Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-699/2023 17.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X19, X6, X20, X21 və X17) şəhadətnamənin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X19, X6, X20, X21 və X7 adlarına olan JN-120F, kod-50802038 saylı şəhadətnamənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında X19 və ailə üzvləri barəsində söz açılan daşınmaz əmlakı X22 adlı şəxsə qanuni əsaslarla satmışdır və həmin şəxs öz növbəsində 2004-cü il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi əsasında iddiaçıya satmışdır. Lakin həmin alqı-satqı müqaviləsinin müddətindən 23 il keçdikdən sonra ona qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikintinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, guya qanunsuz olaraq zəbt etdiyi və hal-hazırda onların əllərində olan Azərbaycan Respublikası “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 120F, kod-50802038 saylı şəhadətnamə ilə qeydə alınan 0.22 hektar torpaq sahəsindən çıxarılmasını, torpaq sahəsində qanunsuz aparılmış işlərin öz hesabına sökülməsini və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə, iddia ərizəsinə mahiyyəti üzrə baxaraq və iş materiallarında olan sənədlərin hüquqi mahiyyətini araşdıraraq 2(066)-707/2021 nömrəli, 03 ayqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbini təmin etməmişdir. Bundan sonra iddia ərizələri ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, "torpağa və evə dair alqı-satqı müqaviləsinin, həmçinin, torpağa və evə görə verilən hüquqmüəyyənləşdirici sənədlərin etibarsız hesab edilməsi, ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması”nı tələb etmişlər. Kəlbəcər rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(040)-147/2022 saylı qətnaməsi ilə iddia tələbini rədd etmişdir. Gəncə Apellyasiya Məhkəməsi 2(104)-1916/2022 saylı 06 iyul 2022-ci il tarixli qətnaməsi ilə Kəlbəcər rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(040)-147/2022 saylı qətnaməsini qüvvədə saxlamışdır. İddiaçının nümayəndəsi X23 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsində yerləşən yaşayış evi Rauf İsmayılov satıb, lakin torpaq sahəsi aqrar islahat zamanı onun və ailə üzvlərinin adına işlənmişdir. Evin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində və mülkiyyətində olmuş, 2007-ci ildə evin bir hissəsini və torpağın bir hissəsini satmış, hazırda mülkiyyətində 0.167 ha sahə var. Üçüncü şəxs X19 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, həmin sahədə yerləşən evi 1999-cu ildə satmışdır, islahat isə 1997-ci il tarixdə keçirilsə də şəhadətnamə 2003-cü ildə hazırlanıb verilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********06 nömrəli etirazda qeyd edilmişdir ki, Göygöl rayonu, Yeni Zod kəndində yerləşən 0.22 ha torpaq sahəsinə dair verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" 03 fevral 2003-cü il tarixli, JN-120F saylı şəhadətnamə X11, İsmayılova X3, X12 və X7 adına verilmişdir. Qeyd olunan əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim olunduğu və İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab oluna bilər. Bu səbəbdən müraciətin icrası tərəfimizdən mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar Rayon Notariat Kontorunda qeydiyyata alınmış (xx.xx.1999, reyestr № 3m-36) 22 iyun 1999-cu il tarixli alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 0,2254 ha torpaq sahəsində yerləşən 36,5 kv.m yaşayış sahəsi, 49,0 kvm örtülü eyvan, 14,1 kvm hamam, 68,2 kvm təsərrüfat sahəsindən ("saray") ibarət fərdi yaşayış evi X19 tərəfindən X1. -surəti işə əlavə edilmiş JN-120F, kod-50802038 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, 0.22 ha torpaq sahəsi Xanlar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarı ilə X19, X6, X20, X21 və X7 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Kəlbəcər Rayon Notariat Kontorunda 04 iyun 2004-cü il tarixdə təsdiqlənmiş (reyestr № 40-l-01) 04 iyun 2004-cü il tarixli alğı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 2254,0 kvm torpaq sahəsində yerləşən 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evi X24 tərəfindən İddiaçı satılmışdır. -surəti işə əlavə edilmiş Xanlar Rayon Notariat Kontorunda 17 oktyabr 2007-ci il tarixdə təsdiqlənmiş (reyestr № 4Ə/3-529) 17 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanda 583,0 kv.m torpaq sahəsinin üzərində yerləşən, dörd yaşayış otağından ibarət 83,0 kv.m yaşayış sahəsi, 20,5 kv.m köməkçi sahədən, ümumi sahəsi 103,5 kv.m olan yaşayış evindən ibarət hissəsini X2. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, ********* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda, 0.0583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, ev 105 ünvanda, 0.167 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda, 0.0583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X15 adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-707/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X19 və qeyriləri cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikintinin sökülməsi tələbinə dair iddia təmin edilməmişdir. -surəti işə əlavə edilmiş Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X19, X6, X20, X21 və X7 cavabdehlər İddiaçı, X26, Göygöl Rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı "torpağa və evə dair alğı-satqı müqaviləsinin, torpağa və evə görə verilən hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, ləğv edilməsi və əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair" birgə iddiaları təmin edilməmişdir. -surəti işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1916/2022 nömrəli 06 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 147/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. -Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********80 məktubundan görünür ki, iddiaçının müvafiq ərizəsinin icrasından imtina edilmşdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 3-21-3-33/2-263/2023 nömrəli məktubuna əlavə edilmiş Yerquruluşunun təşkili şöbəsinin mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı, MH seriyalı ******* nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində 0.167 ha torpaq sahəsi olduğu göstərilsə də, həmin Çıxarışa dair tərtib olunmuş texniki pasportun texniki göstəricilərinə (məsafə ölçüləri) istinadən torpaq sahəsinin 0.20 ha olduğu müəyyən olunmuş, bununla yanaşı onun faktiki istifadəsində olan torpaq sahəsinin 0.21 ha olduğu aşkarlanmışdır, İddiaçı faktiki istifadəsində olan 0.21 ha torpaq sahəsinin 0.16 ha hissəsi, MH seriyalı ******* nömrəli Çıxarışa dair tərtib olunmuş texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuş, JN-120F (kod-********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən X11 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətləri olaraq qeydə alınmış 0.22 ha torpaq sahəsinin 0.12 ha hissəsi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, 22 iyun 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyətçi X19 tərəfindən X4 və alıcı X35 həmin daşınmaz əmlaka tam mülkiyyət hüququ əldə etmiş, 04 iyun 2004-cü il tarixli satqı müqaviləsinə əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda 2254,0 kvm torpaq sahəsində yerləşən 2 (iki) yaşayış otağından ibarət fərdi yaşayış evi mülkiyyətçi X24 tərəfindən cavabdeh İddiaçı satılmış və alıcıya Xanlar Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş "Qeydiyyat vəsiqəsi"nə əsasən, Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı ünvanda yerləşən, 36,5 kvm yaşayış sahəsindən ibarət fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Həmçinin İddiaçı məxsus həmin fərdi yaşayış evində əlavə inşa edilmiş müvafiq tikililərin onun adına rəsmiləşdirilməsinə dair qərar qəbul edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş müvafiq çıxarışa əsasən Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən 105 saylı fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Xanlar Rayon Notariat Kontorunda təsdiqlənmiş 17 oktyabr 2007-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, İddiaçı Xanlar rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsində 0,2254 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın 0,0583 ha torpaq sahəsini və üzərində yerləşən 83,0 kvm dörd yaşayış otağı və 20,5 kvm köməkçi sahəsi olan yaşayış evindən ibarət hissəsini X2. Bundan sonra İddiaçı Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105 saylı fərdi yaşayış evinə (0,167 ha torpaq sahəsində yerləşən tikili "A"-da 36,5 kvm iki yaşayış otağı və 49,0 kvm köməkçi sahə) 19 dekabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmiş, daha sonra bu çıxarışın əvəzinə İddiaçı 27 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X13 Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evinə (0,0583 ha torpaq sahəsində yerləşən tikili "A"-da 83,0 kvm dörd yaşayış otaqları, 20,5 kvm köməkçi sahə) 19 dekabr 2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 27 iyul 2021-ci il tarixli 2V-620 saylı "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"sinə əsasən, Göygöl rayonu, Yeni Zod kəndi, Səmədağa küçəsi, 105A saylı fərdi yaşayış evi mirasqoyan X8 adından vərəsə (mirasqoyanın oğlu) X15 mülkiyyətinə keçmiş, X18 bu əmlaka mülkiyyət hüququnu təsdiq edən 09 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda iddiaçı ona məxsus evin yerləşdiyi torpaq sahəsinə dair üçüncü şəxslərin adına verilmiş şəhadətnamənin ləğv edilməsini tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin:- -İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. -İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. -İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Ali Sovetinin 09 noyabr 1991-ci il tarixli 255-Xİİ nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-lQ nömrəli Qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 74-cü maddəsinin birinci hissəsinə əsasən, şəhərlərin, qəsəbələrin və və kənd yaşayış məntəqələrinin torpaqlarında tikili və ya onun bir hissəsi üzərində mülkiyyət və ya sahiblik hüququ başqasına keçərkən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət və ya ondan istifadə hüququ da keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Beləliklə müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evi ona üçüncü şəxs tərəfindən satılmışdır və qanunvericiliyin tələblərinə əsasən tikili üzərində mülkiyyət hüququ başqasına keçərkən torpaq sahəsi üzərində mülkiyyət hüququ da keçir. Buna baxmayaraq Aqrar İslahat Komissiyası tərəfindən X16 qeyrilərinə verilmiş 0.22 ha torpaq sahəsinə dair şəhadətnamə işlənərkən sahənin koordinatları həmin evin yerləşdiyi torpaq sahəsinə işlənmişdir. Bu hal isə qeyd olunan şəhadətnamənin ləğv edilməsi üçün əsas hesab edilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslərin adına olan JN-120F, kod-50802038 saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. X19, X6, X20, X21 və X7 adlarına olan JN-120F, kod-50802038 saylı şəhadətnamənin ləğv edilməsi öhdəliyi “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-699/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-699/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver