Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-706/2025 31.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 14128 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya. PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, ağrı sindromu ilə.Davamlı kökcük ağrı sindromu, hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti. Sağ əlin distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə.Somatogen mənşəli nevrotik təzahürlər.Əngin tam adentiyası, çənənin ikincili hissəvi adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə).Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 231 nömrəli hərbi psixiatr komissiyasının rəyində İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla F62.0 kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış İddiaçınXBT-10 üzrə kod F 62.0, əsas xəstəlik: Fəlakət (İİ Qarabağ müharibəsi) xx.xx.2024 keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ daxilolmalarla. Medistyle hospitalın EMG müayinəsinin nəticəsi kimi qeyd edilmişdir ki, bu müayinə nəticəsində əldə olunan elektrfizioloji göstəricilər sağ qolda C6,C7, C8 innervasiyalı əzəllərdə xroniki dövr radikulopatiya lehinə dəyərləndirilir. İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin T00173371LJV nömrəli göndərişinə əsasən “M50.1 “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. II. Məhkəmədə icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə əlilliyin dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən Hərbi xidmətə çağırılmışam. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 130-cu Hərbi hissəsində müddətdən artıq ximdətdə kiçik çavuş rütbəsində xidmət etmiş və 2-ci Qarabağ müharibəsində Kəlbəcər ərazisində döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Döyüşlərdə aldığı xəsarətdən sonra boyun nahiyəsində yaranmış ağrılar, sağ qolumun əsməsindən, keyiməsindən əziyyət çəkdiyi üçün N nömrəli hərbi hissənin komandirinin xx.xx.2023-cü il tarixli 2334 nömrəli göndərişi ilə X4 Hərbi Poliklinikasımmn hərbi həkim komisayası tərəfindən şəhadətləndirilmişdir.Həmin şəhadətnamədə xəstəliyin hərbi xidmətə dövrü yəni döyüşlərdə aldığı göstərilmişdir.Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHS-in Epikrizində (Çıxarışın) onun boyun nahiyəsində xx.xx.2023- cü il tarixdə cərrahi əməliyyat keçirilərək “C5-C6 fəqərəarası diskektomiya, PEEK-Keyclə fıksasiya əməliyyatının aparılması göstərilmişdir.” Cərrahi əməliyyat zamanı C5-C6 disk oıtalağında metal implant çıxarışda qedy edilməmişdir.Halhazırda o, boyun ağrılarından əziyyət çəkir, sağ qolumda keyimə və əsmələr olur ki, bu da əmək fəaliyyətimə, hərəkətimə çox manelərə yaradır.İşə əlavə olunmuş nevrologiya şöbəsinin ******* saylı çıxarış-epikrizində göstərilib ki, “Xəstə kurs müalicəsini bitirib xəstənin ağrıları tam keçməmiş sağ yuxarı ətrafda parez boyunda hərəkət, məhdudluğu davam etdiyi üçün xəstənin başqası tərəfindən qulluğa ehtiyacı var”.Cavabdehə əməl fəaliyyətinin tamam zəifləməsi bəzi hallarda heçə enməsi, boyunda olan ağrılara görə mənə əlillik dərəcəsinin verilməsi üçün müracət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə ona imtina cavabı verilərək əlillik dərəcəsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi- ekspertizası təyin edilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki,İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilən göndərişdə qeyd edilən “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fıksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulsa da, diaqnoz nəzərə alınmaqla özünün əyani müayinəsi zamanı əzələlərdə atrofıya, üzülmə, boyun, döş və bel nahiyələrində onurğa sütunu hərəkətliliyinin məhdudlaşması, yuxarı və aşağı ətraf funksiyalarının pozuntusu-parez və plegiya müəyyən edilmədi, yerişin çətinləşməsi, hərəkət pozğunluğu müşahidə olunmadı. Müəyyən edilən diaqnozla əlaqədar hazırda onun əlavə bərpaedici müalicəsinə ehtiyac yoxdur, lakin zərurət yarandığı təqdirdə müalicəyə cəlb edilə bilər.Şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarına dair hər-hansı bir bəndini aid etmək mümkün olmadı. III. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Lakin həmin qərar barədə məlumat iddiaçıya xx.xx.2024-cü il tarixdə rəsmi qaydada verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, yəni ki, iddiaçıya diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qərarın qəbulundan 6 ay sonra sms vasitəsilə məlumat verilmişdir, iddiaçı isə 18 aprel 2024-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməsi və İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 40 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 7.5.1. aqorafobiya F40.0 sosial fobiyalar F40.1 panik pozuntu F41.0 generalizə olunmuş təşviş-pozuntu F41.1 obsessiv-kompulsiv pozuntu F42 posttravmatik stres pozuntusu F43.1 dissosiativ (konversion) pozuntular F44 somatoform pozuntular F45 fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.0 psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1 Qiymətləndirmə 7.5.1.1.2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 35-60 2 il 7.5.1.2. 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət 65-80 2 il Gəncə şəhər sakini xx.xx.1981 -ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 14128 nömrəli xəstəlik haqqında Şəhadətnamədə verilmişdir. Həmin şəhadətnamədə “C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması, ağrı sindromu ilə. Davamlı kökcük ağrı sindromu, hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radikuliti. Sağ əlin distal parezi ilə nəticəsi, funksiyasının mülayim dərəcədə pozulması ilə. Somatogen mənşəli nevrotik təzahürlər. Əngin tam adentiyası, çənənin ikincili hissəvi adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə). Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boynunda boyunluq müşahidə edilmiş, bədəninin sol tərəfində keyimədən, başında, boyun nahiyəsində ağrılardan şikayətlənmişdir. Həyəcana bağlı olaraq nitqində kəkələmə olduğunu ifadə etmişdir. Baxış zamanı boyunun ön səthində təxminən 3 sm ölçüdə, köndələn istiqamətdə əməliyyat çapığı izlənmişdir. Nevroloji müayinə zamanı reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü və tonusu bütün ətraflarda normal, atrofiya, hipotrofiya, parez qeyd edilməmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli Boyun fəqərələrinin MRT müayinəsinin nəticəsi “Boyun lordozu düzləşmişdir. C3-C4 fəqərəarası diskdə qabarma (bulginq). C4-C5 fəqərəarası diskdə arxa mərkəzi ölçüsü 1,7 mm protruziya. C5-C6 fəqərəarası diskdə arxa mərkəzi sağ paramedian ölçüsü 2,5 mm ekstruziya. Sağ sinir kökcüyü ilə sıx təmas izlənir. Ön epidural sahə duralkisə sağ sinir kökcüyü kompressiyası. C6-C7 fəqərəarası diskdə qabarma (bulginq). Osteoxondroz” kimi qeyd edilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 9659 nömrəli Çıxarışında diaqnoz “C5-C6 fəqərəarası diskdə diskektomiya və həmin səviyyədə korporodez əməliyyatından sonrakı vəziyyət. Sağtərəfli servikal radikulopatiya” kimi qeyd olunmuş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli Servikal spinal mRt müayinəsinin nəticəsi “Servikal lordozun düzləşməsi, vertebralarda degenerativ dəyişikliklər” kimi, Lumbosakral MRT müayinəsinin nəticəsi “Vertebralarda degenerativ dəyişikliklər. L2-L3 diskində sirkulyar anulyar qabarma fonunda posteriosentral kiçik protruziya” kimi qeyd olunmuşdur. Medistyle Hospitalın EMG müayinəsinin nəticəsi “Bu müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sağ qolda C6, C7, C8 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiya lehinə dəyərləndirilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Təqdim olunmuş xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Serebral strukturlar patologiyasızdır, nazal septum sağa doğru deviasiyalıdır. Hər iki maksillar sinusda, etmoid hücrələrdə və frontal sinusun hər iki yarısında mukozal qalınlaşmalar” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli Tibbi rəyində diaqnoz “Nevrasteniya” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, digər orqanlar tərəfindən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh orqan yenidən etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, digər orqanlar tərəfindən patofunksional dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Məhkəmənin sorğusuna əsasən cavabdehin təqdim etdiyi İddiaçı dair tibbi-sosial ekspertiza sənədləri və digər sənələr təşkil etmişdir. Əsaslandırma hissəsi: Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin T00173371LJV nömrəli göndərişinə əsasən “M50.1 “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan teztez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti” diaqnozu əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Surəti işə əlavə edilmiş forma 88 arayışından görünür ki, İddiaçı əsas diaqnozla M50.1- “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış, C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023) nəticəsində onurğa sütunun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulması. Hərəki pozulmaları ilə müşayiət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti) ilə yanaşı, ağırlaşma ilə (R52.1 müalicəyə tabe olmayan daimi ağrı, davamlı kökcük ağrı sindromu), yanaşı xəstəliklər (K00.0-Adentiya, əngin tam adentiyası , çənənin ikincili adentiyasına görə aparılmış ortopedik müalicə (çıxan lövhəli protezləşmə)), Ağırlaşma (G83.2 yuxarı ətrafların monoplegiyası, sağ əlin distal parezi), yanaşı xəstliklər (F45 Somatoform pozuntular,somatogen mənşəli nevrotik təzahürlər. Məhkəmə sorğusu ilə təqdim edilən göndərişdə ( forma 88) müəyyən olunur ki, iddiaçının xəstəliyinin gedişatının xroniki olması göstərilmişdir. Xroniki xəstəliklər isə sağalmır. Bütün bunlara baxmayaraq, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş , qiymətləndirmə zamanı İddiaçı əsas diaqnoz: M50 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti. Qeyd edildiyi kimi, İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz aralığında pozulması ilə əlaqədar qərar qəbul edilməsinə əsas verir. Belə ki, surəti işə əlavə edilmiş forma 088 arayışından görünür ki, əsas diaqnoz: M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə uyğun olaraq əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olan etiraz məktubunda isə qeyd edilmişdir ki, diaqnoz əlillik təyinatına əsas vermir. Beləliklə, cavabdehin nümayəndəsinin də təqdim etdiyi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndində qeyd edilən qiymətləndirmə halının İddiaçı mövcud olması tibbi sənədlərlə tam əksini tapır və əlillik yaranmasının səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na görə: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 18 may 2022-ci il tarixli 191 nömrəli (“Xalq” qəzeti, 20 may 2022-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 553) ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na yeni məzmunda 4-cü hissə əlavə edilmişdir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Hazırkı işdə iddiaçı əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti diaqnozundan əziyyət çəkdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə istinad edərək əlillik dərəcəsinin təyin edilməsini xahiş edir. İş materialları ilə iddiaçının əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti diaqnozundan əziyyət çəkdiyi təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın tələbləri pozulmaqla, iddiaçının növbəti qiymətləndirilməsi zamanı ona əlillik dərəcəsi təyin edilməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1 görə: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. “İnzibati icraat haqqında” Qanuna görə: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı dair göndərişdə və tibbi sənədlərdə göstərilən xəstəliklər onun sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə uyğun olaraq əsas diaqnoz M50.1 Boyun şöbəsinin disklərinin radikulopatiya ilə zədələnməsi, C5-C6 fəqərəarası diskin yırtığına, sağ əlin distal parezinə görə aparılmış C5-C6 diskektomiya, PEEK-Cade ilə fiksasiyası cərrahi əməliyyatının (xx.xx.2023)nəticəsində onurğa sütununun boyun şöbəsinin funksiyasının mülayim dərəcədə pozulmas. Hərəki pozulmaları ilə müşayət olunan tez-tez kəskinləşən residiv gedişli xroniki diskogen mənşəli boyun radukiliti. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.6.3.1 –ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə 17 mart 2024-cü il tarixdən orqanizmin funksiyalarının 40 faiz aralığında pozulmasına görə əlilliyin səbəbli əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qeyd edilməklə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin İddiaçı barəsində xx.xx.2024-cü il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 40 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-706/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-706/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver