Məhkəmə qərarları › İş №2-1(114)-7/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-7/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-7/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialına qarşı pensiya fərqinin hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə ona ödənilməli olan pensiya fərqinin qanunun tələblərinə uyğun hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və məhkəmə qərarının icrası ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı DSMF-nin Gəncə şəhər Nizami şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2015-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.2007-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin xx.xx.2009-cu il tarixdən ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra qeyd olunan qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, lakin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(104)-43/2016 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, həmçinin sonuncu qərardan kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(102)-791/2016 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Bundan sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı icra edilməsi üçün DSMF-nin Gəncə şəhər Nizami şöbəsinə göndərilmiş, lakin cavabdeh orqan tərəfindən məhkəmənin qeyd olunan qərarı düzgün şəkildə icra edilməmiş, onun pensiyası düzgün hesablanmamışdır. İddiaçının hesablamalarına görə ona təxminən 8000 (səkkiz min) manatdan artıq pul ödənilməli idi, lakin cavabdeh orqan tərəfindən pensiyasında yaranmış fərq düzgün hesablanmamış və ona cəmi 3490,88 manat pul ödənilmişdir. Bununla bağlı iddiaçı dəfələrlə cavabdeh orqana şifahi və yazılı şəkildə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul edərək bildirdi ki, ekspert rəyinə uyğun pensiya fərqi hesablanıb ödəniləcəkdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin xx.xx.2009-cu il tarixdən ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Gəncə şəhər Nizami şöbəsinə həvalə edilməsi qərara alınmışdır. -Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(104)-43/2016 nömrəli qərarının surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(102)- 791/2016 nömrəli qərarının surətindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(104)-43/2016 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami şöbəsinin xx.xx.2016-cı il tarixli, 50/5646 nömrəli məktubunun surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı icra olunmuş və İddiaçı xx.xx.2007-ci il ildən xx.xx.2009-cu il ilə qədər 3490,88 manat əmək pensiyasında yaranmış məbləğ fərqi hesablanmış və ödənilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Gəncə şəhər Nizami şöbəsinin xx.xx.2018-ci il tarixli, **********0 nömrəli arayışının surətindən görünür ki, DSMF-nin Gəncə şəhər Nizami şöbəsi tərəfindən İddiaçı 2010-cu ilin noyabr-dekabr ayları üzrə ümumilikdə 667.62 manat, 2011-ci il üzrə ümumilikdə 3577,23 manat, 2012-ci il üzrə ümumilikdə 2201,16 manat, 2013-cü il üzrə ümumilikdə 2274,12 manat, 2014-cü il üzrə ümumilikdə 2422,80 manat, 2015-ci il üzrə ümumilikdə 2439,96 manat, 2016-ci il üzrə ümumilikdə 6090,40 manat, 2017-ci il üzrə ümumilikdə 5373,76 manat və 2018-ci ilin yanvar-iyul ayları üzrə ümumilikdə 2566,13 manat məbləğində pensiya ödənişi edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə İddiaçı xx.xx.2007-ci il tarixdən 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin xx.xx.2009-cu il tarixdən ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Gəncə şəhər Nizami şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan qərar icraya yönəldikdən sonra cavabdeh tərəfindən həmin qərarın icra olunduğu bildirilərək iddiaçıyaxx.xx.2007-ci il ildən xx.xx.2009-cu il ilə qədər 3490,88 manat əmək pensiyasında yaranmış məbləğ fərqinin hesablanaraq ödənildiyi qeyd olunmuşdur. İddiaçı isə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2- 1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə ona ödənilməli olan pensiya fərqinin qanunun tələblərinə uyğun hesablanmadığını iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunanlara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə tərəfindən mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılması zərurəti nəzərə alınaraq xx.xx.2018-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və aparılmış tədqiqatın nəticəsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11975 nömrəli ekspert rəyində əks olunmuşdur və həmin rəyə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində pensiyası aşağıdakı qaydada hesablanmalıdır: -xx.xx.2007-ci il tarixdən b/h 50 +s/h 60.29 + psk 8.67 = 118,96 manat; -xx.xx.2008-ci il tarixdən b/h 60 + s/h 70.36+ psk10.12 = 140.48 manat; -xx.xx.2008-ci il tarixdən b/h 75 + s/h 70.36 + psk 10.12 =155.48 manat; -xx.xx.2009-cu il tarixdən b/h 85 + s/h 85 + psk 12.22 =182.22 manat. Beləliklə qeyd olunan rəylə İddiaçı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə pensiya fərqinin düzgün hesablanmaması və həmin fərq məbləğinin 380,29 (3871,17-3490,88) manat məbləğində az hesablanması müəyyən olunmuşdur. Göründüyü kimi qeyd olunan ekspert rəyində yalnız xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövr ərzində düzgün hesablanmamış pensiya fərqi müəyyən edilmiş, xx.xx.2009-cu il tarixdən ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqi isə müəyyən edilməmişdir. Bundan sonra məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və aparılmış tədqiqatın nəticəsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1677 nömrəli ekspert rəyində əks olunmuşdur və həmin rəyə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən sonrakı dövrə pensiyası aşağıdakı qaydada hesablanmalıdır: -xx.xx.2010-cu il tarixdən b/h 75 + s/h 58,56 + y/h 11,56 =145,12 manat; -xx.xx.2010-cu il tarixdən b/h 85 + s/h + y/h 11,56 =155,12 manat; -xx.xx.2011-ci il tarixdən b/h 85 + s/h 61,89 + y/h 12,21 =159,10 manat; -xx.xx.2011-ci il tarixdən b/h 85 + s/h 62,08 + y/h 12,21 =159,29 manat; -xx.xx.2012-ci il tarixdən b/h 85 + s/h 67,71 + y/h 13,17 =165,15 manat; -xx.xx.2013-cü il tarixdən b/h 85 + s/h 67,71 + y/h 13,31 =166,02 manat; -xx.xx.2013-cü il tarixdən b/h 100 + s/h 67,71 + y/h 13,31 =181,02 manat; -xx.xx.2014-cü il tarixdən b/h 100 + s/h 69,34 + y/h 13,63 =182,97 manat; -xx.xx.2015-ci il tarixdən b/h 100 + s/h 70,31 + y/h 13,82 =184,13 manat; -xx.xx.2016-cı il tarixdən b/h 100 + s/h 73,12 + y/h 156,25 =329,37 manat; -xx.xx.2016-cı il tarixdən b/h 110 + s/h 73,12 + y/h 156,25 =339,37 manat; -xx.xx.2017-ci il tarixdən b/h 110 + s/h 82,18 + y/h 175,62 =367,80 manat; -xx.xx.2018-ci il tarixdən 388,76 manat; -xx.xx.2019-cu il tarixdən 400,13 manat; -xx.xx.2020-ci il tarixdən 466,90 manat. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həqiqətən də İddiaçı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə pensiya fərqi cavabdeh orqan tərəfindən düzgün hesablanmamışdır. Qeyd olunan fakt cavabdehin nümayəndəsinin ekspert rəyinə uyğun pensiya fərqinin hesablanıb ödəniləcəyi barədə etirafı ilə də öz təsdiqini tapır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Buna görə də hazırki mübahisə üzrə pensiyanın yenidən hesablanması iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə iddiaçıya ödənilməli olan pensiya fərqi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11975 nömrəli və xx.xx.2020-ci il tarixli, 9/1677 nömrəli ekspert rəylərinə uyğun hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, xx.xx.2019-cu il tarixli, 11975 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat, xx.xx.2020-ci il tarixli, 9/1677 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri isə 150 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspert rəylərinin verilməsi ilə bağlı ekspertiza xərci (cəmi 295 manat) cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-1266/2015 nömrəli qərarı ilə müəyyən edilmiş müddətlər üzrə İddiaçı ödənilməli olan pensiya fərqi xx.xx.2007-ci il tarixdən 118,96 manat; xx.xx.2008-ci il tarixdən 140.48 manat; xx.xx.2008ci il tarixdən 155.48 manat; xx.xx.2009-cu il tarixdən 182.22 manat; xx.xx.2010-cu il tarixdən 145,12 manat; xx.xx.2010-cu il tarixdən 155,12 manat; xx.xx.2011-ci il tarixdən 159,10 manat; xx.xx.2011-ci il tarixdən 159,29 manat; xx.xx.2012-ci il tarixdən 165,15 manat; xx.xx.2013-cü il tarixdən 166,02 manat; xx.xx.2013-cü il tarixdən 181,02 manat; xx.xx.2014-cü il tarixdən 182,97 manat; xx.xx.2015-ci il tarixdən 184,13 manat; xx.xx.2016-cı il tarixdən 329,37 manat; xx.xx.2016-cı il tarixdən 339,37 manat; xx.xx.2017ci il tarixdən 367,80 manat; xx.xx.2018-ci il tarixdən 388,76 manat; xx.xx.2019-cu il tarixdən 400,13 manat; xx.xx.2020-ci il tarixdən 466,90 manat hesablanması və ödənilməmiş fərq məbləğinin ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialının üzərinə qoyulsun. 295 (iki yüz doxsan beş) manat ekspertiza xərci Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Nizami rayon filialından tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar