Məhkəmə qərarları › İş №2-1(114)-7043/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-7043/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-7043/2025 13.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı kompensasiyanın ödənilməsi və digər tələblərinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı obyektlərin təyinatının sənədlərdə “suvenir mağazası” kimi saxtalaşdırılması faktının nəzərə alınması və real təyinatına (təndir, ət, meyvə, ərzaq) uyğun kompensasiyanın hesablanması, cəmi 279.631 AZN tikinti vəsaitinin və TQİ 265.531 manat və digər sosial yardımların (7.500+6.000+kirayə haqqı) ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, obyektlərin təyinatının sənədlərdə “suvenir mağazası” kimi saxtalaşdırılması faktının nəzərə alınması və real təyinatına (təndir, ət, meyvə, ərzaq) uyğun kompensasiyanın hesablanması, cəmi 279.631 AZN tikinti vəsaitinin və TQİ 265.531 manat və digər sosial yardımların (7.500+6.000+kirayə haqqı) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Gəncə şəhəri, Avtozavod yolu ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşən ona məxsus fərdi yaşayış evinin tikintisi üçün ayrılmış vəsaitdən ödənilməmiş qalmış 84144 manatın və qeyri-yaşayış obyektinin tikintisi üzrə ayrılmış vəsaitdən ödənilməmiş qalmış 99900 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə Gəncə İnzibati Məhkəməsində qaldırdığı iddia hazırda məhkəmənin (hakim Leyla Əliyeva) icraatındadır.

Əsaslandırma hissəsi:

3. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

4. Belə ki, Gəncə İnzibati Məhkəməsinin (hakim L.Əliyeva) icraatında olan digər - 2- 1(114)-7024/2025 nömrəli iş üzrə iddia ərizəsi ilə müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Avtozavod yolu ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşən ona məxsus fərdi yaşayış evinin tikintisi üçün ayrılmış vəsaitdən ödənilməmiş qalmış 84144 manatın və qeyri-yaşayış obyektinin tikintisi üzrə ayırlmış vəsaitdən ödənilməmiş qalmış 99900 manatın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir və həmin iş hazırda məhkəmənin icraatındadır.

5. Yəni, iddiaçı eyni daşınmaz əmlaka dəymiş ziyanla bağlı eyni mahiyyətli tələblə bağlı müxtəlif iddialar qaldırmışdır ki, həmin hal da sonradan məhkəməyə daxil olan iddianın mümkün sayılmasını istisna edir.

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM-in) 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki: - 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. - 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

8. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır.

9. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

10. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar