Məhkəmə qərarları › İş №2-1(114)-7014/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-7014/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-7014/2025 26.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı Məmmədəli oğlunun iştirakı ilə, İddiaçı Məmmədəli oğlunun Cavabdehnə qarşı doğum haqqında akt qeydində ad qrafasında “Ədil” adının “Adil” olaraq, ata adı qrafasında “Məmmədalı” qeydinin “Məmmədəli” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Məhkəmə mübahisəsi:

1. İddiaçı Məmmədəli oğlu (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçı özünə məxsus doğum haqqında akt qeydində dəyişiklik edilməsi barədə ərizə ilə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5xx-xx-5290/2025 nömrəli məktubunda bildirmişdir ki, dəyişiklik etmək üçün əsas olan sənədləri olmadığı üçün Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1956-cı il tarixli 91 nömrəli doğum haqqında akt qeydində məlumat qrafasında "X19" oğlunun "İddiaçı Məmmədəli" kimi dəyişiklik edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli gərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"ın 2-ci maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, dəyişiklik etmək üçün əsas olan sənədləri olmadığı üçün Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyində qeyd edilmiş xx.xx.1956-cı il tarixli 91 nömrəli doğum haqqında akt qeydində məlumat qrafasında "X19" oğlunun "İddiaçı Məmmədəli" kimi dəyişiklik edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydində ad qrafasında “Ədil” adının “Adil” olaraq, ata adı qrafasında “Məmmədalı” qeydinin “Məmmədəli” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçta təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə məhkəmədə qeydiyyata alınmışdır.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus bütün sənədlərdə kimliyi “İddiaçı Məmmədəli oğlu” kimi qeyd edilmişdir. Hazırda ona məlum olmuşdur ki, doğum akt qeydində adı “Ədil”, ata adı isə “Məmmədalı” kimi qeyd edilir. Bu səbəbdən də iddiaçı müəyyən sənədləşmə işləri apararkən çətinliklə üzləşir. Bu səbəbdən ona məxsus doğum haqqında akt qeydində düzəliş edilməsi, adının “Adil”, ata adının “Məmmədəli” olaraq düzəldilməsi zərurəti yaranmışdır. Həmin tələblə bağlı cavabdehə müraciət etmiş, lakin qeyd edilən düzəlişin edilməsindən imtina olunmuşdur.

7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən:

9. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-69-4929/2025 nömrəli arayışına əsasən İddiaçı Məmmədəli oğlu (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1956-cı il tarixdə Tovuz rayon Yuxarı Öysüzlü kənd icra nümayəndəliyində 91 nömrəli haqqında akt qeydi tərtib olunmuşdur. Ata qrafasında X5, ana qrafasında X11 qeyd edilmişdir.

10. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1982-ci il tarixdə verilmiş İİ-ЖГ seriyalı 452495 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən xx.xx.1956cı il təvəllüdlü iddiaçı ilə xx.xx.1957-cü il təvəllüdlü Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini X2 ilə nikahlarını xx.xx.1982-ci il tarixdə bağlamış, bu barədə Tovuz rayon Yuxarı Öysüzlü kənd sovetində 5 nömrəli nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada Sadıqova soyadı verilmişdir.

Məhkəmə sorğusu əsasında əldə edilən sənədlərə əsasən:

11. X6 xx.xx.1953-cü il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1953-cü il tarixdə 65 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında kolxozçu 47 yaşlı X5, ana qrafasında kolxozçu 43 yaşlı X11 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 5 sağ uşağı var. Doğum haqqında Sadıqova Navat məlumat vermişdir.

12. X7 xx.xx.1956-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1956-cı il tarixdə 91 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında 50 yaşlı X5, ana qrafasında X11 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 6 sağ uşağı var. Doğum haqqında Sadıqova Navat məlumat vermişdir.

13. Maraqlı şəxs1 Məmmədalı oğlu xx.xx.1959-cu il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1959-cu il tarixdə 135 nömrəli doğum akt qeydi tərtib edilmiş, ata qrafasında 51 yaşlı X5, ana qrafasında kolxozçu 46 yaşlı X12 qeyd edilmişdir. Bu uşaq da daxil olmaqla valideynlərin 7 sağ uşağı var. Doğum haqqında X12 məlumat vermişdir.

14. xx.xx.1959-cu il təvəllüdlü Maraqlı şəxs1 xx.xx.2013-cü il tarixdən Bakı-Nizami RPŞ tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir.

15. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məmmədəli oğlu ilə xx.xx.1957-ci il təvəllüdlü X2 nikahlarını xx.xx.1982-ci il tarixdə bağlamış, bu barədə Tovuz rayon Yuxarı Öysüzlü kənd sovetində 5 nömrəli nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir.

16. X14 xx.xx.1984-cü il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1985-ci il tarixdə 5 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında 28 yaşlı İddiaçı Məmmədəli oğlu, ana qrafasında 27 yaşlı X2 qeyd edilmişdir. Doğum haqqında İddiaçı Məmmədəli oğlu məlumat vermişdir.

17. Maraqlı şəxs2 xx.xx.1987-ci il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1987-ci il tarixdə 56 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında 30 yaşlı İddiaçı Məmmədəli oğlu, ana qrafasında 30 yaşlı X2 qeyd edilmişdir. Doğum haqqında İddiaçı Məmmədəli oğlu məlumat vermişdir.

18. xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2003-cü il tarixdə Tovuz RPŞ tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir.

19. X15 xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, bu barədə xx.xx.1990-cı il tarixdə 56 nömrəli akt qeydi tərtib edilmiş, ata qrafasında 33 yaşlı İddiaçı Məmmədəli oğlu, ana qrafasında 33 yaşlı X2 qeyd edilmişdir. Doğum haqqında İddiaçı Məmmədəli oğlu məlumat vermişdir.

20. xx.xx.1898-ci il təvəllüdlü X5 xx.xx.1986-cı il tarixdə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində vəfat etmiş, bu barədə xx.xx.1986-cı il tarixdə 19 nömrəli akt qeydi tərtib edilmişdir.

21. xx.xx.1904-cü il təvəllüdlü X8 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2009-cu il tarixdə 1 nömrəli akt qeydi tərtib edilmişdir.

22. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2026-cı il tarixli, 18/2-572/26 nömrəli məktubuna əsasən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Məmmədəli oğlu xx.xx.2006-cı il tarixdən hazıradək Tovuz rayonu, Yuxarı-Öysüzlü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.1956-cı il təvəllüdlü X3 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat yoxdur.

23. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli, 3-48-44RA/2-03/2026 nömrəli məktubu ilə təqdim edilmiş Tovuz rayon Yuxarı Öysüzlü kənd ZDS İcraiyyə Komitəsinin 1966-1968-ci illərə və 1977-1979-cu illərə dair təsərrüfatbaşına kitablardan çıxarışa əsasən: • Sadıqov M.Ali Şəkər oğlunun 1967-ci il üzrə təsərrüfatında arvadı – 1904-cü il təvəllüdlü X11, qızı – xx.xx.1950-ci il təvəllüdlü Sadıqova Tahirə M.Ali qızı, oğlu – xx.xx.1953-cü il təvəllüdlü Sadıqov Şəkər M.Ali oğlu, oğlu – xx.xx.1956-cı il təvəllüdlü Sadıqov Ədil M.Ali oğlu, oğlu – xx.xx.1959-cu il təvəllüdlü Maraqlı şəxs1 M.Ali oğlu; • 1977-1979-cu il üzrə X1 təsərrüfatında arvadı – 1904-cü il təvəllüdlü X11, oğlu – xx.xx.1953-cü il təvəllüdlü X6, oğlu – xx.xx.1956-cı il təvəllüdlü X7, oğlu – xx.xx.1959-cu il təvəllüdlü Maraqlı şəxs1 Məmmədalı oğlu, gəlini – 1955-ci il təvəllüdlü X18, nəvəsi – xx.xx.1977-ci il təvəllüdlü X13 olmuşdu

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli, 3-16-5/2-30491/2025 nömrəli məktubuna əsasən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1898-ci il təvəllüdlü X5 (xx.xx.1986-cı ildə vəfat etmişdir) ilə xx.xx.1904-cü il təvəllüdlü X12 (xx.xx.2009-cu ildə vəfat etmişdir) olan xx.xx.1956-cı il təvəllüdlü Ədil Sadıqovun, xx.xx.1953-cü il təvəllüdlü Şəkər Sadıqovun və xx.xx.1959-cu il təvəllüdlü Maraqlı şəxs1 doğumunun Tovuz rayonunun Yuxarı Öysüzlü icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. İddiaçı Məmmədəli oğlu xx.xx.1957-ci il təvəllüdlü X4 ilə xx.xx.1982-ci ildə həmin icra nümayəndəliyində nikaha daxil olmuşdur. Bu nikahdan doğulmuş xx.xx.1984cü il təvəllüdlü Murquz Sadıqovun, xx.xx.1987-ci il təvəllüdlü Maraqlı şəxs2 və xx.xx.1990-cı il təvəllüdlü Nemət Sadıqovun doğumu adıçəkilən icra nümayəndəliyində qeydə alınmışdır.

Əsaslandırma hissəsi:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun şəxsiyyət vəsiqəsinə uyğun olaraq barəsində tərtib edilmiş doğum akt qeydində ad və ata adına düzəliş edilməsidir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 159.2-ci maddəsinə görə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, qeydiyyat aparılarkən məlumat səhv (qeyri-düzgün) daxil edilmiş olsun. Qanunverici vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi Məhkəmə araşdırması zamanı Qərarın təsviri hissəsində qeyd edilmiş sənədlərdən məlum olur ki, iddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun adı “Ədil”, ata adı “M.Alı”, iddiaçıya verilmiş şəxsiyyət vəsiqələrində və iddiaçının övladlarının doğum haqqında akt qeydində adı “Adil”, (iddiaçının) ata adı “Məmmədəli” kimi i göstərilmişdir. Göründüyü kimi, iddiaçıya məxsus bir çox sənədlərdə, eləcə də, vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verilən şəxsiyyət vəsiqəsində adı “Adil”, ata adı “Məmmədəli” kimi qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən dəlilləri inandırıcı və ağlabatandır. Belə olan halda iddiaçı ona aid doğum haqqında akt qeydində düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə xx.xx.1958-ci il tarixdə tarixli, 30 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Tovuz rayonu Yuxarı Öysüzlü kənd soveti tərəfindən xx.xx.1956-cı il tarixdə tərtib edilmiş 91 nömrəli doğum haqqında akt qeydində düzəliş edilərək ad qrafasında “Ədil” adının “Adil”, ata qrafasında “Məmmədalı” ata adının “Məmmədəli” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar