Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-7/2021 08.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, X1 Cavabdehnə qarşı (üçüncü şəxs “X12” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X4 (bundan sonar mətndə iddiaçı) Cavabdehnə (bundan sonar mətndə cavabdeh) qarşı (üçüncü şəxs “X12” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) xx.xx.2019cu il tarixdə iddia ərizəsi ilə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində dəymiş maddi ziyana görə kompensasiyanın Cavabdehndən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzbati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-420/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyriyaşayış binasının orta bazar qiyməti 250.000 (iki yüz əlli min manat), sokülmə nəticəsində dəymiş ziyanın məbləği isə 150.000 (yüz əlli min) manat olaraq müəyyən edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-420/2019 nömrəli qərardadı ilə iddiaçının vəkilinin və nümayəndəsinin iddianın dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-420/2019 nömrəli qərardadı ilə “X12” MMC (bundan sonar mətndə üçüncü şəxs) iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-15/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonar mətndə üçüncü şəxs) iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışlarla həmçinin qeyri-yaşayış binalarının altında olan torpaq sahələrinin də, iddiaçının xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. 2016-cı ilin iyun ayında iddiaçının əmlakı Gəncə Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən qanunsuz olaraq uçurdulmuş və bununla da, ona maddi ziyan dəymişdir. Orta hesablamalara görə iddiaçıya cavabdeh tərəfindən ən azı 350.000 (üç yüz əlli min) manat ziyan dəymişdir. Bununla bağlı iddiaçı dəfələrlə Cavabdehnə müraciət etədərək, ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Sonuncu isə bundan imtina etmişdir. Cavabdehin hərəkətini qənunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. X2 şifahi məhkəmə baxışı iclasına gəlməmiş, Cavabdeh, üçüncü şəxslər “X12” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə nümayəndələrinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə X1, Cavabdeh, üçüncü şəxslər “X12” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələrinin iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək 350.000 (üç yüz əlli min) manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir, lakin həmin ziyanın nədən əmələ gəlməsini və həqiqətəndə sözügedən qeyriyaşayış binasının cavabdeh tərəfindən söküldüyünü sübuta yetirə bilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 13808547 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - cavabdehin xx.xx.2018-ci il tarixli, 03/223 nömrəli imtina məktubunun surəti; - RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarıışın surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus qeyr-yaşayış binasının Cavabdeh tərəfindən söküldüyünü və bunun nəticəsində ona 350.000 (üç yüz əlli min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, həmin qeyri-yaşayış binasının Cavabdeh tərəfindən söküldüyünü və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, 03/223 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyriyaşayış binası Cavabdeh tərəfindən sökülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında tikilinin cavabdeh tərəfindən sökülmədiyini, bununla bağlı heç bir göstəriş (sərəncam) verilmədiyini bildirmiş, iddiaçı tərəfindən isə əksini sübut edən dəlillər iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında tikilinin inzibati orqan tərəfindən sökülməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı dəlillərinə hüquqi qiymət verildiyindən, həmin hissə ilə əlaqəli olan mənəvi zərərin ödənilməsi hissəsinin təmin edilməməsinə dair əlavə əsaslandırılmaya ehtiyac qalmamışdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, X1 Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: X1 Cavabdehnə qarşı (üçüncü şəxs “X12” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) Gəncə şəhəri, Kəpəz rayonu, X13 prospekti 88B ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi nəticəsində dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-7/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-7/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver