Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-6951/2025 09.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X3 və X2) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları” tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəkmə iclasından kənar baxaraq MÜƏYYƏN ETDİM:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X3 və X1 ona məxsus olan Gəncə şəhəri, Midiya küçəsi, giriş 64 (Köhnə ünvan: ünvan 1vabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə ərizə ünvanlayaraq, icraatda olan 2-1(114)-6951/2025 nömrəli iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasına dair göstərişin verilməsini xahiş etmişdir.
3. İddiaçı ərizəsini nəzərdən keçirib hesab edirəm ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir.
4. Belə qənaətə gələrkən aşağıdakıları nəzərə alıram.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.2 İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər; Maddə 55. İddiadan imtina edilməsi 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
6. Hesab edirəm ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən, iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər.
7. Onu da qeyd edirəm ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X3 və X2) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz.
Hakim Nurəli Hüseynov