Məhkəmə qərarları › İş №2-1(114)-70/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-70/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-70/2020 20.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24rşı (üçüncü şəxslər X13 və X21) çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X18 (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X32 (bundan sonra mətndə cavabdeh) tərəfindən verilən xx xxxx 2019-cu il tarixli, **********78 saylı imtina cavabının əsassız hesab edilməsi, torpağın mülkiyyətə verilməsinə dair YN-508A saylı şəhadətnaməyə və xx.xx.2008-ci il tarixli, 4Ə-03-249 saylı alqı-satqı müqaviləsinə əsasən satın aldığı Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.11 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair YN- 508A saylı şəhadətnaməyə əsasən X14 məxsus olmuş Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.11 ha torpaq sahəsini xx.xx.2008-ci il tarixdə Samux rayon Dövlət Notariat Kontorunda 4Ə-03-249 saylı reyestr nömrəsi ilə təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X2 almışdır. xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2019-cu il tarixli, **********78 saylı cavab məktubunda ərizənin icrasından imtina edilərək, güya YN-508A saylı şəhadətnamənin X17 ilə yanaşı digər üç ailə üzvlərinə məxsus olduğu və onların tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satılması göstərilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə X13 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iclasında iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər və iddiaya dair münasibət bildirməmişlər. Məhkəmə araşdırmasının predmetini xx.xx.2019-cu il tarixli imtina məktubu, xx.xx.2008-ci il tarixli, 1147 nömrəli arayış, xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi, torpağın mülkiyyətə verilməsinə dair JN-508A (kod 50707028) nömrəli şəhadətnamə, xx.xx.2019-cu il tarixli, **********94 nömrəli etiraz, X21 ilə X17 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, X13 ilə X21 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, X5 adına verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış, xx.xx.2020-ci il tarixli 24 nömrəli mütəxəssis rəyi, Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinin xx.xx.2020-ci il tarixli, **********82 nömrəli məktubu və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********72 nömrəli məktubu təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********72 nömrəli məktubundan görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0,11 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-508A saylı şəhadətnamə X9, X6, X15 və X10 ümumi birgə mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmişdir. Göründüyü kimi X9 tək öz adına aldığı JN-508A (kod: 50707028) nömrəli dövlət aktı ilə İddiaçı satdığı torpağa dair şəhadətnamə baza məlumatlarında yoxdur. Cavabdeh xx.xx.2019-cu il tarixli **********78 nömrəli imtina məktubunda Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən Samux rayon X16 xx.xx.1999-cu il tarixli 03 saylı qərarına əsasən 0,11 ha torpağın mülkiyyətə verilməsinə dair JN-508A saylı şəhadətnamənin X9 və digər 3 ailə üzvünün adlarına işlənildiyi və həmin torpaq sahəsinin onlar tərəfindən xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən digər şəxsə satıldığı göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********94 nömrəli etirazda Samux rayon X16 xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə verilmiş 0,11 ha torpaq sahəsi ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-508A saylı şəhadətnamənin X9 və onun ailə üzvləri X6, X15 və və X10 adlarına işlənildiyi, həmin torpaq sahəsinin Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-2775 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3, Pərzad Hacıyevanın isə Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4Ə-2799 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,11 ha torpaq sahəsini X1 və sonuncunun adına xx.xx.2018-ci il tarixli, **********88 reyestr nömrəli çıxarışın verilməsi göstərilmişdir. xx.xx.2020-ci il tarixli 24 nömrəli mütəxəssis rəyində 1-ci sual üzrə Samux rayon Ziyadlı kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən hər iki şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsinin eyni torpaq sahəsi olduğu, 3-cü sual üzrə araşdırma zamanı iddiaçının istifadəsində olan 0,1225 ha (1225.00 kv.m) torpaq sahəsi, X14 məxsus JN-508A saylı (kod: 50707028) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi göstərilmişdir. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi iddiaçının Yelmar Məmmədovdan xx.xx.2008-ci il tarixdə alqı-satqı müqaviləsilə əldə etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndində deyilir ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.3-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı, qanunvericiliklə müəyyən edilmiş digər sənədlər və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mütəxəssis rəyinin verilməsinə dair çəkilən 67,20 (altımış yeddi manat 20 qəpik) manat xərc iddiaçıya aid edilməlidir (İPM-in 110.1-ci maddəsi). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X28 «üçüncü şəxslər X13 və X21» qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. İş üzrə aparılmış mütəxəssis rəyinin verilməsinə dair çəkilən 67,20 (altımış yeddi manat 20 qəpik) manat xərc iddiaçı X11 tutularaq Kapital Bank ASC-in Xətai filialı, filial kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerqur Layihə TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar