiş və bu əsasla iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən İddiaçı qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18rşı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilən xx xxxx 2019-cu il tarixli, **********79 nömrəli imtina cavabının əsassız hesab edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-507A saylı şəhadətnaməyə və xx.xx.2008-ci il tarixli, 4Ə-03-250 nömrəli alğı-satqı müqaviləsinə əsasən satın aldığı Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X19 məxsus olmuş Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən X3 almışdır. Həmin torpaq sahəsini satın aldığı vaxtdan sahiblik etmiş və nəzarətdə saxlamışdır. Torpaq sahəsinə bu gün faktiki heç bir müdaxilə yoxdur və boş vəziyyətdədir. xx xxxx 2019-cu il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə ona reyestrdən çıxarışın verilməsini xahiş etmiş, idarədən verilən cavab məktubunda ərizənin icrasından imtina edilmiş və əsas kimi həmin torpaq sahəsi ilə bağlı şəhadətnamənin X17 deyil, X5 və digər üç ailə üzvlərinin adlarına işləndiyi müəyyən edilmişdir. Belə ki, alğı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunarkən notariat hərəkətlərini həyata keçirən notarius qanunun tələbinə uyğun olaraq həmin torpaq sahəsinin təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2008-ci il tarixli arayışı işə əlavə etmişdir. Samux rayon Dövlət X21 rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin xx.xx.2008-ci il tarixli, 4Ə-03-250 nömrəli alğı-satqı müqaviləsini heç bir pozuntuya yol vermədən tamailə qanuni əsaslarla təsdiq etmiş, alğı-satqı müqaviləsinin imzalandığı həmin tarixdən X22 qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını itirmiş və həmin hüquqlar onun mülkiyyətinə keçmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır. Aparılan araşdırma zamanı, Ərazi İdarəsinin arxiv sənədlərinə, elektron baza və xəritə məlumatlarına əsasən Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-507A nömrəli şəhadətnamənin X5 və onun ailə üzvləri olan X1, X8 və X9 adına işləndiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluqları nəzərə alaraq, İddiaçı qızının ərizəsinin icrasından imtina edilmiş və bu barədə ona xx xxxxx 2019-cu il tarixində bildiriş göndərilmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh və üçüncü şəxs ona təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X6 rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini xx.xx.2008-ci il tarixdə alğı-satqı müqaviləsinə əsasən İddiaçı qızına satmış, sonuncu həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən torpağın mülkiyyətə verilməsinə dair JN-507A nömrəli şəhadətnamənin X5 və digər 3 ailə üzvünün adlarına işləndiyindən iddiaçının hüquqlarının qeydə alınmasından imtina etmişdir. Yəni inzibati orqanın araşdırması nəticəsində elektron baza məlumatlarında Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən X17 deyil, X5 və digər 3 ailə üzvünün adlarına işləndiyi müəyyən edilmişdir. İş materiallarında olan Samux rayonu, Ziyadlı kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, X5 və onun ailə üzvləri X1, X8 və X9 adlarına 0,08 ha torpaq sahəsi verilmişdir. -“Torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxx 2003-cü il tarixli, JN-507A KOD 50707028 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X10 və onun ailə üzvləri X2, X12 və X13 verilmişdir -“Torpağın mlükiyyətə verilməsinə dair” xx xxxxxx 2003-cü il tarixli, JN-507A KOD 50707028 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X19 verilmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin xx xxxxxxxx 2008-ci il tarixli, 1146 nömrəli arayışının surətindən görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2003-cü il tarixli, JN-507A nömrəli şəhadətnaməyə əsasən Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X17 adına qeydiyyata alınmışdır. -xx xxxxxxxx 2008-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, satıcı – X6 rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsini alıcı – İddiaçı qızına satmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ciiltarixli məktublarından görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin arxivində Samux rayon X7 xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı əsasında mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən şəxslərin siyahısında X5 adı aşkar edilmiş, ƏliyevMürsəlƏlioğlununadıaşkaredilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 saylı X26 İdarəsinin mühəndisi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən də görünür ki,Samux rayonu, Ziyadlı kəndi ərazisində 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN-507 A (kod 50707028) nömrəli şəhadətnamə 2 (iki) fərqli nüsxədə tərtib olunmuşdur. Belə ki, JN-507A (kod 50707028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin bir nüsxəsi X17 xüsusi mülkiyyəti olaraq qeydə alınmaqla yanaşı, digər nüsxəsi isə X5 və ailə üzvlərinin xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır. Samux rayonu, Ziyadlı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən hər iki şəhadətnamədə göstərilən 0,08 ha həyətyanı torpaq sahəsi eyni torpaq sahəsidir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilən torpaq sahələrinin yerləşmə mövqeyini təyin edən koordinatlar (X və Y) şəhadətnamələrdə göstərilən 0,08 ha həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi, ərazidə mövcud olan və eləcə də ərazinin kompleks yerquruluşu planında öz əksini tapmış köhnə yollar və tikililərə istinadən müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı qızının istifadəsində olan 0.085 ha (850,00 kv.m) torpaq sahəsi ilə, X14 və ailə üzvlərinə məxsus JN-507A nömrəli (kod 50707028) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi üst-üstə düşmür. Qeyd olunan sənədlərdən göründüyü kimi, Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi X10 və onun ailə üzvləri X2, X12 və X13 verilmiş, Samux rayon X7 xx xxxxxx 1999cu il tarixli, 03 nömrəli qərarı əsasında mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən şəxslərin siyahısında X5 adı aşkar edilmiş, JN-507A (kod 50707028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrə əsasən X17 xüsusi mülkiyyəti olaraq qeydə alınan torpaq sahəsi ilə X5 və ailə üzvlərinin adına qeydə alınmış 0,08 ha həyətyanı torpaq sahəsinin eyni olması iş üzrə keçirilmiş mütəxəssis rəyi ilə təsdiqlənmişdir. Beləliklə, hazırda mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxs X5 və onun ailə üzvlərinin mülkiyyətində olduğundan, Samux rayon X7 xx xxxxxx 1999-cu il tarixli, 03 nömrəli qərarı əsasında mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən şəxslərin siyahısında məhz X5 adı aşkar edildiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması istisna edilir. Ona görə də cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun; 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.5. maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1. maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 (üçüncü şəxs X14) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat iyirmi yeddi qəpik) manat xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 (üçüncü şəxs X14) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 67,20 (altmış yeddi manat, iyirmi qəpik) manat xərc İddiaçı qızından alınaraq müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT:AİİBAZ2X xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar