Məhkəmə qərarları › İş №2-1(114)-690/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-690/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-690/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. X42 İnventarlaşdırma və MHQİ tərəfindən verilmiş 9279 reyestr 336-46 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 46 nömrəli ev X18 məxsus olmuşdur.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********794 nömrəli məktubunda bildirilmişdir ki, Kirovabad şəhər notariat kontorunun xx.xx.1938-ci il tarixli 86404 saylı alqısatqı müqaviləsinə əsasən X13 ona məxsus Kirovabad şəhəri, Yejov küçəsi, 17 saylı fərdi yaşayış evini X3. Kirovabad şəhəri 1 saylı notariat kontorunun xx.xx.1976-cı il tarixli 5- 1408 saylı alqı-satqı müqaviləsinə əsasən ünvanı Vaqif küçəsi, 46 olan bu fərdi yaşayış evi X19 tərəfindən X5. Alıcının adına mülkün yerləşdiyi 135.0 kvm torpaq sahəsinə dair xx.xx.1976-cı il tarixli torpaq qeydi tərtib edilmişdir. Onun adına xx.xx.1994-cü il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X20 adından X14 adına keçmişdir. Vərəsəyə xx.xx.1994- cü il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli 3-M-117 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X25 tərəfindən X1. Alıcıya xx.xx.1994-cü il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1998-ci il tarixli 3M-4-470 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk X21 tərəfindən X2. Alıcıya xx.xx.1998-ci il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1999-cu il tarixli 3M-1-60 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X23 tərəfindən X8. Alıcıya xx.xx.2000-ci il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 2V-1-193 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk X30 adından X31 adına keçmişdir. Vərəsəyə xx.xx.2000-ci il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 3M-3-386 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak X40 tərəfindən X4. X18 ünvan 3 saylı fərdi yaşayış evinə (tikili "A-da 33.2 kvm iki yaşayış otaqları, 19.4 kvm köməkçi sahə) xx.xx.2000-ci il tarixli 9279 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 30 nömrəli məktubundan məlum olur ki, İddiaçı mərhum X16 qanun üzrə vərəsəsidir.

4. Gəncə Şəhər İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 5-1/1-İ- 42/6-091/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilmir.

5. İddiaçı cavabdeh orqana müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə vərəsəsinə arayışın verilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-2669/2024 nömrəli məktubla müraciətdən imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı əmlakın ümumi istifadədə olan (yol) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) X42 İnventarlaşdırma və MHQİ tərəfindən verilmiş 9279 reyestr 336-46 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən X18 məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi 46 nömrəli (hal-hazırda sökülmüş) evin yerləşdiyi 135.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a, Gəncə şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, inrastruktur (yollar və küçələr) sahə olaraq göstərilmişdir. 2) Həmin 135.0 kv.m torpaq sahəsi naturada ölçülərək, müəyyən olunan hallar barədə rəyə əlavə edilmiş ortofoto görüntüdə məlumat əks olunmuşdur.. 3) Həmin 135.0 kv.m torpaq sahəsinin 69.0 kv.m hissəsi faktiki olaraq piyadaların gediş-gəlişi üçün ümumi istifadədə olan yol kənarı sahə (səki), 66.0 kv.m hissəsi isə avtomobillərin hərəkəti üçün yol olaraq istifadə olunur. Həmin 135.0 kv.m torpaq sahəsinin üzərindən hava ötürücü elektrik xəttinin keçdiyi müşahidə olundu. 4) Əvvəlki sualların cavablarından göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq mövcud deyildir və faktiki olaraq gediş-gəliş yolu olaraq istifadə olunduğu müəyyən olundu.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2- 2405/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Gəncə şəhəri ərazisində torpaq islahatı həyata keçirilmədiyindən, üzərində mülkiyyət, istifadə və icarə hüququ qeyd olunmuş hər hansı xəritə materialı mövcud olmamışdır. Bu səbəbdən də, Gəncə şəhəri ərazisində yerləşən və üzərində daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqmüəyyənedici sənədlər torpaq sahələrinin mülkiyyəti barədə məlumatlar, yalnız torpaqların elektron kadastr uçotu informasiya sistemi (AZCAD-TEKUİS) əsasında müəyyən edilir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 135 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək mərhum anası X18 məxsus olmuş Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən daşınmaz əmlakın vərəsəlik şəhadətnaməsi əsasında onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən 14 mart 2024-cü il tarixli 3-21-3-33/2- 2669/2024saylı bildirişdə bildirilir ki, aparılan araşdırma zamanı əmlakın ümumi istifadədə olan (yol) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyətçisinin razılığı olmadan Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və yerləşdiyi torpaq sahəsinin bir hissəsi ümumi istifadədə olan şəhərdaxili yolun genişləndirilməsi məqsədi ilə yola qatılmışdır. Daşınmaz əmlak üzərində mükiyyət hüquqlarının toxunulmazlığını təmin etmək öhdəliyini daşıyan aidiyyəti dövlət orqanları hüquq sahibinin razılığı olmadan onun əmlakının məhv edilməsinə və mülkiyyət hüququnun ləğv edilməsinə qərar verə bilməz. O, Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək mükiyyətində olan əmlakının sökülməsi və yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola qatılmasına görə kompensasiyanın ödənilməsini tələb etmişdir. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən xx.xx.2024-cü li tarixli cavab məktubunda bildirilir ki, Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilmir. Göründüyü kimi, mükiyyətində olan əmlakın sökülməsini və yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola qatılmasını yerinə yetirmiş dövlət orqanı - Gəncə Şəhər İcra Hakimiyyəti həmin əmlakın sahibinə geri qaytarılmasına etiraz etməmişdir. "DƏDKR” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə hüquqlarının qeydiyyata alınması üçün müraciət edərkən Gəncə Şəhər İcra Hakimiyyətinin həmin məktubunu da təqdim etmişdir və qeydiyyat orqanının təqdim olunan sənədlər barədə bildirişində razılaşma sənədi kimi qeyd olunub. Lakin qeydiyyat orqanı həmin sənədə baxmayaraq imtina məktubunda əmlakın ümumi istifadədə olan (yol) əraziyə düşdüyü iddia olunub. Qeyd olunan əmlak qanuni əsaslarla dövlət reyestrində mülkiyyətindədir. Əmlakı sökən, yerləşdiyi torpaq sahəsini yola qatan və ümumi istifadədə olan yolun sahibi olan dövlət orqanı həmin torpaq sahəsinin sahibinə geri qaytarılmasına etiraz etmirsə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması mübahisəsizdir və imtina edilməsi üçün heç bir əsas yoxdur. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən verilən arxiv arayışında bildirilir ki, Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evi 2000-ci ildən Daşınmaz Əmlakın Dövlət Reyestrində X16 adına qeydiyyatdadır. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi 135 kvm olmuşdur. Arxiv arayışından göründüyü kimi qeyd olunan əmlak üzərində hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində X16 adına qeydiyyatdadır və həmin əmlakın məhv olması, yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola qatılması barədə dövlət reyestrində hər hansı məlumat qeydə alınmayıb. Qanunun tələbinə əsasən əmlak məhv olduqdan sonra daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq yalnız hüquq sahibinin müraciəti ilə ləğv edilə bilər. Digər halda daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq maraqlı şəxsin tələbi ilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunun tələbinə əsasən onların qazanılmış hüququdur. Qeyd olunanlara əsasən hesab edir ki, Gəncə şəhəri, Vaqif küçəsi, ev 46 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 135 kvm torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmalıdır..

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə yenilənmiş (dəqiqləşdirilmiş) iddia ərizəsi ünvanlayaraq, ünvan 5kiyyət hüququnun mərhum X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

12. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, Daşınmaz əmlaka dair X12 adına 1946-cı il tarixli Torpaq qeydi tərtib edilmişdir. Kirovabad şəhər 1-ci DNK-nun xx.xx.1976-cı il tarixli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən Kirovabad şəhər, Vaqif küçəsi, 46 ünvanında yerləşən daşınmaz əmlaka dair X24 tərəfindən Məmmədov (Mamedov) Musa İbrahim oğluna satılmışdır. Kirovabad şəhər, Vaqif küçəsi, 46 ünvanında yerləşən daşınmaz əmlaka dair X20 adına xx.xx.1976-cı il tarixli Torpaq qeydi və "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə dair" pasport tərtib edilmişdir. Gəncə şəhər 4 saylı DNK-nun "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnaməsinə əsasən Mamedov (Məmmədov) Musa İbrahim oğlunun vərəsəsi X25 miras əmlakdan irs almışdır. Gəncə şəhər 4 saylı DNK-nun 3M-117 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak X25 tərəfindən X1. Gəncə şəhər 1 saylı DNK-nun xx.xx.1998-ci il tarixli, 3M-4-470 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak X21 tərəfindən X2. xx.xx.1999-cu il tarixli, 3M-İ- 60 reyestr nömrəli "Daşınmaz əmlakın alqı-satqı" müqaviləsinə əsasən qeyd olunan ünvanda yerləşən daşınmaz əmlak X23 tərəfindən X8. Gəncə şəhər 1 saylı DNK-nun xx.xx.2000-ci il tarixli, 2B-İ-193 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnaməsinə əsasən X30 vərəsəsi X40 miras əmlakdan irs almışdır. Gəncə şəhər 1 saylı DNK-nun xx.xx.2000-ci il tarixli, 3M-3-386 reyestr nömrəli "Daşınmaz əmlakın alqısatqı" müqaviləsinə əsasən Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 46 saylı fərdi yaşayış evi X40 tərəfindən X6. Qeyd olunan fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir. X7 vərəsəsi İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi barədə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin sökülüb ərazinin ümumi istifadədə olan yola daxil olduğu müəyyən edilmişdir. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-2669/2024 nömrəli cavab məktubu ünvanlanmışdır.

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

14. İddiaçının nümayəndəsi, iddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

15. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərmişdir ki, fərdi yaşayış evinin sökülməsinə və artıq mövcud olmamasına baxmayaraq, nə qədər ki, evin məhvi ilə əlaqədar evə dair qeydiyyat ləğv edilməmişdir, bu halda hesab edir ki, hüququn mərhuma məxsusluğuna dair arayış verilməlidir. Həmin arayış verilərkən əmlakın mövcud olub-olmamasının əhəmiyyəti yoxdur. Ona görə də, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş edir.

16. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, göstərmişdir ki, o, cavabdehdən fərdi yaşayış evi deyil, evə dair sənəd istəyir. Hansı ki, qeyd ləğv edilməmişdir və cavabdeh orqan evə dair qeydiyyatın mövcudluğu halında, hüququn mərhuma məxsusluğuna dair arayışı verməlidir. Həmin arayış verilərkən əmlakın mövcud olub-olmamasının əhəmiyyəti yoxdur. Ona görə də, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş edir.

17. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən ev 2010-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.

18. İddiaçının vəkil olan nümayəndəsi Vəkil sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının söküntü aparan Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya tələbi ilə çıxış etmək fikri yoxdur. O, arayış əldə etməklə bundan sonra hüququn qeydiyyatını həyata keçirmək və daha sonra tikinti işləri aparmaq, fərdi yaşayış evi yaxud sahibkarlıq obyekti tikdirmək niyyətindədir. Evin yerləşdiyi torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olması ilə razılaşmırlar, ona görə ki, ev X26 tərəfindən alğı-satqı qaydasında əldə edilmişdir və həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ev əqd əsasında özgəninkiləşdirildikdə onun yerləşdiyi torpaq sahəsi də əldə edənin mülkiyyətinə keçir. Ona görə də, hesab edirlər ki, mübahisəli ev X16 adına qeydə alınan zaman torpaq sahəsi də mülkiyyətinə keçmişdir.

19. Cavabdehin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, göstərmişdir ki, mövcud olmayan əmlakla bağlı hüquqa dair məxsusluq arayışının verilməsi mümkün deyildir. Əmlakın yerləşdiyi torpaq sahəsi də iddiaçının istifadəsində, sahibliyində deyildir. Ev söküldükdən sonra torpaq sahəsi yola qatılmışdır, hazırda xəritə məlumatlarında bələdiyyə mülkiyyəti kimi qeyd edilməklə, yol kimi istifadə olunur. Ona görə də, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi:

20. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

21. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

22. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, X42 İnventarlaşdırma və MHQİ tərəfindən verilmiş 9279 reyestr 336-46 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 46 nömrəli ev X18 məxsus olmuşdur.

23. İddiaçı cavabdeh orqana müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə vərəsəsinə arayışın verilməsini xahiş etmiş, ancaq sonuncu xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-2669/2024 nömrəli məktubla müraciətdən imtina edərək imtinanı onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı əmlakın ümumi istifadədə olan (yol) əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

24. İddiaçı hazırkı tələbində ünvan 5kiyyət hüququnun mərhum X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir.

25. Məhkəmə iddiaçının mərhum hüququn mərhum şəxsə məxsus olmasına dair arayışın verilməsini tələb etdiyi fərdi yaşayış evinin mövcudluğunun və onun yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olan (yol) əraziyə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis təyin etmiş və əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, X42 İnventarlaşdırma və MHQİ tərəfindən verilmiş 9279 reyestr 336-46 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən X18 məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi 46 nömrəli (hal-hazırda sökülmüş) evin yerləşdiyi 135.0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) və AZCAD-a, Gəncə şəhəri ərazisində bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, inrastruktur (yollar və küçələr) sahə olaraq göstərilmişdir. Həmin 135.0 kv.m torpaq sahəsi naturada ölçülərək, müəyyən olunan hallar barədə rəyə əlavə edilmiş ortofoto görüntüdə məlumat əks olunmuşdur. Həmin 135.0 kv.m torpaq sahəsinin 69.0 kv.m hissəsi faktiki olaraq piyadaların gediş-gəlişi üçün ümumi istifadədə olan yol kənarı sahə (səki), 66.0 kv.m hissəsi isə avtomobillərin hərəkəti üçün yol olaraq istifadə olunur. Həmin 135.0 kv.m torpaq sahəsinin üzərindən hava ötürücü elektrik xəttinin keçdiyi müşahidə olundu. Əvvəlki sualların cavablarından göründüyü kimi, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi faktiki olaraq mövcud deyildir və faktiki olaraq gediş-gəliş yolu olaraq istifadə olunduğu müəyyən olundu.

26. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun mərhuma məxsus olmasına dair arayış verilməsini tələb etdiyi fərdi yaşayış evi sökülmüşdür və faktiki olaraq mövcud deyildir. Onun yerləşdiyi torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, gediş-gəliş yoluna qatılaraq piyada səkisi və avtomobil yolu (beş yol adlanan ərazi) istifadə olunur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsində deyilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

28. Göründüyü kimi, normanın tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı, imtina əsasları mövcud olmayacağı halda, qeydiyyat orqanı verir.

29. Lakin iş materiallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 46 nömrəli ev X16 adına X42 İnventarlaşdırma və MHQİ tərəfindən verilmiş 9279 reyestr 336-46 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeydiyyata alınmışdır.

30. Bu o deməkdir ki, X26 vəfat etdiyi zaman (xx.xx.2011-ci il tarixdə) onun adında artıq sözügedən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi mövcud olmuş, yəni yuxarıda göstərilmiş əmlakın məxsusluğu barədə arayışın verilməsinə ehtiyac qalmamışdır.

31. Bu halda, iddiaçının hüquqi marağı, sözügedən fərdi yaşayış evinə dair çıxarış verilməsini (iddiaçının mülkiyyət hüququnun qeydiyyatını) tələb etməkdən ibarətdir ki, məhkəmə hesab edir ki, faktiki olaraq mövcud olmayan əmlaka dair mülkiyyət hüququnun qeydə alınması və çıxarış verilməsi mümkün deyildir.

32. Doğrudur, fərdi yaşayış evinin söküntüsü (məhvi ilə) əlaqədar dövlət reyestrində qeydiyyat aparılmamışdır, yəni X16 adına qeyd qüvvəsindədir.

33. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpası sözügedən evi sökmüş subyektdən dəymiş ziyanın natura və pul formasında ödənilməsini tələb etməklə mümkündür. Belə ki, iddiaçının iddiasına və nümayəndəsinin izahatına əsasən sözügedən ev 2010-cu ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür.

34. İclas zamanı həmin hal iddiaçının nümayəndələrinə izah edilsə də, nümayəndə bildirmişdir ki, iddiaçının söküntü aparan Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiya tələbi ilə çıxış etmək fikri yoxdur. O, arayış əldə etməklə bundan sonra hüququn qeydiyyatını həyata keçirmək və daha sonra tikinti işləri aparmaq, fərdi yaşayış evi yaxud sahibkarlıq obyekti tikdirmək niyyətindədir.

35. Yəni, ev tikilib mövcud olduqdan sonra iddiaçı hüququnun qeydiyyatını cavabdehdən tələb etməkdə haqlı sayıla bilər.

36. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.

37. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı tələbini sözügedən fərdi yaşayış evinə dair çıxarış verilməsinə dair (iddiaçının mülkiyyət hüququnun qeydiyyatının həyata keçirilməsi) kimi dəyişdirsə də, yenə iddiası mümkün iddia olmadığından, məhkəmə prosessual qənaət prinsipinə əsasən bu barədə hüquqi yardımın edilməsini zəruri hesab etməmişdir.

38. Beləliklə, iddia mümkün sayılmamalıdır.

39. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

41. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar