Məhkəmə qərarları › İş №2-1(114)-702/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-702/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-702/2023 10.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı yeni nikah haqqında akt qeydinin açılması və yeni nikah şəhadətnaməsinin verilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı1 ata adının nikah şəhadətnaməsində “Qəmbərəli oğlu”, İddiaçı2 isə nikah şəhadətnaməsində soyadının “Abdulayeva”, doğum tarixinin isə “xx.xx.1956-cı il” tarixi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların Ermənistan Respublikası Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli 08 saylı nikah şəhadətnaməsində kişi İddiaçı1 ata adı Qəmbər kimi, lakin Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsində isə Qəmbərəli kimi yazılmışdır. Həmçinin qadın İddiaçı2 doğum tarixi Ermənistan Respublikası Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1974-cü il tarixli 08 saylı nikah şəhadətnaməsində xx.xx.1956-cı il kimi qeyd edilmiş, lakin Gəncə RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli şəxsiyyət vəsiqəsində isə xx.xx.1956-cı il kimi yazılmışdır. Gürcüstan Respublikası Rustavi şəhər VVAQ Şöbəsi tərəfindən tərtib edilmiş 74 saylı xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamədə qadının soyadı Abdulayeva, Ermənistan Respublikası Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1974-cü il tarixli 08 saylı nikah şəhadətnaməsində isə qadının nikahdan əvvəlki soyadı Abdullayeva kimi yazılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı Ermənistan Respublikası Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1974-cü il tarixli, 08 saylı nikah şəhadətnaməsi əsasında yeni nikah akt qeydinin verilməsini, nikah akt qeydində İddiaçı1 Qəmbər oğlunun “İddiaçı1” kimi, X1 “X3” kimi göstərilməsi və sonuncunun doğum tarixinin “xx.xx.1956-cı il” göstərilməsini, yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıların ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 10 aprel 2023-cü il tarixə təyin edilmişdir İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.1966-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı1 ata adı “Qəmbərəli” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş xx.xx.1957-ci il tarixli “doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ata adı “Qəmbərəli” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş İİ-РЭ 222006 nömrəli xx.xx.1958-ci il tarixli “doğum haqqında” şəhadətnamədən görünür ki, Dilşad Mahmud qızının soyadı “Abdulayeva”, təvəllüdü isə “xx.xx.1956-cı il” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 doğulduğu tarix “xx.xx.1956” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ata adı “Qəmbərəli” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş Щ 010496 nömrəli diplomun surətindən görünür ki, İddiaçı1 ata adı “Qəmbərəli” kimi qeyd edilmişdir. -işə əlavə edilmiş Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən tərtib edilmiş İ- ЗЖ 314823 nömrəli, xx.xx.1974-ci il tarixli “nikah haqqında” şəhadətnamədən görünür ki, İddiaçı1 Qəmbər oğlu ilə xx.xx.1956-cı il təvəllüdlü X2 nikah bağlamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-4537/15 nömrəli məktubundan görünür ki, iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar arasında nikah bağlanmış və bu barədə nikah akt qeydləri kitabında 1974-cü ilin 09 ayının 30 günündə 8 nömrə ilə Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən qeydə alınmış və nikah haqqında şəhadətnamə verilmişdir. Lakin iddiaçılar İddiaçı1 həmin nikah şəhadətnaməsində ata adının yanlış olaraq “Qəmbər” kimi qeyd edildiyini, İddiaçı2 isə soyadının yanlış olaraq “Abdulayeva” əvəzinə “Abdullayeva” kimi, təvəllüdünün isə “xx.xx.1956-cı il” əvəzinə yanlış olaraq “xx.xx.1956-cı il” qeyd edildiyini bildirmişdir. İddiaçılar hazırda sözügedən yanlışlıqların aradan qaldırılaraq yeni nikah haqqında akt qeydinin açılması və yeni nikah şəhadətnaməsinin verilməsini tələb etsələr də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçıların hazırki hüquqi marağı nikah haqqında şəhadətnamədəki yanlışlıqların aradan qaldırılaraq yeni nikah haqqında şəhadətnamənin verilməsidir ki, bu səbəbdən də nikah akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. İddiaçılar tərəfindən təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı1 ata adı “Qəmbərəli” və Dilşad Mahmud qızı nikahdan əvvəlki soyadı “Abdulayeva”, təvəllüdü isə “xx.xx.1956-cı il”-dir. Məhkəmə hesab edib ki, iddiaçıların müraciətinin icra orqanı keçmiş Ermənistan SSR-nin varisi kimi Ermənistan Respublikasının müvafiq səlahiyyətli qurumlarıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçının doğumu Ermənistan SSR-də qeydə alınıb. İddiaçılar Azərbaycan Respublikasının vətəndaşı olduqları üçün hazırda məlum səbəblərdən Ermənistana gedə bilmirlər. Bu səbəbdən də, onlar, nikah akt qeydinin Azərbaycanda bərpa olunmasını istəyir. Bu cür bərpa üçün iddiaçıların əlində doğum akt qeydinin bərpasına əsas olan müəyyən sənədlər var. Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından iddiaçıların Azərbaycanda nikah akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Qeyd edilməlidir ki, iddiaçıları nikah haqqında akt qeydinin əldə edilməsinin mümkün olmaması onlar tərəfindən təqdim olunan məlumatların doğruluğunu şübhə altına almağa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hazırki halda iddiaçıların nikah haqqında akt qeydinin düzəliş edilərək bərpa edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -3.1-ci bəndində qeyd olunmuşdur ki, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -13-cü bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. -16-cı bəndində qeyd olunmuşdur ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. -18-ci bəndində qeyd olunmuşdur ki, ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı1 ata adının “Qəmbərəli” kimi, Dilşad Mahmud qızının soyadının “Abdulayeva”, təvəllüdünün isə “xx.xx.1956-cı il” kimi qeyd edilərək Oxçoqlinsk kənd soveti VVAQ bürosu tərəfindən tərtib edilmiş İ-ЗЖ 314823 nömrəli, xx.xx.1974-ci il tarixli nikah haqqında şəhadətnamə əsasında nikah akt qeydinin bərpa edilməsi, həmçinin bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı1 ata adının “Qəmbərəli” kimi, Dilşad Mahmud qızının soyadının “Abdulayeva”, təvəllüdünün isə “xx.xx.1956-cı il” kimi qeyd edilərək İ-ЗЖ 314823 nömrəli, xx.xx.1974-ci il tarixli nikah haqqında şəhadətnamə əsasında nikah akt qeydinin bərpa edilməsi, həmçinin bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional Cavabdehndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar