Məhkəmə qərarları › İş №2-1(114)-702/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-702/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-702/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tutulmuş sosial müavinətdən aparılan tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşa görə sosial müavinətindən aparılan tutulmanın dayandırılaraq bərpa olunması və müavinətindən tutulmuş 957 (doqquz yüz əlli yeddi) manat pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2020-ci il tarixədək hər ay təyin olunan müavinəti almışdır. 2020-ci ilin dekabr ayında müavinətimi ala bilməmişdir. DSMF-nin indiki Gəncə-Daşkəsən regional filialından buna səbəb kimi onun xx.xx.2020-ci il tarixdən aktiv vergi ödəyicisi olduğu bildirilmişdir. Halbuki, iddiaçı onun adına qeyd olunan VÖEN-nin açılması barədə vergi orqanlarına heç bir müraciət etməmiş, bu haqda ona vergi orqanları tərəfindən heç bir məlumat verilməmişdir. xx.xx.2022-ci il tarixindən iddiaçının aktiv vergi ödəyicisi kimi uçotunun dondurulduğu üçün yaşa görə müavinəti 27.012022-ci il tarixindən bərpa edilmişdir. 2022-ci ilin mart ayından başlayaraq aldığı müavinətdən hər ay 36 manat tutulmağa başlanılmış, DSMF-nin indiki Gəncə-Daşkəsən regional filialından bildirmişlər ki, aparılan tutmaya səbəb aktiv vergi ödəyicisi olduğu üçün xx.xx.2020-ci il tarixdənxx.xx.2021-ci il tarixədək onun yaşa görə müavinət məbləğində artıqödəmənin müəyyən olunmasıdır. Müavinətindən aparılan tutqunun dayandırılması və tutulan məbləğin geri ödənilməsi üçün 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının dövriyyəsi haqda arayış alaraq, Gəncə-Daşkəsən regional filialı vastəsilə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. Qeyd olunan xx.xx.2023-cü il tarixli **********725000 saylı arayışda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına dövriyyəsi barədə məlumatların təqdim edilməməsi müəyyən edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vüsal Alpaşayev 12 saylı Ərazi Vergilər Baş İdarəsindən xx.xx.2020-ci il tarixdən - xx.xx.2021 -c il tarixədək onun dövriyəsi haqqında yenidən arayış alaraq, Gəncə Daşkəsən regional filialı vasitəsilə DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərmişdir. xx.xx.2023-cü il tarixli **********497100 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi tutulan dövriyyəsi olmadığı müəyyən edilmişdir. Göründüyü kimi ikinci arayışın məzmunu DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən yuxarıda qeyd olunan, tələb edilən məzmuna tamamilə uyğundur. Lakin buna baxmayaraq ikinci arayışa cavab olaraq DSMF tərəfindən müraciətin cavablandırılması haqqında xx.xx.2023 tarixli, 3-17-1-2-3)-202580/2023 saylı məktubu ilə İddiaçı xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergiyə cəlb edilən dövriyyə məbləğinin sıfır olması barədə məlumat qeyd edilməmişdir. Bu səbəbdən artıqödəmə ilə bağlı qərar qüvvədə saxlanıdıışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, artıq ödənilmiş sosial müavinətin geri tutulmasına razılıq vermişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixindən İddiaçı yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2020-ci il tarixindən aktiv vergi ödəyicisi olduğu üçün ödənişi xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İddiaçı yaşa görə sosial müavinət üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" altsistemində olan məlumatlara əsasən İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixindən dondurulduğu üçün onun yaşa görə sosial müavinətinin ödənişi xx.xx.2022-ci il tarixindən bərpa edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə vergiyə cəlb edilən dövriyyə məbləğinin sıfır olması barədə məlumat qeyd edilməmişdir. Bu səbəbdən artıqödəmə ilə bağlı qərar qüvvədə saxlanılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə artıqödəmə ilə bağlı vəsaitinin 20% miqdarında tutulmasını xahiş etmiş, müavinətin inzibati orqana qaytarılmasına etiraz etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona artıq ödənilmiş vəsaitin tutulmasına razılığını ifadə etmişdir. -işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər **********497100 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, uçot-məlumat bazasına əsasən aparılmış araşdırmalar zamanı İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində vergi tutulan dövriyyəsinin olmadığı müəyyən edilmişdir. -işə əlavə edilmiş DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-202580/2023 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2020-ci il tarixindən aktiv vergi ödəyicisi olduğu üçün ödəniş xx.xx.2021-ci il tarixində dayandırılmışdır. Nəticədə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək yaşa görə sosial müavinət üzrə ödənilən məbləğ cavabdeh tərəfindən əsassız ödənilmiş vəsait hesab edilmiş və Mərkəzi Filial tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli № 6764 qərara əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş sosial müavinət məbləği təyin edilmiş müavinətdən tutularaq Mərkəzi Filialın hesabına bərpa edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət edərək, ona artıq ödənilmiş vəsaitin geri tutulmasını xahiş etmişdir. Sonradan iddiaçı cavabdehə müraciət edərək, artıq ödəmənin tutulmasının dayandırılmasını xahiş etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1. maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -12.2. maddəsinə əsasən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İstinad olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi, artıq ödənilmiş sosial müavinətin məbləği müavinət alan şəxsin razılığı ilə müvafiq orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı tutulma üçün razılıq vermiş, məhkəmə iclasında da bunu etiraf etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tutulmuş sosial müavinətdən aparılan tutulmanın dayandırılması və tutulmuş məbləğin geri qaytarılması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar