Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-69/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, hazırda iddiaçının yaşadığı və iddia ərizəsində çıxarışın verilməsi tələb olunan ev, X4 adınadır və həmçinin müəyyən edilmişdir ki, Əsli Məmmədova iddiaçının qohumudur və vəfat etmişdir. İddiaçı bildirmişdir ki, hazırda Əsli Məmmədovanın oğlu və onun dayısı X2 həyatdadır və ev ilə əlaqədar onların mübahisəsi mövcuddur. Məhkəmə hesab etmişdir ki, ədalətli və obyektiv qərarın qəbul edilməsi naminə X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi həm qanuni həmdə ədalətli olar. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 101/2020 nömrəli qərardad ilə X2 (bundan sonra mətndə üçüncü şəxs) iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 101/2020 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış və mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə həvalə edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xanlar (indiki Göygöl) rayonu Tülallar kəndində doğulmuşdur. O, həmin kənddə ailə həyatı qurmuşdur. O, ailə qurduqdan sonra 1995-ci ildə yaşadığı Tülallar kəndində uçub dağılmış bir evin barısını və dam örtüyünü təzədən bərpa edərək ev tikmişdir. 1997-ci ildə Aqrar İslahat zamanı yaşadığı 0.03 hektar torpaq sahəsinə dair JN-046F, KOD 50800048 saylı şəhadətnamə verilib və həmin şəhadətnamədə torpaq sahəsi ilə yanaşı yaşadığı ev də göstərilib. Hazırda o, qanuni olaraq mülkiyyətində olan daşınmaz əmlaka çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədn xahiş etmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli iddiaya dair münasibət məktubunda iş üzrə adı çəkilən onun ata mənzilinin və torpağın kim tərəfindən mənimsənildiyi ona məlum olsa da, bu haqda onun bir vərəsə kimi razılğı və imzasının olmadığını, iddiaçının hansı üsulla onun ata mənzilinə sahib çıxmasının da, ona aydın olmadığını qeyd etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********67 etiraz ərizəsi ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - JN-046F, KOD50800048 saylı şəhadətnamənin təsdiqlənmiş surəti; - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********52 nömrəli imtina məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********12 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********35 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayışının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı əsasında İddiaçı JN-046F, KOD 50800048 saylı şəhadətnamə verilmiş və iddiaçı həmin şəhadətnamə əsasında şəhadətnamədə qeyd olunmuş 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi bundan imtina etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********52 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğu, torpaq sahəsinin üzərində mübahisə olduğu müəyyən edilmiş və bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********12 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə İddiaçı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciətinin araşdırılması zamanı, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin arxiv sənədlərinə əsasən başqa şəxsin adına olduğu, evə dair 1988-ci il tarixli texniki pasportun X5 adına işlənildiyi müəyyən edilmişdir. Əmlak üzərində mübahisə olduğu müəyyən olunmuş, vətəndaş tərəfindən fərdi yaşayış evinin ona məxsus olduğu iddia edilmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********35 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evinə dair 1988-ci il tarixli texniki pasport ilkin inventarizasiya zamanı X4 adına işlənilmişdir. Qeyd edilən fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmçinin texniki pasportun verilməsinə əsas olmuş sənədlər arxiv qovluğunda aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayışında qeyd olunmuşdur ki, iddiaçının iştirakı ilə onun faktiki istifadə sahəsinə ekspertiza baxışı keçirilmişdir. Araşdırma zamanı, iddiaçının və həmin ərazidə yaşayan digər mülkiyyətçilərin faktiki istifadə sahələrinin yerləşmə mövqeləri və konfiqurasiyaları ile Göygöl rayonu, Tülallar kəndi ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş kompleks yerquruluşu layihəsi arasında nəzərəçarpacaq dərəcədə fərqliliyin mövcud olduğu aşkar olmuşdur. Bu səbəbdən də mülki iş materiallarına əlavə edilmiş şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyim dəqiq müəyyən etmək mümkün deyildir, Belə olan təqdirdə qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Məhkəməyə daxil olmuş məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilmiş X1 ərizəsindəndə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia edilən ev üçüncü şəxsin atasına məxsus olmuşdur. Beləliklədə məhkəmə araşdırma nəticəsində belə nəticəyə gəlirki, iddiaçının tələbdə qeyd etdiyi torpaq sahəsi üzərində mübahisə olduğundan və Göygöl rayonu, Tülallar kəndində yerləşən fərdi yaşayış evinə dair 1988-ci il tarixli texniki pasport ilkin inventarizasiya zamanı X4 adına işlənildiyindən cavabdeh orqanın imtinası əsaslıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı oğlu iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) Göygöl rayonu, Tülallar kəndində yerləşən JN-046F, KOD50800048 saylı şəhadətnamə əsasında onun mülkiyyətində olan 0.03 hektar torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən yaşayış evinə və digər tikililərə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-69/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-69/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver