Məhkəmə qərarları › İş №2-1(114)-706/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-706/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-706/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı yanmış sənədlərin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda olan daşınmaz əmlakının yanmış sənədlərinin (evin kupçası) yenidən hazırlanıb ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Sözügedən ev iddiaçının mərhum anası X2 adınadır. Onlar 1970-ci ildən orada yaşayır. İllərdir ki, onların yaşadıqları evin sənədləri itibdir, ancaq dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən evin sənədlərinin tələb edilsə də, sənədlərin verilməsində onlara heç bir köməklik göstərilməmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, anasında qalmış mirasın qəbulu ilə bağlı notariusa müraciət etməmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehin nümayəndəsi X8 bildirmişdir ki, iddiaçının tələb etdiyi məsələ ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş:- -xx.xx.1997-ci il tarixli, 1193 nömrəli orderin surətindən görünür ki, Bərdə şəhəri, 26 Bakı komissarı küçəsi, ev 6, mənzil 25 İddiaçı və onun ailə üzvləri Sədaqət Tağıyeva və Səkinə Nəcəfovaya verilmişdir. -xx.xx.2012-ci il tarixli, AZ-İ 522342 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə ölmüşdür. -Bərdə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-5xx/xx-2023 nömrəli arayışından görünür ki, İddiaçı və X1 Səkinə Seyid qızının övladlarıdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-N-0053-8/2023 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar iddiaçının müraciətinin icrasından imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-N-0069/02-8/2023 nömrəli məktubundan görünür ki, mərhum X5 məxsus daşınmaz əmlaka dair müvafiq sənədlərinin surətlərinin təqdim olunmasına köməklik göstərilməsi ilə bağlı iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Beləliklə iş materiallarında olan sənədlərlə və iddiaçının izahatı ilə müəyyən olunur ki, iddiaçı müvafiq orderlə anasına verilmiş mənzilə dair müvafiq mülkiyyət sənədlərinin verilməsini cavabdehdən tələb etsə də, mərhum anasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, hazırki iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. Bundan əlavə qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış müvafiq məktubun məzmunundan da görünür ki, iddiaçıya mənzili özəlləşdirmək üçün qanunvericiliklə tələb olunan sənədlərin müvafiq siyahısı sadalanmış və hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının zəruriliyi izah edilmişdir. Göründüyü kimi qeyd olunan məktub imtina xarakterli akt hesab edilə bilməz və inzibati orqan qanunvericiliyin tələblərinə əsasən müvafiq qanunvericiliyin tələblərini iddiaçının nəzərinə çatdırmışdır. Həmçinin qeyd edilməlidir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakla bağlı hər-hansı sənədin bərpa edilməsi və iddiaçıya təqdim edilməsi tələbi özözlüyündə mümkünlük şərtlərinə cavab vermir. Bu hal iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və cavabdehin imtinasının olub-olmaması həmin şərtlərdən biridir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı yanmış sənədlərin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar