Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-692/2025 11.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçınun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı reyestr qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və oğlu olan nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər X34 və X28) qarşı Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən X15 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli reyestr qeydinin ləğv olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X21, X9, X22 və X16 həyətyanı məqsədilə 645,45 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair X15 adına xx.xx.2011-ci il tarixli A 349483 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
2. X34 tərəfindən həmin torpaq sahəsi üzərində ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşayış evi inşa edilmiş və həmin evə dair X15 adına XX.06.1992-ci il tarixli 855 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi üzərində X15, X4, X17 və X10 ümumi birgə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşyış evi üzərində isə X15 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşyış evi X1.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşayış evi üzərində X11 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin evə dair xx.xx.2020-ci il tarixli 503-198/654 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
6. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 272 nömrəli arxiv arayışında göstərilmişdir ki, Yuxarı Öysüzlü kənd ZDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1969-1971-ci il tarixli 01 nömrəli təsərrüfatbaşına kitabın 74-cü şəxsi hesabında təsərrüfat X23 adına olmaqla aşağıda göstərilən ailə üzvləri vardır: Arvadı: X35 – 1922-ci il; Oğlu: X29 – 1945-ci il; Oğlu: X30 – 1948-ci il; Oğlu: X34 – 1952-ci il; Qızı: X37 – 20 iyun 1956-cı il; Qızı: X24 – 07 noyabr 1959-cu il.
7. Tovuz Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 348 nömrəli məktubunda bildirilmişdir ki, Yuxarı Öysüzlü kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1991-1995-ci il tarixli 02 saylı təsərrüfatbaşına kitabın 96-cı şəxsi hesabında təsərrüfat evi ümumi sahəsi 107 kv.m, o cümlədən yaşayış sahəsinin 60 kv.m olması göstərilmişdir. Qeyd: X38 vəfat etdikdən sonra adı mötərizə içinə alınıb arvadı X19 adı qeyd edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-8855/2023 nömrəli məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X15 adına DTİ və MHQİ-si tərəfindən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə 503-198/654 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X15 adına 0.064545 ha həyətyanı torpaq sahəsinə AN349483 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr) sənədi tərtib edilmişdir. Yuxarıda qeyd edilən sənədlər və Tovuz rayonu Yuxarı Öysüzlü kənd lƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli, təsərrüfatbaşına kitabdan arayışı əsasında X15 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə olmaqla adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.0645 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 106.7 kv.m fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Qeyd edilən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Tovuz rayon notariat ofisinin 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X11 adına reyestrdən çıxarış verilməklə özgəninkiləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, X23 adına DTİ və MHQl-si tərəfindən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə 49 nömrəli qeydiyyat vəsiqəsi verilmiş və 503-198 /643 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X19 adına 0.159831 ha həyətyanı torpaq sahəsinə AN349498 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" (kadastr) sənədi tərtib edilmişdir. Yuxarıda qeyd edilən sənədlər və Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixdə verdiyi 272 nömrəli, təsərrüfatbaşına kitabdan arayışı əsasında X23 fərdi yaşayış evi 1/7 hissə-torpaq sahəsi 1Ə/2 hissə, X19 fərdi yaşayış evi 1/7 hissə-torpaq sahəsi 1/2 hissə, X12 torpaq sahəsi 1/2 hissə, X13 fərdi yaşayış evi 1/7 hissə, X14 fərdi yaşayış evi 1/7 hissə, X15 fərdi yaşayış evi 1/7 hissə, X25 fərdi yaşayış evi 1/7 hissə, X5 fərdi yaşayış evi 1/7 hissə olmaqla adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 122.5 kv.m fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. "Vərəsəlik qaydasında miras əmlakdan payın müəyyən olunması" tələbinə dair Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-2345/2022 nömrəli qətnaməsi əsasında X8 fərdi yaşayış evi 1/14 hissə-torpaq sahəsi 1/8 hissə, İddiaçı fərdi yaşayış evi 2/14 hissə-torpaq sahəsi 1/8 hissə, X12 torpaq sahəsi 4/8 hissə, X13 fərdi yaşayış evi 2/14 hissə, X14 fərdi yaşayış evi 2/14 hissə, X15 fərdi yaşayış evi 4/14 hissətorpaq sahəsi 2/8 hissə, X25 fərdi yaşayış evi 2/14 hissə, X5 fərdi yaşayış evi 2/14 hissə olmaqla adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.16 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 122.5 kv.m fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Ləğv olunmuş DT və XK-i tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.51 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X19 və X12 adına 25 dekabr 1998-ci il tarixli, JN : 766 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı" tərtib edilmişdir. Yuxarıda qeyd edilən 0.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Tovuz regional "ASAN xidmət" mərkəzinin 2V-678 və 2V-677 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"ləri əsasında X15 (3/4 hissə) paylı mülkiyyət hüququ ilə adına (digər payçı X26 1/4 hissə) Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.2744 ha və 0.2365 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə xx.xx.2020-ci il tarixdə ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Ləğv olunmuş DT və XK-i tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.12 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X5 adına 25 dekabr 1998-ci il tarixli, JN : 767 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı" tərtib edilmişdir. Yuxarıda qeyd edilən 0.12 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Tovuz regional "ASAN xidmət" mərkəzinin 2V-679 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"si əsasında X15 adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.1182 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Ləğv olunmuş DT və XK-i tərəfindən Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 1.15 ha Kənd.təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X15, X10, X20 və X17 adına 25 dekabr 1998-ci il tarixli, JN : 768 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı" tərtib edilmişdir. Yuxarıda qeyd edilən 1.15 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN : 768 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı" əsasında X15, X4, X17 və X10 ümumi birgə mülkiyyət hüququ ilə adıına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.4731 ha və 0.6719 ha Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə xx.xx.2022-ci il tarixdə ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2012-ci il tarixdə verdiyi 785 nömrəli təsərrüfatbaşına kitabdan arayışı əsasında X5 adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.12 ha həyətyanı torpaq sahəsinə xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Həmin Torpaq sahəsinə dair Tovuz rayon notariat kontorunun 2V-1-25 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"si əsasında X15 adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.1252 ha həyətyanı torpaq sahəsinə xx.xx.2013cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Yuxarıda qeyd edilən 0.1252 ha həyətyanı torpaq sahəsinin 0.05 ha hissəsi 4Ə/1-41 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında X31 adına, 0.0376 ha hissəsi 4Ə/1-363 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında X6 adına, 0.0376 ha hissəsi 4Ə/1-363 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X7 adına reyestrdən çıxarış verilməklə özgəninkiləşdirilmişdir.
9. Məhkəmənin sorğusuna Tovuz Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-79-43/2- 14/2024 nömrəli cavab məktubuna əlavə edilmiş Tovuz rayonu Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 84 saylı səhifəsindən çıxarışda 1-ci sırada X15, 2-ci sırada isə X4 adı qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-37/2-663/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən X15 adına DTİ və MHQİ-si tərəfindən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə 503-198/654 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X15 adına 0.064545 ha həyətyanı torpaq sahəsinə A№349483 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr) sənədi tərtib edilmişdir. Yuxarıda qeyd edilən sənədlər və Tovuz rayonu Yuxarı Öysüzlü kənd İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli, təsərrüfatbaşına kitabdan arayışı əsasında X15 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə olmaqla adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.0645 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 106.7 kv.m fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış tərtib edilmişdir. Qeyd edilən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə Tovuz rayon notariat ofisinin 4Ə299 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X11 adına reyestrdən çıxarış verilməklə özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilmiş çıxarışın ləğv edilməsi barədə məlumat aşkar edilmədi. II. Məhkəmədə icraat
11. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə verdiyi 9 nömrəli təsərrüfatbaşına kitabdan X15 adına arayışın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X29 ilə rəsmi qaydada evlənib ailə qurmuşdur. X29 2010-cu ildə, qaynatası X38 1991-ci ildə vəfat edib. Tovuz Rayon Məhkəməsində onun X32 qarşı iddiaları olub və qanunsuz yolla sənədləşən vərəsəlik hüququna dair şəhadətnamələr etibarsız hesab edilmiş, qətnamələr qanuni qüvvəsini almış və icra olunmuşdur. Qaynatasının və qaynanası X19 Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində ayrı-ayrılıqda yerləşən iki fərdi yaşayış evi olmuşdur. Onun yaşadığı fərdi yaşayış evindən Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə bütün vərəsələrin payı müəyyən olunmuşdir. Qaynının yaşadığı fərdi yaşayış evindən payların müəyyən olunması ilə bağlı iddia qaldırmaq istədikdə ona məlum olmuşdur ki, həmin ev qaynatasına məxsus olduğu halda X39 qanunsuz yolla həmin evi öz adına sənədləşdirmişdir. Belə ki, mübahisə olunan mülk mirasın kütləsinə daxil olan əmlakdır. X39 mübahisə olunan mülkü ya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, ya da məhkəmənin qətnaməsi əsasında adına sənədləşdirə bilərdi. Qeyd etdiyi belə bir sənədləşmə aparılmamışdır. Belə ki, cavabdeh təşkilata rəsmi vəkil sorğusu verildikdə məlum olmuşdur ki,Tovuz rayonu Yuxarı Öysüzlü İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli təsərrüfatbaşına kitabdan arayış əsasında X27 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumu birgə olmaqla Tovuz rayonu, Yuxarı Öysülü kəndində 0,0645 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 106,7 kv.m fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evi X1. Həmin evdə hal-hazırda X39 və ailəsi yaşayır. Alqı-satqı da formal olaraq tərtib edilib ki, o, iddia qaldıra bilməsin, guya ev satılıb və evin mülkiyyətçisi guya Vəlidir. Qeyd etmək istəyir ki, Tovuz rayonu Yuxarı Öysüzlü İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli təsərrüfatbaşına kitabdan arayış saxtadır və həmin arayışın etibarsız hesab edilməsinə dair Tovuz rayon Yuxarı Öysüzlü icra nümayəndəliyinə rəsmi ərizə versə də, bu barədə ona cavab verilməyib. Tovuz rayonu Yuxarı Öysüzlü İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli arayışı ilə qanunun tələblərini pozmuş və kənd icra nümayəndəliyi notariusun və məhkəmənin funksiyasını yerinə yetirmişdir. İcra nümayəndəliyi xx.xx.2020-ci il tarixli arayışla miras mülklə bağlı özbaşına inzibati akt qəbul etmişdir. Halbuki, arxiv idarəsinin verdiyi arayışdan məlum olur ki, həmin fərdi yaşayış evi X23 adınadır. Arxiv arayışı 15 dekabr 2022- ci ildə verilib. Həmin arayışların müqayisəli tədqiqi onu sübut edir ki, Tovuz rayonu Yuxarı Öysüzlü İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli təsərrüfatbaşına kitabdan arayışı saxtadır. Arxiv arayışının tarixi 15 dekabr 2022-ci il, Tovuz rayonu Yuxarı Öysüzlü İƏD-nin verdiyi arayışı xx.xx.2020-ci il qeyd edilib. Arayışların tarixləri iş üzrə aydınlaşdırılmalı faktları tam sübuta yetirir. O, cavadeh təşkilata müvafiq sənədləri təqdim etsə də mübahisə olunan fərdi yaşayış evinə dair verilən çıxarışı etibarsız hesab etməkdən imtina etmişdir. Onun həmin fərdi yaşayış evinə dair iddia qaldırmaqda subyektiv hüququ var. Belə ki, həmin mülkdə onun vərəsə payı var. İcra nümayəndəliyinin verdiyi arayış icra nümayəndəliyində yoxdur və həmin arayışı da cavadeh təşkilat inzibati akt kimi qəbul etməklə hüquqi qüvvə vermişdir. Bununla da vərəsələrin mirasdan pay tələb etmək hüququ məhdudlaşmışdır. Cavadeh təşkilat tərəfindən verilən inzibati akt qanunsuz əlverişsiz inzibati akt olduğundan onun əsasında verilən çıxarış etibarsız hesab edilməlidir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
14. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən X15 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli reyestr qeydinin ləğv olunması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
15. Məhkəmənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X34 və X28 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
17. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişlər.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin və üçüncü şəxlsərin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir.
19. İddiaçının nümayəndəsi X33 məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Ərazi İdarəsinə müraciət edərək başqa şəxslərin mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir (daxil olma nömrəsi: **********), Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsində baxılaraq cavab olaraq bildirilmişdir ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir və çıxarışın ləğv edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə X15 və ailə üzvülərinin adına 0.064545 ha həyətyanı torpaq sahəsi ayrılmış və Ə.Məmmədovun adına A№349483 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr) sənədi tərtib edilmişdir. Yuxarıda qeyd edilən sənədlər və Tovuz rayonu Yuxarı Öysüzlü kənd İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli, təsərrüfatbaşına kitabdan arayışı əsasında X15 fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə olmaqla adına Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində 0.0645 ha həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 106.7 kv.m fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Qeyd edilən daşınmaz əmlak xx.xx.2020-ci il tarixdə Tovuz rayon notariat ofisinin 4Ə-299 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 və müvafiq müqavilə əsasında xx.xx.2020-ci il tarixli **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Sözügedən **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak "xxxx" ASC ilə X36 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir (yüklülüyün müddəti xx.xx.2021 – xx.xx.2031 ilədək). “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 16.5-ci maddəsinə əsasən Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin (bütün hüquq sahiblərinin) razılığı ilə həyata keçirilir. Bu qanunun 16.6.-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənləri nəzərə alaraq bildirilir ki, hər hansı bir çıxarışın verilməsinə əsas olan sənədlər ləğv edilmişdirsə, mübahisəli olan və ləğv edilmiş sənədlərin əsasında verilmiş çıxarışın da ləğv edilməsi kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli qərarında formalaşdırıldığı hüquqi mövqeyinə görə DƏDK və RPHŞ inzibati orqan hesab edilsədə, onun tərəfindən əmlaka mülkiyyət hüquqi tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyətini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 13.17-ci hissəsində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Ləğv edilməsi tələb olunan Tovuz rayonu Yuxarı Öysüzlü kənd İƏD-nin xx.xx.2020-ci il tarixdə verdiyi 99 nömrəli, təsərrüfatbaşına kitabdan arayış və onun əsasında verilmiş çıxarış inzibati akt deyil, bu səbəbdən mübahisənin həllinə mülki qaydada baxılmalıdır. Göstərilənlərə əsasən, hüquların dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı olaraq şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüquqların yaranmasının deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
21. Üçüncü şəxs X15 vəkil olan nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçının vermiş olduğu iddiası qeyri-mümkün sayılmalıdır. Belə ki mübahisələnən reyestr çıxarışı mövcud deyil, həmin torpaq sahəsinə münasibətdə başqa adamın adına reyestr çıxarışı mövcuddur, bundan əlavə iddiaçının həmin torpağa münasibətdə subyektiv hüququ yoxdur, həmin torpaq sahəsi iddiaçının marağına toxunmur, həmin torpağa hər hansı gözlənti hüququnun olması barədə sübut təqdim edilməyib, həmin torpaq sahəsi vərəsəlik hüquq münasibətlərinin predmeti deyil.
Əsaslandırma hissəsi:
22. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
23. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
24. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 nömrəli qərarı ilə X21, X9, X22 və X16 həyətyanı məqsədilə 645,45 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair X15 adına xx.xx.2011-ci il tarixli A 349483 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X34 tərəfindən həmin torpaq sahəsi üzərində ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşayış evi inşa edilmiş və həmin evə dair X15 adına XX.06.1992-ci il tarixli 855 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi üzərində X15, X4, X17 və X10 ümumi birgə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşyış evi üzərində isə X15 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşyış evi X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən 0.0645 ha torpaq sahəsi və torpaq sahəsində yerləşən ümumi sahəsi 106,7 kv.m olan fərdi yaşyış evi üzərində X11 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin evə dair xx.xx.2020-ci il tarixli 503-198/654 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
25. Hazırda iddiaçı həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə dair miras payının olduğunu iddia edərək, üçüncü şəxs X15 adına verilmiş çıxarışın ləğv olunmasını tələb edir.
26. Əvvəlcə qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 və hazırda sonuncunun mülkiyyətindədir. Sözügedən müqavilə qüvvədə olmaqla, onun ləğv edilməsi və ya etibarsız sayılması hallarının mövcudluğu hazırkı iş üzrə müəyyən edilmir. Belə olan halda, X11 mübahisəli daşınmaz əmlakın vicdanlı əldə edən olması istisna olunmur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
28. Eyni zamanda, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi üzərində X11 mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, X15 adına aparılmış reyestr qeydi artıq öz hüquqi qüvvəsini itirmişdir.
29. Məhkəmə qeyd edir ki, nə qədər ki, iddiaçının hazırda mübahisələndirdiyi reyestr qeydinə əsasən X34 və digərləri mübahisəli daşınmaz əmlakı xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X3 və sonuncunun adına qeydiyyat aparılmışdır, bu halda həmin müqavilə və onun əsasında aparılmış qeyd ləğv edilmədən (əmlaka dair əvvəlki hüquqi vəziyyət bərpa edimədən) hazırkı iddia mümkün sayıla bilməz.
30. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva