Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-7/2022 15.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) qeydiyyatın ləğvi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı1 MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınan xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1458/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Yevlax şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 230 saylı sərəncamından göründüyü kimi Yevlax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 116 saylı qərarı ilə biznes-ticarət mərkəzinin, maye-qaz və yanacaq doldurma məntəqəsinin və s. tikintisi üçün Yevlax-Gəncə avtomobil yolunun cənubqərbində yerləşən boş və istifadəsiz ərazidən 16,27 ha torpaq sahəsi İddiaçı1 MMCnin xüsusi mülkiyyətinə verilmiş (satılmış) və qeyd olunan sərəncamın 2-ci bəndi ilə qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. İddiaçı1 MMC-yə satılan həmin torpaq sahəsi yerləşən Yevlax-Gəncə (Bakı-Ələt-Gəncə) avtomobil yolunun Yevlax şəhərinə düşən hissəsinin sağ və sol hissələri Yevlax şəhər təsərrüfatına və Yevlax şəhər yerquruluşu planına salınaraq Yevlax şəhərində yerləşən Gömrük, Fövqəladə Hallar, Vergilər, İqtisadiyyat və Sənaye, ƏMDK və sairə Komitə və Nazirliklərin regional idarələri, bir sıra müəssisə, təşkilat, otel, avtovağzal kompleksi, məcburi köçkünlər üçün şəhərcik, həmçinin də İddiaçı1 MMC-nin inşa etdidiyi qeyri-yaşayış sahələri həmin yolun sağ və sol hissələrində inşa edilərək yola Bakı prospekti adı verilmişdir. MH seriyalı ******* nömrəli çıxarışdan və AA seriyalı 001540 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 116 saylı Qərarı ilə “Delfin" MMC-nin adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin ünvanı (olduğu yer və yerləşdiyi ərazi) Yevlax şəhəridir. Torpaq sahəsinin planı və ölçüsünün 3-cü səhifəsində yerləşən torpaq sahəsinin cizgi planından da görünür ki, torpaq sahəsi hazırda Yevlax şəhəri Bakı prospekti adlanan Yevlax-Gəncə avtomobil yolunun cənub-qərbində yerləşir. Hazırda iddiaçı “Delfin" MMC-yə məxsus Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanda yerləşən yanacaq doldurma məntəqəsi Rusiyanın “Lukoil” neft şirkətinə icarəyə verilmişdir. Şirkət yanacaqdoldurma məntəqəsində uğurla fəaliyyət göstərir. Son vaxtlar ünvan 3 ünvanında yaşayan Yevlax şəhər sakini iş üzrə üçüncü şəxs X4 adlı şəxs cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən onun adına verilən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,03 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə İddiaçı1 MMC-yə məxsus “Lukoil” neft şirkətinin istifadəsində olan yanacaq doldurma məntəqəsinin ərazisinə daxil olub məntəqənin işlək ərazisinin 0,03 ha sahəsinin ona məxsus olduğunu bildirərək söyüş və təhqiredici ifadələr işlədib məntəqənin tərk edilməsini tələb edir. Üçüncü şəxsə məxsus çıxarışdan görünür ki, ona Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin verdiyi torpaq sahəsi Bəyimsarov kənd ərazisinə aid torpaq sahəsinə, İddiaçı1 MMC-yə aid torpaq sahəsi isə Yevlax şəhər ərazisinə aid torpaq sahəsidir. Cavabdeh idarənin mütəxəssisləri mübahisəli qeydiyyatı əraziyə baxış keçirmədən Tərtər ərazisi adı ilə Yevlax şəhər ərazisində qeydiyyat aparıldığını etiraf edirlər. 3-cü şəxsə aid Torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatlarının ərazinin koordinatlarına uyğun olmaması da bu halı sübut edir. Cavabdeh idarənin mütəxəssisləri heç əraziyə getmədən də hər bir mütəxəssisin iş stolunun üstündə olan kompyuter vasitəsi ilə Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil olub, rəqəmsal kadastr xəritəsini açıb ərazinin Tərtər rayonunun yox, Yevlax şəhərinin ərzsi olduğunu müəyyənləşdirə bilərdilər. iddia ərizəsinə əlavə olunan Yevlax şəhərinin "xxxx" MMC-nin mülkiyyətində olan - **********3 reyestr nömrəli torpaq sahəsi də daxil olan cənub-qərb ərazisinin rəqəmsal kadastr xəritəsindən aydın görünür ki, Yevlax şəhərində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınan bütün torpaq sahələrinin reyestr nömrələri 901 rəqəmi ilə başlayır. 3-cü şəxsə aid torpaq sahəsinin reyester nömrəsi 611 rəqəmi ilə başlayır. Göründüyü kimi ərazinin rəqəmsal kadastr xəritəsi ilə də 3-cü şəxsə aid torpaq sahəsinin Yevlax şəhər ərazisində yerləşmədiyi sübut olunur. Əvəllər ərazi Tərtər rayonunun ərazisi olub. Yevlax rayonunun ərazisi də Tərtər şəhərinə axın olub. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006 tarixli 96-İİİ Q saylı Fərmanı və Mili Məclisinin müvafiq qərarı ilə təsdiqlənən Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Qanununun İ hissəsinə əsasən Yevlax şəhərinə yaxın Tərtər rayonunun ərazisi, Tərtər şəhərinə yaxın Yevlax rayonunun ərazisi ilə dəyişdirilib. Bu dəyişdirmədən sonra həmin ərazidən 16,27 ha torpaq sahəsi Yevlax Bələdiyyəsinin xx.xx.2006 tarixli 116 saylı qərarı ilə "xxxx" MMC-yə satılıb. Yevlax şəhər icra Hakimiyyətinin xx.xx.2006 tarixli 230 saylı Sərəncamı ilə "xxxx" MMC-yə satın aldığı həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilib. 2006-2008-ci illərdə torpaq sahəsində tikinti işləri aparılıb. 2007- 2008-ci illərdə tikililər başa çatıb və DƏDRX-də qeydə alınıb. Cavabdeh isə 3-cü şəxsin adına 0,3 ha torpaq sahəsinin qeydiyyatını 2006-cı ildə Yevlax rayon unun ərazisindən Tərtər rayonuna verilən (dəyişdirilən) ərazidə apara bilərdi. Cavabdeh 2006-cı ildən iddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində 3-cü şəxsin adına mübahisəli qeydiyyat aparmaqla MMC-nin mülkiyyət hüququnu pozmuşdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 MMC-nin əsl İddiaçı2 ilə əvəz edilmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 0,60 ha sahə Yevlax bələdiyyəsinin xx.xx.2006-cıil tarixli qərarı ilə verilmiş 16,27 ha sahənin daxilindədir və sonradan ayrı şəkildə çıxarış verilib. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, eyni sahəyə 2 fərqli çıxarışların verilməsinin səbəbi o olmuşdur ki, xidmət 2006-cı ildə yaranmışdır, sahənin inzibati bölgüsü ilə bağlı bazada məlumat olmadığına görə sahənin əvvəllər digər subyektin adına qeydə alınması bəlli olmamışdır. Üçüncü şəxsin vəkili Vəkil2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədlər qüvvədə olduğu halda çıxarışın ləğvi tələbi mümkünlük şərtlərinə cavab vermir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- -23 avqust 2005-ci il tarixli, JN-0693 KOD 61100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının məzmunundan görünür ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə X2 verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2015-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. -Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2006-cı il tarixli, 230 nömrəli sərəncamından görünür ki, İddiaçı1 rəhbərliyinin müraciəti nəzərə alınmış, Yevlax bələdiyyəsinin 26 oktyabr 2006-cı il tarixli, 116 nömrəli qərarı ilə İddiaçı1 MMC-nin mülkiyyətinə verilmiş 16.27 hektar torpaq sahəsində tərtib olunmuş layihə əsasında, neft məhsullarının və maye qazın satışı üçün yanacaq doldurma məntəqələrinin, avtomobillərin satışı, sərgisi salonunun, “Motel” və bank binalarının avtoservis xidməti sexlərinin və ağır tonajlı maşınların dayanacağı stansiyasının tikintisinə icazə verilməsi qərara alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı1 mülkiyyətində olan, Yevlax şəhəri, Bakı prospektində 0.08788 ha torpaq sahəsində yerləşən 2 girişli, 34 otaqlı, 867.27 kv.m ümumi, 725.61 kv.m əsas, 141.66 kv.m köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası (Biznes-ticarət mərkəzi) tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdə İddiaçı1 MMC-nin adına qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən 203.61 kv.m ümumi, 170.64 kv.m əsas, 32.97 kv.m köməkçi sahədən ibarət daşınmaz əmlak xx.xx.2008-ci il tarixdə İddiaçı1 MMC-nin adına qeydiyyata alınmışdır. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Yevlax şəhərində yerləşən 15.50412 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında xx.xx.2008-ci il tarixdə İddiaçı1 MMC-nin adına qeydiyyata alınmışdır. -xx.xx.2020-ci il tarixli, ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən ümümi sahəsi 203.70 kv.m-dən ibarət daşınmaz əmlak İddiaçı2 adına qeydiyyata alınmışdır. -"xxxx" MMC-nin Mngəçevir Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli, 202 nömrəli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX 0723212, **********12 reyestr nömrəsi ilə X1 xüsusi mülkiyyət hüququ ilə mülkiyyət hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatları, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya MH 005033. **********80-12301 reyestr nömrəsi ilə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmış elektron bazada göstərilən 0.60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. -"xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Tərtər rayonu Bəyimsarov təsərrüfatının kompleks yerquruluşu layihəsində qeydə alınmış “Torpağa mülkiyyət hüququna dair” JN-0693 kod 61100028 nömrəli Dövlət Aktında göstərilən 0.03 ha torpaq sahəsinin yerləşmə mövqeyinin koordinatları ilə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterinin ********** saylı Reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinə verilmiş A 008508 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlar eynilik təşkil edir. Beləliklə, müəyyən olunur ki, Yevlax şəhəri, Bakı prospekti, 27 ünvanında olan 0.60 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 203.61 kv.m olan daşınmaz əmlak xx.xx.2008-ci il tarixdə İddiaçı1 MMC-nin adına qeydiyyata alınaraq MH seriyalı, ******* nömrəli çıxarış verilmiş, sonradan sözügedən əmlak İddiaçı2 satılmış və xx.xx.2020-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 10 saylı qərarı ilə 0.03 ha torpaq sahəsi X2 verilmiş, sözügedən torpaq sahəsinə dair 23 avqust 2005-ci il tarixli, JN-0693 KOD 61100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və həmin torpaq sahəsi üzərində X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı, xx.xx.2015-ci il tarixli, ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hazırki tələblə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınan xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli qeydiyyatın ləğv edilməsini tələb etmişdir. Mübahisənin həlli məqsədilə iş üzrə verilmiş mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya RX 0723212, **********12 reyestr nömrəsi ilə X1 xüsusi mülkiyyət hüququ ilə mülkiyyət hüquqları qeydiyyata alınmış 0.03 ha torpaq sahəsinin A № 008508 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədindəki koordinatları, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində seriya MH 005033, **********80-12301 reyestr nömrəsi ilə iddiaçı "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmış elektron bazada göstərilən 0.60 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qeyd olunmalıdır ki, üçüncü şəxsin adına verilmiş və hazırda mübahisələndirilən xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli çıxarışın verilməsinə əsas Tərtər rayonu Bəyimsarov bələdiyyəsinin 19 oktyabr 2004-cü il tarixli, 10 saylı qərarı və həmin qərar əsasında verilmiş 23 avqust 2005-ci il tarixli, JN-0693 KOD 61100028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan sənədlər (bələdiyyə qərarı və müvafiq dövlət aktı) qüvvədə olduğu halda üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi tələbinə mahiyyəti üzrə baxılması mümkün deyil. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğvi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-7/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-7/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver