Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-702/2022 29.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı uşaqların soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin bnasında,şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 17.01.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, övladlarının soyadının “Türksoy” olaraq qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 18.07.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 03.05.2017-ci il təvəllüdlü X4 və 24.07.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı 13.01.2022-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət edərək, övladlarına “Türksoy” soyadının verilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehəə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 18.07.2016-cı il tarixli, AZ-İİ 126433 nömrəli “Nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin iyul ayının 18-cü günündə 626 nömrə ilə qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 29.11.2018-ci il tarixli, AZ-İİİ 190147 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X3 24.07.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin sentyabr ayının 27-ci günündə 2119 nömrə ilə qeyd edilmişdir. -surəti işə əlavə edilmiş 30.05.2017-ci il tarixli, AZ-İİİ 926513 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X4 03.05.2017-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ilin may ayının 30-cu günündə 1073 nömrə ilə qeyd edilmişdir. - Bərdə rayon Qeydiyyat şöbəsinin 31.12.2021-ci il tarixli, 824-05/15 nömrəli məktubundan görünür ki, iddiaçıın övladlarına “Türksoy” soyadın verilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı övladları 03.05.2017-ci il təvəllüdlü X4 və 24.07.2018-ci il təvəllüdlü X2 “Türksoy” soyadının verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -53.3-cü maddəsinə əsasən uşaqlarının soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşaqlarının valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşaqlarının mənafeyini nəzərə alaraq icazə verə bilər. -54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşaqlarının adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının:- -5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. -6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadın dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşaqlarının soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir və onun soyadına dəyişiklik edilməsinə isə valideynlərinin soyadları müxtəlif olduqda, eləcə də soyadın sonluğuna dəyişiklik edildikdə valideynlərin birgə xahişinə əsasən yol verilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçının soyadı “Quluyev”, arvadının soyadı isə “Vəlizadə”-dir, buna uyğun olaraq da valideynlərin razılığı ilə onların övladlarına atanın soyadı, yəni “Quluyev(a)” soyadı verilmişdir. Göründüyü kimi mövcud qanunvericiliklə uşaqlarının soyadına dəyişiklik edilməsi üçün konkret hallar və əsaslar müəyyən edilmişdir və hazırda iddiaçının tələbi həmin şərtlərə cavab vermir. Yəni hazırki halda iddiaçı övladlarının soyadının sonluğuna dəyişiklik deyil, bütövlükdə soyadın dəyişdirilməsini tələb edir ki, bu, mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı uşaqların soyadının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-702/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-702/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver